238
bir ağızdan onları yoldan çıxardıqlarını bilirlər:
içimizdəki narahat səs «eĢiyə, eĢiyə» deyir, «o biri
insanların, qaranlığın, səfilliyin, rəzilliyin içinə
qaç». Ġllərimi həmin cinləri və Ģeytanları
sakitləĢdirməyə həsr eləmiĢəm. Çoxlarının əlimin
möcüzəsi saydığı rəsmlərimi o cinlərin və
Ģeytanların köməyi ilə nəqĢ elədim. Amma yeddi
gün qabaq o alçağı öldürəndən bəri sözümü
içimdəki cinlərə və Ģeytanlara artıq axĢam vaxtı da
yeridə bilmirəm. Elə Ģiddətlə təpinirlər ki, özümə
belə deyirəm: bir az bayıra çıxsam, bəlkə
sakitləĢdilər.
Bu sözü deyəndən sonra həmiĢəki kimi, necə
olduğunu baĢa düĢmədən özümü küçələrdə gördüm.
Sürətlə yeridim. Dayanıb durmadan qarlı küçələrlə,
palçıqlı keçidlərlə, buz bağlamıĢ yoxuĢlarla,
kimsənin keçmədiyi səkilərlə dayanıb getdim. Mən
yeridikcə, gecə qaranlığı Ģəhərin zülmət, ən
adamsız guĢələrinə endikcə günahım ağır-ağır
geridə qalır, dar küçələrdə, daĢ karvansarayların,
mədrəsələrin, camelərin divarları boyu addımlarım
əks-səda qopardıqca qorxularım azalırdı.
Ayaqlarım məni öz-özünə hər gecə gəldiyim
bu ucqar məhəlləyə, kabusların və cinlərin belə
titrəmədən girə bilmədiyi boĢ küçələrə gətirdi. Bu
məhəllə kiĢilərinin yarısının Əcəm savaĢında
öldüyü,
yarısının
da
uğursuzluq
üzündən
downloaded from KitabYurdu.org
239
məhəllədən çıxıb getdikləri barədə deyilənləri
eĢitmiĢəm, amma mən belə Ģeylərə inanmıram.
Əcəm savaĢı üzündən bu gözəl məhəllənin baĢına
gələn yeganə fəlakət qırx il qabaq Qələndəri
təkkəsinin «düĢmən yuvası» sayılıb qapısına zəncir
vurulmasıdı.
Böyürtkən kollarının, ən soyuq havada belə
xoĢ qoxu verən dəfnələrin arxasından keçdim, uçuq
bacayla pərdəsi düĢmüĢ pəncərə arasındakı taxtaları
həmiĢəki vasvasılığımla düzəldib içəri girdim:
yüzillik tüstü və kif qoxusunu ciyərlərimə çəkdim.
Burada olmaq məni elə xoĢbəxt elədi ki,
gözlərimdən yaĢ axacağını güman elədim.
Allahdan baĢqa kimsədən qorxmadığımı, bu
dünyada veriləcək cəzanın mənim nəzərimdə
ikiqəpiklik
əhəmiyyəti
olmadığını
hələ
deməmiĢəmsə, indi demək istəyirəm. Qorxum
mənim kimi qatillərin Qurani-Kərimdə, məsələn,
«Furkan» surəsində açıq-aydın göstərildiyi kimi,
qiyamət günü çəkəcəyimiz və qat-qat artıq olacağı
söylənən əzabdı. Nadir hallarda əlimə keçən köhnə
kitablarda qədim ərəb nəqqaĢlarının dəri üzərində
nəqĢ elədikləri uĢaqsayaq, amma dəhĢətli сəhənnəm
görüntüləri, nədənsə çin və monqol ustalarının
çəkdikləri Ģeytanların iĢgəncələrini xatırladan
həmin cəzanın rəngləri və Ģiddəti nə vaxt
gözlərimin qabağında canlansa, baĢqa məna verib,
downloaded from KitabYurdu.org
240
bu məntiqi iĢə salmaya bilmirəm. «Ġsra» surəsi otuz
üçüncü ayədə nə deyir? Haqlı səbəb olmadan qətl
törədib Allahın qadağan elədiyi cana qıymayın,
demirmi? YaxĢı, onda сəhənnəmə yolladığım alçaq
həm qətlini Allahın qadağan elədiyi mömin deyildi,
həm də onun beynini dağıtmaq üçün mənim çox
haqlı səbəblərim varıydı.
Bu adam PadĢahımızın gizlicə sifariĢ elədiyi
o kitab üçün iĢləyənlərə, bizə böhtan atdı. Əgər
səsini kəsməsəydim, ƏniĢtə əfəndini, bütün
nəqqaĢları, hətta Ustad Osmanı kafir elan eləyib,
gözü qızmıĢ ərzurumlu Xocanın adamlarının
qabağına atacaqdı. Bircə dəfə bir adamın
nəqqaĢların dinsizlik elədiyini ucadan deməsinə
bənddilər ki, güclərini göstərmək üçün onsuz da
bəhanə axtaran ərzurumilər yalnız biz usta
nəqqaĢları yox, bütün nəqqaĢxananı dümdüz
eləyərlər, PadĢahımız belə səsini çıxarmadan baxa-
baxa qalar.
Hər dəfə bura gələndə elədiyim kimi bir
küncdə gizlətdiyim süpürgə və əsgilərlə ətrafı silib-
süpürdüm. Bu iĢi görəndə də içim isindi, özümü
Allahın yaxĢı bəndəsi kimi hiss elədim. Bu yaxĢılıq
duyğusunu məndən əsirgəməsin deyə Allahıma
uzun-uzadı dua elədim. Tülkülərə mis sıçdıracaq
soyuq iliklərimə iĢləyirdi; boğazımın ardında o gizli
ağrı baĢlayırdı, eĢiyə çıxdım.
downloaded from KitabYurdu.org
241
Dərhal sonra özümü yenə həmin qəribə ruhi
vəziyyətdə, tamamilə baĢqa bir məhəllədə gördüm.
Təkkənin boĢ məhəlləsiylə buranın arasında nə baĢ
verdi, nə fikirləĢdim, bilmirəm, necə oldusa, hər iki
tərəfində sərvlər düzülmüĢ bu küçələrə gəldim.
Amma nə qədər getsəm də, geridə qoya
bilmədiyim fikir var, içimi qurd kimi gəmirir, sizə
söyləsəm, bəlkə yükü azaldı. Ġstər ona rəzil iftiraçı
deyək, istər bədbəxt Zərif əfəndi – ikisi də elə bir
Ģeydi – rəhmətlik müzəhhib hələ rəhmətlik
olmamıĢdan bir azca əvvəl əniĢtəni qızğın halda
günahlandıranda bir Ģey demiĢdi. Bütün rəsmlərdə
ƏniĢtə əfəndinin kafir üsulu olan perspektivdən
istifadə eləməsi barədə dediklərindən çox
təsirləndiyimi görəndə rəzil: «Bir də axırıncı rəsm
var», – demiĢdi. «O rəsmdə əniĢtəmiz inandığımız
hər Ģeyə küfr eləyir. Artıq elədiyi kafirlik də deyil,
əməlli-baĢlı küfrdü». Rəzilin bu iftirasından üç
həftə sonra ƏniĢtə əfəndi, həqiqətən də, məndən
kağızın ayrı-ayrı guĢələrinə firəng rəsmində olacağı
kimi, bir-birilərindən heyrətamiz dərəcədə fərqli
Ģeyləri – at, pul, ölüm kimi – iĢləməyimi tələb
elədiyi səhifənin cədvəllənmiĢ və yazıq Zərif
əfəndinin təzhiblədiyi hissəsinin böyük bir qisminin
üzəri həmiĢə baĢqa kağızlarla örtülü olurdu, sanki o
yeri məndən və o biri nəqqaĢlardan gizləmək
istəyirdilər.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |