Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə54/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   50   51   52   53   54   55   56   57   ...   191

 

 

230 



 

müqayisə  elədikləri  də  ağlıma  gəlirdi,  onda  da 

yadıma  əniĢtəmin  necə  rəsm  edildikləri  barədə 

danıĢdığı  Venesiyanın  o  məĢhurları  düĢürdü.  Ad-

sanlarını  müqəddəslər  kimi  iĢgəncə  otağında 

çəkdikləri  əzablar  üzündən,  ya  da  itkin  düĢən  ər 

kimi  biləyinin  gücü  və  qılıncının  ucuyla  vurduğu 

baĢlar üzündən yox, yazdıqları bir kitab, ya da nəqĢ 

eləyib, rəsm çəkdikləri bir səhifə üzündən qazanan 

bu  yeni  məĢhurlara  ġəkurənin  babasından 

eĢitdiyimə  görə  oxĢamaq  istərdim.  Həmin 

məĢhurların, əniĢtəmin dediyi kimi, dünyanın gözlə 

görülən  qaranlıqlarının  və  sirli  guĢələrinin 

gücündən  ilham  almaqla  çəkilmiĢ  rəsmlərini  – 

əniĢtəmin  gördüyü  və  heç  görməyən  mən  baldızı 

oğluna  baĢa  salmağa  çalıĢdığı  o  möcüzələri  – 

gözlərimin  qabağında  canlandırmaq  üçün  elə  səy 

göstərirdim ki, axırda heç bir təsəvvür alınmayanda 

əhvalım pozulur, özümü cılız sayırdım. 

Bir  ara  ġövkəti  yenə  qarĢımda  gördüm. 

Cəsarətlə 

üstümə 


gələndə 

bir 


anlığa 

Mavərannəhrdəki  kimi  –  ərəb  qəbilələri  arasında 

Qafqaz  dağlarındakı  çərkəz  tayfalarında  yayıldığı 

sayaq  evin  ən  böyük  oğlan  uĢağının  qonağın  əlini 

yalnız  evə  gələndə  yox,  küçəyə  çıxanda  da 

öpəcəyini də güman elədim, boĢ olsun, öpüb alnına 

qoysun deyə əlimi uzatdım. Eyni zamanda çox uzaq 

olmayan  yerdən  ġəkurənin  gülüĢünü  eĢitdim. 

downloaded from KitabYurdu.org



 

 

231 



 

Mənəmi  gülürdü?  TəlaĢa  düĢdüm,  çıxıĢ  yolu  kimi 

ġövkəti  tutub  iki  yanağından  öpdüm  ki,  məndən 

gözlənilən  budu.  Bunu  eləyəndə  bir  yandan 

əniĢtəmin  sözünü  kəsməyimi  baĢa  düĢdüyümü, 

amma,  əslində,  hörmətsizlik  eləmək  istəmədiyimi 

göstərən  tərzdə  ona  gülümsədim,  bir  yandan  da 

uĢağı  bir  anlığa  diqqətlə  qoxuladım  ki,  görüm 

üstündə anasının qoxusundan iz varmı. Əlimə kağız 

parçası  dürtdüyünü  baĢa  düĢəndəsə  ġövkət  çoxdan 

arxasını çevirib uzaqlaĢmağa baĢlamıĢdı. 

Kağızı  yumruq  elədiyim  ovcumun  içində 

zinət  əĢyası  kimi  bərk-bərk  gizlədim.  Bunun 

ġəkurədən  mənə  yollanan  kiçik  məktub  olduğunu 

əməlli-baĢlı  dərk  eləyəndə  az  qala  xoĢbəxtlikdən 

ƏniĢtəyə  dəli  sayaq  gülümsəyəcəkdim.  Yalnız  bu 

belə  ġəkurənin  məni  çox  istədiyinin  qəti  sübutu 

deyildimi?  Bir  anda  heç  gözləmədiyim  halda 

özümü  xəyalımda  ġəkurəylə  dəlicəsinə  seviĢən 

təsəvvür  elədim.  Arzuladığım  o  ağlagəlməz  Ģeyin 

yaxın  vaxtda  həqiqətə  çevriləcəyinə  elə  hədsiz 

tərzdə  inandım  ki,  əniĢtəmin  qarĢısında  yersiz 

Ģəkildə  Ģeyimin  qalxdığını  hiss  elədim.  Bunu 

ġəkurə görmüĢdümü? Diqqətimi bir baĢqa nöqtəyə 

vermək üçün uzun müddət əniĢtəmin danıĢdıqlarını 

dinlədim.  

          Çox  sonra  əniĢtəm  kitabının  baĢqa  səhifəsini 

mənə  göstərmək  üçün  əyiləndə  xanıməli  qoxuyan 

downloaded from KitabYurdu.org



 

 

232 



 

kağızı  açıb  baxdım,  üstündə  heç  bir  Ģey 

yazılmadığını  gördüm.  Kağızın  boĢ  olmasına 

inanmadığıma görə o biri üzünə çevirdim. 

«Pəncərə»,  –  əniĢtəm  dedi.  «Perspektiv 

üsulundan  istifadə  eləmək  aləmə  pəncərədən 

baxmağa oxşayır. Nədi o kağız?» 

«Heç bir Ģey, ƏniĢtə əfəndi», – dedim, amma 

daha sonra kağızı uzun-uzadı qoxuladım. 

Günorta 


yeməyindən 

sonra 


əniĢtəmin 

oturağından istifadə eləmək istəmədiyimə görə izin 

alıb həyətdəki ayaqyoluna girdim. Buz kimi soyuq 

idi.  Qıçımı  çox  üĢütmədən  tələsik  iĢimi  görüb 

çıxmıĢdım  ki,  ġövkət  yol  kəsən  kimi,  amma 

pusağan  səssizliklə  qabağıma  çıxdı.  Əlində 

babasının hələ üzərində buxar qalxan oturağı vardı. 

Arxayınlıqla  ayaqyoluna  girib  oturağı  boĢaltdı. 

EĢikdə  əlində  oturağı  tutaraq  gonbul  yanaqlarını 

ĢiĢirdib gözlərini gözlərimin içinə dikdi. 

«Sən  heç  ölü  piĢik  görübsənmi?»  –  dedi. 

Burnu  eynilə  anasının  burnuydu.  Anası  bizə  göz 

qoyurdumu?  Baxdım,  ġəkurəni  illərdən  sonra  ilk 

dəfə gördüyüm ikinci mərtəbədəki xəyal pəncərənin 

pərdəsi örtülüydü. 

«Yox». 


«Sənə  asılmıĢ  yəhudinin  evindəki  ölü  piĢiyi 

göstərimmi?» 

downloaded from KitabYurdu.org



 

 

233 



 

Cavabımı  gözləmədən  küçəyə  çıxıb  getdi. 

Arxasınca  getdim.  Palçıqlı,  buzlu  yolla  qırx-əlli 

addım  yeridik,  baxımsız  bir  həyətə  girdik.  Ətraf 

islaq və çürümüĢ yarpaq, anlaĢılmaz kif qoxuyurdu. 

Ġrəlidə  kədərli  əncir  və  badam  ağaclarının 

arasındakı  daldada  elə  bil  gizlənib  duran  sarı  evin 

qapısından buranı çox yaxĢı tanıyan adam inamı və 

taqqıltılı addımlarıyla içəri girdi. 

Ev bomboĢ idi, amma quru və bir az istiydi, 

sanki burada yaĢayırdılar. 

«Bu ev kimindi?» – soruĢdum. 

          «Yəhudilərin.  KiĢi  öləndə  arvad  uĢaqlarıyla 

YemiĢ  limanına,  ora  –  yəhudi  məhəllələrinə  getdi. 

Evi  indi  boğçaçı  Esterə  satdırırlar».  Otağın  bir 

küncünə gedib-gəldi. «PiĢik gedib, yoxdu», – dedi. 

«Ölü piĢik gedərmi?» 

«Babam deyir, ölülər gəzirlər». 

«Özləri yox, – dedim, – amma ruhları gəzir». 

«Haradan  bilirsən?»  –  ciddi  tərzdə  soruĢdu, 

qucağındakı oturağı ehtiyatla, bərk-bərk tuturdu.  

«Bu, yozumdu. Sən bura tez-tezmi gəlirsən?» 

«Anam  gəlir  Esterlə.  Gecələr  xortdanlar 

gəlirmiĢ,  amma  mən  bundan  qorxmuram.  Sən  heç 

adam öldürmüsənmi?»  

«Hə». 


«Neçə dənə?» 

«Çox yox, ikisini». 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə