772
«Onda Doğuya yox, Batıya getməlisən», –
Leylək qısqanclıqla dedi.
«Doğu da, Batı da Allahındı», – rəhmətlik ƏniĢtə
kimi ərəbcə dedim.
«Amma Doğu doğuda, Batı batıdadı», – Qara
dedi.
«NəqqaĢ özünü dartmamalıdı», – Kəpənək
dedi. «Doğunun və Batının dərdini çəkməkdənsə,
yalnız içindən gəldiyi kimi nəqĢ eləməlisən».
«Bu çox doğru sözdü», – sevgili Kəpənəyə
dedim. «Səni öpmək istədim».
Amma ona doğru iki addım atmamıĢdım ki,
Qara özünü göstərən tərzdə üstümə atıldı. Bir
əlimdə içi camaĢır və qızıl dolu boğçam,
qoltuğumun altında da da rəsmlərlə dolu cildbənd
vardı. Onları qorumaq istəyəndə ehtiyatı əldən
verdim. Xəncər tutan qolumu ələ keçirdi. Ancaq
onun da bəxti gətirmədi, ayağı rəhləyə iliĢdiyinə
görə bir anlığa müvazinətini itirəndə qolumu tutan
əli boĢaldı. Bir yandan var gücümlə təpikləyə-
təpikləyə barmaqlarını diĢləyib onu silkələdim.
Canı ağrıdığına görə uladı. Bu dəfə əzab verib,
ayağımı əlinin üstünə basdım, xəncəri o birilərə
tutub qıĢqırdım:
«Oturun oturduğunuz yerdə!»
Oturdular.
Xəncərin
ucunu
əfsanədə
Keykavus elədiyi kimi, Qaranın burun deĢiyinə
downloaded from KitabYurdu.org
773
soxdum.
Qanamağa
baĢlayanda
yalvaran
gözlərindən acı yaĢlar axdı.
«Ġndi de görək, – soruĢdum, – mən kor
olacağammı?»
«Əfsanəyə görə, qan bəzilərinin gözündə
laxtalanır, bəzilərinin gözündə laxtalanmır. Allah
nəqĢindən məmnundusa, səni yanına aparmaq üçün
öz möhtəĢəm qaranlığını verəcək. Onda bu səfil
dünyanı yox, onun gördüyü misilsiz mənzərələri
görəcəksən. Yox, nəqĢindən məmnun deyilsə,
indiki kimi görməyə davam eləyəcəksən».
«Mən əsl nəqĢi diyari-hinddə çəkəcəyəm», –
dedim. «Allahın məni ittiham eləyəcəyi rəsmi hələ
çəkməmiĢəm».
«Firəng üsullarından qaçmağına artıq çox da
ümid bəsləmə», – dedi. «Əkbər xanın nəqqaĢlarını
öz rəsmlərini imzalamağa təĢviq elədiyini
bilirsənmi? Portəgizli iezuit keĢiĢləri firəng rəsm və
üsullarını ora çoxdan aparıblar. Onlar artıq hər
yerdədilər».
«HəmiĢə saf qalmaq istəyənin görməli iĢi,
qaçmalı yeri var», – dedim.
«Əlbəttə, kor olmaq və mövcud olmayan
ölkələrə qaçmaq», – Leylək dedi.
«Bütün ömürləri boyu Ģəxsi üslubları
olmasına görə firəngləri təqlid eləyəcəklər», –
downloaded from KitabYurdu.org
774
dedim. «Firəngləri təqlid elədikləri üçün də Ģəxsi
üslubları heç olmayacaq».
«BaĢqa eləməli bir Ģey yoxdu», – Qara
Ģərəfsizcəsinə dedi.
Əlbəttə, onun yeganə xoĢbəxtliyi nəqĢ yox,
gözəl ġəkurəydi. Ucu qanlı xəncəri Qaranın qanlı
burnundan çəkib baĢının üzərinə boyun vurmağa
hazırlaĢan cəlladın qılıncı kimi qaldırdım.
«Ġstəsəm, sənin boynunu indi vuraram», –
açıq-aĢkar olan Ģeyi elan elədim. «Amma ġəkurənin
uĢaqlarına və xoĢbəxtliyinə görə səni bağıĢlaya
bilərəm. Onunla yaxĢı davran, heyvanlıq və cahillik
eləmə. Mənə söz ver!»
«Söz verirəm!» – dedi.
«Səni ġəkurəyə bağıĢladım», – dedim.
Amma qolum ağzımdan çıxan sözün
tamamilə əksini elədi. Var gücümlə xəncəri Qaraya
endirdim.
Son anda həm o, yerindən qımıldandığına
görə,
həm
də
mən
zərbənin
yönünü
dəyiĢdirdiyimdən xəncər boynuna yox, çiyninə
dəydi. Qolumun öz-özünə elədiyinə mən də
qorxuyla baxdım. Ətə batan xəncəri çəkdiyim yer
qıpqırmızı oldu. Həm qorxdum, həm də
elədiyimdən utandım. Amma yaxın müddətdə bəlkə
də ərəb dənizlərində, gəmidə kor olsam, intiqam
downloaded from KitabYurdu.org
775
üçün nəqqaĢ qardaĢlarımdan heç birini yanımda
tapmayacağımı bilirdim.
Növbənin ona çatmasından haqlı olaraq
qorxan Leylək içəri, qaranlıq otaqlara keçdi.
Əlimdə lampa kölgəmlə birgə ardınca getdim,
amma qorxub qayıtdım. Ən axırıncı iĢim Kəpənəklə
öpüĢüb-vidalaĢmaq oldu. Aramıza qanın qorxusu
girdiyindən onu istədiyim qədər ürəkdən öpə
bilmədim. Gözlərimdən yaĢ axdığını gördü.
Aradabir Qaranın iniltilərinin kəsildiyi ölüm
sükutu içində olan təkkədən çıxdım. Ġslaq və
palçıqlı həyətdən, qaranlıq məhəllədən az qala
qaça-qaça uzaqlaĢdım. Məni Əkbər xanın
nəqqaĢxanasına aparacaq gəmi səhər azanından
sonra yola çıxacaq, həmin vaxt bir qayıq Kadırğa
limanından ona doğru son dəfə gedəcəkdi. Qaçanda
bir tərəfdən də gözlərimdən yaĢ axırdı.
Aksaraydan
oğru kimi səssiz-səmirsiz
keçəndə üfüqdə günün ilk Ģəfəqlərini açıq-aydın
gördüm. Ara küçələrin, dar keçidlərin, divarların
arasından qabağıma çıxan ilk məhəllə çeĢməsinin
qabağında iyirmi beĢ il əvvəl Ġstanbula ilk gəldiyim
günün gecəsini keçirdiyim daĢ ev vardı. Orada açıq
həyət qapısının arasından iyirmi beĢ il əvvəl uzaq
bir qohumun məni mərdliklə, xeyirxahlıqla qonaq
eləyib açdığı yatağa yuxumda iĢəyəndə on bir
yaĢında gecəyarısı günahkarlıqla özümü atdığım
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |