90
qarşısında sükut edərək əmr be mərufdan və nəhy əz münkərdən boyun
qaçırmalarına heç vaxt razı olmaz. Buna görə də itaətsizlik edənlərlə
mübarizə etməyi zəncirlə birgə olmaqdan yaxşı bildim."
O kişi Imam (ə)-ı qane etməkdən məyus oldu və
"Hamımız Allaha
məxsusuq və hamımız Ona tərəf qayıdacağıq" ayəsini oxuya-oxuya öz
qoşununa tərəf qayıtdı.
1
Tərəflər arasında amansız döyüşlər başlandı. Bu döyüşdə mümkün olan
hər bir vasitədən istifadə olunurdu: Ox, daş, qılınc və nizə döyüşçülərin
başlarına endirilirdi. Döyüş çərşənbə günü sübhə kimi davam etdi.
Müaviyənin qoşunu o günün gecəsi ölülərin və yaralıların çoxluğundan it
kimi ulaşırdı. Buna görə də tarixdə həmin gecə "Leylətül-hərir" (ulaşma
gecəsi) adlanır.
Malik əsgərlərin içində gəzişərək deyirdi: "Qələbəyə bir ox uçuşundan
çox qalmamışdır." (Və fəryad edirdi ki:) "Bir kəs varmı ki, öz canını Allaha
satsın və bu yolda Əştər ilə birlikdə vuruşub ya qələbə çalsın, ya da Allaha
qovuşsun?!"
2
Imam (ə) bu həssas anlarda ordunun sərkərdə və nüfuzlu şəxsiyyətləri
qarşısında çıxış edib buyurdu: "Ey camaat, görürsünüz ki, sizinlə düşmənin
işi hara çatmışdır! Düşmən axır nəfəslərini çəkir. Işlərin başlanğıcı onun
axırı ilə müqayisə olunar. Mən onları sübh çağı ilahi məhkəməyə çəkəcək,
onların zillətli həyatlarına son qoyacağam."
3
Müaviyə o həzrətin sözlərinin məzmunundan agah olduqa Əmr Asa
dedi:–Sabah Əli müharibənin işini birdəfəlik xətm edəcəkdir. Indi nə etmək
lazımdır?
Əmr As dedi:–Sənin əsgərlərin nə onun əsgərləri kimidir, nə də özün
onun kimisən. O, din, əqidə və məram uğrunda vuruşur, sən isə başqa şey
uğrunda vuruşursan. Sən yaşamaq istəyirsən, o isə şəhid olmaq. Iraq qoşunu
sənin qələbəni özləri üçün qorxu bilirlər. Halbuki Şam ordusunun Əlinin
qələbə çalmasında heç bir qorxuları yoxdur.
Müaviyə:–Bəs nə etməliyik?
Əmr As:–Elə bir təklif irəli sürək ki, qəbul etsələr də, etməsələr də
ikitirəliyə və ixtilafa düçar olsunlar. Onları Allahın Kitabına dəvət et və de
ki, səninlə onların arasında hökm etsin. Bu halda öz istəyinə nail olarsan. Bu
fikir çoxdan mənim başımda dolanırdı, vaxtı gəlib çatmadığı üçün aşkar
etmirdim.
Müaviyə öz həmkarının gözəl tədbirini bəyənib təşəkkür etdi, onu həyata
keçirmək qərarına gəldi. Cümə axşamı günü, Rəbiül-əvvəlin on üçündə
(başqa bir rəvayətə görə Səfərin on üçündə) Imam (ə)-ın
ordusu tarixdə misli
görünməmiş bir hiylə ilə qarşılaşdı. Əmr Asın şamlı tüğyançılara etdiyi
1
"Əyanuş-şiə", 1-ci cild, səh.510; "Vəqətu-Siffeyn", səh.474; "Əl-əxbarut-tival",
səh.187
2
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.160; "Vəqətu-Siffeyn", səh.475; "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.26
3
"Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.108; "Əl-əxbarut-tival", səh.188;
"Vəqətu-Siffeyn", səh.476