Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə62/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   58   59   60   61   62   63   64   65   ...   191

 

 

262 



 

«Bu  sözün  də  sənin  Qaranın  tərəfini 

tutduğunu  mənə  sübut  eləyir»,  –  dedi.  «Böyük 

qardaĢımı  yuxusunda  ölmüĢ  gördüyü  barədə 

yazması  «ərimin  öldüyünü  qəbul  eləyirəm» 

deməkdi». 

«Bu, yuxudu», – sadəlövh kimi dedim. 

          «Mən ġövkətin necə ağıllı, hiyləgər olduğunu 

bilirəm.  Bu  evdə  neçə  il  bir  yerdə  yaĢadıq! 

Anasının  izni  və  məcburiyyəti  olmasaydı,  ġövkət 

Qaranı  asılmıĢ  yəhudinin  evinə  aparmazdı.  ġəkurə 

böyük  qardaĢımı,  bizi  aradan  çıxardığını  hesab 

eləyirsə,  yanılır!  Böyük  qardaĢım  hələ  sağdı, 

savaĢdan da qayıdacaq». 

Sözünün  sonunu  gətirmədən  içəri  otağa 

getdi,  ocağın  alovuyla  Ģam  yandıracaqdı  ki,  əlini 

yandırıb  fəryad  qopardı.  Əlini  yalaya-yalaya  Ģamı, 

axır  ki,  yandırıb  rəhlənin  qırağına  qoydu. 

Qələmdandan  hazır  qələm  çıxarıb  mürəkkəbə 

batırdı,  kiçik  kağızın  üzərində  tez-tez  yazdı.  Ona 

tamaĢa  eləməyimin  xoĢuna  gəldiyini  dərhal  baĢa 

düĢdüm,  amma  ondan  qorxmadığımı  göstərmək 

üçün olub-qalan səyimlə gülümsədim. 

«Kimdi bu asılmıĢ yəhudi, sən bilirsən?» 

«Evlərindən  bir  az  o  tərəfdə  sarı  ev  var. 

Deyirlər,  əvvəlki  padĢahın  sevgili  həkimi,  varlılar 

varlısı  MoĢe  Hamon,  amasiyalı  yəhudi  nikahsız 

arvadıyla qardaĢını illər boyu orada saxlayıb. Neçə 

downloaded from KitabYurdu.org



 

 

263 



 

illər  qabaq  Amasiyada  hamursuz

1

 

bayramı 



ərəfəsində yəhudi məhəlləsində bir rum gənci guya 

yoxa çıxanda onun qanından hamursuz hazırlamaq 

üçün  boğazlandığı  iddia  edilir.  Yalançı  Ģahidlər 

peyda  olanda  yəhudilərin  edamı  da  baĢlanır, 

padĢahın sevgili həkimi bu gözəl qadını qardaĢıyla 

qaçırdıb  padĢahın  izniylə  saxlayır.  PadĢah  öləndə 

düĢmənləri  gözəl  qadını  ələ  keçirə  bilmədilər, 

amma tək-tənha yaĢayan adamı asdırdılar.  

Hasan: 

«Böyük 


qardaĢımın 

savaĢdan 

qayıtmasını 

gözləməsə, 

ġəkurəni 

də 


cəzalandıracaqlar», – deyib məktubları verdi. 

Amma  üzündən  qəzəb  və  hirs  yox,  həqiqi 

aĢiqlərə xas olan bəxtsizlik və bədbəxtlik oxunurdu. 

Qısa  müddətdə  eĢqin  bu  adamı  qocaltdığını 

gözlərində bir anlığa gördüm. Gömrükdə qazandığı 

pullar  da  onu  qətiyyən  cavanlaĢdıra  bilməmiĢdi. 

Sınqın  baxıĢlarından,  o  qədər  təhdiddən  sonra 

ağlıma  gəldi  ki,  məndən  ġəkurəni  necə  aldada 

biləcəyimi  soruĢacaq.  Amma,  deyəsən,  artıq  o 

qədər 


pis 

adama 


çevrilmiĢdi 

ki, 


bunu 

soruĢmayacaqdı. İnsan pis adam olduğunu bir dəfə 



qəbul elədimi – eşqdə rədd edilmə vacib səbəbdi – 

arxasınca  vəhşət  çox  asan  gəlir.  UĢaqların  söz 

                                    

1

Yəhudilərin biĢirib yedikləri mayasız çörək



 

downloaded from KitabYurdu.org




 

 

264 



 

saldığı,  toxunduğu  Ģeyi  kəsən  o  dəhĢətli  qırmızı 

qılıncından  və  ağlıma  gələnlərdən  elə  qorxdum  ki, 

qaçmaq  istəyib  özümü  təlaĢla  küçəyə  çətinliklə 

atdım. 

Tatar 


dilənçinin 

söyüĢlərinə 

elə-belə, 

nahaqdan  tuĢ  gəldim.  Amma  dərhal  da  özümü 

yığıĢdırdım,  yerdən  götürdüyüm  daĢ  parçasını 

döĢəkcəsinin  üstünə  yavaĢca  atanda:  «Al  görək, 

miskin tatar», – dedim.  

Pul  hesab  elədiyi  daĢa  əlini  ümidlə 

uzatmasına 

gülüb-eləmədən 

göz 

qoydum. 


SöyüĢlərinə  qulaq  asmadan  yaxĢı  ər  tapıb 

evləndirdiyim qızlarımdan birinin yanına getdim. 

ġəkər  qızım  mənə  dünəndən  qalma,  amma 

hələ  yumĢaqlığını  saxlayan  ispanaqlı  düĢbərə 

gətirdi,  günorta  üçün  bol  yumurtalı,  xoĢladığım 

kimi,  əriklə  azca  turĢudulmuĢ  quzu  əti  xörəyi 

hazırlayırdı;  qəlbini  qırmamaq  üçün  gözləyib  təzə 

çörəklə  birgə  iki  dolu  qab  yedim.  Gözəl  üzüm 

doĢabı  da  biĢirib;  heç  çəkinmədən  gül  Ģərbəti 

istədim.  Sinirmək  üçün  Ģərbəti  bir  qaĢıq  doĢaba 

əməlli-baĢlı  qarıĢdırıb  içəndən  sonra  kədərli 

ġəkurəmin məktublarını apardım.  

 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org




 

 

265 



 

 

 



 

 

 



 

 

 



26. MƏN ŞƏKURƏYƏM 

 

Xeyriyyə  Esterin  gəldiyini  xəbər  verəndə 



dünən  yuyulub  qurudulmuĢ  camaĢırları  sandığa 

düzürdüm... deyəcəkdim. Niyə sizə yalan söyləyim 

ki? YaxĢı, Ester gələndə dolabdakı deĢikdən atamla 

Qaraya  tamaĢa  eləyirdim.  Qarayla  Hasandan 

gələcək  məktubları  səbirsizliklə  gözlədiyimə  görə 

fikrim  də  Esterin  yanındaydı.  Çünki  atamın  ölüm 

qorxusunun  haqlı  Ģübhəyə  söykəndiyini  sezdiyim 

kimi,  Qaranın  da  mənə  olan  bağlılığının  onun 

həyatının  axırına  qədər  davam  eləməyəcəyini  də 

bilirəm.  Qara  aşiq  olduğu  qədər  evlənmək  istəyir. 



Evlənmək  istədiyi  üçün  də  asanlıqla  aşiq  olur. 

Mənimlə  olmasa,  bir  baĢqasıyla  evlənəcək, 

evlənməzdən qabaq o arvada da dərhal aĢiq olacaq.  

 Mətbəxdə  Xeyriyyə  Esteri  bir  küncdə 

oturdub  əlinə  bir  parç  gül  suyu  Ģərbəti  vermiĢdi, 

mənə suçlu-suçlu baxırdı. Xeyriyyənin gördüyü hər 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə