Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə53/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   49   50   51   52   53   54   55   56   ...   191

 

 

225 



 

«Amma  sənin  üzündən  mənə baĢ  əyir.  Məni 

öldürsələr, qorxub kitabdan boyun qaçıra bilər». 

«Onda  mənimlə  evlənə  bilməz»,  –  ağıllı 

qızım gülümsəyə-gülümsəyə dedi. 

          Gülümsədiyini  haradan  çıxarıram?  Bütün  bu 

söhbət  ərzində  gözlərində  aradabir  görünən 

parıltıdan  baĢqa  heç  bir  Ģey  görməmiĢdim.  Otağın 

ortasında gərgin halda üzbəüz dururduq. 

«Onunla 


xəbərləĢir, 

bir-birinizə 

iĢarə 

verirsinizmi?»  –  özümü  saxlaya  bilməyib 



soruĢdum. 

«Belə bir Ģeyi necə düĢünə bilərsiniz?» 

Uzun,  sancılı  sükut  çökdü.  Çox  uzaqlarda 

köpək hürdü. Bir az üĢüdüm, titrədim. Artıq otaq o 

qədər qaranlıq idi ki, bir-birimizi heç görmür, təkcə 

üzbəüz  durduğumuzu  sezirdik.  Sonra  birdən  bir-

birimizi  qucaqladıq,  var  gücümüzlə  bir-birimizi 

bağrımıza  basdıq.  Ağlamağa  baĢladı,  anasının 

nisgilini  çəkdiyini  dedi.  Anasının  saçları  kimi 

qoxuyan  saçlarından  öpdüm,  onu  oxĢadım. 

Yatağına,  qucaqlaĢıb  yatan  uĢaqlarının  yanına 

aparıb  yatırtdım.  Geridə qoyduğum  iki  gün  barədə 

fikirləĢəndə  ġəkurənin  Qarayla  xəbərləĢdiyinə  heç 

Ģübhəm qalmadı. 

 

 

 



downloaded from KitabYurdu.org


 

 

226 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org




 

 

227 



 

 

 



 

 

 



 

22. MƏNİM ADIM QARADI 

 

Gecə  evə  qayıdandan  sonra  özünü  cidd-



cəhdlə  anam  saymağa  baĢlamıĢ  ev  sahibindən 

canımı  qurtarıb  dərhal  otağa  çəkildim,  döĢəyin 

üstünə uzanıb ġəkurə barədə düĢündüm. 

Oyun 


zövqüylə 

diqqət 


kəsildiyim 

taqqıltılardan  baĢlayaq:  on  iki  il  sonra  evlərinə 

ikinci  dəfə  gedəndə  mənə  heç  görünmədi.  O  biri 

tərəfdən,  məni  elə  sehrli  tərzdə  ələ  almağı 

bacarmıĢdı ki, məni daim gördüyündən, gələcək ər 

kimi  ölçüb-biçdiyindən,  bundan  məntiqli  oyun 

zövqü  aldığından  əmindim.  Buna  görə  mənim  də 

daim onu gördüyümü hesab eləyirdim. Ġbn Ərəbinin 



eşqdən  görülməyəni  görünən  eləmə  qabiliyyəti, 

görünməyəni  daim  yanında  hiss  eləmə  istəyi  kimi 

söz açmasını beləcə daha yaxĢı baĢa düĢdüm. 

ġəkurənin  məni  fasiləsiz  izlədiyini  evin  iç 

səslərinə,  taxtaların  cırıltılarına  qulaq  kəsildiyim 

üçün  təxmin  eləyə  bilirdim.  Bir  ara  uĢaqlarıyla 

birgə dəhlizə açılan yan otaqda olduqlarını qəti baĢa 

downloaded from KitabYurdu.org




 

 

228 



 

düĢdüm: çünki uĢaqların öz aralarında itələĢib dava 

elədiklərini,  amma  analarının  təhdidli  baxıĢları, 

qaĢlarını  çatması  üzündən  səslərini  qısmağa 

çalıĢdıqlarını  eĢitdim.  Aradabir  təbii  olmayan 

tərzdə,  namaz  qılanın  diqqətini  yayındırmamaq 

üçün  edildiyi  kimi  də  yox,  nümayiĢkaranə  tərzdə 

pıçıldaĢdıqlarını,  sonra  qaqqıldayıb  gülüĢdüklərini 

eĢitdim. 

Növbəti  dəfə,  babaları  mənə  iĢığın  və 

kölgənin  möcüzələrindən  söz  açanda  iki  uĢaq: 

ġövkətlə  Orxan  içəri  girdilər,  qabaqcadan 

xırdalıqlarıyla  nəzərdə  tutulduğu  məlum  olan 

diqqətli,  etinalı  hərəkətlərlə  məcməyini  tutub  bizə 

qəhvə  verdilər.  Xeyriyyənin  görməli  olduğu  bu  iĢi 

analarının  bəlkə  də  gələcəkdə  uĢaqlarına  ata 

eləyəcəyi  adamı  daha  yaxından  görmələrinə  fürsət 

vermək,  onlara  bu  adam  haqqında  danıĢmaq  üçün 

ölçüb-biçdiyini düĢünürəm. «Nə gözəl gözlərin var 

sənin»,  –  ġövkətə  dedim,  dərhal  kiçik  qardaĢ 

Orxanın  qısqanclığını  sezib,  «Sənin  gözlərin  də 

gözəlmiĢ»,  –  əlavə  elədim,  birdən  cibimdən 

çıxardığım  solmuĢ  qərənfil  çiçəyinin  yarpağını 

məcməyiyə  atandan  sonra  uĢaqların  ikisinin  də 

yanaqlarından  öpdüm.  Daha  sonra  evin  içindən 

gülüĢlər və qaqqıltılar eĢidildi. 

Bəzən mənə tamaĢa eləyən gözün divarların, 

bağlı  qapıların,  hətta  tavanın  harasındakı  hansı 

downloaded from KitabYurdu.org



 

 

229 



 

deĢikdə  olduğunu,  mənə  hansı  yandan  baxdığıyla 

maraqlanar,  bəzi  çatlara,  budaqlara,  ya  da  yanlıĢ 

nöqtələrə  baxa-baxa  təxminlərlə  vurnuxar,  o  çatın 

arxasında  ġəkurənin  necə  durduğunu  təsəvvür 

eləyirdim. Bəzən bir baĢqa qara nöqtədən əbəs yerə 

Ģübhələnir,  Ģübhələndiyim  Ģeyin  doğru  olub-

olmadığını  baĢa  düĢmək  üçün  ara  vermədən 

danıĢan  əniĢtəmə  hörmətsizlik  eləmək  bahasına 

oturduğum  yerdən  qalxırdım.  Və  özümü  fikrimin 

əniĢtəmin  danıĢdığı  hekayədə  olduğunu  sübuta 

yetirəcək  çox  məĢğul,  çox  təəccüblü  və  düĢüncəli 

görkəmlə otağın içində dalğın-dalğın var-gəl eləyən 

kimi  göstərəndə  divardakı  Ģübhələndiyim  o 

nöqtəyə, oradakı qaraltıya yaxınlaĢırdım.  

Orada,  baxıĢ  deĢiyi  hesab  elədiyim  Ģeyin 

arxasında ġəkurənin gözüylə qarĢılaĢmamaq mənim 

kefimi pozur. Bir anlığa qəribə tənhalıq duyğusuna 

qapılır, həyatda nə eləyəcəyini bilməyən adam kimi 

səbirsizlik göstərirdim.  

Bəzən  ġəkurənin  mənə  tamaĢa  elədiyini 

qəfildən  elə  içimdə  duyur,  onun  baxıĢı  altında 

olduğuma elə qüvvətlə inanırdım ki, sevdiyi qızı ələ 

almaq üçün özünü olduğundan daha dərin, güclü və 

qüdrətli  göstərmək  istəyən  adam  təki  özümə 

cürbəcür görkəm verməyə baĢlayırdım. Daha sonra 

ġəkurənin  və  uĢaqların  savaĢdan  heç  cür  geri 

qayıtmayan  o  ərlə,  o  itkin  düĢən  atayla  məni 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə