Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə12/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   8   9   10   11   12   13   14   15   ...   187

lakin  geri  alınmışdı.  XVII  əsrin  əvvəllərinə  qədər  əsasən  Azərbaycan 

hökmdarlarının  idarəsi  altında  olmuş  Ani  1605-ci  ildə  baş  vermiş  zəlzələ 

nəticəsində  dağılmış,  həyat  üçün  əlverişsiz  vəziyyətə  düşdüyü  üçün  əhali 

tərəfindən tərk edilmişdi.   

Farsca  ‚bad‛  (külək)  və  ‚kuh‛  (dağ)  sözlərini  birləşməsindən  meydana  gələn,  küləkli 

dağ mənasını ifadə edən Bakı şəhərinin adına orta əsr mənbələrində ‚Baku‛, ‚Bakuh‛, 

‚Bakuyə‛  formasında  yazılışları  ilə  rast  gəlinir.  X  əsr  müəllifi  Şəmsəddin  əl-Məqdisi 

Arran  haqqında  məlumat  verərkən  Bakının  gölün  (Xəzər  dənizi-E.N)  sahilində, 

regionun girişində mövcud olduğunu qeyd edir

31

. Bakı hələ orta əsrlərdən etibarən nefti 



ilə  tanınırdı.  Yaqut  əl-Həməvi  və  Zəkəriyyə  Qəzvini  Bakının  Şirvan  Dərbəndi 

yaxınlığında  yerləşdiyini,  burada  gündəlik  icarə  haqqı  1000  dirhəm  olan  neft 

quyusunun  mövcud  olması  barədə  məlumat  vermişdilər

32

.  Rəşidəddin  Bakuvi  də 



Bakıdakı neft quyuları haqqında məlumat verir. O, Bakının neft yataqlarından gündəlik 

200 dəvə yükü neft hasil olunduğunu yazır

33

Hüdudü’l-Aləm müəllifi isə Bakıdan hasil 



olan neftin ixrac olunduğunu qeyd edir

34

. Ə. Bakuvi bakılıların suiti dərisindən tuluqlar 



hazırlayaraq  hasil  edilən  nefti  bu  tuluqlarda  başqa  ölkələrə  göndərdiklərini  yazır.  O, 

həmçinin  Bakının  möhkəm  qala  divarları  ilə  əhatə  olunduğunu  qeyd  edir.  Müəllif  iki 

qaladan bəhs edərək bunlardan birinin ləpədöyəndə olduğunu və moğolların onu zəbt 

edə bilmədiklərini yazır

35

. Güman ki, müəllif Qız qalasını yaxud qalıqları indi su altında 



olan Səbail qalasını nəzərdə tutmuşdur.  

Bakı  orta  əsrlərdə  nefti  ilə  yanaşı  liman  şəhəri  olması  ilə  tanınmışdı.  Həmin  dövrdə 

Xəzər dənizi hərbiləşməmiş, belə demək mümkünsə, sülh dənizi idi. Belə ki, mənbələr 

bu  dənizdə  sadəcə  ticarət  və  balıqçı  gəmilərinin  üzdüyünü  qeyd  edirlər.  Güman  ki, 

Xəzər  dənizi  müsəlman  ölkələri  ilə  əhatə  olunduğu  üçün  bu  qonşu  dövlətlər  orada 

hərbi donanma saxlamağa ehtiyac hiss etməmişdilər. Xilafətlə uzun illər boyu müharibə 

vəziyyətində olan Xəzər xaqanlığı isə hərbi donanmaya malik deyildi. Bu səbəbdən də 

                                                 

31

Şəmsəddin Muhəmməd əl-Bəşşari əl-MƏQDİSİ, Əhsənü’t-Təqasim fi Mərifəti’l-Əqalim, s. 185, Tehran 2006. 



[

ًٙٞات


 :

 ٠ِػ


ْ٤ِهلإا ضهك ٟكؼئ ٢ٛ جه٤ؽثُا

]

 



32

Şihabəddin Yaqut ibn Abdullah ər-Rumi əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s.351, Beyrut (trz); QƏZVİNİ, Asarü’l-



Bilad, s. 565. 

[

ٚ٣ًٞات



...

ْٛنق قُأ ّٞ٣ ًَ ٢ك اٜرُاثه ؾِثذ حٔ٤ظػ ػلٗ ٖ٤ػ ٚ٤ك 

]

 

33



 Təlxisü’l-Asar, s. 117. 

34

 Hüdudü’l-Aləm, s. 123. 



35

 BAKUVİ, Təlxisü’l-Asar, s. 117. 




istər  Azərbaycan,  istərsə  də  Xəzər  sahilindəki  digər  müsəlman  dövlətlər  əsrlər  boyu 

Xəzərdən  gələ  biləcək  hər  hansı  bir  hərbi  təhlükə  gözləməmişdilər.  Lakin  914-cü  ildə 

ruslar Xəzər dənizindəki bu əmin-amanlığı pozmuşdular. Əvvəllər 15-20 ticarət gəmisi 

ilə  Azərbaycan,  orta  Asiya  və  İranın  limanlarına  səfər  edən  rus  tacirləri  bu  yerləri, 

oradakı  şəhərləri,  yolları,  bu  ölkələrin  zənginliklərini  öyrənmə  fürsəti  əldə  etmişdilər. 

914-cü  ildə  500  gəminin  hər  birində  100  nəfər  olmaqla  50  mindən  çox  rus  əsgəri 

Xəzərsahili vilayətlərə qəfil hücum etmişdilər. Həmin vaxt Xəzər dənizinə tökülən İdil 

(Volqa)  çayı  Xəzər  xaqanlığının  nəzarətində  olduğu  üçün  ruslar  xaqanın  icazəsi  ilə 

gəmilərini Xəzər dənizinə endirə bilirdilər. Bunun müqabilində isə onlar talan etdikləri 

qənimət  mallarının  yarısını  xaqana  verməyi  vəd  edirdilər.  Həmin  il  Gilan,  Deyləm, 

Təbəristan sahillərinə qəfil hücum edən ruslar yaşayış məntəqələrini zəbt edərək talan 

edir,  əhalini  əsir  götürürdülər.  Yusif  ibn  Əbu’s-Sac  ordusunu  səfərbər  edərək  ruslarla 

vuruşmuş,  lakin  istənilən  nəticəni  əldə  edə  bilməmişdi

36

.  Ruslar  qarət  etdikləri  mallar 



və  əsirlərlə  Abşeron  yaxınlığındakı  adalara  çəkilmişdilər.  Şirvanşah  Əli  ibn  Heysəm 

əsgərlərini qayıqlara mindirərək həmin adalara hücum etmişdi. Lakin bu dəniz döyüşü 

rusların qələbəsi ilə bitmişdi. Bir neçə ay bu adalarda qalan rusların dənizdə quldurluq 

etmələri səbəbiylə Xəzər dənizindəki ticarət iflasa uğramışdı. Nəhayət onlar gəmilərinə 

minib  Xəzər  dənizinin  şimalına  yollanmışdılar.  Xəzər  xaqanlığına  çatanda  xaqanın 

ordusunda  xidmət  edən  muzdlu  müsəlman  əsgərlər  ruslarla  vuruşmaq  üçün  səfərbər 

oldular.  Məs’udi  öz  əsərində  bu  hərbiçiləri  ‚əl-Larisiyyə‛ 

[

ح٤ٌنلاُا



]

  adlandırır

37

.  Akad. 



Nailə  Vəlixanlının  fikrinə  görə  bunlar  xarəzmli  müsəlmanlar  idilər

38

.  Onlar  xaqana 



‚müsəlman  qardaşlarımıza  hücum  edib  onların  qanını  tökmüş,  qadınları  və  uşaqları 

alçaltmış  bu  milləti  bizim  öhdəmizə  burax‛

39

  deyərək  ruslarla  vuruşmaq  niyyətində 



olduqlarını bildirdilər. Xaqan onları bu fikirlərindən daşındırmaq istəsə də bacarmadı, 

çünki özü də onlardan çəkinirdi. Lakin Xəzər xaqanı rusları ölkəsindəki müsəlmanların 

onlarla  vuruşmaq  üçün  hazırlaşdıqları  barədə  xəbərdar  etdi.  15  min  yaxşı  silahlanmış 

süvari  əl-larisi  ruslara  hücum  etdilər.  Ruslar  gəmilərdən  sahilə  çıxıb  onlarla  döyüşə 

                                                 

36

 Nailə VƏLİXANLI, Ərəb Xilafəti və Azərbaycan, s. 88, Bakı 1993. 



37

  Əbü’l-Həsən  Əli  əl-MƏS’UDİ,  Mürucü’z-Zəhəb  və  Mə’adini’l-Cəvhər,  (Nşr.  M.M.  Əbdülhəmid),  C.  I,  s.  79,  Beyrut 

1973. 

38

 VƏLİXANLI, həmin əsər, s. 88. 



39

 MƏS’UDİ, Mürucü’z-Zəhəb, C. I, s. 79-80. 

[

١نانمُاٝ ءاٍُ٘ا اٞثٌٝ ،ءآكُا اٌٞلٌٝ ،ٖ٤ٍُِٔٔا ا٘ٗاٞـئ قلات ٠ِػ اٝناؿأ كوك ّٞوُا ءلاإٛٝ اََِِّ٘ـ



]

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə