Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə65/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   61   62   63   64   65   66   67   68   ...   191

 

 

274 



 

qazandığını  deyir,  bunun  yalan  olmadığını  da 

Esterin  qalxan  qaĢlarından  baĢa  düĢürəm. 

DüĢünürəm ki, artıq pulu və özünə inamı olduğuna 

görə Hasanı təhrik eləyən bütün yaramazlıqları yox 

olub, məni ona çəkən o tutqun, cin kimi, sirli cəhəti 

ortaya çıxıb. Həmin cəhətini mənə inadla yolladığı 

məktublardan üzə çıxardım.  

Qara da, Hasan da mənə aĢiq olduqları üçün 

çox əzablar çəkdilər. Qara on iki il uzaqlara getdi, 

yox  oldu,  küsdü,  Hasan  hər  gün  mənə  kənarlarına 

quĢ  və  ceyran  rəsmləri  nəqĢ  elədiyi  məktublar 

yolladı.  O  məktubları  oxuya-oxuya  əvvəlcə  ondan 

qorxmağı,  sonra  da  onunla  maraqlanmağı 

öyrəndim.  

Hasanın 


da 

mənim 


hər 

Ģeyimlə 


maraqlandığını  çox  yaxĢı  bildiyimə  görə  yuxumda 

ərimin  ölüsünü  gördüyümdən  xəbər  tutmasına 

təəccüblənmədim.  ġübhələndiyim  Ģey  Qaraya 

yolladığım  məktubları  Esterin  Hasana  oxumasıdı. 

Bu  səbəbdən  Qaraya  Esterlə  cavab  yollamadım. 

ġübhələrimin doğru olub-olmadığını siz bilirsiniz.  

«Harada  qaldınız?»  –  geri  qayıdanda 

söyləndim.  Amma  bunu  həqiqi  hirslə  eləmədiyimi 

dərhal  baĢa  düĢdülər.  Mən  də  Orxandan  gizli 

ġövkəti  bir  kənara,  qaranlıq  dolabın  qırağına 

çəkdim. Boynundan, saçlarından, alnından öpdüm. 

downloaded from KitabYurdu.org




 

 

275 



 

«ÜĢümüsən  sən,  canım,  –  dedim,  –  o  gözəl 

əllərini  əllərimin  içinə  qoy  görüm,  anan  onları 

isitsin…» 

Əlləri  leĢ  qoxuyurdu,  amma  səsimi 

çıxarmadım.  BaĢını  sinəmə  sıxıb  onu  bərk-bərk 

qucaqladım.  Bir  az  sonra  isindi,  ləzzətdən  Ģirin-

Ģirin xoruldayan piĢik kimi özünü naza qoydu: 

«Görək ananı lap çox sevirsənmi?» 

«Mmmhmmm». 

«Həmi?» 

«Hə». 


«Hamıdan çoxmu?» 

«Hə». 


«Onda  mən  də  sənə  bir  Ģey  deyəcəyəm»,  – 

sirr  verən  kimi  dedim.  «Amma  heç  kəsə 

deməyəcəksən,  yaxĢımı?»  –  qulağına  pıçıldadım. 

«Mən  də  səni  hamıdan  çox  sevirəm,  baĢa 

düĢdünmü?» 

«Orxandandamı çox?» 

«Orxandan da çox. Orxan da balaca, quĢ kimi 

bir  Ģeydi,  heç  bir  Ģey  qanmır.  Sən  daha  ağıllısan, 

baĢa  düĢürsən».  Saçlarını  qoxulaya-qoxulaya 

öpdüm. «Ona görə indi səndən bir Ģey istəyəcəyəm. 

Dünən gizlicə Qara əfəndiyə boĢ kağız aparmıĢdın, 

hə. Ġndi bu gün də aparacaqsan, olarmı?» 

«Atamı o öldürüb». 

«Hə?» 


downloaded from KitabYurdu.org


 

 

276 



 

«Atamı  o  öldürüb.  Dünən  özü  asılmıĢ 

yəhudinin evində dedi». 

«Nə dedi?» 

«Sənin  atanı  mən  öldürdüm,  dedi.  Mən  çox 

adam öldürmüĢəm, dedi». 

Həmin  məqamda  nəsə  baĢ  verdi.  Dərhal 

sonra ġövkət qucağımdan düĢdü, ağlamağa baĢladı. 

Ġndi  bu  uĢaq  niyə  ağlayır?  YaxĢı,  bayaq,  deyəsən, 

özümü  saxlaya  bilməyib  ona  bir  çırtma  vurdum. 

Ġstəmirəm  ki,  kimsə  mənim  daĢürəkli  olduğumu 

düĢünsün. Amma onların yaxĢılığı üçün evlənməyi 

arzuladığım  bir  kiĢi  barəsində  belə  deməsinə 

hirsləndim.  

Yazıq yetimin hələ də ağlaması birdən mənə 

çox  toxundu,  özüm  də  ağlayacaqdım.  Bir-birimizi 

qucaqladıq. Arabir hıçqırırdı, amma indi çırtma elə 

bir  Ģeydimi  ki,  ondan  ötrü  bu  qədər  ağlayasan? 

Saçlarını sığalladım.  

Hər  Ģey  belə  baĢladı:  bilirsiniz  ki,  bir  gün 

qabaq  söhbətarası  atama  dedim  ki,  yuxuda  ərimin 

öldüyünü  görmüĢəm.  Əslində,  əcəmlərlə  savaĢdan 

qayıdıb  gəlmədiyi  bu  dörd  il  ərzində  tez-tez  yuxu 

görsəm  də,  yuxumda  onu  bircə  dəfə  görmüĢdüm, 

bir  də  ölü  vardı,  amma  ölü  oydumu,  bu  heç  aydın 

deyildi. 



Yuxular  həmişə  başqa  bir  işə  yarayır.  Esterin 

nənəsinin  getdiyi  Portəgizdə  yuxular  kafirlərin 

downloaded from KitabYurdu.org



 

 

277 



 

Ģeytanla  tapıĢıb  seviĢməsinə  Ģərait  yaradırmıĢ. 

Onda Esterin sülaləsi yəhudiliyini inkar eləyib «biz 

də sizin kimi xristian katoliki olmuĢuq» deyirlərsə, 

Portəgiz  kilsəsinin  Ġnkvizisiya  məhkəməsi  buna 

inanmayıb,  hamısına  iĢgəncə  verib.  Yuxularındakı 

cinləri  və  Ģeytanları bir-bir  ortaya  tökdükləri  kimi, 

heç görmədikləri yuxuları da onlara iĢgəncə gücünə 

yükləyib  etiraf  etdiriblər  ki,  yəhudilərin  hamısını 

yandıra  bilsinlər.  Deməli,  yuxular  orada  insanların 

Ģeytanla  dil  tapmasına,  onları  günahlandırıb 

yandırmağa yarayırmıĢ.  



Yuxular üç şeyə yarayır: 

Əlif:  Bir  şey  istəyirsən.  Amma  istəməyinə 

belə  izin  vermirlər.  Onda  «yuxumda  gördüm» 

deyirsən.  Beləcə,  istədiyini  sanki  özün  istəmədən 

istəyirsən.  

Be:  Bir  nəfərə  pislik  eləmək  istəyirsən. 

Məsələn,  kiməsə  böhtan  atacaqsan.  Onda 

«yuxumda  gördüm,  filankəs  xanım  zina  eləyirmiş» 

deyirsən;  ya  da  «filankəs  paşaya  qədəh-qədəh 

şərab gedirdi, yuxumda gördüm» deyirsən. Beləcə, 

inanmasalar  belə,  yaramazlığın  bir  qismi 

deyildiyinə görə dərhal hesaba yazılır.  

Cim: 

Bir  şey  istəyirsən,  amma  nə 

istədiyindən  baş  aça  bilmirsən.  Bir  qarışıq  yuxu 

danışırsan.  Dərhal yozub nə istəməli  olduğunu,  nə 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə