Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə64/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   60   61   62   63   64   65   66   67   ...   191

 

 

270 



 

sezdiyim kədəri görürəm. Mənə görə bu qədər əzab 

çəkməsindən günah və qürur duyuram. Kitabı üçün 

çəkilmiĢ  rəsmə  baxanda  atamın  danıĢdıqlarını 

dinləyən  Qaranın  üzü  tamamilə  məsum  və 

uĢaqsayağıydı. Elə o vaxt Qaranın ağzını uĢaq kimi 

açdığını  görəndə  qəfildən  döĢümü  onun  ağzına 

soxmaq istədim. Barmaqlarım ənsəsində, saçlarının 

içində  gəzəndə  Qara  baĢını  döĢlərimin  arasındakı 

rahat yerə soxacaq, uĢaqlarım kimi döĢümün ucunu 

ağzına  alanda  xoĢbəxtliklə  gözlərini  yumacaq, 

bədbəxt, çarəsiz uĢaq təki ancaq mənim Ģəfqətimlə 

rahatlıq 

tapacağını 

baĢa 

düĢüb, 


ömürlük 

bağlanacaqdı.  

Bu xəyal o qədər xoĢuma gəldi ki, yüngülcə 

titrəyəndə  Qaranın  atam  göstərən  Ģeytan  rəsminə 

yox,  mənim  döĢlərimin iriliyinə  heyrət  və  diqqətlə 

baxdığını  təsəvvürümə  gətirdim.  Yalnız  döĢlərimə 

deyil, saçlarıma, boynuma, hər Ģeyimə sərxoĢ kimi 

baxırdı.  Məni  elə  çox  bəyənirdi  ki,  gəncliyimdə 

mənə  demədiyi  bütün  o  Ģirin  sözləri  söyləyir, 

üzündən,  baxıĢlarından  mənim  məğrur  halıma, 

görkəmimə,  tərbiyəmə,  ərimi  səbir  və  cəsarətlə 

gözləməyimə,  ona  yazdığım  məktubun  gözəlliyinə 

heyran olduğunu baĢa düĢürdüm.  

Yenidən  ərə  getməməyim  üçün  qurğular 

quran  atama  bir  anda  qəzəbləndim.  Firəng 

downloaded from KitabYurdu.org




 

 

271 



 

ustadlarına  istinad  eləyib  nəqqaĢlara  çəkdirdiyi 

rəsmlərdən, Venesiya xatirələrindən bezdim.  

Gözümü  təzədən  yumanda  –  Allahım,  mən 

bunu  öz  istəyimlə  eləmədim  –  xəyalımda  Qara 

mənə elə bir ləzzətlə yaxınlaĢdı ki, sanki qaranlıqda 

onu  böyrümdə  hiss  elədim.  Birdən  arxamda  peyda 

olduğunu, 

boynumun 

ardını, 


boynumu, 

qulaqlarımın  arxasını  öpdüyünü,  çox  qüvvətli 

olduğunu  baĢa  düĢdüm.  Sağlam,  iri  və  sərt  olan 

Qaraya  tab  gətirə  bildiyimə  görə  özümü  inamlı 

sayırdım.  Boynumun  ardı  qıdıqlanır,  döĢlərimin 

ucu  titrəyirdi.  Sanki  qaranlıqda  gözlərim  yumulu 

olanda arxamda yoğun Ģeyinin mənə yaxınlaĢdığını 

elə hiss elədim ki, baĢım fırlandı. Görən Qaranınkı 

necədi?     

Bəzən  yuxularımda  ərim  mənə  onu  əzablar 

içində  göstərir.  Görürəm  ki,  ərim  bir  tərəfdən 

Səfəvi  əsgərlərinin  mizraq  sancdığı,  oxlar 

saplanmıĢ qanlı bədənini dikəldib yeriməyə çalıĢır, 

bir  tərəfdən  bizə  yaxınlaĢır,  amma,  təəssüf  ki, 

aramızda çay var. Çayın o biri tərəfindən mənə qan 

və əzab içində qıĢqıranda bir də baxıram ki, qabağı 

qalxıb.  Əgər  hamamda  gürcü  gəlinin  danıĢdığı, 

qoca  cadugər  qarıların  «hə,  o  boyda  olur»  dediyi 

doğrudusa,  ərimin  Ģeyi  çox  iri  deyildi.  Əgər 

Qaranınkı  ondan  daha  iridisə,  dünən  ġövkətlə 

yolladığım  kağızı  alandan  sonra  Ģalvarının  altında 

downloaded from KitabYurdu.org




 

 

272 



 

gördüyüm o yoğun Ģey həqiqətən odusa – əlbəttə ki, 

oydu  –  bəlkə  içimə  sığmayacağından,  ya  da  çox 

əziyyət çəkəcəyimdən qorxmuĢdum. 

«Ana, ġövkət mənim ağzımı əyir». 

Dolabın 


qaranlıq 

küncündən 

çıxdım, 

dinməzcə  qarĢıdakı  otağa  keçdim,  sandıqdan 

qırmızı  parçadan  qolsuz  köynəyimi  çıxarıb 

geyindim.  Mənim  döĢəyimi  çıxarmıĢdılar,  üstündə 

qıĢqıra-qıĢqıra itələĢirdilər. 

«Sizə  Qara  evə  gələndə  qıĢqırmaq  olmaz, 

demədimmi?» 

«Ana,  o  qırmızı  köynəyi  niyə  geyindin?»  – 

ġövkət dilləndi. 

«Ana,  ġövkət  mənim  ağzımı  əyirdi  axı»,  – 

Orxan dedi. 

«Sənə  onun  ağzını  əymə,  demədimmi?  Bu 

murdar  Ģey  burada  nədi  belə?»  –  Qıraqda  dəri 

parçası vardı. 

«LeĢ»,  –  Orxan  dedi.  «ġövkət  yoldan 

götürdü». 

«Gedin,  onu  tez  götürdüyünüz  yerə  aparıb 

atın». 


«ġövkət aparsın». 

«Gedin deyirəm». 

Onları  vurmazdan  qabaq  elədiyim  kimi, 

dodağımın  qırağını  acıqlı  tərzdə  diĢləməyə 

baĢlayanda  necə  qətiyyətli  olduğumu  görüb 

downloaded from KitabYurdu.org




 

 

273 



 

qorxdular,  çıxıb  getdilər.    Tez  qayıdarlar, 

üĢüməzlər, inĢallah. 

Bütün  nəqqaĢlar  arasında  ən  çox  Qaranı 

bəyəndim, çünki o, məni hamıdan çox sevir, ruhuna 

da  bələdəm.  Kağız-qələm  çıxartdım,  bir  həmlədə 

sanki heç fikirləĢmədən bunu yazdım:  

«Yaxşı,  axşam  azanından  qabaq  asılmış 

yəhudinin  evində  səni  görəcəyəm.  Atamın  kitabını 

tezliklə başa çatdır». 

Hasana  cavab  vermədim,  çünki  qazının 

yanına  bu  gün,  doğrudan,  getsə  də,  onun  və 

atasının,  yığacağı  adamların  dərhal evimizə  basqın 

eləyəcəyinə  inanmıram.  Elə  olsaydı,  məktub 

yazmaz,  məndən  cavab  gözləməz,  dərhal  da 

evimizə  basqın  eləyərdilər.  Ġndi  məndən  məktub 

gözləyir,  gəlməyəndə  də    qovrular,  adam  yığıb 

basqına  onda  giriĢər.  Hasandan  heç  qorxmadığımı 

qəti güman eləməyin. Düzü, özümü ondan qorumaq 

üçün  Qaraya  güvənirəm.  Amma  bu  anda  sizə 

ürəyimdən keçən Ģeyi deyim: ola bilsin, Hasandan 



bir  elə  də  çox  qorxmuram;  çünki  mən  onu  da 

sevirəm.  

«Bu necə sevgidi?» desəniz, hirslənməz, sizə 

haqq  verərəm.  Ərimin  savaĢdan  qayıtmağını  eyni 

dam  altında  gözlədiyimiz  illərdə  bu  adamın  necə 

səfil bir Ģey olduğunu, nə zəif və fürsətçi olduğunu 

görmüĢdüm.  Amma  Ester  indi  onun  çox  pul 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə