Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə41/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   37   38   39   40   41   42   43   44   ...   191

 

 

174 



 

«SavaĢda  ərləri  itkin  düĢən  bütün  istanbullu 

qadınlar  boĢanmaq  üçün  tanıĢlarıyla  onun  yanına 

gedirlərmiĢ.  ġəfii  olduğuna  görə  soruĢurmuĢ  ki, 

ərin  itkin  düĢübmü,  nə  vaxtdan  itkin  düĢüb, 

dolanıĢıq 

sıxıntısı 

çəkirsənni, 

bunlar 

da 


tanıĢlarındımı? Dərhal da boĢayırmıĢ». 

«Bunları  sənin  ağlına  kim  salıb,  mənim 

canım  qızım»,  –  dedi.  «Ağlını  baĢından  alan 

kimdi?» 


«Bir  kərə  boĢanandan  sonra,  əgər  ağlımı 

baĢımdan ala biləcək bir kəs varsa, onu, təbii ki, siz 

mənə  deyəcəksiniz,  mən  də  kimə  ərə  gedəcəyim 

barədə sizin qərarınızdan qəti çıxan deyiləm». 

Hiyləgər  atam  qızının  da özü  qədər hiyləgər 

olduğunu  görüb  gözlərini  qırpmağa  baĢladı. 

Əslində,  atam  gözlərini  belə  tez-tez  üç  səbəbdən 

qırpır:  1.  Çətinliyə  düşdüyü  vaxtlarda  bir  biclik 



tapmaq  üçün  beynini  sürətlə  işlədəndə.  2. 

Çarəsizlikdən  və  kədərdən  ürəkdən  ağlayacağı 

vaxtlarda.  3.  Çətinə  düşdüyü  vaxtlarda  hiylə 

işlədib, birinci və ikinci səbəbi qarışdırıb, az sonra 

ağlayacağını göstərmək üçün. 

«UĢaqları  götürüb  gedir,  qoca  atanı  təkmi 

qoyursan?  Bilirsənmi  ki,  kitabımız  –  bəli, 

«kitabımız»  dedi  –  üzündən  öldürülməkdən 

qorxurdum, amma indi sən uĢaqları götürüb getmək 

istəyəndə mən, əslində, ölmək istəyirəm». 

downloaded from KitabYurdu.org



 

 

175 



 

«Atacan,  o  iĢə  yaramayan  qayından 

qurtulmaq  üçün  boĢanmalı  olduğumu  həmiĢə  siz 

demirdinizmi?» 

«Ġstəmirəm  məni  atıb  gedəsən.  Ərin  bir  gün 

geri qayıda bilər. Qayıtmasa da, evli olmağının bir 

zərəri yoxdu. Bu evdə atanla qalmağın bəs elər». 

«Bu  evdə  sizinlə  qalmaqdan  baĢqa  heç  bir 

Ģey istəmirəm». 

«Canım,  bayaq  bir  az  qabaq  ərə  getmək 

istədiyini də demirdinmi?»  

Atayla  mübahisə  eləmək  elə  bu  cür  olur: 

axırda haqsız olduğuma mən də inanıram

«Deyirdim»,  –  gözlərimi  yerə  dikib 

dilləndim.  Sonra  ağlamamaq  üçün  özümü 

saxlayanda  ağlıma  gələn  Ģeyin  haqlılığından 

cəsarətlənib dedim ki: 

«YaxĢı, 


mən 

bir 


daha 

heç 


ərə 

getməyəcəyəmmi?» 

«Səni məndən alıb uzaqlara aparmayacaq bir 

kürəkənin  gözüm  üstdə  yeri  var.  Ġstəyənin  kimdi, 

bizimlə birgə bu evdə qalarmı?» 

Susdum.  Bizimlə  birgə  bu  evdə  qalacaq 

kürəkəni  atamın  hörmət  eləməyib  yavaĢ-yavaĢ 

əzəcəyini,  əlbəttə,  ikimiz  də  bilirdik.  Atam  evində 

yaĢadığına  görə  həmin  kürəkəni  elə  gizli-gizli,  elə 

ustalıqla  alçaldacaqdı  ki,  mən  o  kürəkənə  özümü 

təslim eləmək belə istəməyəcəkdim. 

downloaded from KitabYurdu.org




 

 

176 



 

«Atanın razılığı olmadan belə vəziyyətdə ərə 

getməyinin az qala mümkün olmadığını bilirsən, elə 

deyilmi?  Ərə  getməyini  istəmirəm,  izin  də 

vermirəm». 

«Mən ərə getmək yox, boĢanmaq istəyirəm». 

«Çünki  öz  xeyrindən  baĢqa  heç  bir  Ģeyi 

vecinə  almayan  düĢüncəsiz  bir  heyvan  səni  incidə 

bilər. Səni nə qədər sevdiyimi bilirsən, elə deyilmi, 

əziz qızım. Bu kitabı da tamamlamalıyıq».  

Susdum.  Çünki  danıĢmağa  baĢlasaydım 

(qəzəbimi  başa  düşən  şeytan  da  məni  buna  təhrik 



eləyirdi), atamın üzünə gecələr Xeyriyyəni yatağına 

çəkməsindən xəbərim olduğunu deyəcəkdim, amma 

qoca  atasına  cariyəylə  yatmasından  xəbəri 

olduğunu  demək  mənim  kimi  bir  qıza  heç 

yaraĢarmı?  

«Səninlə kim evlənmək istəyir?» 

Gözlərimi  yerə  dikib  susdum,  amma 

həyamdan  yox,  hirsimdən.  Daha  pisi  bu  idi  ki,  bu 

qədər qəzəbləndiyimi sezməyimə baxmayaraq, heç 

cür  cavab  verə  bilməməyim  məni  daha  da 

hirsləndirirdi.  Həmin  məqamda  təsəvvürümdə 

atamla  Xeyriyyəni  gülünc  və  iyrənc  vəziyyətdə 

yataqda canlandırırdım. Lap ağlayacaqdım ki, yerə 

baxa-baxa dedim: 

«Ocağın üstündə balqabaq var, yanar». 

downloaded from KitabYurdu.org




 

 

177 



 

Pilləkənin 

baĢındakı, 

heç 


açılmayan 

pəncərəsi  quyuya  baxan  otağa  keçdim,  qaranlıqda 

əlhavasına  tələm-tələsik  yatağımı  tapıb  açdım, 

sonra  özümü  üstünə  atdım:  ah,  uĢaq  olanda 

haqsızlığa  rast  gəlib  yatağa  girmək,  ağlaya-ağlaya 

yatıb  qalmaq  nə  qədər  gözəldi!  Özümü  təkcə  mən 

sevirəm,  tənhalıq  o  qədər  əzablıdı  ki,  öz 

tənhalığıma  ağlayanda  siz  hıçqırtılarımı  və 

fəryadlarımı eĢidib köməyimə gəlirsiniz. 

Bir  az  sonra  gördüm  ki,  Orxan  mənim 

yatağıma  uzanıb.  BaĢını  döĢlərimin  arasına  soxdu, 

o da içini çəkə-çəkə göz yaĢları tökürdü. Onu bərk-

bərk özümə tərəf çəkib qucaqladım. 

«Ağlama,  ana»,  –  bir  az  sonra  dedi.  «Atam 

savaĢdan qayıdacaq».  

«Haradan bilirsən?»  

Susdu.  Amma  onu  elə  sevdim,  elə  bağrıma 

basdım  ki,  bütün  sıxıntılarımı  unutdum.  Ġncə 

sümüklü  Orxanın  arıq  bədənini  qucaqlayıb 

yatmazdan  qabaq  indi  bircə  dərdim  var,  sizə  onu 

söyləyim.  Bayaq  atam  və  Xeyriyyə  barədə  hirslə 

sizə dediyim sözdən indi peĢmanam. Yox, dediyim 

yalan  deyildi,  amma  yenə  də  söylədiyimdən 

utanıram. Olarmı ki, siz o dediyimi unudasınız, bizə 

elə  baxasınız  ki,  guya  heç  deyilməyib,  atam  da 

Xeyriyyəylə elə Ģey eləmir? 

 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə