Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə44/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   40   41   42   43   44   45   46   47   ...   191

 

 

187 



 

Bəlkə  yenə  sual  verəcəkdi,  amma  birdən 

özümüzü yamacdakı sıx sərv ağacları, hündür alaq 

otları  və  qəbir  daĢları  arasındakı  qəbir  yerində 

gördük.  Qəbrin  ətrafı  sıra-sıra  kütləylə  dolduğuna 

görə  «bismillah»  və  «əla  milləti-Rəsulullah» 

nidalarının 

və 


sözlərinin 

aĢkar 


ucalıb 

qatılaĢmasından  meyitin  həmin  məqamda  qəbrə 

endirildiyini baĢa düĢdüm.  

«Üzünü yaxĢı-yaxĢı açın», – kimsə dilləndi. 

Kəfəni  sıyırırlar,  bir  gözü  qalan  əzik  baĢlı 

ölüylə  göz-gözə  baxıĢırlar;  amma  arxa  tərəflərdə 

olduğuma görə heç bir Ģey görə bilmirdim. Ölünün 

gözlərinin içinə mən  məzar baĢında yox, tamamilə 

baĢqa bir yerdə baxmıĢdım. 

Bir xatirə: otuz il qabaq PadĢahımızın cənnətməkan 

babaları  Kıbrıs  adasını  venesiyalılardan  almağı 

beyninə salmıĢ, ġeyxülislam Əbussuut əfəndi də bir 

vaxtlar  misirli  sultanlar  tərəfindən  həmin  adanın 

Məkkə  və  Mədinənin  iaĢəsinə  ayrıldığını  dərhal 

xatırladıb, din sarıdan müqəddəs olan yerləri əhatə 

eləyən bir adanın xristian gavuru əlində qalmasının 

düzgün  olmadığı  barədə  fitva  vermiĢdi.  Beləcə, 

mənim  öhdəmə  ilk  elçilik  vəzifəm  kimi, 

venesiyalılara bu gözlənilməz qərarı, adalarını bizə 

verməli  olduqlarını  bildirmək  təki  çətin  bir  iĢ 

düĢmüĢdü.  Venesiyada  kilsələri  gəzmiĢ,  körpülərə, 

saraylara  heyrətlənmiĢ,  ən  çox  varlı  evlərindəki 

downloaded from KitabYurdu.org




 

 

188 



 

rəsmlərdən  sehrlənmiĢ,  bu  heyrət  içində  də 

göstərdikləri  qonaqpərvərliyə  güvənib,  təhdidlərlə 

dolu  məktubu  vermiĢ,  PadĢahımızın  təkəbbürlü 

ədayla  Kıbrısı  istədiyini  təbliğ  eləmiĢdim. 

Venesiyalılar  o  qədər  qəzəblənmiĢdilər  ki,  dərhal 

yığıĢan  Məclisdə  bu  cür  məktubun  müzakirəsinin 

belə  məqbul  olmadığı  haqda  qərar  çıxarılmıĢdı. 

Sonrasa  qəzəbli  kütlələr  məni  doçun  sarayında 

qısnamıĢdılar.  Mühafizəçiləri,  qapıçıları  basıb-

keçən  sərsərilər  canımı  boğazlamağa  giriĢmiĢdilər 

ki, doçun iki döyüĢçüsü məni sarayın dəhlizlərindən 

qaçırıb kanala açılan arxa qapıya çıxartdılar. Orada 

buna  oxĢayan  dumanın  içində  məni  qarĢılayıb 

qoluma  girən  ağ  geyimli,  uzun  boylu,  solğun 

bənizli  qayıqçını  bir  anlığa  ölümün  özü  hesab 

eləmiĢ,  gözlərinin  içinə  baxıb,  orada  özümü 

görmüĢdüm.  

Kitabımı gizlincə bitirib Venesiyaya bir dəfə 

də getmək imkanını intizarla gözlədim.  

Üstü  səliqəylə  örtülən  qəbrə  yaxınlaĢdım: 

indi  orada  mələklər  onu  sorğu-suala  çəkirlər, 

cinsini,  dinini,  peyğəmbərini  soruĢurlar.  Öz 

ölümüm barədə düĢündüm. 

Bir qarğa yanıma sıçradı. Qaranın gözlərinin 

içinə  Ģirin-Ģirin  baxdım  və  qoluma  girməsini, 

qayıdanda  mənə  yoldaĢlıq  eləməsini  istədim. 

Kitabım  üçün  iĢləmək  məqsədilə  ertəsi  gün  səhər 

downloaded from KitabYurdu.org



 

 

189 



 

tezdən onu evdə gözləyəcəyimi söylədim. Çünki öz 

ölümüm  barədə  düĢünər-düĢünməz  kitabımı,  nəyin 

bahasına  olursa  olsun,  başa  çatdırmalı  olduğumu 

yenə də dərk eləmiĢdim. 

 

 



 

18. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

 

Yazıq  Zərif  əfəndinin  parça-parça  olmuĢ 



meyitinin  üstünə  palçıqlı  soyuq  torpaq  töküləndə 

hamıdan çox mən ağladım. «Ölənlə birlikdə mən də 

ölüm,  qoyun  mən  də  onunla  birgə  qəbrə 

basdırılım», – deyib qıĢqırırdım, qəbrə yıxılmamaq 

üçün  belimdən  tutdular.  Az  qala  boğulanda 

ovuclarını  alnıma  qoyub,  baĢımı  da  arxaya  doğru 

çəkdilər  ki,  nəfəs  ala  bilim.  Hıçqırıq  və  göz 

yaĢlarımı həddən artıq eləyə biləcəyimi mərhumun 

qohumlarının  baxıĢlarından  da  baĢa  düĢüb  özümü 

yığıĢdırdım.  NəqqaĢxanadakı  dedi-qoduçular  bu 

qədər ağladığıma görə Zərif əfəndiylə aramızda bir 

könül  bağı  olduğunu  güman  eləməyə  də  baĢlaya 

bilərdilər. 

          Daha  artıq  diqqət  çəkməmək  üçün  dəfnin 

axırına  qədər  bir  çinar  ağacının  arxasında 

gizləndim.  Cəhənnəmə  yolladığım  səfehin  daha  da 

sarsaq bir qohumu məni çinarın arxasında yaxaladı, 

downloaded from KitabYurdu.org




 

 

190 



 

çox  mənalı  saydığı  baxıĢla  gözlərini  gözlərimin 

içinə  dikdi.  Məni  uzun-uzadı  qucaqladı.  Sonra 

axmaq  belə  dedi:  «Sən  Cümə  ertəsiydinmi, 

ÇərĢənbəydinmi?» 

«ÇərĢənbə

1

 

bir 



vaxtlar 

rəhmətliyin adıydı», – deyəndə heyrətləndi. 

Bizi  bir-birimizə  sirr  kimi  bağlayan  bu 

ləqəblərimizin hekayəsi adidi. ġəyirdlik illərimizdə, 

o  vaxt  kalfalıqdan  ustalığa  yeni  keçmiĢ  Ustad 

Osmana  hamımızın  hörməti,  heyranlığı,  eĢqi  çox 

böyük  idi.  Böyük  nəqqaĢdı,  Allahın  həm  sehrli 

bacarıq,  həm  də  cin  kimi  ağıl  verdiklərindən  hər 

Ģeyi  bizə  o  öyrətdi.  Hər  səhər  Ģəyirdlərin  yerinə 

yetirməli olduğu kimi, aramızdan bir nəfər ustadın 

evinə  getməli,  qələm  qutusunu,  çantasını,  içi 

kağızla  dolu  cildbəndini  götürüb,  arxasınca 

nəqqaĢxanaya qədər gəlib ona yoldaĢlıq eləməliydi. 

Ona  yaxın  olmaq  üçün  o  qədər  çarpıĢırdıq  ki,  «bu 

gün mən gedəcəyəm» deyib aramızda dalaĢırdıq.  

Ustad Osmanın bir sevimlisi vardı, amma hər 

səhər  də  onun  gəlməsi  nəqqaĢlar  dəstəsində  onsuz 

da  heç  bitib-tükənməyən  dedi-qoduları  və  ədəbsiz 

zarafatları əməlli-baĢlı alovlandırdığına görə böyük 

                                    

1

ÇərĢənbə  həftənin  ikinci,  Salı  üçüncü,  PərĢənbə  dördüncü, 



cüməertəsisə altıncı günləridir (tərc.). 

 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə