217
«Bir anlığa çaĢqınlıq və heyranlıqla
düĢündüm», – əniĢtəm dedi. Sonra bayaqkı Ģeytani
gülüĢə bənzər təbəssümlə mənə elə gülümsədi ki,
az qala əniĢtəmin bir anda baĢqa adama çevrildiyinə
inanmaq istədim.
«PadĢahımız həzrətləri mənə kitabın dərhal
hazırlanmağa baĢlanmasını buyurdu. XoĢbəxtlikdən
baĢım fırlandı. Məni yenidən yanına yollayacağı
Venesiya
doçuna
kitabın
hədiyyə
kimi
hazırlanmasını da buyurdu. Kitab tamamlananda
Hicri təqviminin birinci ilində Ġslam xəlifəsinin –
uca padĢahımızın müzəffər gücünün Ģahid olmasını
istəyirdi. Amma venesiyalılarla anlaĢma niyyəti
bilinməsin, nəqqaĢxana daxilində qısqanclıqlara
Ģərait yaratmasın deyə məndən kitabın gizlin
hazırlanmasını tələb elədi. Mən də xoĢbəxtliklə və
gizlicə rəsmlərini çəkdirməyə baĢladım».
downloaded from KitabYurdu.org
218
21. MƏN ƏNİŞTƏNİZƏM
Beləcə, cümə səhəri ona PadĢahımızın firəng
ustadları tərzində rəsminin salınacağı kitabı təsvir
eləməyə baĢladım. BaĢlanğıc nöqtəm eyni hekayəni
PadĢahımıza
necə
danıĢdığım,
onu
kitabı
hazırlamağa necə inandırdığımdı. Amma gizli
məqsədim hekayələrin qarĢısındakı, hələ qələmə
almağa baĢlaya bilmədiyim hekayələri Qaraya
yazdırmaqdı.
Kitabın
rəsmlərinin
çoxunu
baĢa
çatdırdığımı, son rəsmin tamamlanmaq üzrə
olduğunu dedim. «Kitabımda ölümün rəsmi var», –
dedim. «PadĢahımızın aləmin necə rahat yer
olduğunu göstərə bilməsi üçün ağıllı nəqqaĢ
Leyləyə çəkdirdiyim ağacın rəsmi var, Ģeytanın
rəsmi var, bizi lap uzaqlara aparan atın rəsmi var;
həmiĢə pusağan və bic köpək var, pul var... Bunları
nəqqaĢxananın usta nəqqaĢlarına elə gözəl rəsm
etdirdim ki, – Qaraya dedim, – bircə dəfə görsən,
yazısının nə olacağını dərhal deyəcəksən, şeir və
rəsm, rəng və söz – bunların qardaş olduqlarını
bilirsən».
Bir ara qızımı ona verə biləcəyimi demək
barədə düĢündüm. Bu evdə bizimlə birlikdə
qalarmı? Sonra öz-özümə dedim, indi səni çox
downloaded from KitabYurdu.org
219
diqqətlə
dinləməyinə,
üzündəki
uĢaq
sadəlövhlüyünə inanma, ġəkurəni götürüb aradan
çıxmaq istəyir. Amma Qaradan baĢqa kitabımı
tamamlaya biləcək bir kimsəm də yox idi.
Cümə
namazından
qayıdanda
italyan
ustadlarının rəsmdəki ən böyük tapıntısı olan
kölgələrdən də söz açdım. «Əgər, – dedim, – sanki
küçədə gedən, duran, gəvəzəlik eləyib dünyaya
baxan kimi rəsmimizi oradan, küçədən çəkiriksə,
firəng ustadlarının çəkdiyi təki, küçələrdə ən çox
görülən Ģeyi – kölgəni də rəsmə daxil eləməyi
öyrənməliyik».
«Kölgə necə rəsm edilə bilər ki?» – Qara
soruĢdu.
Məni dinləyəndə bəzən baldızım oğlunda
səbirsizlik görürdüm. Aradabir özünün gətirdiyi
monqol hoqqasıyla oynayırdı. Bəzən də ocağın
dəmirini götürüb, ocağı qarıĢdırırdı. Bəzən də mənə
elə gəlirdi ki, o dəmiri kəlləmə endirib məni
öldürmək istəyir. Naxışı Allahın baxışlarından
uzaqlaşdıracağıma
görə,
heratlı
ustaların
röyalarından çıxma rəsmlərimə, bütöv bir naxış
ənənəsinə xəyanət eləyəcəyimə görə. Padşahımızı
da buna inandırdığıma görə. Bəzən qımıldanıb-
eləmədən uzun-uzadı oturur, nəzərlərini gözümün
içindən çəkmirdi. Güman eləyirdim ki, «Qızını əldə
eləyənə qədər sənin kölən də olaram», – deyə
downloaded from KitabYurdu.org
220
fikirləĢir. Bir dəfə eynilə uĢaq vaxtlarında elədiyim
kimi onu bağçaya çıxartdım, ağacları, günün
yarpaqlara dəyməsini, əriyən qarı, küçəmizdəki
evlərin uzaqlaĢdıqca daha kiçik görünməyindəki
məntiqi ata kimi baĢa salmaq istədim. Amma bu
elədiyim səhv idi: bu qədəri belə aramızda çoxdan
qurulmuĢ, bir növ ata-oğul münasibətinin çoxdan
tükəndiyini mənə göstərməyə bəs elədi. UĢaq
vaxtındakı marağın və öyrənmə həvəsinin yerini
qızına göz qoyduğu əldən düĢmüĢ adamın
səfehləmələrinə qarĢı göstərilən səbir tutmuĢdu. On
iki il ərzində gəzdiyi ölkələrin, Ģəhərlərin ağırlığı,
tozu var gücüylə baldızım oğlunun ruhuna enmiĢdi.
Məndən də yorğun idi, ona yazığım gəldi. Təkcə on
iki il qabaq ġəkurəni ona vermədiyimə görə yox
(bu,
mümkün
deyildi),
amma
müsəlman
nəqqaĢların, heratlı əfsanəvi ustadların üsullarından
xaric rəsmlər xəyalıma gətirdiyim, həmin
səfehləmələri israrla baĢa saldığıma görə də
hiddətləndiyini düĢünürdüm, ölümümün onun
əlindən gələcəyini də elə belə təsəvvür elədim.
Amma ondan qorxmurdum: tamamilə əksinə,
onu qorxutmağı sınaqdan keçirdim. Çünki
qorxunun yazmasını istədiyim yazıya uyğun
gələcəyini hiss eləyirdim. «O rəsmlərdəki kimi,
insan özünü dünyanın mərkəzinə qoymağı
bacarmalıdı»,
–
dedim,
təklif
elədim:
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |