Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə58/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   54   55   56   57   58   59   60   61   ...   191

 

 

246 



 

 

 



 

 

 



 

 

 



 

24. MƏNİM ADIM ÖLÜMDÜ 

 

Gördüyünüz  kimi,  mən  Ölüməm,  amma 



qorxmağınıza  ehtiyac  yoxdu,  çünki  rəsməm.  Yenə 

də məndən qorxduğunuzu gözlərinizdən oxuyuram. 

Oynadıqları oyuna aludə olan uĢaqlar sayaq mənim 

gerçək  olmadığımı  bilə-bilə,  ölümün  özüylə 

rastlaĢan  kimi  dəhĢətə  düĢməyiniz  xoĢuma  gəlir. 

Mənə  baxdıqca  o  qaçılmaz  son  vaxt  gəlib  çatanda 

qorxudan  necə  altınızı  dolduracağınızı  sezirsiniz. 

Bu,  zarafat  deyil;  ölümlə  üz-üzə  gələndə  xüsusilə 

Ģir  xasiyyətli  kiĢilərin  böyük  əksəriyyəti  özlərini 

itirir.  Min  dəfələrlə  nəqĢ  elədiyiniz  meyitlərlə 

örtülü savaĢ meydanları, güman edildiyi kimi, qan, 

barıt  və  qızmıĢ  zireh  yox,  buna  görə  nəcis  və 

çürümüĢ ət qoxusu verər. 

Ġlk dəfə ölüm rəsmi gördüyünüzü bilirəm. 

downloaded from KitabYurdu.org



 

 

247 



 

Bundan bir il qabaq uzun, arıq və əsrarəngiz 

bir qoca məni nəqĢ eləyən gənc ustad nəqqaĢı evinə 

çağırdı.  Ġkimərtəbəli  evin  yarıqaranlıq  nəqĢ 

otağında  ənbər  qoxulu,  ipək  sayaq  nəfis  qəhvəyə 

qonaq  eləyib,  gənc  nəqqaĢın  ağlını  aldı.  Sonra  da 

kölgələrə  bürünmüĢ  mavi  qapılı  otaqda  ən  yaxĢı 

hind  kağızlarını,  sincab  tükündən  düzəldilmiĢ 

fırçaları,  qızıl  təbəqələri,  çeĢid-çeĢid  qələmləri  və 

mərcan saplı qələmyonanları göstərib, çox yaxĢı pul 

verəcəyini vəd eləyərək usta nəqqaĢı həvəsləndirdi, 

sonra dedi: 

          «Mənə ölümün rəsmini çək». 

«Həyatımda heç ölüm rəsmi görmədən ölüm 

rəsmi  çəkə  bilmərəm»,  –  sonralar  mənim  rəsmimi 

çəkməli olan möcüzə əlli nəqqaĢ dilləndi. 

«Bir  Ģeyi  çəkmək  üçün  mütləq  əvvəlcə  onu 

görmək tələb olunmur», – ehtiraslı arıq qoca dedi. 

«Bəli,  bəlkə  lazım  gəlmir»,  –  məni  çəkən 

ustad nəqqaĢ dedi. «Amma rəsmin qədim ustadların 

çəkdiyi kimi mükəmməl olmasını istəyirsənsə, yenə 

on  min  dəfələrlə  çəkməlisən.  Nəqqaş  nə  qədər 



ustad olur olsun, yeni mövzunu ilk dəfə şəyird kimi 

çəkir  ki,  bu  da  mənə  heç  yaraĢmaz.  Ölüm  rəsmi 

çəkəndə ustalığımı bir tərəfə qoya bilmərəm, çünki 

bu, mənim üçün az qala ölüm deməkdi». 

«Bu 


ölüm 

bəlkə 


səni 

mövzuya 


yaxınlaĢdırar», – dedi ixtiyar. 

downloaded from KitabYurdu.org




 

 

248 



 

«Bizi 


mövzunu 

yaĢamaq 


yox, 

heç 


yaĢamamaq usta eləyir». 

«Onda bu ustalıq ölümlə tanıĢ olmalıdı». 

Beləcə,  qədim  ustadlara  və  bacarıqlarına 

hörmət  eləyən  nəqqaĢlara  yaraĢan  tərzdə  ikimənalı 

kinayə,  cinas,  üstüörtülü  və  eyhamlarla  dolu  incə 

söhbətə giriĢdilər. Mənim varlığım söhbət mövzusu 

olduğuna  görə  çox  diqqətlə  dinlədiyim  bu 

mübahisənin hamısının qəhvəxanamızdakı seçilmiĢ 

nəqqaĢları  narahat  eləyəcəyini  bilirəm.  Yalnız  bir 

məqamda məsələ bura gəlib çatdı:  



«Nəqqaşın bacarığının ölçüsü hər şeyi qədim 

ustadların  mükəmməlliyi  ilə  rəsm  eləməsidimi, 

yoxsa  kimsənin  görə  bilmədiyi  mövzuları  rəsmə 

gətirməsidimi?»  –  möcüzə  əlli,  gözəl  gözlü,  ağıllı 

nəqqaĢ  dedi.  Özü  bu  sualın  cavabını  bildiyi  halda, 

ehtiyatlıydı.   

«Venesiyalılar 

nəqqaĢın 

gücünü 


heç 

çəkilməmiĢ  mövzuları  və  üsulları  tapmasıyla 

ölçürlər», – iddialı ixtiyar dedi.  

«Venesiyalılar  venesiyalı  kimi  ölürlər»,  – 

məni çəkəcək nəqqaĢ dedi. 

«Amma hamının ölümü bir-birinə oxĢayır», – 

qoca dilləndi. 

«Əfsanə  və  naxış  hamının  bir-birinə 

oxşamasını yox, oxşamamasını nəql eləyir», – ağıllı 

nəqqaĢ  dedi.  «Ustad  nəqqaş  bir-birilərindən 

downloaded from KitabYurdu.org



 

 

249 



 

tamamilə  fərqlənən  əfsanələri  bizdən  ötrü  oxşar 

kimi çəkə-çəkə usta olur». 

Beləcə,  söhbət  venesiyalının  və  müsəlmanın 

ölümünə,  Əzrayıla,  Allahın  digər  mələklərinə, 

onların  kafirin  rəsmləriylə  heç  vaxt  dəyiĢik 

salınmayacağının  üstünə  gəldi.  Məni  az  sonra 

çəkəcək və bu anda sevimli qəhvəxanamızda gözəl 

gözləriylə  mənə  baxan  gənc  ustad  bu  uzun 

söhbətlərdən  darıxır,  əli  səbirsizlik  eləyir,  məni 

çəkmək istəyirdi, amma mənim necə Ģey olduğumu 

bilmirdi. 

          Gənc  ustadı  aldatmaq  istəyən  məchul  qoca 

bunu hiyləgərcəsinə hiss elədi. Kölgələrə bürünmüĢ 

otaqda əbəs yerə yanan qəndilin alovuyla parlayan 

gözlərini möcüzə əlli gənc ustada dikdi. 

«Venesiyalıların  sanki  insan  kimi  çəkdiyi 

ölüm bizim Əzrayıla oxĢayan bir mələkdi», – dedi. 

«Amma insan görkəmindədi. Eynilə Qurani-Kərimi 

nazil  eləyəndə  Cəbrayılın  Peyğəmbərimizə  insan 

cildində görünməsi kimi. BaĢa düĢürsənmi?»  

Allahın ağlagəlməz bacarıq bəxĢ elədiyi gənc 

ustadın  tələsdiyini,  məni  çəkmək  istədiyini  baĢa 

düĢdüm.  Çünki  Ģeytani  qoca  onda  bu  Ģeytani  fikri 

oyandırmağı  bacarmıĢdı:  əslində,  bütün  nuruyla 

tanıdığımız  şeyi  yox,  tanımadığımız  yarıqaranlıq 

şeyi çəkməyi istəyirik. 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə