Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə35/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   31   32   33   34   35   36   37   38   ...   191

 

 

149 



 

KORLUQ VƏ HAFĠZƏ 

 

Nəqşdən  qabaq  qaranlıq  vardı,  nəqşdən 

sonra  da  qaranlıq  olacaq.  Boyalarımızla, 

bacarığımız  və  eĢqimizlə  Allahın  bizə  «görün» 

dediyini  xatırlayaq.  Xatırlamaq  –  gördüyünü 

bilməkdi.  Bilmək  –  gördüyünü  xatırlamaqdı. 

Görmək  –  xatırlamadan  bilməkdi.  Deməli,  nəqş 

eləmək  – qaranlığı  xatırlamaqdı.  Böyük ustadların 

rəsm  eĢqi  rənglərin  və  görmənin  qaranlıqdan 



yarandığını  bilib,  Allahın  qaranlığına  rənglərlə 

dönməyi  tələb  edir.  Hafizəsi  olmayan  nə  Allahı 

xatırlayar,  nə  də  onun  qaranlığını.  Bütünböyük 

ustadların  rəsmləri  rənglərin  içindəki,  zamanın 



xaricindəki o qatı qaranlığı axtarır. Heratın qədim 

böyük  ustalarının  tapdıqları  həmin  qaranlığı 

xatırlamağın  nə  demək  olduğunu  dərk  eləməyiniz 

üçün sizə də baĢa salaq.  

 

 

ÜÇ KORLUQ VƏ HAFĠZƏ HEKAYƏSĠ 



 

ƏLĠF 


 

ġair  Caminin  övliya  salnamələrini  qələmə 

aldığı  «Nəvhat-ül  Üns»ünün  Lami  Çələbi 

tərəfindən  çevrilmiĢ  türkcəsində  Qaraqoyunlu 

downloaded from KitabYurdu.org



 

 

150 



 

Cahan  Ģahın  nəqqaĢxanasında  ad  qazanmıĢ  ustad 

ġeyx Əli Təbrizinin «Xosrov və ġirin»in möcüzəvi 

bir  nüsxəsini  nəqĢ  elədiyi  yazılıb.  Mənim 

eĢitdiyimə  görə,  hazırlanması  tam  on  bir  il  çəkən 

kitabda  ustadlar  ustadı  ġeyx  Əli  elə  bir  hünər 

göstərib,  ancaq  qədim  ustadlardan  ən  böyüyü 

Behzadın nəqĢ eləyə biləcəyi elə möcüzəli səhifələr 

yaradıb  ki,  Cahan  Ģah  hələ  kitab  yarıya 

çatmamıĢdan  dünyada  tayı-bərabəri  olmayan 

fövqəladə  bir  kitaba  yiyələnmək  üzrə  olduğunu 

baĢa  düĢüb.  Özünə  baĢ  düĢmən  elan  elədiyi 

Ağqoyunlu  hökmdarı  gənc  Uzun  Həsənin  qorxusu 

və ona duyduğu qısqanclıqla yaĢayan Qaraqoyunlu 

Cahan Ģahın ağlına dərhal gəlir ki, daha da yaxĢısı 

Ağqoyunlu  Uzun  Həsən  üçün  rəsm  edilə  bilər.  Öz 

xoĢbəxtliklərini  «əgər  baĢqaları  da  bu  qədər 

xoĢbəxtdilərsə» 

qorxusuyla 

zəhərləyən 

əsl 

qısqanclardan  olduğuna  görə  Cahan  Ģah  sezir  ki, 



ustad  nəqqaĢ  bu  kitabdan  bir  nüsxəsini  də,  hətta 

daha yaxĢısını rəsm eləsə, bunu ancaq Uzun Həsən 

üçün hazırlayacaqdı. Beləcə, həmin möcüzəli kitaba 

özündən baĢqa bir kimsə sahib olmasın deyə kitabı 

baĢa çatdırandan sonra ustad nəqqaĢı  –  ġeyx Əlini 

öldürtmək qərarına gəlir. Amma hərəmxanasındakı 

nəcib qəlbli bir çərkəz gözəli ona usta nəqqaĢı kor 

eləməsinin yetərli olacağını xatırladır. Cahan Ģahın 

dərhal  bəyənib,  ətrafındakı  yaltaqlara  açdığı  bu 

downloaded from KitabYurdu.org




 

 

151 



 

parlaq qərar ustad nəqqaĢ ġeyx Əlinin qulağına da 

çatır,  amma  o,  baĢqa  sıravi  nəqqaĢların  eləyəcəyi 

kimi  kitabı  yarıda  qoyub,  Təbrizdən  çıxmayır. 

Hətta  korluğunu  gecikdirmək  üçün  kitab  üzərində 

yavaĢ-yavaĢ iĢləmək, ya da kitab nöqsansız olmasın 

deyə  pis  çəkmək  kimi  yollara  sapmayıb. 

HəmiĢəkindən  daha  da  böyük  Ģövq  və  əqidəylə 

çalıĢıb.  Təkcə  yaĢadığı  evində  sübh  namazından 

sonra  iĢləməyə  baĢlayar,  gecəyarısı  Ģamların 

iĢığında  yorğun  gözlərindən  əzab  yaĢları  axana 

qədər elə eyni atları, sərvləri, aĢiqləri, əjdahaları və 

yaraĢıqlı  Ģahzadələri  rəsm  eləyərmiĢ.  Çox  vaxt 

heratlı  qədim  ustadların  hazırladıqları  bir  səhifəyə 

günlərlə baxar, bir yandan da heç baxmadığı kağıza 

eyni  rəsmi  olduğu  kimi  çəkərmiĢ.  Axırda 

Qaraqoyunlu Cahan Ģah üçün hazırladığı kitab baĢa 

çatır,  ustad  nəqqaĢ  gözlədiyi  kimi,  əvvəlcə 

təriflənib qızıla tutulur, sonra ucu sivri tuğ iynəsiylə 

kor  edilir.  ġeyx  Əli  heç  ağrısı  belə  kəsilmədən 

dərhal  Heratdan  çıxıb  Ağqoyunlu  hökmdarı  Uzun 

Həsənin yanına gedir. «Bəli, koram»,  – ona deyib. 

«Amma  son  bir  ildə  nəqĢ  elədiyim  kitabın  bütün 

gözəllikləri  hər  qələm,  hər  fırça  dəyməsinə  qədər 

yadımdadı,  əlim  də  onları  mən  görməyə-görməyə 

əzbərdən çəkməyi bacarır. Xanım, sənə olub-keçən 

ən gözəl kitabı nəqĢ eləyə bilərəm. Çünki gözlərim 

artıq bu dünyanın yaramazlığına iliĢib qalmadığına 

downloaded from KitabYurdu.org




 

 

152 



 

görə  Allahın  bütün  gözəlliklərini  yaddaĢımdan  ən 

saf tərzdə çəkə bilərəm». Uzun Həsən böyük ustad 

nəqqaĢa  dərhal  inanır,  ustad  da  sözünün  üstündə 

durub, mövcud olan ən möcüzəvi kitabı Ağqoyunlu 

xaqanına  əzbərdən  çəkir.  Daha  sonra  Ağqoyunlu 

Uzun  Həsənin  Qaraqoyunlu  Cahan  Ģahı  Bingöl 

yaxınlığında  bir  hücümla  yenib,  öldürməsinin 

arxasında  müzəffər  xaqanın  yeni  kitabının  verdiyi 

mənəvi güc olduğunu hamı bilir. Həmin möcüzəvi 

kitab  ustad  ġeyx  Əli  Təbrizinin  rəhmətlik  Cahan 

Ģaha  hazırladığı  əvvəlki  kitabla  birgə  müzəffər 

Uzun  Həsən  rəhmətlik  Fatih  Sultan  Mehmet  xana 

Otluqbeli  savaĢında  məğlub  olanda  PadĢahımızın 

xəzinəsinə qatılıb. Görənlər bilir. 

 

BE 



 

Cənnətməkan  Qanuni  Sultan  Süleyman 

xəttatlara daha çox qiymət verdiyinə görə zamanın 

bəxtsiz nəqqaĢları bu danıĢacağım hekayəni  nəqşin 



xətdən  daha  vacib  olduğuna  misal  kimi 

danıĢırlarmıĢ,  amma  hər  diqqətlə  dinləyənin  baĢa 

düĢəcəyi  kimi,  bu hissə  korluq  və hafizə barədədi

Cahan  hakimi  Teymurun  ölümündən  sonra  bir-

birilərinə  hücum  eləyib  aralarında  rəhmsizcəsinə 

savaĢan  oğullarının  və  nəvələrinin  bir-birilərinin 

Ģəhərlərini  fəth  eləyəndə  atdıqları  ilk  addım  öz 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə