Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə43/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   39   40   41   42   43   44   45   46   ...   191

 

 

183 



 

bunu  sübut  eləyir.  Hərəkətlərində  «on  iki  ildə 

çalıĢdım, adam oldum» mənasını verən bir Ģey var. 

Pillələr  qurtardı.  Mənə  nəqqaĢxanada  nələr 

öyrəndiyimi sonra danıĢsın. 

«Sən  irəlidə  get,  bala»,  –  dedim.  «Get, 

camaata çat». 

ÇaĢdı,  amma  rəngi  allanmadı.  Təmkinlə 

qolumdan  çıxıb  getməsi  hətta  xoĢuma  gəldi. 

Şəkurəni buna versəm, bizimlə bir evdə qalarmı? 

Ədirnəqapıdan Ģəhərin kənarına çıxmıĢdıq ki, 

lap aĢağılarda, seyrək dumanın içində az qala artıq 

gözdən  itən  tabutu,  onu  çiyinlərində  apara-apara 

yoxuĢdan  Xalicə  doğru  sürətlə  enən  nəqqaĢlar, 

xəttatlar,  Ģəyirdlər  tünlüyünü  gördüm.  O  qədər 

sürətlə yerimiĢdilər ki, qarla örtülü vadidən Eyyuba 

enən  palçıqlı  yolun  indidən  yarısını  aĢmıĢdılar. 

Sükutun,  dumanın  içində  solda  Xanım  Sultan 

Vəqfinin  mumxanasının  bacası  keflə  tüstüləyirdi. 

Divarların  altında  Eyyubdakı  rum  qəssablar  üçün 

ara  vermədən  iĢləyən  kəsim  evi  və  dəriçilər  vardı. 

Buralardan  gələn  leĢ  qoxusu  irəlidə  açıq-aĢkar 

sezilən 


Eyyub 

camesinin 

qübbələrinə 

və 


qəbiristanlığın sərv ağaclarına qədər uzanan vadiyə 

yayılmıĢdı.  Bir  az  gedəndən  sonra  aĢağıdan, 

Balatdakı  yeni  yəhudi  məhəlləsindən  çıxıb  oyun 

oynayan uĢaqların səs-küyünü eĢitdim. 

downloaded from KitabYurdu.org



 

 

184 



 

Eyyubun  düzənliyinə  enəndə  Kəpənək  mənə 

tərəf  cumdu.  HəmiĢəki  təki  coĢmuĢ  vəziyyətdə 

söhbətə yaltaqcasına girdi:  

«Bu  iĢi  Zeytunla  Leylək  elədilər»,  –  dedi. 

«Mənim  rəhmətliklə  aram  olmadığını  hamı  kimi, 

onlar  da  çox  yaxĢı  bilirdilər;  hamının  bundan 

xəbərdar  olduğunu  da  bilirdilər.  Aramızda  Ustad 

Osmandan  sonra  nəqqaĢxananın  baĢına  kimin 

keçəcəyi  ilə  bağlı  qısqanclıq,  hətta  qarĢılıqlı  ifadə 

edilmiĢ xoĢagəlməz duyğular, düĢmənçilik var. Ġndi 

günahın  mənim  üstümdə  qalacağını,  ən  azı, 

xəzinədarbaĢının,  onun  istiqamətləndirməsiylə  də 

PadĢahımızın  məndən,  yox,  bizdən  uzaqlaĢacağını 

güman eləyirlər. 

««Biz» dediyin siz kimsiniz?» 

«NəqqaĢxanada  qədim  əxlaqın  qalmasını, 

Əcəm  ustalarının  yoluyla  gedilməsini,  pul  xətrinə 

hər  mövzunun  rəsm  edilməməsini  deyirik. 

Kitablarımıza  silahların,  orduların,  əsirlərin, 

fəthlərin  əvəzinə  qədim  əfsanələrin,  rəvayətlərin, 

hekayələrin  daxil  edilməsini,  qədim  qəliblərdən 

boyun qaçırılmamasını, nadir nəqqaĢların ÇarĢıdakı 

dükanlarda üç-beĢ  quruĢ üçün  hər qarĢısına  çıxana 

hər mövzunu çəkib səfil Ģeylər eləməməli olduğunu 

deyirik. PadĢahımız həzrətləri bizə haqq verir.  

«Özünə  boĢ-boĢuna  iftira  eləyirsən»,  – 

söhbəti qısa eləsin deyə dilləndim. «NəqqaĢxanada 

downloaded from KitabYurdu.org



 

 

185 



 

bu  iĢi  görəcək  tinətdə  bir  kəsin  tapılmayacağına 

əminəm.  Hamınız  qardaĢsınız.  Qabaqlar  rəsm 

edilməmiĢ 

beĢ-üç 

mövzunun 



çəkilməsində 

düĢmənçilik ediləcək bir zərər yoxdu». 

          Eyni  anda  eyni  xəbəri  ilk  dəfə  eĢidəndə 

elədiyim  kimi,  qəti  bir  gerçəyi  qavradım.  Zərif 

əfəndinin qatili saray nəqqaĢxanasında püxtələĢmiĢ 

ustalardan biriydi, həm də qarĢımda qəbiristanlığın 

yoxuĢunu  çıxan  kütlənin  içindəydi.  Həmin 

məqamda  qatilin  Ģeytanlıq  və  fəsada  davam 

eləyəcəyindən,  mənim  hazırladığım  kitaba  düĢmən 

olduğundan,  böyük  ehtimalla,  evə  gəlib  kitabım 

üçün  naxıĢ  və  rəsm  iĢi  aldığından  da  əmindim. 

Evimə  gəlib-gedən  nəqqaĢların,  rəssamların  çoxu 

kimi,  Kəpənək  də  qızıma  aĢiqmi  olmuĢdu? 

Ġddialarını  irəli  sürəndə  mənim  bəzi  vaxtlar  ondan 

öz  düĢündüklərinin  tamamilə  əksi  olan  rəsmlər 

istədiyimi  unutmuĢdumu,  yoxsa  ustalıqla  sözmü 

vururdu?.. 

           Yox,  söz  vurmaz,  bir  az  sonra  fikirləĢdim. 

Kəpənəkdə də o biri usta nəqqaĢlarda olduğu kimi 

mənə  qarĢı  açıq-aĢkar  bir  minnət  duyğusu  vardı: 

savaĢlar  və  PadĢahımızın  etinasızlığı  üzündən 

xəzinədən  nəqqaĢlara  verilən  pullar,  hədiyyələr 

kəsiləndə  hamısı  yeganə  ciddi  əlavə  gəliri  bir 

müddət  mənim  kitabım  sayəsində  qazanmıĢdı. 

Məni bir-birilərindən qısqandıqlarını bilirdim, hətta 

downloaded from KitabYurdu.org




 

 

186 



 

buna  görə  –  yalnız  buna  görə  yox  –  onlarla 

evimizdə  ayrı-ayrı  tapıĢıb-görüĢürdüm,  bu  da  heç 

mənə  düĢmənçilik  duyacaqları  mənasına  gəlmirdi. 

NəqqaĢların  hamısı  o  qədər  yetkin  adamlar  idi  ki, 

mənfəətləri üzündən sevməyə məcbur olduqları bir 

adamı ağıllı tərpənib-eləyib, daha insani səbəb tapıb 

səmimiyyətlə sevməyi bacarardılar. 

Sükut 

uzanmasın, 



eyni 

mövzuya 


qayıdılmasın  deyə:  «MaĢallah,  eniĢi  endikləri 

sürətlə  tabutu  yoxuĢ  yuxarı  da  çıxara  bilirlər»,  – 

dedim. 

Kəpənək 


bütün 

diĢlərini 

göstərəcək 

xoĢagələn bir tərzdə gülümsədi: «Soyuqdan». 

          «Beynimdən  keçirdim  ki,  indi  bu  adam 

öldürə bilərmi. Məsələn, qısqanclıqdan. Daha sonra 

da məni? Bir bəhanə uydurar: bu adam dinimə küfr 

eləyir.  Amma  böyük  ustaddı,  əsl  istedaddı,  niyə 

öldürsün?  Qocalıq təkcə yoxuşlarda çətinə düşmək 

deyil,  yəqin  ki,  ölümdən  elə  də  çox  qorxmamaqdı: 

çarəsizlikdən cariyə qızın yasaq yatağına həyəcanla 

yox,  savab  kimi  girməkdi.  Ani  sevgiylə  o  anda 

verdiyim qərarımı üzünə söylədim: 

«Kitabımı artıq davam etdirməyəcəm». 

«Necə?» – üzü dönən Kəpənək dilləndi. 

«Uğursuzluq  var  onda.  PadĢahımız  da  pulu 

kəsdi. Zeytunla Leyləyə də de». 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə