E.
Yaşayış
sahəsinin
kirayəyə
verilməsi
müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar
1)
əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən
sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
2)
mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında
şəhadətnamə;
3)
ümumi birgə mülkiyyətdə olan daşınmaz
əmlakın kirayəyə verilməsinə ərin (arvadın)
notariat qaydasında təsdiq edilmiş razılığı;
4)
yaşayış evində, mənzildə və ya bağ evində
yaşayış yeri üzrə qeydiyyatda olan ailə
üzvlərinin dairəsi barədə arayış və yetkinlik
yaşına çatmış şəxslərin razılığı.
F.
Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi
ilə əlaqədar
1. miras qoyanın ölümü haqqında şəhadətnamə;
2. miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti
qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum
olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin
olduğu yer barədə sənəd;
3. vərəsələrin miras qoyanla qohumluq münasibətlərini
təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin
müəyyən olunması haqqında məhkəmənin qanuni
qüvvəyə minmiş qətnaməsi);
4. mirasın qəbul edilməsi, ondan imtina olunması və ya
vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə;
5. qanunla müəyyən edilmiş müddətdə notariusa
müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik
və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq
edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində
vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi,
mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və
əmlakdan istifadəyə dair arayışlar, maliyyə və
kommunal
xidmət
haqlarının vərəsə tərəfindən
ödənilməsini təsdiq edən qəbzlər və s.);
6. miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən
sənədin əsli;
7. miras əmlakın tərkibində daşınmaz əmlak olduqda,
onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması
barədə arayış.
G.
Miras paya sərəncam verilməsi və bölüşdürülməsi
ilə əlaqədar
1. həmin dövlət notariat kontoru, yaxud xüsusi notarius
tərəfindən verilmiş qanun və ya vəsiyyətnamə üzrə
vərəsəlik şəhadətnaməsi.
H.
İcra qeydinin verilməsi ilə əlaqədar
1. borcu müəyyən edən sənədin əsli.
I.
Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə və
ya ipoteka qoyulmasına dair müqavilənin təsdiq
edilməsi ilə əlaqədar
1. nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən
dövlət qeydiyyat şəhadətnaməsi;
2. nəqliyyat vasitəsinin müayinədən keçməsi barədə
sənəd;
3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında
şəhadətnamə;
4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın
satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq
edilmiş razılığı.
J.
Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair
etibarnamənin təsdiq edilməsi ilə əlaqədar
1. nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən
dövlət qeydiyyat şəhadətnaməsi.
K.
Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair
etibarnamənin təsdiq edilməsi ilə əlaqədar
1. nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən
dövlət qeydiyyat şəhadətnaməsi;
2. etibar edilənin sürücülük vəsiqəsi
Baki şəhərində və Respublikanın digər şəhər və
rayonları
notariat
kontorlarının
siyahısı
http://www.justice.gov.az/notariat.php?page=notkont
ünvanında yerləşdirilib.
Azərbaycanda notariatlarla bağlı Qaynar xəttlər
(012) 404 42 87 , (012) 404 42 88
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin
"Qaynar xətt"inə yalnız ədliyyə orqanlarında sui
istifadələr, korrupsiya hüquqpozmaları və
korrupsiyaya şərait yaradan hüquqpozmalar barədə
şikayətlər göndərilməlidir.
Ədliyyə Nazirliyinin Qaynar xətti
(012) 430-11-55
Qaynar Xət
t
lər
Bakı
088 707 07 07
Gəncə
088 202 02 02
Lənkəran
088 303 03 03
Quba
088 404 04 04
Şəki
088 505 05 05
NOTARIAT QAYDALARI
1.Hansı subyektlər dövlət idarələrində notariat
fəaliyyətini həyata kecirə bilər
Dövlət vasitəsi ilə notariat fəaliyyətini dovlət notariat
kontorlarında çalışan dövlət notariusları, notariat
kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra
hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər
tutulan
şəxslər
Azərbaycan
Respublikasının
konsulluqlarının səlahiyyətli vəzifəli səxsləri bu Qanunla
muəyyən edilmiş qaydada həyata keçirirlər.
2.Dövlət və xüsusi notariusu tərəfindən aparılan
notariat hərəkətlər hansılardır
Dövlət notariusu asağıdakı notariat hərəkətlərini aparır:
1) əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın muhafizə olunması üçün tədbirlər
görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət
hüququ haqqında şəhadətnamələr verir;
5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə
olunmasına dair şəhadətnamələr verir;
6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların
düzgünlüyünü təsdiq edir;
7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
8) sənədlərin bir dildən basqa dilə tərcüməsinin
düzgünlüyünü təsdiq edir;
9) şəxsin sağ olması faktını təsdiq edir;
10) şəxsin muəyyən yerdə olması faktını təsdiq edir;
11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
13) fiziki və hüquqi şəxslərin ərizələrini basqa fiziki və
hüquqi şəxslərə verir;
14) Öhdəliyin icra predmetini saxlamağa, pul
məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri
depozitə qəbul edir;
15) icra qeydləri aparır;
16) veksellərə protestlər tərtib edir;
17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin
ödənilmədiyini təsdiq edir;
18) sənədləri saxlanmaq üçün qəbul edir;
19) dəniz protestləri tərtib edir;
20) sübutları təmin edir.
Xaricdə
istifadə
edilməsi
məqsədilə
sənədlərin
rəsmiləsdirilməsi, dəniz protestlərinin tərtib edilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən muəyyən notariuslara həvalə edilə
bilər.
3. Hansı hallarda Notarius və notariat hərəkətlərini
aparan digər vəzifəli səxslər notariat hərəkətlərini
aparmaqdan imtina etməlidirlər?
Hərəkətin aparılması qanuna zidd olduqda;
Hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs
aparmalı olduqda;
Hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti
olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan
nümayəndə müraciət etdikdə;
Hüquqi şəxsin adından bağlanan əqd onun
nizamnamə və ya əsasnaməsində gostərilən
məqsədlərə zidd olduqda;
Qanunun
tələblərinə
uyğun olmayan əqd
bağlandıqda;
Notariat hərəkətinin aparılması üçün təqdim
olunan sənədlər qanunvericiliyin tələblərinə zidd
olduqda və ya həmin sənədlərdə ayrıayrı şəxslərin
şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;
Əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun
olmadıqda.
Notariuslar və notariat hərəkətini aparan digər
vəzifəli şəxslər hərəkətin aparılmasına rədd
cavabı almış şəxsin xahişi ilə üç gün müddətində
imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan
şikayət verilməsi qaydasını izah etməlidirlər.
4. Notarius tərəfindən notariat qaydasında təsdiq
edilmiş sənədin dublikatı verilirmi?
Notariusun və müvafiq icra hakimiyyəti orqanının
verdiyi və ya təsdiq etdiyi sənəd itirildikdə, şəxslərin
yazılı ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir.
5. Notarius tərcümənin düzgünlüyünü təsdiq edə
bilərmi
Notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən
başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər.
Notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri
tərcuməçi tərcümə etməli, onun imzasının həqiqiliyini
isə notarius təsdiq etməlidir. Notarius etibar etdiyi
tərcüməçinin imzasını tanıdığı hallarda onun
imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə
bilər. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə
onun surət kimi təsdiqlənməsi tələb olunmur. Sənədlərin
tərcüməsi Notariat haqqında Qanunun 20-ci maddəsində
nəzərdə tutulmus Azərbaycan Respublikasının mьvafiq
icra hakimiyyəti orqanı və notarius vasitəsilə təşkil
edildiyi halda tərcüməyə görə haqq notarius tərəfindən
qəbul edilərək iki bank günü ərzində tərcümə xidməti
göstərən hüquqi şəxsin bankdakı hesabına keçirilir.
6. Notarius hansı maddi məsuliyyət daşıyır
Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı
səxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa,
o,
Azərbaycan
Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada maddi məsuliyyət dasımalıdır.
Vurulmus ziyanın məbləği tərəflərin razılığı ilə və ya
məhkəmə qaydasında müəyyən edilir.
7. Notariat hərəkətlərinin aparılması üçün hansı
sənədlər tələb olunur:
A.
Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq
edilməsi ilə əlaqədar
1)
əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən
sənədin əsli;
2)
əmlak üzərində yüklülüyün və ya həbsin olub-
olmaması barədə arayış;
3)
mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında
şəhadətnamə;
4)
ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın
satılmasına ərin (arvadın) notariat qaydasında
təsdiq edilmiş razılığı;
5)
yaşayış evində, mənzildə və ya bağ evində yaşayış
yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi
barədə arayış və yetkinlik yaşına çatmış şəxslərin
razılığı.
B.
Daşınmaz əmlakın bağışlanması müqaviləsinin
təsdiq edilməsi ilə əlaqədar
5)
əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən
sənədin əsli;
6)
əmlak üzərində yüklülüyün və ya həbsin olub-
olmaması barədə arayış;
7)
mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında
şəhadətnamə;
8)
ümumi birgə mülkiyyətdə olan daşınmaz
əmlakın bağışlanmasına ərin (arvadın) notariat
qaydasında təsdiq edilmiş razılığı;
9)
yaşayış evində, mənzildə və ya bağ evində
yaşayış yeri üzrə qeydiyyatda olan ailə
üzvlərinin dairəsi barədə arayış və yetkinlik
yaşına çatmış şəxslərin razılığı;
10)
tərəflər arasında qohumluq münasibətlərini
təsdiq edən sənədlər və ya qohumluq
münasibətlərinin müəyyən olunması haqqında
məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.
C.
Daşınmaz əmlakın dəyişdirilməsi müqaviləsinin
təsdiq edilməsi ilə əlaqədar
1)
əmlak üzərində mülkiyyət hüququnu təsdiq
edən sənədin əsli;
2)
əmlak üzərində yüklülüyün və ya həbsin olub-
olmaması barədə arayış;
3)
mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında
şəhadətnamə;
4)
ümumi birgə mülkiyyətdə olan daşınmaz
əmlakın satılmasına ərin (arvadın) notariat
qaydasında təsdiq edilmiş razılığı;
5)
yaşayış evində, mənzildə və ya bağ evində
yaşayış yeri üzrə qeydiyyatda olan ailə
üzvlərinin dairəsi barədə arayış və yetkinlik
yaşına çatmış şəxslərin razılığı.
D.
İcarə müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar
1)
əmlak üzərində mülkiyyət hüququnu təsdiq
edən sənədin notariat qaydasında təsdiq edilmiş
surəti;
2)
mülkiyyətçi nikahdadırsa, onun nikahı
haqqında şəhadətnamə;
3)
ümumi birgə mülkiyyətdə olan daşınmaz
əmlakın icarəyə verilməsinə ərin (arvadın)
notariat qaydasında təsdiq edilmiş razılığı.