Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə190/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   183   184   185   186   187   188   189   190   191

 

 

780 



 

         Deməli, ölüm dedikləri bu imiĢ. 

         Bununla  belə,  hələ  ölmədiyimi  bilirdim. 

DeĢik  göz  bəbəklərim  tərpənirdi.  Amma  açıq 

gözlərimlə çox gözəl görürdüm.  

         Yer 

səthindən 

gördüyüm 

Ģey 

bütün 


düĢüncəmi doldurmuĢdu. Yol azca yoxuĢdan sonra 

yuxarı  qalxır.  NəqqaĢxananın  divarı  və  kəməri, 

damı göydü. Belə gedir. 

         Sanki  bu  baxdığım  an  uzandı,  baĢa  düĢdüm 

ki, görmək indi bir növ xatırlamağa çevrilib. Onda 

yadıma  eynilə  qabaqlar  bir  gözəl  rəsmə  saatlarla 

baxanda hiss elədiyim Ģey düĢdü: çox baxsan, ağlın 

rəsmin zamanına girər. 

         Ġndi bütün zamanlar o zaman olmuĢdu. 

         Sanki  kimsə  məni  görməyəcək,  düĢüncələrim 

solanda  palçıq  içindəki  baĢım  illərlə  bu  kədərli 

yoxuĢa, daĢ divara, bir az uzaqdakı əlçatmaz tut və 

Ģabalıd ağaclarına baxacaq. 

         Bu  sonsuz  həsrət  birdən  elə  kədərli,  elə 

darıxdırıcı  göründü  ki,  bu  zamandan  çıxmaq 

istədim. 

 

 



 

59. MƏN ŞƏKURƏYƏM 

 

downloaded from KitabYurdu.org




 

 

781 



 

          Qaranın  bizi  gizlənmək  üçün  yolladığı  uzaq 

qohumunun  evində  gecəni  yuxusuz  keçirdim. 

Xeyriyyə  və  uĢaqlarla  birgə  yatdığımız  yataqda 

aradabir  xorultuların,  öskürəklərin  uğultusu  içində 

yuxuya  gedə  bilirdim,  amma  narahat  yuxularımda 

gördüyüm  qolları-qıçları  kəsilib  qarıĢdırılıb,  bir-

birilərinə  bitiĢmiĢ  qəribə  məxluqlar  və  qadınlar  əl 

çəkməyib məni oyadırdılar. Səhərə yaxın soyuqdan 

oyanıb  ġövkətin  və  Orxanın  üstlərini  bərk-bərk 

örtdüm,  onları  qucaqladım,  saçlarından  öpdüm, 

rəhmətlik  atamın  evində  rahatca  yatdığım  gözəl 

vaxtlarda  olduğu  kimi  Allaha  yalvardım  ki,  mənə 

xoĢbəxt yuxu versin. 

          Amma  yata  bilmədim.  XoĢbəxt  yuxularımda 

həmiĢə  gördüyümü  səhər  namazından  sonra  kiçik 

və  qaranlıq  otağın  pəncərəsinin  tayları  arasından 

küçəyə  baxanda  gördüm:  savaĢmaqdan,  aldığı 

yaralardan  süst  düĢmüĢ,  kabusa  oxĢayan  bir  adam 

əlində qılınc sayaq tutduğu dəyənək, tanıĢ addımlar 

atıb  mənə  həsrətlə  yaxınlaĢırdı.  Yuxularda  həmin 

adamı  lap  qucaqlayan  vaxt  göz  yaĢları  içində 

oyanırdım.  Küçədəki  adamın  qana  bulaĢmıĢ  Qara 

olduğunu baĢa düĢəndə yuxularda boğazımdan heç 

çıxmayan fəryad qopdu. 

         Qaçıb qapını açdım. 

         Üzü  döyüĢməkdən  ĢiĢmiĢ,  gömgöy  olmuĢdu. 

Burnu  parçalanmıĢdı,  qan  içindəydi.  Çiynindən 

downloaded from KitabYurdu.org



 

 

782 



 

boynuna qədər iri yara vardı. Köynəyinin üstü, hər 

yeri  qandan  qıpqırmızı  qızarmıĢdı.  Yuxulardakı  ər 

kimi ən axırda evə qayıda bildiyindən mənə qeyri-

müəyyən halda gülümsəyirdi. 

         «Gir içəri», – dilləndim. 

         «UĢaqları çağır», – dedi. «Evə qayıdırıq». 

         «Sənin evə qayıtmağa halın yoxdu». 

         «Artıq  ondan  qorxma»,  –  dedi.  «Əcəm 

Vəlican əfəndiymiĢ». 

         «Zeytun...» 

– 

dedim. 



«O 

bədbəxti 

öldürdünmü?» 

         «Kadırğadan 

çıxan  gəmiylə  Hindistana 

qaçdı»,  –  dedi,  iĢini  yarımçıq  gördüyünü  bildiyinə 

görə bir anlığa nəzərlərini qaçırtdı. 

         «Evə 

piyada  gedə  biləcəksənmi?»  – 

soruĢdum. «Sənə at çıxartsınlar». 

         Evə  qayıdanda  öləcəyini  hiss  elədim,  ona 

yazığım  gəldi.  Yalnız  öləcəyinə  görə  yox,  heç  bir 

xoĢbəxtlik  görmədiyi  üçün  də  yazığım  gəldi.  Bu 

yad  evdə  ölmək  istəmədiyini,  əslində,  bu  dəhĢətli 

vəziyyətiylə  kimsənin  gözünə  görünmədən  yox 

olmaq  istədiyini  də  gözlərindəki  kədər  və 

qətiyyətdən görürdüm. Onu zorla ata mindirdilər.  

         Əllərimizdə  bağlamalarımız  ara  küçələrdən 

keçib  yola  düĢəndə  uĢaqlar  əvvəlcə  at  belindəki 

Qaranın  üzünə  baxa  bilmirdilər.  Amma,  bununla 

belə,  Qara  babanı  öldürən  alçaq  qatilin  oyununu 

downloaded from KitabYurdu.org




 

 

783 



 

necə 


pozduğunu, 

onunla 


qılıncla 

necə 


vuruĢduqlarını  ağır-ağır  yeriyən  atın  belindən 

onlara  danıĢa  bildi.  Ona  bir  az  isindiklərini  görür, 

Allahıma yalvarırdım ki, Qara ölməsin.  

        Evə  qayıdanda  Orxan  elə  sevinclə  «Evə 

gəldik!»  deyib  qıĢqırdı  ki,  Əzrayılın  bizə  rəhm 

eləyəcəyi,  Allahın  hələ  vaxt  verəcəyi  ürəyimə 

həmin  anda  damdı.  Amma  yenə  də  ulu  Allahın 

kimin  canını  niyə  və  nə  vaxt  alacağının  heç  bəlli 

olmadığını  təcrübəylə  bildiyimə  görə  artıq  ümid 

bəsləmədim.  

          Qaranı  çətinliklə  atdan  düĢürtdük,  hamımız 

birgə  yuxarı  çıxartdıq,  atamın  mavi  qapılı  otağına 

salıb yatırtdıq. Xeyriyyə su qaynadıb gətirdi. Ətinə 

yapıĢmıĢ qanlı köynəyini, qurĢağını, ayaqqabılarını, 

alt  paltarlarını,  donuna  qədər  hər  Ģeyini 

Xeyriyyəylə  cırıb,  qayçıyla  kəsib  çıxartdıq. 

Pəncərələri  açanda  bağçadakı  budaqlarda  oynaĢan 

ilıq qıĢ günəĢi otağa doldu, cürdəklərdə, qazanlarda, 

yapıĢqan 

qutularında, 

hoqqalarda, 

ĢüĢə 


parçalarında, qələmyonanlarda bərq vurub Qaranın 

ölüm  rənginə  çalan  dərisini,  viĢnə  və  ət  rəngində 

olan yaralarını iĢıqlandırdı.  

         Sabun sürtdüyüm mələfəlik qumaĢ parçalarını 

isti suyla isladıb Qaranın bədənini qiymətli, köhnə 

xalını  təmizləyən  sayaq  diqqətlə,  oğullarımdan 

birinə  baxan  kimi,  Ģəfqətlə  və  istəklə  sildim. 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə