34
Əyyub Abasov romanda qeyd edir ki, Andronikin cinayət
hərəkətlərinə mane olmayan, əksinə, müsəlman kəndlərinin
dağıdılmasında ona haqq qazandıran daşnaklar Andronikə
tabe olmayanları "siz erməni deyilsiniz, millət xainisiniz,
dəstəmizə qoşulmasanız, türklər sizi qıracaq" - deyə hə-
dələyirdilər. Bu tayqulaq quldurun bircə məqsədi, ideyası
olub və bunu da həyasızcasına bəyan edib: "Türkü öldür-
mək cinayət deyil, qəhrəmanlıqdır".
Andronik komandanlığında erməniləri silahlandırıb, şir-
nikləndirib Zəngəzura (həm də Cənubi Azərbaycana, Nax-
çıvana, İrəvana, Qarabağa...) göndərənlərin iç üzü, məramı
kitabın bu parçasında bütün açıqlığı ilə aydın görünür.
Romanda Andronik Zəngəzura belə gəlir:
"...İkimərtəbəli evin qabağında böyük bir izdiham var-
dı. Öz aralarında kədərli-kədərli danışan, cırcındalı adam-
lar nə isə bir xəbər gözləyirdilər. Bir xeyli keçəndən sonra
58-60 yaşlarında, orta boylu, enli kürəkli, başı-bığı çallaş-
mış, rus generalı paltarında bir adam içəridən balkona
çıxdı. Onu görən kimi hamı:
-Andronik paşa! Andronik paşa! – deyə əl çaldı.
Andronik əlini qaldırıb onların sakit olmalarına işarə
etdi. Hamı sakit olub, gözünü ona dikdi.
Andronik dedi:
-Qaxdaqanlar! (ermənicə qaçqın deməkdir-H.N) Elin-
dən, kəndindən ayrı düşmüş ermənilər! Mən sizin dərdi-
nizi bilirəm. Yaşamağa eviniz, əkməyə torpağınız, yeməyə
çörəyiniz yoxdur. Siz onları Ərdəhanda, Qarsda, Sarıqa-
mışda qoydunuz. Burda isə sizin dərdinizə ağlayan, qey-
dinizə qalan yoxdur. İndi məndən kömək istəməyə gəlmi-
siniz. Mən əlimdən gələni eləyəcəyəm. Mən sizi bu hala sa-
lan türklərdən Türkiyədə intiqam ala bilmədimsə, Qaf-
qazda, bax, bu Zəngəzurda alacağam. Gözləyin, o günü
gözləyin! İndi evinizə gedin!