246
24. MƏNİM ADIM ÖLÜMDÜ
Gördüyünüz kimi, mən Ölüməm, amma
qorxmağınıza ehtiyac yoxdu, çünki rəsməm. Yenə
də məndən qorxduğunuzu gözlərinizdən oxuyuram.
Oynadıqları oyuna aludə olan uĢaqlar sayaq mənim
gerçək olmadığımı bilə-bilə, ölümün özüylə
rastlaĢan kimi dəhĢətə düĢməyiniz xoĢuma gəlir.
Mənə baxdıqca o qaçılmaz son vaxt gəlib çatanda
qorxudan necə altınızı dolduracağınızı sezirsiniz.
Bu, zarafat deyil; ölümlə üz-üzə gələndə xüsusilə
Ģir xasiyyətli kiĢilərin böyük əksəriyyəti özlərini
itirir. Min dəfələrlə nəqĢ elədiyiniz meyitlərlə
örtülü savaĢ meydanları, güman edildiyi kimi, qan,
barıt və qızmıĢ zireh yox, buna görə nəcis və
çürümüĢ ət qoxusu verər.
Ġlk dəfə ölüm rəsmi gördüyünüzü bilirəm.
downloaded from KitabYurdu.org
247
Bundan bir il qabaq uzun, arıq və əsrarəngiz
bir qoca məni nəqĢ eləyən gənc ustad nəqqaĢı evinə
çağırdı. Ġkimərtəbəli evin yarıqaranlıq nəqĢ
otağında ənbər qoxulu, ipək sayaq nəfis qəhvəyə
qonaq eləyib, gənc nəqqaĢın ağlını aldı. Sonra da
kölgələrə bürünmüĢ mavi qapılı otaqda ən yaxĢı
hind kağızlarını, sincab tükündən düzəldilmiĢ
fırçaları, qızıl təbəqələri, çeĢid-çeĢid qələmləri və
mərcan saplı qələmyonanları göstərib, çox yaxĢı pul
verəcəyini vəd eləyərək usta nəqqaĢı həvəsləndirdi,
sonra dedi:
«Mənə ölümün rəsmini çək».
«Həyatımda heç ölüm rəsmi görmədən ölüm
rəsmi çəkə bilmərəm», – sonralar mənim rəsmimi
çəkməli olan möcüzə əlli nəqqaĢ dilləndi.
«Bir Ģeyi çəkmək üçün mütləq əvvəlcə onu
görmək tələb olunmur», – ehtiraslı arıq qoca dedi.
«Bəli, bəlkə lazım gəlmir», – məni çəkən
ustad nəqqaĢ dedi. «Amma rəsmin qədim ustadların
çəkdiyi kimi mükəmməl olmasını istəyirsənsə, yenə
on min dəfələrlə çəkməlisən. Nəqqaş nə qədər
ustad olur olsun, yeni mövzunu ilk dəfə şəyird kimi
çəkir ki, bu da mənə heç yaraĢmaz. Ölüm rəsmi
çəkəndə ustalığımı bir tərəfə qoya bilmərəm, çünki
bu, mənim üçün az qala ölüm deməkdi».
«Bu
ölüm
bəlkə
səni
mövzuya
yaxınlaĢdırar», – dedi ixtiyar.
downloaded from KitabYurdu.org
248
«Bizi
mövzunu
yaĢamaq
yox,
heç
yaĢamamaq usta eləyir».
«Onda bu ustalıq ölümlə tanıĢ olmalıdı».
Beləcə, qədim ustadlara və bacarıqlarına
hörmət eləyən nəqqaĢlara yaraĢan tərzdə ikimənalı
kinayə, cinas, üstüörtülü və eyhamlarla dolu incə
söhbətə giriĢdilər. Mənim varlığım söhbət mövzusu
olduğuna görə çox diqqətlə dinlədiyim bu
mübahisənin hamısının qəhvəxanamızdakı seçilmiĢ
nəqqaĢları narahat eləyəcəyini bilirəm. Yalnız bir
məqamda məsələ bura gəlib çatdı:
«Nəqqaşın bacarığının ölçüsü hər şeyi qədim
ustadların mükəmməlliyi ilə rəsm eləməsidimi,
yoxsa kimsənin görə bilmədiyi mövzuları rəsmə
gətirməsidimi?» – möcüzə əlli, gözəl gözlü, ağıllı
nəqqaĢ dedi. Özü bu sualın cavabını bildiyi halda,
ehtiyatlıydı.
«Venesiyalılar
nəqqaĢın
gücünü
heç
çəkilməmiĢ mövzuları və üsulları tapmasıyla
ölçürlər», – iddialı ixtiyar dedi.
«Venesiyalılar venesiyalı kimi ölürlər», –
məni çəkəcək nəqqaĢ dedi.
«Amma hamının ölümü bir-birinə oxĢayır», –
qoca dilləndi.
«Əfsanə və naxış hamının bir-birinə
oxşamasını yox, oxşamamasını nəql eləyir», – ağıllı
nəqqaĢ dedi. «Ustad nəqqaş bir-birilərindən
downloaded from KitabYurdu.org
249
tamamilə fərqlənən əfsanələri bizdən ötrü oxşar
kimi çəkə-çəkə usta olur».
Beləcə, söhbət venesiyalının və müsəlmanın
ölümünə, Əzrayıla, Allahın digər mələklərinə,
onların kafirin rəsmləriylə heç vaxt dəyiĢik
salınmayacağının üstünə gəldi. Məni az sonra
çəkəcək və bu anda sevimli qəhvəxanamızda gözəl
gözləriylə mənə baxan gənc ustad bu uzun
söhbətlərdən darıxır, əli səbirsizlik eləyir, məni
çəkmək istəyirdi, amma mənim necə Ģey olduğumu
bilmirdi.
Gənc ustadı aldatmaq istəyən məchul qoca
bunu hiyləgərcəsinə hiss elədi. Kölgələrə bürünmüĢ
otaqda əbəs yerə yanan qəndilin alovuyla parlayan
gözlərini möcüzə əlli gənc ustada dikdi.
«Venesiyalıların sanki insan kimi çəkdiyi
ölüm bizim Əzrayıla oxĢayan bir mələkdi», – dedi.
«Amma insan görkəmindədi. Eynilə Qurani-Kərimi
nazil eləyəndə Cəbrayılın Peyğəmbərimizə insan
cildində görünməsi kimi. BaĢa düĢürsənmi?»
Allahın ağlagəlməz bacarıq bəxĢ elədiyi gənc
ustadın tələsdiyini, məni çəkmək istədiyini baĢa
düĢdüm. Çünki Ģeytani qoca onda bu Ģeytani fikri
oyandırmağı bacarmıĢdı: əslində, bütün nuruyla
tanıdığımız şeyi yox, tanımadığımız yarıqaranlıq
şeyi çəkməyi istəyirik.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |