Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə46/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   42   43   44   45   46   47   48   49   ...   191

 

 

195 



 

tanınmaz  meyiti  cırıq-cırıq  olmuĢ  paltarlarından 

tanıyıb.  Gözümün  qabağına  qısqanc  qardaĢları 

tərəfindən  quyuya  atılan  Yusifin  midiyalı  tacirlər 

tərəfindən  quyudan  çıxarılması  gəldi.  «Yusif  və 

Züleyxa»nın  həmin  məclisini  rəsm  eləməkdən  çox 

xoĢum  gəlir,  çünki  həyatda  ən  əsas  duyğunun 

qardaşların qısqanclığı olduğunu xatırladır. 

Bir  anlığa  sükut  olanda  mənə  baxdıqlarını 

hiss  elədim.  Ağlayımmı?  Amma  gözüm  Qaraya 

sataĢdı.  Alçaq  hərif  hamımızı  süzür,  özünə  ƏniĢtə 

əfəndi  tərəfindən  nəqqaĢlar  arasına  bu  iĢin  əslini 

araĢdırmaq  üçün  göndərilən  adam  görkəmini 

verməyə çalıĢır. 

«Kim  eləyə  bilər  bu  alçaqlığı?»  –  böyük 

qardaĢ  bağırdı.  «QarıĢqanı  incitməkdən  çəkinən 

qardaĢımıza hansı vicdansız qıya bilər?» 

Onun ağlaya-ağlaya verdiyi bu suala mən də 

ürəkdən  gələn  tərzdə  qoĢulub  öz-özümə  cavab 

axtardım.  Kimdi  Zərifin  düĢmənləri?  Mən 

öldürməsəydim,  kim  öldürərdi  onu?  Bir  vaxtlar  – 

güman  ki,  «Hünərnamə»nin  hazırlandığı  illərdə  – 

qədim  ustaların  üsullarına  fikir  vermir,  daha  ucuz, 

daha  cəld  təzhib  eləmək  üçün  biz  rəssamların  nə 

qədər əmək sərf elədiyimiz səhifələrin kənarını pis 

rənglərlə  korladığına  görə  bəziləriylə  dalaĢdığını 

xatırlayıram.  Kimdi  onlar?  Amma  daha  sonra 

düĢmənçiliyin  bu  səbəbdən  yox,  alt  mərtəbədəki 

downloaded from KitabYurdu.org




 

 

196 



 

gözəl  cildçi  Ģəyirdin  eĢqi  üçün  olduğu  barədə 

Ģayiələr  çıxmıĢdı,  bununla  belə,  bu  çox  köhnə 

hekayəydi.  Bir  də  Zərifin  zərifliyini,  incəliyini,  o 

qadıntəhər  tərbiyəli  çələbi  davranıĢını  ürəklərinə 

salanlar  vardı,  amma  bunlar  baĢqa  səbəblərlə 

bağlıydı:  Zərifin  qədim  üsullara  kölə  qədər 

bağlılığı,  təzhiblə  rəsmin  rəng  uyumunda  həddən 

artıq  vasvası  olması,  baĢqa  nəqqaĢların  –  xüsusilə 

mənim  –  mövcud  olmayan  nöqsanlarımızı  Ustad 

Osmanın  hüzurunda  kübar  çoxbilmiĢliklə  xəbər 

verməsi  kimi...  Son  davası  Ustad  Osmanın  bir 

vaxtlar  çox  həssas  olduğu  mövzuyla,  saray 

nəqqaĢlarının əlaltından qırağa iĢ görməsi, saraydan 

kənar xırda-para sifariĢləri gizlicə qəbul eləməsiylə 

bağlıydı. 

PadĢahımızdan 

gələn 


diqqət 

və 


xəzinədarbaĢıdan gələn pullar son illərdə azaldığına 

görə  bütün nəqqaĢlar  görməmiĢ  kütbeyin paĢaların 

ikimərtəbəli qonaq  evlərinə,  ən ustaları  isə  gecələr 

ƏniĢtəni ziyarətə getməyə baĢladılar. 

         ƏniĢtənin  uğursuzluq  bəhanəsiylə  kitabını, 

kitabımızı  davam  etdirməmək  barədə  qərar 

verməsindən  heç  bir  Ģey  baĢa  düĢmədim.  Əlbəttə, 

quĢbeyin Zərif əfəndinin kitabını bəzəyən bizlərdən 

biri tərəfindən aradan götürüldüyünü təxmin eləyir. 

Onun  yerində  siz  olsaydınız,  qatili  naxıĢ  vurmaq 

üçün 

iki 


həftədən 

bir 


gecələr 

evinizə 


çağırardınızmı?  Yoxsa  əvvəlcə  əsl  qatil  kim,  ən 

downloaded from KitabYurdu.org




 

 

197 



 

yaxĢı  nəqqaĢ  hansı  olduğunumu  qət  eləyərdiniz? 

Qısa  bir  müddətdə  evinə  gələn  nəqqaĢlar  arasında 

rəng vermədən təzhibə, cədvəlkeĢlikdən rəssamlığa, 

üz  çəkməkdən  səhifə  tərtibinə  keçə  bilən  ən 

bacarıqlısının  kim  olduğunu  baĢa  düĢəcəyinə, 

bundan  sonra  təkcə  mənimlə  davam  eləmək 

istəyəcəyinə heç Ģübhəm yoxdu. Mənim əsl bacarıq 

sahibi bir nəqqaĢ da yox, sıravi bir qatil olduğumu 

düĢünəcək qədər alçalacağını güman eləmirəm. 

Yanında  gətirdiyi  o  Qara  əfəndini,  o  səfehi 

gözucu  izləyirəm.  Qəbiristanlıqdan  o  ikisi  birgə 

çıxıb  dağılan  yas  camaatıyla  Eyyub  limanına 

enəndə  mən  də  arxalarınca  getdim.  Onlar  limanda 

dördavarlı qayığa, mən də daha sonra ölünü və yası 

tamamilə  unudub  aralarında  gülüĢən  gənc 

Ģəyirdlərlə  birgə  altıavarlıya  mindik.  Bir  ara 

Fənərqapı  açıqlığında  qayıqlarımız  bir-birilərinə 

yan  alan  kimi  yaxınlaĢdılar,  Qaranın  ƏniĢtəyə 

xısın-xısın  bəzi  Ģeylər  danıĢdığını  əməlli-baĢlı 

yaxından gördüm, birdən yenə də adam öldürməyin 

nə  qədər  asan  olduğu  barədə  düĢündüm.  Allahım, 



sən bu ağlagəlməz gücü hamımıza vermisən, amma 

həm də bizi qorxudursan ki, istifadə eləməyək. 

Bununla  belə,  insan  bir  dəfə  bu  qorxunu 

yenib hərəkətə gəlsə, dərhal  tamamilə baĢqa adama 

çevrilir.  Yalnız  Ģeytandan  yox,  içimdəki  ən  incə 

pislik  əlamətindən  belə  ödüm  ağzıma  gələrdi. 

downloaded from KitabYurdu.org




 

 

198 



 

Ġndisə  pisliyin  dözülən  Ģey,  hətta  nəqqaĢ  üçün 

lazımlı  olduğunu  da  hiss  eləyirəm.  Cinayətdən 

sonra bir neçə gün ərzində əllərimin titrəməsini bir 

yana  qoysaq,  o  səfili  öldürəndən  bəri  daha  yaxĢı 

cızıram,  daha  parlaq,  cəsur  rəng  çəkirəm,  ən 

baĢlıcası isə, həyat gücümün möcüzələr yaratdığını 

görürəm.  Amma  nəqĢ  elədiyim  möcüzələri 

bəyənəcək neçə adam var Ġstanbulda? 

          Cibali  açıqlığından,  Xalicin  lap  ortasından 

Ġstanbula  qəzəblə  baxdım.  Qarla  örtülü  qübbələr 

birdən  çıxan  günəĢin  altında  par-par  parıldadı. 

Deməli,  bu  Ģəhər  nə  qədər  böyük  və  rənglidisə, 

suçumuzu  və  günahımızı  gizləyəcəyimiz  o  qədər 

çox  guĢəsi,  nə  qədər  tünlükdüsə,  suçumuzla 

aralarına  qarıĢa  biləcəyimiz  o  qədər  adamı  var. 

ġəhərlərin 

zəkası 


yetiĢdirdiyi 

alimlərlə, 

kitabxanalar,  nəqqaĢlar,  xəttatlar  və  mədrəsələrlə 

yox,  qaranlıq  küçələrində  min  illər  boyu  gizlicə 

iĢlənmiĢ  cinayətlərin  çoxluğuyla  ölçülməlidi.  Bu 

məntiqlə Ġstanbulun bütün cahanın ən zəkalı Ģəhəri 

olduğuna Ģübhəm yoxdu. 

Unqapı  limanında  Qara  və  ƏniĢtənin 

arxasınca  mən  də  qayıqdan  endim.  Bir-birilərinə 

söykənib  yoxuĢları  çıxanda  onları  izləyirdim. 

Sultan  Mehmet  camesinin  arxa  tərəfindəki  yanğın 

yerində  dayanıb  son  dəfə  də  danıĢdılar,  sonra  bir-

birindən  ayrıldılar.  ƏniĢtə  əfəndi  tək  qalanda  bir 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə