Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə50/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   46   47   48   49   50   51   52   53   ...   191

 

 

213 



 

uĢaq, zinakar qadını daĢlayan qəddar, ya da əliqanlı 

qatil olmağa belə razılıq vermiĢdilər». 

«Bu,  eynilə,  –  özümü  baĢa  düĢməyən  kimi 

göstərib  dilləndim,  –  qədim  Əcəm  əfsanələrindən 

söhbət  açan  kitablarda  ġah  Ġsmayılın  taxta 

oturmasını  görməyimiz  kimi  bir  Ģeydi.  Ya  da 

Xosrovla  ġirinin  hekayəsində  onlardan  çox  sonra 

hökm 

sürən 


Teymurun 

rəsm 


edilməsiylə 

rastlaĢmağımıza oxĢayır». 

Bu məqamda evin içində taqqıltımı vardı? 

          «Amma  o  firəng  rəsmləri  elə  bil  bizi 

qorxutmaq  üçün  çəkilir»,  –  əniĢtəm  sonra  dedi. 

«Bizi  yalnız  çəkdirənlərin  gücü  və  var-dövlətiylə 

qorxutmurlar.  Həm  də  bu  dünyada  mövcudluğun 

çox gözəl və əsrarəngiz Ģey olduğuna inandırmağa 

çalıĢırlar. Bənzərsiz üzləri, gözləri, duruĢlarıyla, hər 

qatı  kölgə  içində  olan  əlbəsələriylə  əsrarəngiz  bir 

varlıq  nümunəsinə  çevrilib  bizi  qorxutmaq 

istəyirlər». 

           Bir  dəfə  Komo  gölü  qırağındakı  bir  varlı 

malikanəsində 

çılğın 

həvəskarın, 



krallardan 

kardinallara, əsgərlərdən Ģairlərəcən firəng tarixinin 

bütün  məĢhurlarının  üz  təsvirlərini  topladığı 

möhtəĢəm portretlər qalereyasının otaqlarında necə 

itdiyindən danıĢdı. «Qonaqsevər ev sahibinin məni 

iftixarla  gəzdirdiyi  evin  otaqlarında  bir  az  da  öz 

istəyimlə gəzməyim məqsədilə məni tək qoyanda, – 

downloaded from KitabYurdu.org




 

 

214 



 

dedi,  –  çoxu  həqiqi  görünən,  bəzisi  dimdik  mənim 

gözlərimin  içinə  baxan  bu  guya  mühüm  gavur 

Ģəxsiyyətlərinin  məhz  portretləri  çəkildiyinə  görə 

bu  dünyanı  daha  artıq  dolduran  Ģəxsiyyətlərə 

çevrildiklərini  gördüm.  Portretlərinin  çəkilməsi  elə 

sehrli bir Ģey yaratmıĢ, onları elə bənzərsiz varlığa 

çevirmiĢdi  ki,  rəsmlər  arasında  bir  anlığa  özümü 

nöqsanlı  və  gücsüz  hiss  elədim.  Sanki  bu  aləmdə 

niyə  mövcud  olduğumu  bu  üsullarla  çəkə  bilsəm, 

daha yaxşı qavrayacaqdım». 

Heratlı  qədim  nəqqaĢların  mükəmməl  və 

dəyiĢməz  elədiyi  Ġslam  nəqĢinin  portret  həvəsiylə 

baĢa  çatacağını  dərhal  baĢa  düĢüb,  istəyindən 

qorxub.  «Amma  sanki  hamıdan  fərqli  olduğumu, 

baĢqa  cür  olduğumu,  bənzərsiz  olduğumu  hiss 

eləmək də istəyirdim», – dedi. Beləcə, Ģeytanın bizi 

günaha  sürükləyəcəyi  vaxtlarda  olduğu  kimi, 

qorxduğu  Ģeyə  doğru  güclü  istəyin  cazibəsiylə 

sürükləndiyini  hiss  eləyib.  «Necə  deyim,  bu  sanki 

günahsayaq  istək  idi,  elə  bil  Allaha  qarĢı 

böyüklənməyə, özünü əhəmiyyətli bir Ģey saymağa, 

özünü dünyanın mərkəzinə qoymağa oxĢayırdı». 

Daha  sonra  ağlına  gəlib  ki,  firəng 

ustadlarının  əlində  bir  cür  məğrur  uĢaq  oyununa 

dönən  Ģey  uca  padĢahımıza  yönəlsə,  bir  sehri  də 

aĢıb,  görən  hər  kəsi  təsiri  altına  alacaq  haqlı  bir 

gücə, dinimizə xidmətə çevriləcək. 

downloaded from KitabYurdu.org



 

 

215 



 

PadĢahımızın  və  onu  təmsil  eləyən  Ģeylərin 

rəsmlərinin  olacağı  bir  kitab  hazırlatmaq  fikri  elə 

həmin  vaxt  ortaya  çıxıb.  Çünki  Ġstanbula  qayıdan 

əniĢtəm PadĢahımız həzrətlərinə firəng ustadlarının 

üsullarıyla  rəsm  edilməsinin  çox  yaxĢı  olacağını 

söyləyəndə o, əvvəlcə etiraz eləyib.  

«Əsl  olan  hekayədi»,  –  deyib.  «Gözəl  rəsm 

hekayəni 

zərifliklə 

tamamlayır. 

Hekayəni 

tamamlayan rəsmi fikirləĢməyə çalıĢanda ağlıma o 

rəsmin  axırda  büt  olacağı  gəlir.  Çünki  olmayan 

hekayəyə  inanmayacağımıza  görə  onda  rəsmə,  o 

Ģeyə 


inanacağıq. 

Bu, 


Peyğəmbərimiz 

sındırtdırmazdan  qabaq  Kəbədə  bütlərə  səcdə 

eləmək  kimi  bir  Ģeydi.  Əgər  bir  hekayənin  parçası 

olmayacaqsa,  məsələn,  bu  qərənfili,  ya  da  bu 

ədəbsiz cırtdanı necə rəsm eləyəcəksən?»  

«Qərənfilin  gözəlliyinin  onun  bənzərsizliyi 

olduğunu göstərməklə». 

«Sonra  da  səhifənin  tərtibində  onu  aləmin 

düz mərkəzinəmi qoyacaqsan?» 

«Qorxdum,  –  əniĢtəm  mənə  dedi,  – 

PadĢahımızın  fikirlərinin  məni  apardığı  yerin  hara 

olduğunu görüb bir anlığa təlaĢa düĢdüm».  

ƏniĢtəmin  dünyanın,  həm  də  beləcə  kağızın 

mərkəzinə  Allahın  niyyətindən  başqa  bir  şeyi 

yaraşdırmaqdan qorxduğunu sezdim. 

downloaded from KitabYurdu.org




 

 

216 



 

«Sonra  mərkəzinə  cırtdanı  qoyduğun  rəsmi 

divardan  asmaq  istəyəcəksən»,  –  PadĢahımız 

əniĢtəmin  qorxduğunu,  güman  elədiyim  kimi, 

deyib.  «Amma  rəsm  divardan  asılmaz.  Çünki 

divardan  asdığımız  rəsmə,  məqsədimiz  nə  olur 

olsun,  bir  müddət  sonra  səcdə  eləməyə  də 

baĢlayarıq. Gavurların elədiyi sayaq Həzrəti Ġsanın 

eyni  zamanda  –  Allah  eləməsin  –  Allah  olduğuna 

inansaydım,  onda  Allahın  dünyada  görünə 

biləcəyini,  hətta  insanda  peyda  ola  biləcəyini  də 

baĢa  düĢəcək,  insan  rəsmi  çəkib  divara  vurmağı 

qəbul  eləyəcəksən.  Divardan  asılan  hər  rəsmə, 

nəhayət,  fərqinə  varmadan  səcdə  eləməyə 

baĢlayacağımızı baĢa düĢürsən, ya yox?» 

«Onu elə yaxĢı baĢa düĢürdüm ki,  – əniĢtəm 

mənə  dedi,  –  onu  baĢa  düĢdüyümə  görə  həm  də 

birgə düĢündüyümüz Ģeydən qorxurdum». 

PadĢahımız:  «Buna  görə  də  rəsmimin 

divardan asılmasına razı ola bilmərəm», – deyib. 

«Amma  bunu  istəyirdi»,  –  əniĢtəm  mənə 

Ģeytan kimi gülümsəyə-gülümsəyə pıçıldadı. 

Ġndi də qorxmaq növbəsi mənə çatmıĢdı. 

PadĢahımız:  «Amma  firəng  ustadlarının 

üsullarıyla  rəsmimin  çəkilməsini  də  istəyirəm»,  – 

deyib.  «Həmin  rəsm  kitabın  səhifələri  arasında 

gizlədilməlidi. O kitabın hansı kitab olacağını mənə 

sən deyəcəksən». 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə