Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə59/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   55   56   57   58   59   60   61   62   ...   191

 

 

250 



 

«O  ölümü  qətiyyən  tanımıram»,  –  məni  az 

sonra çəkəcək nəqqaĢ dedi. 

«Ölümü tanıyırıq», – qoca dilləndi. 

«Ondan qorxuruq, amma onu tanımırıq». 

«Sən də həmin qorxunu çək», – qoca dedi. 

Az qala həmin məqamda rəsmim çəkiləcəkdi. 

Böyük  ustad  nəqqaĢın  ənsəsinin  ĢiĢdiyini,  qol 

əzələlərinin  gərildiyini,  barmaqlarının  ucunun 

qələmi  axtardığını  sezdim.  Amma,  həqiqətən, 

böyük usta olduğuna görə bu gərilmənin ruhundakı 

naxıĢ  eĢqini  daha  da  dərinləĢdirəcəyini  hiss  eləyib 

özünü saxladı.  

Hiyləgər qoca da bunu baĢa düĢdüyünə görə, 

az  sonra  çəkiləcəyinə  çox  əmin  olduğu  rəsmimə 

ilham  versin  deyə  qabağındakı  kitablardan,  «Əl-

Cəzviyyə»dən,  «Kitab-ür  Ruh»dan,  Qəzzalidən, 

«Kitab-ül  Əhval-ül  Qiyamət»dən,  Süyutidən  ölüm 

barədə parçalar oxudu. 

Beləcə,  sizin  qorxa-qorxa  tamaĢa  elədiyiniz 

bu rəsmimi çəkəndə möcüzə əlli ustad nəqqaĢ məni 

ölüm  mələyinin  cənnətdən  düz  dünyaya  qədər, 

Doğunun  ən  uzaq  nöqtəsindən  Batının  ən  uzaq 

nöqtəsinə  kimi  uzanan  minlərlə  qanadı  olan  kimi 

təsvir  etdi.  Əsl  möminlər  üçün  həmin  qanadların 

qucaqlayıcı,  günahkarlar  və  üsyançılar  üçünsə  hər 

birinin ayrı-ayrı çüy kimi yandırıcı olduğunu bilən 

ustad  nəqqaĢ  siz  nəqqaĢların  çoxu  cəhənnəmlik 

downloaded from KitabYurdu.org



 

 

251 



 

olduğunuzdan  məni  çüylərlə  örtülü  çəkdi.  NəqqaĢ 

Allahın  canınızı  almaq  üçün  yanınıza  yollayacağı 

mələyin  əlində  hamınızın  adınız  yazılmıĢ  dəftər 

olacağını,  o  dəftərin  səhifələrində  bəzilərinizin 

adının qara dairəyə alındığını, amma ölüm vaxtının 

Allah  tərəfindən  bilindiyini,  həmin  vaxt  gələndə 

ərĢin  altındakı  ağacdan  yarpaq  düĢəcəyini,  o 

yarpağı  götürüb  oxuyanın  ölüm  növbəsinin  kimə 

çatmasından  xəbərdar  olacağını  dinlədi,  buna  görə 

məni  qorxunc,  amma  hesab-kitabdan  baĢı  çıxan 

adam  kimi  çəkdi.  BaĢdanxarab  qoca  insan 

görkəmində  gələn  ölüm  mələyinin  vədəsi  çatan 

adama  əlini  uzadıb  canını  alandan  sonra  birdən 

ortalığı  günəĢin  Ģəfəqlərini  andıran  nur  bürüyəcəyi 

barədə  oxuduğuna  görə  ağıllı  nəqqaĢ  məni  nur 

içində  çəkdi,  çünki  ölünün  yanındakıların  həmin 

nuru  görə  bilməyəcəklərini  bilirdi.  Ehtiraslı  qoca 

«Kitab-ür  Ruh»dan  qədim  qəbir  oğrularının 

Ģəhadətlərini,  bədəninin  orasına-burasına  çüylər 

saplanmıĢ  meyit,  torpağı  qazanda  təzə  meyit 

yerində  peyda  olan  alovlar,  içərisinə  qurğuĢun 

tökülmüĢ kəllələr haqqında da oxuduğuna görə onu 

böyük  diqqətlə  dinləyən  möcüzə  rəssam  mənim 

rəsmimi çəkəndə baxanı qorxudacaq hər Ģeyi elədi. 

Amma  sonra  da  bundan  peĢman  oldu. 

Rəsminə  daxil  elədiyi  qorxudan  yox,  bütün  bu 

rəsmi çəkdiyindən. Mən də özümü atasının utanc və 

downloaded from KitabYurdu.org



 

 

252 



 

peĢmanlıqla xatırladığı bir adam kimi hiss eləyirəm. 

Möcüzə  əlli  ustad  məni  çəkdiyinə  niyə  peĢman 

olmuĢdu: 



1.  Ölümün  rəsmi,  mən  yetərincə  ustalıqla 

çəkilmədiyimə  görə.  Gördüyünüz  kimi,  nə 

venesiyalı  böyük  ustadların,  nə  də  heratlı  qədim 

ustadların çəkdiyi şeylər qədər mükəmmələm. Məni 

çəkən  böyük  ustadın  ölümün  vüqarına  yaraşdıra 

bilmədiyi  bu  sınıq-salxaq  vəziyyətimdən  mən  də 

utanıram. 

2.  Qocanın  şeytani  yolla  aldatmasıyla  məni 

çəkən 

usta 

nəqqaş 

birdən-birə 

özünün 

düşüncəsizcəsinə  firəng  ustadlarının  üsul  və 

görüşlərini təqlid elədiyini görmüşdü, bu da qədim 

ustadlara bir cür hörmətsizlik, ilk dəfə hiss elədiyi 

qəribə şərəfsizlik olduğuna görə ruhunu gəmirirdi. 

3.Burada mənə alışıb gülümsəməyə başlayan 

bəzi  əbləhlərin  də  beynini  dəng  eləmək  lazım 

gəldiyi üçün: ölümlə zarafat eləmək olmaz. 

Ġndi  məni  çəkən  usta  nəqqaĢ  gecələr 

küçələrdə  peĢmanlıq  içində  dayanıb  durmadan 

gedir,  eynilə  bəzi  çinli  ustadlar  kimi  özünün  – 



çəkdiyi şey olduğunu güman eləyirmiĢ. 

 

 



 

25. MƏNİM ADIM ESTERDİ 

downloaded from KitabYurdu.org




 

 

253 



 

 

Qızılminarəli və Qarakedili



1

 qadınlar Biləcik 

dolamasından yorğanlıq göyümtül və qırmızı parça 

ismarlamıĢdılar, səhər  erkəndən  boğçama  qoydum. 

Yeni  gəlmiĢ  Portəgiz  gəmisindən  çıxan  Çin 

ipəyindən  parçanın  yaĢılını  atıb  mavisini  boğçaya 

qoydum.  Bu  kəsməyən  qar,  sonu  görünməyən  qıĢ 

olduğuna görə bol-bol yun corab, qalın yun qurĢaq, 

rəngbərəng  qalın  qolsuz  koftaları  da  bərk-bərk 

qatlayıb  ora  yerləĢdirdim  ki,  boğçamı  açanda  ən 

laqeyd  arvadın  belə  ürəyini  haldan-hala  salsın. 

Sonra  alıĢ-veriĢ  üçün  yox,  dedi-qoduya  görə 

çağıran  qarılardan  ötrü  nazik,  amma  bahalı 

yaylıqlar,  pul  kisələri,  iĢləməli  hamam  kisələri 

qoyub  qaldırdım:  vay,  bu  boğça  çox  ağır  olub, 

belim  qırılacaq.  Yerə  qoydum.  Boğçanı  təzədən 

açdım ki, nəyi çıxarım, baxırdım ki, qapı döyüldü. 

Nəsim açıb çağırdı. 

          Qapıda  bərli-bəzəkli  cariyə  Xeyriyyəydi. 

Əlində məktub vardı. 

          «ġəkurə  xanım  yolladı»,  –  pıçıldadı.  Elə 

təlaĢa  düĢmüĢdü  ki,  elə  bilərdin,  aĢiq  olub  ərə 

getmək istəyən özüdü. 

                                    

1

Ġstanbulun qədim məhəllələri



 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə