Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə47/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   43   44   45   46   47   48   49   50   ...   191

 

 

199 



 

anlığa  mənə  aciz  qoca  kimi  göründü.  Qaça-qaça 

onun  yanına  gedib  yasından  qayıtdığımız  səfilin 

iftiralarını,  hamımızı  bu  iftiradan  qorumaq  üçün 

elədiyim  iĢi  danıĢmaq  və  soruĢmaq  istədim: 

«Doğrudan 

da, 

Zərif 


əfəndinin 

dedikləri, 

çəkdiyimiz rəsmlərdə PadĢahımızın etibarından sui-

istifadə  eləmək,  nəqĢetmə  üsullarımıza  xəyanət, 

dinimizə  küfr  varmı?  Son  böyük  rəsmi 

tamamladınızmı?»  

AxĢam  vaxtı  qarlı  küçənin  ortasında 

dayandım,  evlərinə  qayıdan  uĢaqların,  ataların 

mənimlə birgə cinlərə, pərilərə, quldurlara, oğrulara 

və  qarlı  ağacların  kədərinə  qoyub  getdiyi  qaranlıq 

küçənin  qurtaracağına  doğru  baxdım.  Küçənin 

qurtaracağında, ƏniĢtə əfəndinin ikimərtəbəli, gözəl 

görünüĢlü  evində  indi  orada  çılpaq  Ģabalıd 

ağaclarının  budaqları  arasından  bir  anlığa 

gördüyüm  damın  altında dünyanın  ən gözəl qadını 

var. Amma mən ağlımı itirmək istəmirəm. 

 

 

 



 

 

 



 

 

downloaded from KitabYurdu.org




 

 

200 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



19. MƏN PULAM 

downloaded from KitabYurdu.org




 

 

201 



 

 

Ġyirmi  iki  əyarlı  Osmanlı  Sultani  qızılıyam. 



Üzərimdə  Cahanpənah  padĢahımız  həzrətlərinin 

Ģanlı tuğrası var. Burada, yasdan sonrakı kədərli bu 

gözəl 

qəhvəxanada 



PadĢahımızın 

böyük 


ustadlarından  Leylək  indi,  gecəyarı  rəsmimi 

çəkdiyinə görə üzərimə qızıl suyu sürtmədi, amma 

onu  siz  artıq  beyninizdə  tamamlayarsınız.  Surətim 

burada,  özümsə  böyük  ustad,  nəqqaĢ  Leylək 

qardaĢımızın kisəsindəyəm. Ġndi ayağa qalxır, məni 

kisədən  çıxarıb  sizə  göstərir.  Salam,  salam,  salam 

olsun  usta  sənətçilərə  və  qonaqlara.  Mənim 

parıltımdan  gözləriniz  böyüyür,  qəndilin  alovunun 

üzərimdə  titrəməsiylə  alovlanır,  ən  son  sahibim 

olan  Leyləyi  qısqanırsınız.  Haqlısınız,  çünki 

nəqqaĢın bacarığının ölçüsü kimi məndən baĢqa heç 

bir Ģey yoxdu. 

Ustad  Leylək  mənim  tayım  olan  bu 

qızıllardan  son  üç  ayda  düz  qırx  yeddi  dənə 

qazanıb.  Hamımız  bu  kisədəyik,  Leylək  Çələbi 

baxın bizi heç kəsdən gizlətmir, Ġstanbul nəqqaĢları 

arasında  daha  artıq  qazanan  olmadığını  da  bilir. 

NəqqaĢlar  arasında  belə  bir  ölçü  kimi  qəbul 

olunmaqla, lüzumsuz çəkiĢmələrə də son qoymaqla 

çox  fəxr  eləyirəm.  Əvvəllər  hələ  qəhvəyə  alıĢıb, 

baĢımız  açılmamıĢdan  quĢbeyin  nəqqaĢlar  hər 

axĢamüstü:  «Yox,  sən  daha  bacarıqlısan,  yox,  əsl 

downloaded from KitabYurdu.org



 

 

202 



 

rəngbaz  mənəm,  mən  ən  yaxĢı  ağacı  çəkərəm, 

bulud  çəkməkdə  məndən  yaxĢısı  yoxdu»,  –  deyib 

çəkiĢməklə  kifayətlənməzdilər,  həm  də  hər  gecə 

döyüĢər, bir-birilərinin diĢlərini tökərdilər. Ġndi hər 

Ģeyə 


mənim 

məntiqimin 

hakim 

olması, 


nəqqaĢxanasındakı iĢ nizamına da Ģirin ahəng, hətta 

heratlı qədim ustadlara layiq forma verir. 

Bu  məntiqin  ahəngi  və  ölçüsüylə  mənimlə 

dəyiĢdirdiyiniz  cürbəcür  Ģeyləri  sayaq:  gənc  və 

gözəl  cariyənin  əllidə  biri  olacaq  bir  ayağı;  qırağı 

sümüklü,  ceviz  ağacından  yaxĢı  bərbər  güzgüsü; 

doxsan  ağca  gümüĢ  təbəqəli,  Ģəmsə  naxıĢlı,  içi 

siyirməli,  yaxĢı  boyanmıĢ  sandıq;  yüz  iyirmi  təzə 

çörək;  üçadamlıq  qəbir  yeri  və  tabut;  gümüĢ 

bazubənd;  atın  onda  biri;  yaĢlı  və  kök  cariyənin 

baldırları;  bir  camıĢ  balası;  iki  yaxĢı  çin  tabağı, 

PadĢahımızın 

nəqqaĢxanasındakı 

Əcəm 


nəqqaĢlarından təbrizli DərviĢ Məhəmmədin və bir 

çox onun kimilərin bir aylıq muzdu; qəfəsiylə birgə 

yaxĢı  bir  ov  dovĢanı;  Panayotun  Ģərabından  on 

parç; dünyada məĢhur oğlanlardan olan Mahmudla 

bir  saat  və  saymaqla  qurtarmayacaq  baĢqa  bir  çox 

imkan. 


Bura  gəlməzdən  qabaq  bir  müddət  yoxsul 

pinəçi  Ģəyirdinin  kirli  corabının  içində  on  gün 

keçirmiĢdim.  Yazıq  hər  gecə  yatağında  mənimlə 

əldə  eləyə  biləcəyi  Ģeylərin  bitib-tükənməyən 

downloaded from KitabYurdu.org



 

 

203 



 

siyahısını  tutub  yuxuya  gedirdi.  Ninni  kimi  Ģirin 

uzun  bir  Ģeirin  misraları  mənə  sübut  eləyib  ki, 

pulun girmədiyi deĢik qalmayıb. 

DeĢik 

deyəndə 


ağlıma 

gəldi. 


Bura 

gəlməmiĢdən  əvvəl  baĢıma  gələn  sərgüzəĢtləri 

danıĢsam,  cild-cild  kitab  olar.  Öz  aramızdı, 

özümüzük,  kimsəyə  deməyəcəksiniz,  Leylək 

əfəndim  də  xəbər  tutmayacaqsa,  sizə  bir  sirr 

verəcəyəm. And içirsinizmi?  

YaxĢı.  Etiraf  eləyirəm.  Mən  ÇəmbərlidaĢ 

zərbxanasından çıxma iyirmi iki əyarlı əsl Osmanlı 

Sultani  qızılı  deyiləm.  Mən  qəlp  pulam.  Məni 

Venesiyada  ucuz  qızıldan  düzəltdilər,  bura  gətirib 

Osmanlı  qızılı  kimi  dövrəyə  buraxdılar.  BaĢa 

düĢdüyünüzə görə təĢəkkür eləyirəm. 

Venesiyadakı  zərbxanadan  öyrəndiyim  kimi, 

bu  iĢ  neçə  illərdi  görülür.  Amma  yaxın  vaxtlara 

qədər  Venesiya  kafirlərinin  aĢağı  əyarla  Doğuya 

gətirib yaydığı qızıllar yenə eyni zərbxanada özləri 

buraxdıqları  Venesiya  dukatlarıydı.  Bir  Ģey 

üzərində  nə  yazılıbsa,  odu.  Məntiqinə  çox  hörmət 

göstərən  Osmanlı  da  üzərindəki  yazı  eyni  yazı 

olduqca  dukatın  içindəki  qızılın  miqdarına  fikir 

vermədiyinə  görə  saxta  Venesiya  qızılları  bütün 

Ġstanbulu  doldurdu.  Sonra  qızılı  az,  misi  çox  olan 

qəlp  pulu  diĢləriylə  daha  ciddi  yoxlaya-yoxlaya 

ayırmağa baĢladılar. Məsələn, eĢq atəĢiylə yanırsan, 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə