Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə25/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   21   22   23   24   25   26   27   28   ...   110

77

vəkil vəzifəsini tutmaq üçün daha bir uğursuz cəhd etdilər

24

.

Müqavimətə  rast  gələn  Üləma  şaha  qarşı  üsyanh  etdi,    Təbrizi



çapıb taladı və tayfasının bir hissəsi ilə Türkiyəyə getdi. Sonralar,

Üləma bəy Sultan Süleymanın Azərbaycana yürüşlərində iştirak

etmişdir.

Təkəli əyanlarınıın hökmranlıq müddəti (1527-1531) şamlı

feodallarının hakimiyyəti ilə əvəz edildi. Çuxa Sultanın ölümündən

sonra Hüseyn xan Şamlı ən qüdrətli feodal oldu, vəkil və əmir əl-

üməra  vəzifələrini tutdu. Hüseyn xan da sələfi kimi ilk növbədə öz

tayfasının yaxşı yerləşdirilməsi qayğısına qalaraq “ən yaxşı

vilayətləri (iqta əsasında) şamlı əmirləri arasında bölüşdürüb” şaha

dövlət işlərinə qarışmaq imkanı vermədi

25

.

Hüseyn xan hicri 940 (1533-1534)-cı ilədək dövlət işlərini



idarə etmiş, elə həmin ildə qəflətən hakimiyyətdən kənar edilərək

edam olunmuşdu. Mənbələrdə göstərilir ki, Hüseyn xan Şamlı I

Şah Təhmasibi zəhərləmək məqsədilə sui – qəsd hazırlanmaqda

təqsirləndirilmişdi. I Şah Təhmasib Heratda ikən Hüseyn xanın

həmtayfası olan Başdan Qara adlı bir nəfər şahın piyaləsinə zəhər

tökmək üçün cəhd göstərmişdi. Hüseyn xanın tərbiyəçisi (lələsi)

olduğu qardaşı Sam Mirzənin xeyrinə I Şah Təhmasibi devirməyə

yönəldilmiş fəaliyyətdə ittiham etmişdilər. Həmçinin Sam Mirzənin

xəyanəti barədə xəbər verən “Şərəfnamə”yə görə, Sam Mirzə

özünü I Sultan Süleymanın vassalı kimi tanımışdı

26

. Hüsen xandan



məmləkətə soxulmuş türklərlə  əməkdaşlıq etməkdə,düşmənin

tərəfinə keçmək niyyətində olmaqda şübhələnirdilər. Həsən bəy

Rumlunun göstərdiyi kimi, Hüseyn xanın hazırlanmaqda olan

xəyanəti barədə  şaha xəbər veriləndə Hüseyn xan onun əmrilə

saraya çağırılmış və “parça – parça doğranmışdı”

27

.



Hüseyn xan Şamlının ölümü ilə qızılbaş feodallarının on il

müddətində - 1524-cü ildən 1534-cü ilədək davam etmiş ağalığı

başa çatdı. Şübhə yoxdur ki, şamlı əyanlarının hakimiyyəti tezliklə

dövlət işlərindən sıxışdırılıb uzaqlaşdırılmş digər tayfa əyanlarının




78

narazılığına səbəb olacaqdı. Həm də I Şah Təhmasibib özü artıq

böyümüşdü, qızılbaş  əmirlərinin sıxıntılı himayəsindən qurtulmaq

və nəhayət, dövlət işlərini öz əlinə almaq qərarına gəlmişdi.

Hüseyn xanın edam olunması və vəkil vəzifəsinə Qazi Cahan

Qəzvininin təyin edilməsi I Şah Təhmasibin mərkəzi hakimiyyəti

gücləndirmək və möhkəmləndirmək qətiyyətini göstərirdi.

 Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında

                müharibənin başlanması

I Səlim dövründə Osmanlı Türkiyəsinin Azərbaycanı zəbt

etmək cəhdləri, gördüyümüz ki, müvəffəqiyyətli olmadı.

Osmanlılar Səfəvilər dövlətinin içərilərinə irəliləyib onun öaytaxtı

Təbrizi tita bilsələr də burada qala bilmədilər.

I Sultan Süleyman Qanuni (1520-1566) dövründə də

Osmanlı hakim dairələri şərq istiqamətində 

ərazilərini

genişləndirmək cəhdlərindən əl çəkmədilər. Avropa qitəsində,

xüsusilə də Macarıstanda və Avstriyada Türkiyənin istilalarına

müqavimət artdiqca Osmanlı imperiyasının Şərqdə ilhaqçılığı

güclənirdi.

Müharibə bu dəfə  Ərəb İraqına sahib olmaq uğrunda

alovlandı

28

. Hicri 934 (1528-ci ilin axırında)-cü il Luristanda



Kəlxur hakimi, Noxud Sultan Mosullu adı ilə tanınan Zülfüqar xan

Əli bəy oğlu Səfəvilər əleyhinə qiyam qaldırdı, dayısı  İbrahim

xanın hakim olduğu Bağdada hücum etdi, onu ğldürüb bütün

nəslini qırdı və  Ərəb İraqını tamamilə özünə tabe etdi. Sonra

Zülfüqar şəhərin açarlarını türk sultanına göndərərək onun

tabeliyinə keçdi

29

.

Hicri 935 (1529)-ci ildə I Şah Təhmasib böyük ordu ilə



Bağdada yeridi. Möhkəm Bağdad qalasını tutmaq o qədər də asan

iş deyildi və mühasirə uzun çəkdi. Nəhayət, şəvvalın 3 (10 iyun)-də




79

Zülfüqar xan şahın adamları tərəfindən qalada öldürüldü, onlar

qapıları açıb şahı  şəhərə buraxdılar. Bağdadın idarə olunması xan

rütbəsi ilə birgə Məhəmməd Sultan Şərəfəddin oğlu Təkəliyə

tapşırıldı

30

.



Hicri 938 (1531-1532)-ci ildə Üləma bəy Diyarbəkirin

Osmanlı hakimi Fil Yaqub paşanın 50 min nəfərlik qoşununun

köməyilə yerli hakim Şərəf xanı Bidlisdən sıxışdırıb çıxartdı və o

da yardım üçün qızılbaş sarayına müraciət etdi. “Təzkirə”də deyilir

ki, Şah Təhmasib öz müvəkkili İstanbula göndərib Üləma bəyin

təslim olunmasını tələb etdi. Lakin sultan rədd cavabı verdi və öz

növbəsində  Şərəf xanın ona təslim olunması tələbini irəli sürdü

31

.



Şah sultanı barışdırmağa daha bir dəfə cəhd göstərərək vəkil

Hüseyn xan Şamlının başçılığı ilə yeni elçi heyətini onunla

danışığa göndırdi. Lakin Üləma bəyi Şərəf xanla dəyişmək təklifi

qəbul olunmadı. Sultan barışmaz mövqe tutdu. Belə olduqda şah

Üləmaya qarşı qoşun göndərib Bidlisi geri aldı. Bundan az sonra

qızılbaşların Übeydulla xana qarşı Xorasana yürüşündən istifadə

edən Üləma bəy hicri 940 (1533)-cı ildə təkrarən Bidlisə hücum

etdi. Şərəf xan öldürüldü,  şəhər  Üləmanın  əlinə keçdi

32

.

  I Sultan Süleymanın Azərbaycana ilk yürüşü



Mənbələrdə deyilir ki, Üləma bəy Osmanlı sultanın

Azərbaycana və  İraqa yürüş etməyə sövq edirdi. O, şahı  əmin

edirdi ki, indi şahın başlıca qüvvələri özbəklərin Xorasana

basqınını dəf edirlər və xondkarın (yəni sultanın) qızılbaş

qoşunlarının olmadığı ölkəni ələ keçirməsi çətin olmayacaqdır.

1534-cü ilin yayında Sultan Süleyman çox böyük ordu ilə

Azərbaycana hərəkət etdi. Ordunun ön dəstəsini böyük vəzir

İbrahim paşanın 90 min nəfərlik qoşunu təşkil edirdi. Üləma bəy 10

min nəfərlə irəli çıxarılmışdı.



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə