230
müqayisə elədikləri də ağlıma gəlirdi, onda da
yadıma əniĢtəmin necə rəsm edildikləri barədə
danıĢdığı Venesiyanın o məĢhurları düĢürdü. Ad-
sanlarını müqəddəslər kimi iĢgəncə otağında
çəkdikləri əzablar üzündən, ya da itkin düĢən ər
kimi biləyinin gücü və qılıncının ucuyla vurduğu
baĢlar üzündən yox, yazdıqları bir kitab, ya da nəqĢ
eləyib, rəsm çəkdikləri bir səhifə üzündən qazanan
bu yeni məĢhurlara ġəkurənin babasından
eĢitdiyimə görə oxĢamaq istərdim. Həmin
məĢhurların, əniĢtəmin dediyi kimi, dünyanın gözlə
görülən qaranlıqlarının və sirli guĢələrinin
gücündən ilham almaqla çəkilmiĢ rəsmlərini –
əniĢtəmin gördüyü və heç görməyən mən baldızı
oğluna baĢa salmağa çalıĢdığı o möcüzələri –
gözlərimin qabağında canlandırmaq üçün elə səy
göstərirdim ki, axırda heç bir təsəvvür alınmayanda
əhvalım pozulur, özümü cılız sayırdım.
Bir ara ġövkəti yenə qarĢımda gördüm.
Cəsarətlə
üstümə
gələndə
bir
anlığa
Mavərannəhrdəki kimi – ərəb qəbilələri arasında
Qafqaz dağlarındakı çərkəz tayfalarında yayıldığı
sayaq evin ən böyük oğlan uĢağının qonağın əlini
yalnız evə gələndə yox, küçəyə çıxanda da
öpəcəyini də güman elədim, boĢ olsun, öpüb alnına
qoysun deyə əlimi uzatdım. Eyni zamanda çox uzaq
olmayan yerdən ġəkurənin gülüĢünü eĢitdim.
downloaded from KitabYurdu.org
231
Mənəmi gülürdü? TəlaĢa düĢdüm, çıxıĢ yolu kimi
ġövkəti tutub iki yanağından öpdüm ki, məndən
gözlənilən budu. Bunu eləyəndə bir yandan
əniĢtəmin sözünü kəsməyimi baĢa düĢdüyümü,
amma, əslində, hörmətsizlik eləmək istəmədiyimi
göstərən tərzdə ona gülümsədim, bir yandan da
uĢağı bir anlığa diqqətlə qoxuladım ki, görüm
üstündə anasının qoxusundan iz varmı. Əlimə kağız
parçası dürtdüyünü baĢa düĢəndəsə ġövkət çoxdan
arxasını çevirib uzaqlaĢmağa baĢlamıĢdı.
Kağızı yumruq elədiyim ovcumun içində
zinət əĢyası kimi bərk-bərk gizlədim. Bunun
ġəkurədən mənə yollanan kiçik məktub olduğunu
əməlli-baĢlı dərk eləyəndə az qala xoĢbəxtlikdən
ƏniĢtəyə dəli sayaq gülümsəyəcəkdim. Yalnız bu
belə ġəkurənin məni çox istədiyinin qəti sübutu
deyildimi? Bir anda heç gözləmədiyim halda
özümü xəyalımda ġəkurəylə dəlicəsinə seviĢən
təsəvvür elədim. Arzuladığım o ağlagəlməz Ģeyin
yaxın vaxtda həqiqətə çevriləcəyinə elə hədsiz
tərzdə inandım ki, əniĢtəmin qarĢısında yersiz
Ģəkildə Ģeyimin qalxdığını hiss elədim. Bunu
ġəkurə görmüĢdümü? Diqqətimi bir baĢqa nöqtəyə
vermək üçün uzun müddət əniĢtəmin danıĢdıqlarını
dinlədim.
Çox sonra əniĢtəm kitabının baĢqa səhifəsini
mənə göstərmək üçün əyiləndə xanıməli qoxuyan
downloaded from KitabYurdu.org
232
kağızı açıb baxdım, üstündə heç bir Ģey
yazılmadığını gördüm. Kağızın boĢ olmasına
inanmadığıma görə o biri üzünə çevirdim.
«Pəncərə», – əniĢtəm dedi. «Perspektiv
üsulundan istifadə eləmək aləmə pəncərədən
baxmağa oxşayır. Nədi o kağız?»
«Heç bir Ģey, ƏniĢtə əfəndi», – dedim, amma
daha sonra kağızı uzun-uzadı qoxuladım.
Günorta
yeməyindən
sonra
əniĢtəmin
oturağından istifadə eləmək istəmədiyimə görə izin
alıb həyətdəki ayaqyoluna girdim. Buz kimi soyuq
idi. Qıçımı çox üĢütmədən tələsik iĢimi görüb
çıxmıĢdım ki, ġövkət yol kəsən kimi, amma
pusağan səssizliklə qabağıma çıxdı. Əlində
babasının hələ üzərində buxar qalxan oturağı vardı.
Arxayınlıqla ayaqyoluna girib oturağı boĢaltdı.
EĢikdə əlində oturağı tutaraq gonbul yanaqlarını
ĢiĢirdib gözlərini gözlərimin içinə dikdi.
«Sən heç ölü piĢik görübsənmi?» – dedi.
Burnu eynilə anasının burnuydu. Anası bizə göz
qoyurdumu? Baxdım, ġəkurəni illərdən sonra ilk
dəfə gördüyüm ikinci mərtəbədəki xəyal pəncərənin
pərdəsi örtülüydü.
«Yox».
«Sənə asılmıĢ yəhudinin evindəki ölü piĢiyi
göstərimmi?»
downloaded from KitabYurdu.org
233
Cavabımı gözləmədən küçəyə çıxıb getdi.
Arxasınca getdim. Palçıqlı, buzlu yolla qırx-əlli
addım yeridik, baxımsız bir həyətə girdik. Ətraf
islaq və çürümüĢ yarpaq, anlaĢılmaz kif qoxuyurdu.
Ġrəlidə kədərli əncir və badam ağaclarının
arasındakı daldada elə bil gizlənib duran sarı evin
qapısından buranı çox yaxĢı tanıyan adam inamı və
taqqıltılı addımlarıyla içəri girdi.
Ev bomboĢ idi, amma quru və bir az istiydi,
sanki burada yaĢayırdılar.
«Bu ev kimindi?» – soruĢdum.
«Yəhudilərin. KiĢi öləndə arvad uĢaqlarıyla
YemiĢ limanına, ora – yəhudi məhəllələrinə getdi.
Evi indi boğçaçı Esterə satdırırlar». Otağın bir
küncünə gedib-gəldi. «PiĢik gedib, yoxdu», – dedi.
«Ölü piĢik gedərmi?»
«Babam deyir, ölülər gəzirlər».
«Özləri yox, – dedim, – amma ruhları gəzir».
«Haradan bilirsən?» – ciddi tərzdə soruĢdu,
qucağındakı oturağı ehtiyatla, bərk-bərk tuturdu.
«Bu, yozumdu. Sən bura tez-tezmi gəlirsən?»
«Anam gəlir Esterlə. Gecələr xortdanlar
gəlirmiĢ, amma mən bundan qorxmuram. Sən heç
adam öldürmüsənmi?»
«Hə».
«Neçə dənə?»
«Çox yox, ikisini».
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |