Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə57/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   53   54   55   56   57   58   59   60   ...   191

 

 

242 



 

ƏniĢtədən  həmin  son  böyük  rəsmdə  nəyi 

çəkdiyini  soruĢmaq  istəyirəm,  amma  məni  bir  çox 

Ģey  saxlayır.  SoruĢsam,  təbii  ki,  Zərif  əfəndini 

mənim öldürdüyümdən Ģübhələnəcək, Ģübhəsini də 

hamıya yayacaq. Mənim əhvalımı pozan baĢqa Ģey, 

bunu  ondan  soruĢsam,  əniĢtəmin  Zərif  əfəndinin 

haqlı  olduğunu  söyləyəcəyidi.  Bəzən  öz-özümə 

deyirəm  ki,  Zərif  əfəndidən  əldə  elədiyim  Ģübhə 

kimi  yox,  öz  ağlıma  fərziyyəm  təki  soruĢaram, 

amma  bu,  qorxularımı  azaltmır.  İnsanın  başa 

düşmədən  dinsizlik  eləməsi  bəlkə  də  o  qədər 

dəhşətli bir şey deyil, amma indi artıq hər şeyi başa 

düşürəm. 

HəmiĢə  beynimdən  daha  ağıllı  olan 

ayaqlarım  məni  öz-özünə  ƏniĢtə  əfəndinin  evinin 

küçəsinə  qədər  gətirib.  Bir  küncə  qısılıb  evə 

qaranlıqda  görə  bildiyim  qədər  uzun-uzadı  tamaĢa 

elədim. Ağacların arasında böyük və sirli varlı evi! 

ġəkurənin evin hansı tərəfində olduğunu bilmirəm. 

ġah  Təhmasib  zamanında  Təbrizdə  çəkilmiĢ  bəzi 

rəsmlərdə olduğu  kimi  ev  sanki ortasından bıçaqla 

kəsilən  sayaq  görünsə,  ġəkurəni  hansı  pərdənin 

arxasında 

necə 


görəcəyimi 

xəyalımda 

canlandırmağa çalıĢdım. 

Qapı  açıldı.  Qaranlıqda  Qaranın  evdən 

çıxdığını gördüm. Həyət qapısının ağzından Qaraya 

bir anlığa Ģəfqətlə baxan ƏniĢtə də qapını örtdü.  

downloaded from KitabYurdu.org



 

 

243 



 

Səfehcəsinə  xəyallarla  məĢğul  olan  beynim 

belə dərhal gördüyündən kədərlə və öz-özünə bu üç 

nəticəni çıxartdı: 



Bir: Qara daha ucuz və təhlükəsiz olduğuna 

görə  Əniştə əfəndi  kitabımızı, bizim  kitabımızı ona 

tamamladacaq. 

İki: Gözəl Şəkurə Qaraya ərə gedəcək. 

Üç:  Yazıq  Zərif  əfəndinin  dedikləri 

doğruymuş: onu nahaqdan öldürmüşəm. 

Belə  vəziyyətlərdə,  yəni  qəlbimizin  heç  cür 



çıxarmaq  istəmədiyi  acı  nəticəni  qəddar  ağlımız 

çıxarar-çıxarmaz  bütün  bədənimiz  ona  üsyan 

eləyir.  Əvvəlcə  ağlımın  yarısı  da  üçüncü  nəticəyə, 

əbəs  yerə  rəzil  qatil  olduğum  nəticəsinə  bütün 

gücüylə  zidd  çıxdı.  Həmin  məqamda  ayaqlarım 

yenə ağlımdan daha sürətli və məntiqli davranmıĢ, 

məni də Qara əfəndinin arxasınca salmıĢdı. 

Neçə  küçə  keçmiĢdik  ki,  irəlidə  həyatından 

və  özündən  məmnun  halda  yeriyən  Qaranı 

öldürməyimin  çox  asan  olacağını,  bu  iĢin  də  məni 

ağlıma  gələn  və  narahatlığıma  səbəb  olan  ilk  iki 

nəticəylə  qarĢılaĢmaqdan  da  qurtaracağı  barədə  

fikirləĢdim.  Hətta  onda  Zərif  əfəndinin  də  baĢını 

nahaqdan əzmiĢ vəziyyətə düĢməzdim. Ġndi səkkiz-

on addım qaçaraq Qaraya çatıb, baĢına var gücümlə 

zərbə  endirsəm,  hər  Ģey  əvvəlki  kimi  gedəcək, 

ƏniĢtə  əfəndi  məni  kitabımızı  tamamlamaq  üçün 

downloaded from KitabYurdu.org




 

 

244 



 

çağıracaqdı. Amma ağlımın daha dürüst və ehtiyatlı 



(dürüstlük çox vaxt qorxaqlıqdan başqa nədi axı?) 

tərəfi  də  hələ  mənə  gəbərdib  quyuya  atdığım 

rəzilin,  həqiqətən,  iftiraçı  olduğunu  deyirdi.  Bu, 

doğrudusa,  deməli,  onu  nahaqdan  öldürməmiĢəm, 

hazırladığı  kitabda  gizləyəcəyi  bir  Ģey  olmayan 

ƏniĢtə məni evinə çağıracaq. 

Amma irəlidə gedən Qaraya baxdıqca dərhal 

baĢa  düĢürdüm:  bunların  heç  biri  olmayacaqdı. 

Hamısı  xəyaldı.  Qara  məndən  daha  gerçəkdi. 

Hamımızda  olur:  bəzən  məntiqlə  düşünürəm  deyə 



həftələr,  illər  boyu  arzulayandan  sonra  bir  gün 

nəsə görürük – üz, əlbəsə, xoşbəxt insan – bir anda 

da arzularımızın gerçəkləşməyəcəyini, məsələn, heç 

vaxt  o  qızı  bizə  verməyəcəklərini,  məsələn,  filan 

vəzifəyə təyin olunmayacağımızı başa düşürük. 

Qaranın  baĢına,  ənsəsinə,  çiyinlərinin  enib-

qalxmasına,  çox  əsəbiləĢdirici  tərzdə  yeriməsinə  –  

addımlarını elə atırdı, sanki dünyaya lütf eləyirdi – 

ürəyimi  qızğıncasına  bürüyən  dərin  nifrətlə 

baxıram.  Qara  kimi  vicdan  əzablarından  uzaq, 

qarĢılarında xoĢbəxt gələcək olan adamlar dünyanı 

da  öz  evləri  sayırlar,  hər  qapını  öz  sarayına  girən 

padĢah  kimi  açıb  içəridəki  bizləri  də  dərhal 

alçaldırlar.  Özümü  yerdən  daĢ  götürməkdən,  qaçıb 

baĢına endirməkdən güclə saxladım. 

downloaded from KitabYurdu.org




 

 

245 



 

Biz,  eyni  qadına  aĢiq  olan  iki  kiĢi  –  o 

qabaqda,  qətiyyən  xəbəri  olmadığı  mən  arxasınca 

Ġstanbulun  küçələrində  dönə-burula,  enib-qalxa 

irəliləyirdik.  Ġt  sürülərinin  savaĢlarına  ayrılmıĢ 

zülmət  küçələrdən,  cinlərin  gözlədiyi  yanğın 

yerlərindən, 

mələklərin 

qübbələrinə 

qonub 


yatdıqları came həyətlərindən, ruhlarla donquldana-

donquldana  danıĢan  sərv  ağaclarının  böyründən, 

kabusların qaynaĢdığı qarla örtülü qəbiristanlıqların 

qırağından,  adam  boğazlayan  quldurların  lap 

yaxınlığından, 

bitib-tükənməyən 

dükanlarının, 

axurların, 

təkkələrin, 

mumxanaların, 

sərracxanaların,  divarların  arasından  qardaĢ  kimi 

keçib gedəndə mən onu təqib yox, təqlid elədiyimi 

düĢünürəm. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə