Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə37/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   33   34   35   36   37   38   39   40   ...   191

 

 

157 



 

və  xəttatları  barədə  də  yazmıĢ  tarixçi  Mirzə 

Məhəmməd  Heydər  Duğlata  görə,  ustad  Seyid 

Mirək  bu  nəqĢ  anlayıĢına  at  rəsmi  çəkmək  istəyən 

nəqqaĢdan  misal  da  çəkib.  Buna  görə  də  ən 

qabiliyyətsiz  nəqqaĢ  belə  baĢının  içi  bomboĢ 

olduğu üçün eynilə bugünkü firəng rəssamları kimi 

ata  baxa-baxa  at  rəsmi  çəkəndə  də  rəsmi  öz 



yaddaşından  çəkir.  Çünki  heç  kəs  eyni  zamanda 

həm  ata,  həm  də  üzərində  atın  rəsmini  çəkdiyi 

kağıza  baxa  bilməz.  NəqqaĢ  əvvəlcə  ata  baxır, 

sonra  yaddaĢındakını  dərhal  kağıza  çəkir.  Aradan 

göz  qırpımı  qədər  zaman  belə  keçsə  də,  nəqqaĢın 

kağıza  köçürdüyü,  həmin  məqamda  gördüyü  at 

deyil. Bir az əvvəl gördüyü atın xatirəsidi ki, bu da 

ən  səfil  rəssam  üçün  belə  rəsmin  ancaq  yaddaĢ 

mümkün  ola  biləcəyinin  sübutudu.  NəqqaĢın  fəal 

peĢə həyatının, daha sonra gələcək xoĢbəxt korluğa 

və  korların  xatirələrinə  hazırlıq  təki  görünən  bu 

anlayıĢının  nəticəsi  kimi  dövrün  heratlı  ustadları 

kitabsevər  Ģahlar  və  Ģahzadələr  üçün  çəkdikləri 

rəsmi  əl  vərdiĢi  təmrini  təki  görür.  ĠĢləməyi, 

aravermədən  çəkməyi,  günlərlə  dayanıb-durmaq 

bilmədən  Ģamların  iĢığında  Ģamlara  baxmağı 



nəqqaşı  korluğa  aparan  xoşbəxt  bir  iş  kimi  qəbul 

eləyir.  Ustad  nəqqaĢ  Mirək  həyatı  boyu  korluğa 

qəsdən və inadla yaxınlaĢa-yaxınlaĢa, bəzən dırnaq, 

düyü, hətta saç üzərində bütün yarpaqlarıyla ağaclar 

downloaded from KitabYurdu.org




 

 

158 



 

çəkib.  Bəzən  də  qaranlığı  ehtiyatla  təxirə  salıb, 

xoĢbəxt  və  günəĢli  bağlar  çəkib,  elə  hey  bu  ən 

xoĢbəxt  sona  yetiĢəcəyi  ən  münasib  vaxtı  axtarıb. 

YetmiĢ  yaĢında  olanda  Sultan  Hüseyn  Bayqara  bu 

böyük  ustadı  mükafatlandırmaq  üçün  saxlayıcı 

xəzinəsinə  yığılıb  kilid  üstündən  kilid  vurulmuĢ 

minlərlə  kitabın  səhifələrini  onun  qarĢısında  açdı. 

Ustad  Mirək  silahlar,  ipək  və  məxmər  qumaĢlarla, 

qızılla  dolu  xəzinə  otağının  qızıl  Ģamdanlarının 

iĢığında  heratlı  qədim  ustadların  hərəsi  bir  əfsanə 

olan  kitablarının  möcüzəvi  səhifələrinə  üç  gün,  üç 

gecə  sərasər  baxandan  sonra  kor  oldu.  Allahın 

mələklərini qarĢılayan kimi, kamillik və təvəkküllə 

qarĢıladığı bu yeni vəziyyətindən sonra böyük ustad 

bir daha heç danıĢmamıĢ, heç rəsm də çəkməmiĢdi. 

«Tarixi-RəĢid»in  müəllifi  Mirzə  Məhəmməd 

Heydər  Duğlat  bunu  Allahın  əbədi  zamanının 

mənzərələrinə  qovuĢmuĢ  nəqqaĢın  sıravi  bəndələr 

üçün  hazırlanan  kitab  səhifələrinə  artıq  heç  bir 

zaman geri dönməməsiylə izah eləyir, deyir ki, kor 

nəqqaşın  xatirələrinin  Allaha  çatdığı  yerdə  mütləq 

sükut,  xoşbəxt  qaranlıq  və  boş  səhifələrin 

sonsuzluğu var.  

 

*** 



 

downloaded from KitabYurdu.org




 

 

159 



 

Ustad  Osmanın  korluq  və  hafizə  barədə 

sualını  Qaranın,  əslində,  cavabımı  öyrənməkdən 

çox, əĢyalarıma, otağıma, rəsmlərimə rahat baxmaq 

üçün soruĢduğunu, əlbəttə, duyurdum. Amma yenə 

də  danıĢdığım  hekayələrin  qəlbinə  iĢlədiyini 

görməkdən  xoĢbəxt  oldum.  «Korluq  şeytanın  və 

günahın girə bilməyəcəyi xoşbəxt aləmdi», – dedim. 

«Təbrizdə,  –  Qara  dilləndi,  –  ustad  Mirəyin 

təsiriylə  korluğu  Allahın  ehsanı,  ən  böyük 

comərdlik hesab eləyən qədim üsul nəqqaĢlarından 

bəziləri 

yaĢları 


artdığı 

halda 


hələ 

kor 


olmamalarından 

utandıqlarına, 

bunun 

qabiliyyətsizlik  və  bacarıqsızlıqlarının  sübutu 



sayılacağından  qorxduqlarına  görə  indi  də  korları 

yamsılayırlar.  Qəzvinli  Cəmaləddinin  də  təsirini 

daĢıyan  bu  əxlaq  üzündən  bəziləri,  əslində,  kor 

olmadıqları  halda,  aləmə  kor  kimi  baxmağı 

öyrənmək  üçün  qaranlıqda  güzgü  arasında  oturub 

qəndilin  solğun  alovunun  iĢığında  heratlı  qədim 

ustaların  səhifələrinə  həftələrlə  yemədən-içmədən 

baxırlar. 

Qapı  döyüldü.  Açıb  baxdım,  nəqqaĢxanadan 

gözəl  gözlərini  geniĢ  açmıĢ  Ģəyird  müzəhhib  Zərif 

əfəndi  qardaĢımızın  meyitinin  susuz  quyuda 

tapıldığını,  cənazəsinin  Mehrimah  camesindən 

ikindi  vaxtı  götürüləcəyini  dedi,  sonra  xəbəri 

downloaded from KitabYurdu.org




 

 

160 



 

baĢqalarına çatdırmaq üçün qaçıb getdi. Allah, sən 

bizi qoru.  

 

 



 

 

 



 

 

 



 

15. MƏNİM ADIM ESTERDİ 

 

Eşqmi  insanı  səfeh  eləyir,  yoxsa  təkcə 



səfehlərmi  aşiq  olur?  Ġllərdən  bəri  boğçaçılıq, 

aradüzəldənlik eləyirəm, bunun cavabını bilmirəm. 

Çox  istərdim  ki,  bir-birinə  vurulduqca  daha  da 

ağıllanan,  daha  da  hiyləgər  olub  ağılla  bicliklər 

iĢlədən  bir  cüt,  üstəlik  bir  kiĢi  tapım.  Bildiyim 

budu:  kişi  bicliklərə,  kiçik  tələlərə,  hiylələrə  əl 



atırsa,  deməli,  qətiyyən  aşiq  olmayıb.  Qara 

əfəndimizsə  hələ  indidən  soyuqqanlığını  itirdiyini, 

mənimlə  ġəkurədən  danıĢanda  belə  bütün  ölçüləri 

əldən verdiyini göstərir.  

Bazar  yerində  ġəkurənin  elə  hey  onun 

barəsində 

düĢündüyünü, 

məndən 


cavabını 

soruĢduğunu,  onu  heç  belə  görmədiyimi,  bunun 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə