242
ƏniĢtədən həmin son böyük rəsmdə nəyi
çəkdiyini soruĢmaq istəyirəm, amma məni bir çox
Ģey saxlayır. SoruĢsam, təbii ki, Zərif əfəndini
mənim öldürdüyümdən Ģübhələnəcək, Ģübhəsini də
hamıya yayacaq. Mənim əhvalımı pozan baĢqa Ģey,
bunu ondan soruĢsam, əniĢtəmin Zərif əfəndinin
haqlı olduğunu söyləyəcəyidi. Bəzən öz-özümə
deyirəm ki, Zərif əfəndidən əldə elədiyim Ģübhə
kimi yox, öz ağlıma fərziyyəm təki soruĢaram,
amma bu, qorxularımı azaltmır. İnsanın başa
düşmədən dinsizlik eləməsi bəlkə də o qədər
dəhşətli bir şey deyil, amma indi artıq hər şeyi başa
düşürəm.
HəmiĢə beynimdən daha ağıllı olan
ayaqlarım məni öz-özünə ƏniĢtə əfəndinin evinin
küçəsinə qədər gətirib. Bir küncə qısılıb evə
qaranlıqda görə bildiyim qədər uzun-uzadı tamaĢa
elədim. Ağacların arasında böyük və sirli varlı evi!
ġəkurənin evin hansı tərəfində olduğunu bilmirəm.
ġah Təhmasib zamanında Təbrizdə çəkilmiĢ bəzi
rəsmlərdə olduğu kimi ev sanki ortasından bıçaqla
kəsilən sayaq görünsə, ġəkurəni hansı pərdənin
arxasında
necə
görəcəyimi
xəyalımda
canlandırmağa çalıĢdım.
Qapı açıldı. Qaranlıqda Qaranın evdən
çıxdığını gördüm. Həyət qapısının ağzından Qaraya
bir anlığa Ģəfqətlə baxan ƏniĢtə də qapını örtdü.
downloaded from KitabYurdu.org
243
Səfehcəsinə xəyallarla məĢğul olan beynim
belə dərhal gördüyündən kədərlə və öz-özünə bu üç
nəticəni çıxartdı:
Bir: Qara daha ucuz və təhlükəsiz olduğuna
görə Əniştə əfəndi kitabımızı, bizim kitabımızı ona
tamamladacaq.
İki: Gözəl Şəkurə Qaraya ərə gedəcək.
Üç: Yazıq Zərif əfəndinin dedikləri
doğruymuş: onu nahaqdan öldürmüşəm.
Belə vəziyyətlərdə, yəni qəlbimizin heç cür
çıxarmaq istəmədiyi acı nəticəni qəddar ağlımız
çıxarar-çıxarmaz bütün bədənimiz ona üsyan
eləyir. Əvvəlcə ağlımın yarısı da üçüncü nəticəyə,
əbəs yerə rəzil qatil olduğum nəticəsinə bütün
gücüylə zidd çıxdı. Həmin məqamda ayaqlarım
yenə ağlımdan daha sürətli və məntiqli davranmıĢ,
məni də Qara əfəndinin arxasınca salmıĢdı.
Neçə küçə keçmiĢdik ki, irəlidə həyatından
və özündən məmnun halda yeriyən Qaranı
öldürməyimin çox asan olacağını, bu iĢin də məni
ağlıma gələn və narahatlığıma səbəb olan ilk iki
nəticəylə qarĢılaĢmaqdan da qurtaracağı barədə
fikirləĢdim. Hətta onda Zərif əfəndinin də baĢını
nahaqdan əzmiĢ vəziyyətə düĢməzdim. Ġndi səkkiz-
on addım qaçaraq Qaraya çatıb, baĢına var gücümlə
zərbə endirsəm, hər Ģey əvvəlki kimi gedəcək,
ƏniĢtə əfəndi məni kitabımızı tamamlamaq üçün
downloaded from KitabYurdu.org
244
çağıracaqdı. Amma ağlımın daha dürüst və ehtiyatlı
(dürüstlük çox vaxt qorxaqlıqdan başqa nədi axı?)
tərəfi də hələ mənə gəbərdib quyuya atdığım
rəzilin, həqiqətən, iftiraçı olduğunu deyirdi. Bu,
doğrudusa, deməli, onu nahaqdan öldürməmiĢəm,
hazırladığı kitabda gizləyəcəyi bir Ģey olmayan
ƏniĢtə məni evinə çağıracaq.
Amma irəlidə gedən Qaraya baxdıqca dərhal
baĢa düĢürdüm: bunların heç biri olmayacaqdı.
Hamısı xəyaldı. Qara məndən daha gerçəkdi.
Hamımızda olur: bəzən məntiqlə düşünürəm deyə
həftələr, illər boyu arzulayandan sonra bir gün
nəsə görürük – üz, əlbəsə, xoşbəxt insan – bir anda
da arzularımızın gerçəkləşməyəcəyini, məsələn, heç
vaxt o qızı bizə verməyəcəklərini, məsələn, filan
vəzifəyə təyin olunmayacağımızı başa düşürük.
Qaranın baĢına, ənsəsinə, çiyinlərinin enib-
qalxmasına, çox əsəbiləĢdirici tərzdə yeriməsinə –
addımlarını elə atırdı, sanki dünyaya lütf eləyirdi –
ürəyimi qızğıncasına bürüyən dərin nifrətlə
baxıram. Qara kimi vicdan əzablarından uzaq,
qarĢılarında xoĢbəxt gələcək olan adamlar dünyanı
da öz evləri sayırlar, hər qapını öz sarayına girən
padĢah kimi açıb içəridəki bizləri də dərhal
alçaldırlar. Özümü yerdən daĢ götürməkdən, qaçıb
baĢına endirməkdən güclə saxladım.
downloaded from KitabYurdu.org
245
Biz, eyni qadına aĢiq olan iki kiĢi – o
qabaqda, qətiyyən xəbəri olmadığı mən arxasınca
Ġstanbulun küçələrində dönə-burula, enib-qalxa
irəliləyirdik. Ġt sürülərinin savaĢlarına ayrılmıĢ
zülmət küçələrdən, cinlərin gözlədiyi yanğın
yerlərindən,
mələklərin
qübbələrinə
qonub
yatdıqları came həyətlərindən, ruhlarla donquldana-
donquldana danıĢan sərv ağaclarının böyründən,
kabusların qaynaĢdığı qarla örtülü qəbiristanlıqların
qırağından, adam boğazlayan quldurların lap
yaxınlığından,
bitib-tükənməyən
dükanlarının,
axurların,
təkkələrin,
mumxanaların,
sərracxanaların, divarların arasından qardaĢ kimi
keçib gedəndə mən onu təqib yox, təqlid elədiyimi
düĢünürəm.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |