Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə108/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   102   103   104   105   106   107   108   109   110

329

xüsusilə də Osmanlı imperiyasının Şah İsmayıla və Azərbaycana qarşı

qorxu, ehtiyat, qibtə və düşmən münasibəti bəsləməsinə səbəb olurdu. Bu

inkişafı gözü götürməyən düşmən dövlətlər, iki böyük qüdrətli müsəlman

dövlətinin – Azərbaycanın və Osmanlı Türkiyəsinin qarşıdurmasını

çoxdan gözləyirdilər. Bu dövlətləri zəiflətmək məqsədilə rəqib dövlətlər,

xüsusilə də Avropa hökmdarları Osmanlılardan istifadə edərək, onlara

silah-sursat və 300 top verirl\ər. Beləliklə, 1514-cü ildə Osmanlı Sulatnı I

Səlim Azərbaycan sərhədində 100 mindən çox nəhəng qoşun toplayır və

Çaldıran düzündə döyüş olur.

Bu vuruşmada Şah İsmayıl yalnız qeyri-bərabər qüvvə

baxımından deyil, silahlanma cəhətdən də Sultan Səlimdən geri qalırdı.

Səfəvilərdə  artilleriya  demək  olar  ki,  tamamilə  yox  idi.  Səfəvilərin  əsas

qüvvəsi olan qızılbaş tayfa süvari qoşunu topların və yeniçəri

nişançılarının atəşi qarşısında aciz idi. Lakin qüvvələrin  qeyri-bərabər

olmasına baxmayaraq, Şah İsmayıl və qızılbaş döyüşçüləri bu vuruşmada

misli görünməyən qəhrəmanlıq və rəşadət göstərdilər.

Qızılbaş ordusunun Çaldıran vuruşmasında məğlubiyyətini

müasirlər I Şah İsmayılın özünə arxayınlığı və öz sərkərdələrinin

məsləhətləri ilə hesablaşmaması ilə əlaqələndirirlər. Lakin yuxarıda qeyd

olunan faktlardan göründüyü kimi,  Şah İsmayılın məğlubiyyətini şəxsi

səbəblərlə deyil, sultanın ordusunun o dövr üçün qabaqcıl olan

silahlanması və odlu silahı, artilleriyanı geniş tətbiq etməsi ilə

əlaqələndirmək lazımdır.

Azərbaycanın Çaldıran vuruşmasındakı məğlubiyyəti tezliklə öz

acı və ağır nəticələrini göstərdi. Osmanlı sultanı Xoy, Mərənd və Təbrizi

ələ keçirdi, lakin qızılbaş döyüşçülərinin müqaviməti ilə üzləşib Təbrizdə

çox dayanmağa müvəffəq olmadı. Talan etdiyi Azərbaycan sərvətilə

bərabər, bir çox sənətkarları da əsir apardı ki, bu da sonradan Osmanlı

Türkiyəsində sənətkarlığın inkişafında önəmli rol oynadı.

Çaldıran vuruşmasından sonra yaşadığı 10 il ərzində, I Şah

İsmayıl fəaliyyətini yalnız dövlətin möhkəmlənməsi və hərtərəfli inkişafı

istiqamətinə yönəltdi. 1524-cü ildə vəfat etdi.



330

Azərbaycan Səfəvilər dövlətinin banisinin qısa ömrü ərzində

apardığı müharibələr, onun vahid Azərbaycan dövləti yaratmaq arzu və

istəyindən irəli gəlirdi. Şah İsmayıl Azərbaycan dilini saray və dövlət

dilinə çevirmiş, siyasi, ictimai, iqtisadi və mədəi inkişafı üçün böyük işlər

görmüşdür.

Şah İsmayıl vəfat etdikdən sonra qızılbaş tayfalarının əmirləri

arasında güclənən çəkişmələrin nəticəsində mərkəzi hakimiyyət zəiflədi.

Hakimiyyət başında bir-birini ardıcıl olaraq əvəöz etmiş rumlu, təkəli və

şamlı tayfaları feodallarının dövrü 1534-cü ilə qədər uzandı. Kiçik

fasilələrlə 20 ilə qədər davam etmiş Səfəvi-Osmanlı müharibələrinin yeni

dövrünün başlanması da elə bu zaman təsadüf edir. I Sultan Süleymanın

dövründə öz qüdrətinin zirvəsinə çatmış Osmanlı imperiyası bu

müharibədə təcavüzkar tərəf idi. Osmanlı Türkiyəsinin Azərbaycanı  ələ

keçirməyə səy göstərməsi, bu ölkənin iri xammal istehsalçısı olmasından,

təbii ehtiyatlarınəön zənginliyindən, Asiya ilə Avropa arasında gəlirli

tranzit yolunun Azərbaycan ərazisindən keçməsindən irəli gəlirdi.

Osmanlı Türkiyəsinin hücumu, öz təsirini Cənubi Qafqazın

qərbinə - Gürcüstana yaymağa cəhd göstərən Səfəvilər dövlətinin inadlı

müqavimətinə rast gəldi. Üstünlük, hər halda istila etdiyi ölkələrin saysız

– hesabsız insan qüvvəsini və maddi ehtiyatını mənimsəmiş  Osmanlı

imperiyasının  tərəfində idi. 1555-ci il sülhünə görə, Səfəvilər Qərbi

Gürcüstanı Osmanlı Türkiyəsinin nüfuz dairəsi kimi tanımağa məcbur

oldular. Müharibənin gedişində Osmanlı basqınlarının yolu üzərində

yerləşən Cənubi Azərbaycan vilayələrinə böyük ziyan vuruldu. Düşmən

qoşunlarının ölkənin içərilərinə irəliləməsini çətinləşdirmək üçün, bəzi

sərhəd əyalətləri Səfəvilərin özləri tərəfindən qəsdən viran qoyuldu.

Eyni vaxtda Xorasana basqınlar edən özbək xanlarına qarşı mübarizə

aparması da Səfəvilərin vəiyyətini mürəkkəbləşdirmişdi.

 I Şah Təhmasibin vəfatından sonra Səfəvilər dövləti qızılbaş

əyanlarının çəkişmələri nəticəsində zəiflədi. Qanlı mübarizə nəticəsində

hakimiyyətə gəlmiş II Şah İsmayıl kütləvi edamlarla öz hakimiyyətini

möhkəmləndirməyə cəöhd göstərdi. Lakin o, feodalların sui-qəsdinin



331

qurbanı oldu. XVI əsrin 70-ci illərinin sonu üçün dövlət əslində qızılbaş

əmirləri araında bölündü. Zəif iradəli Şah Məhəmməd Xudabəndənin

timsalında mərkəzi hakimiyyət iflic vəziyyətinə düşmüş və əməli olaraq

fəaliyyətdən qalmışdı.

Osmanlı Türkiyəsi Səfəvilər dövlətindəki daxili çəkişmələrdən

yenə də istifadə etdi və öz qoşunlarını Cənubi Qafqaza göndərdi. 1590-cı

ilə qədər davam etmiş müharibələrin yeni dövrü başlandı. Bu dövrdə

Osmanlı Türkiyəsi heç bir itki qarşısında geri çəkilməyərəkinadlı və

ardıcıl surətdə Cənubi Qafqazı işğal etməyə nail olurdu. Bu ölkələr ağır

dağıntılara məruz qaldı. Qanlı döyüşlər meydanı olmuş Azərbaycan

xüsusilə böyük ziyan çəkdi. Türklərdən başqa, dəfələrlə Krım xanının

soyğunçu dəstələrinin  soxulduğu Şirvan torpağı viran edildi. Səfəvilər

dövlətini daxili mübarizə əhatə etmişdi  və ziddiyyətlər onu zəiflədirdi. O,

türk ordusunun hücumunun qarşısın dayandırmaq iqtidarında deyildi və

sülh müqaviləsi bağlamaq məcburiyyətində qaldı. Həmin sülhə görə,

Səfəvilər Osmanlılar tərəfindən Gürcüstanın və Azərbycanın işğalı

faktını etiraf etdilər. Üzücü müharibələr yalnız Osmanklı feodallarının

hökmranlığı altına düşmüş Cənubi Qafqaz xalqlarının tarixi taleyinə

mənfi təsir göstərməsi ilə başa çatmadı.  Bu hərbi-siyasi gərginlik Osanlı

imperiyasının qüdrətini də sarsıtdı və onun tənəzzülünü sürətləndirdi.

Bununla birlikdə Səfəvilər dövlətinin Osmanlı imperiyası ilə mübarizəsi

Cənub-Şərqi Avropa xalqlarının Osmanlı işğalına və  əsarətinə qarşı

uğurla müqavimət göstərməsinə obyektiv yardım idi.

Azərbaycanın Osmanlı Türkiyəsi tərəfindən XVII əsrin əvvəlinə

qədər davam etmiş işğalıI şah İsmayıl tərəfindən əsası qoyulmuş

Azərbaycan Səfəvilər dövlətinin varlığına son qoydu. Ölkədə Osmanlı

feodallarının 20 ilə qədər davam etmiş hökmranlığı onun sərvətlərinin

talan edilməsinə,  Aərbaycan iqtisadiyyatının tənəzzülünə gətirib çıxardı.

Buna görə də Azərbaycan XVII əsrdə Səfəvilər dövləti sistemində aparıcı

mövqeyini və rolunu itirdi və onu İranın daxili əyalətlərinə güzəştə

getməli oldu. Bundan başqa, Azərbaycan əynları və qızılbaş tayfaları

xarici və daxili müharibələrin gedişində olduqca zəifləyərəközünün



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə