Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə40/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   36   37   38   39   40   41   42   43   ...   191

 

 

170 



 

yetiĢmiĢ,  dul,  amma  namuslu  qadının  ürəyini  küt-

küt ağrıdacaq aĢiq ən axırda hörmətə keçib, məktub 

yazıb  göndərir.  Gələn  məktubların  həmiĢəki 

istəklilərimdən  olduğunu  görəndə  də  heç  olmasa 

ərimi  gözləmək  üçün  güc  və  səbir  qazanırdım. 

Ġndisə hər dəfə boğçaçı Ester gedəndən sonra fikrim 

qarıĢır, özümü daha da miskin hiss eləyirəm.  

Dünyanın  səslərini  dinlədim.  Mətbəxdən 

qaynama poqqultusu, limon və soğan qoxusu gəlir: 

bilirəm,  Xeyriyyə  balqabaq  qaynadır.  ġövkətlə 

Orxan  həyətdə,  nar  ağacının  altında  itələĢə-itələĢə 

qılınc-qılınc oynayır – qıĢqırtılarını eĢidirəm. Atam 

yan  otaqda  dinməzcə  oturur.  Hasanın  məktubunu 

açıb  oxudum,  maraq  doğuracaq  heç  bir  Ģey 

olmadığını bir daha baĢa düĢdüm. Yalnız ondan bir 

az da qorxdum, onunla eyni evdə yaĢadığım vaxtlar 

qoynuma  girmək  üçün  elədiyi  cəhdlərə  müqavimət 

göstərdiyimə  görə  özümdən  razı  qaldım.  Sonra 

Qaranın  məktubunu  sanki  incinəcək  sınqın  bir  Ģey 

kimi,  incitməmək  üçün  ehtiyatla  tutub  oxudum, 

fikrim də qarıĢdı. Məktubları daha oxumadım; gün 

çıxdı,  belə  düĢündüm:  gecələrin  birində  Hasanın 

qoynuna  girsəydim,  onunla  seviĢsəydim,  bunu 

Allahdan baĢqa kimsə bilməzdi. Ġtkin düĢmüĢ ərimə 

oxĢayır, eyni Ģeydi. Bəzən belə qəfil və qəribə fikir 

beynimə  gəlir.  Gün  çıxıb,  qəfildən  isinəndə  sanki 

bədənim  olduğunu,  dərimi,  boynumu,  döĢlərimin 

downloaded from KitabYurdu.org



 

 

171 



 

giləsini belə hiss eləmiĢdim. Gün qapıdan üzümə o 

cür düĢəndə birdən Orxan içəri girdi. 

«Ana, nə oxuyursan?»  

YaxĢı,  bayaq  sizə  ki  demiĢdim,  Esterin 

gətirdiyi son məktubları bir daha oxumadım, yalan 

söyləmiĢdim.  Yenə  oxuyurdum.  Amma  bu  dəfə, 

həqiqətən,  məktubları  qatlayıb  qoynuma  soxdum, 

Orxana dedim ki: 

«Bura,  qucağıma  gəl  görüm».  Gəldi.  «Off, 

maĢallah,  nə  qədər  də  ağırsan,  böyüyübsən»,  – 

deyib öpdüm. Mən: «Buz kimisən», – deyəndə:  

«Ana,  nə  qədər  istisən»,  –  deyib  kürəyini 

döĢlərimə söykədi.  

Bir-birimizə 

sığınıb 


dinib-danıĢmadan 

oturmaq  xoĢumuza  gəlirdi.  Boynunu  qoxuladım, 

öpdüm.  Daha  da  bərk  qucaqladım.  Sükut  çökdü, 

eləcə durduq. 

«Qıdığım tutur», – xeyli sonra dedi. 

«De  görək,  –  ciddi  səslə  dilləndim,  –  cinlər 

padĢahı  gəlsə,  məndən  nə  istəyirsən  istə  desə, 

həyatda ən çox nəyi istəyərsən?»  

«ġövkətin bizimlə olmamasını istəyərəm». 

«BaĢqa  nə  istəyərsən?  Atanın  olmasını 

istəyərsənmi?» 

«Yox. 


Böyüyəndə 

səninlə 


mən 

evlənəcəyəm». 

downloaded from KitabYurdu.org



 

 

172 



 

FikirləĢdim 

ki, 

pis 

şey 

qocalmaq, 

çirkinləşmək,  hətta  ərsiz  və  yoxsul  qalmaq  deyil, 

həyatda  kimsənin  sizi  qısqanmamasıdı.  Orxanın 

isinən  bədənini  qucağımdan  düĢürdüm.  Mənim 

kimi  qadının  yaxĢı  insanla  evlənməli  olduğunu 

fikirləĢib atamın yanına qalxdım. 

«PadĢahımız 

həzrətləri 

kitabın 

tamamlandığını 

öz 

gözləriylə 



görüb 

sizi 


mükafatlandıracaq»,  –  dedim.  «Yenə  Venesiyaya 

gedəcəksiniz». 

«Bilmirəm»,  –  atam  dedi.  «Bu  cinayət  məni 

qorxutdu. Deyəsən, düĢmənlərimiz güclüdülər». 

«Bilirəm  ki,  mənim  bu  vəziyyətim  də  onları 

cəsarətləndirir, səhv baĢa düĢmələrinə, əsassız ümid 

bəsləmələrinə Ģərait yaradır». 

«Necə?»  

«Artıq təcili ərə getməliyəm». 

«Nə?»  –  atam  dilləndi.  «Kiminlə?»  –  dedi. 

«Amma  sən  evlisən»,  –  əlavə  elədi.  «Bu  haradan 

çıxdı?  –  soruĢdu,  –  istəyənin  kimdi?»  «Çox  ağıllı, 

dözə  bilmədiyin  istəyənin  olsa  belə,  –  ağıllı  atam 

dedi,  –  elə  bir  adamı  məqbul  sayıb  bəyənəcəyini 

güman  eləmirəm  də»,  –  araya  əlavə  eləyib  bəxtsiz 

vəziyyətini  belə  yekunlaĢdırdı:  «Bilirsən  ki,  ərə 

getməyin  üçün  yoluna  qoymalı  olduğumuz  çox 

böyük məsələlər var». Uzun sükutdan sonra da belə 

dedi: «Məni atıb getməkmi istəyirsən, canım?» 

downloaded from KitabYurdu.org




 

 

173 



 

«Ərimin öldüyünü dünən yuxumda gördüm», 

– dedim. Amma bu yuxunu həqiqətən görən qadın 

kimi ağlamadım.  

«NəqĢə  baxanda  onu  oxumağı  bilənlər  kimi, 

yuxunu da oxumağı bacarmaq lazımdı». 

«Gördüyüm  yuxunu  sizə  danıĢmağımı 

münasib hesab eləyirsinizmi?» 

Bir  anlığa  sükut oldu,  danıĢdıqları Ģeylərdən 

çıxarılacaq  digər  bütün  nəticələri  tələm-tələsik 

götür-qoy eləyən ağıllı adamlar sayağı bir-birimizə 

gülümsədik. 

«Yuxunu  yozub  onun  öldüyünə  inana 

bilərəm,  amma  qayınatan,  qaynın  və  onlara  qulaq 

asmağa məcbur olan qazı baĢqa sübutlar istəyəcək».  

«UĢaqları  götürüb  evə  qayıdandan  iki  il 

keçib,  amma  qayınatamla  qaynım  məni  geri  apara 

bilmirlər». 

«Çünki  nöqsanları  olduğunu  çox  yaxĢı 

bilirlər», – atam dedi. «Amma bu o demək deyil ki, 

sənin boĢanmağına razıdılar». 

«Məzhəbimiz Maliki, ya da Hənbəli olsaydı, 

– dedim, – aradan dörd il keçdiyini görüb qazı məni 

boĢayar, üstünə aliment qoyardı. Amma biz, Allaha 

Ģükürlər  olsun,  Hənəfi  olduğumuza  görə  bunu  da 

eləyə bilmərik». 

«Mənə  Üsküdar  qazısının  ġəfii  naibi  barədə 

danıĢma. Onlar çürük iĢlərdi». 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə