Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

50 
cavablar verm
əyə  (və  ya məlumatın  olmaması  haqqında  autentik 
cavab)  v
ə  onların  tamlığını  təmin etməyə  yönəlib.  Bu  zaman  açıq 
açarlı  kriptoqrafiya  istifadə  edilir,  bütün  DNSSEC  cavablarında 
r
əqəmsal imza olur.  Verilənlərin  əlyetərliyi və  sorğuların 
konfidensiallığı təmin edilmir.   
 
DNS sinkhole  (sinkhole server,  internet sinkhole  v
ə  ya 
BlackholeDNS
 
kimi d
ə tanınır)  
DNS  qıfı  –  təmsil etdiyi domen adlarının  istifadə  edilməsinin 
qarşısını  almaq  üçün  yalan  informasiya  verən  DNS server. 
H
ədəfdən asılı olaraq DNS qıfı həm konstruktiv, həm də destruktiv 
istifad
ə  edilə  bilər.  İstifadələrdən biri botnetin koordinasiya üçün 
istifad
ə  etdiyi  DNS  adlarını  kəsməklə  botneti  dayandırmaqdır. 
Kompüter DNS serverl
ərdən  əvvəl  hosts  faylına  müraciət edir, bu 
fayldan da saytlara müraci
əti bloklamaq üçün istifadə  etmək olar. 
M
əsələn,  hosts  faylına  əsaslanan  qıf  reklam  saytlarını  bloklamaq 
üçün geniş istifadə edilir.  
 
Domain 
Domen 
−  unikal kontekst (məsələn,  girişə  nəzarət parametrləri) 
subyektin girişə malik olduğu obyektlər çoxluğunun, proqramların 
yerin
ə yetirilməsinin unikal konteksti. İyerarxik struktura malikdir. 
 
DoS (Denial ) attack 
Xidm
ətdən imtina hücumu (“Dos-hücum”)  –  sistemi göstərdiyi 
xidm
ətdən imtinaya məcbur etməyə  yönəlmiş  haker  hücumlarının 
geniş  yayılmış  növüdür; 
el
ə  şərait yaradılır  ki,  qanuni  istifadəçilərin 
sistemin  mü
əyyən resurslarına girişi  (tamamilə)  bağlanır,  ya  da  giriş 
ç
ətinləşir.
 
 
Downgrade-attack   
Z
əiflətmə  hücumu  –  şifrlənmiş  bağlantını  açıq  mətn  kimi  asan 
istismar  edilə  bilən  bir  vəziyyətə  gətirməyə  çalışan  mürəkkəb 
hücum.   
 
 


51 
Doxing (“doxxing”-
in tələffüz variantı)   
Doksinq  – 
sənədlərin  izlənilməsi,  bir  şəxs  haqqında  İnternet 
vasitəsilə  özəl  məlumatların  araşdırılması  və  dərc  edilməsi 
təcrübəsini əks etdirən qısaltma. 
 
Droneware  (ing.  drone  –  idar
ə  edilən mərmi və  software  – 
proqram t
əminatı)  –  kompüterə  məsafədən nəzarəti  ələ  keçirməyə 
imkan ver
ən istənilən zərərli proqram nəzərdə  tutulur.  Adətən, 
droneware 
spamın  göndərilməsi, DDoS-hücumlar və  digər 
qanunsuz 
əməllər üçün istifadə edilir.  
 
Dropper    
Paraşüt – hədəf sistemdə müəyyən növ zərərli proqramı (virus, arxa 
qapı  və  s.)  yükləmək  üçün  hazırlanmış  bədniyyətli  proqram.  İlk 
dəfə  2 fevral 2000-ci ildə  aşkar  edilmiş  və  “Dropper” 
adlandırılmışdı,  çünki  yoluxdurulan kompüterlərə  troyanları  və  ya 

arxa qapı”troyanlarını yükləyirdi. 
 
Due care  
Müvafiq 
münasibət  –  menecerlərin  və  onların  təşkilatlarının 
informasiya  təhlükəsizliyi  tədbirlərinin  tipinin,  qiymətinin  və 
tətbiqinin idarə edilən sistemə müvafiq olan şəkildə təmin edilməsi 
məsulliyyətidir. 
 
Due diligence  
Müvafiq 
cəhd  –  təhdidlərin  və  risklərin  identifikasiyası;  müəyyən 
öhdəlik  standartı  olan  sözləşmənı  və  ya  aktı  imzalamadan  öncə 
biz
nes və ya şəxsin araşdırılmasıdır. 


52 

 
Easter Egg 
Pasxa yumurta
sı – tətbiqi proqram daxilində gizlədilmiş funksiya, 
sənədləşdirilməmiş  və  çox  vaxt  gizli  komandalar  və  klaviatura 
kombinasiyası  daxil  edildikdə  işə  düşür.  Pasxa yumurtalarından 
ad
ətən  proqram  təminatı  komandası  haqqında  informasiya 
göst
ərmək üçün istifadə edilir və təhlükəli olmaması ehtimal edilir. 
 
Eavesdropping 
Passiv  dinl
əmə  –  ötürülən  informasiyanın  icazəsiz  ələ  keçirilməsi 
(iştirakçısı olmadığı söhbətə qulaq asılması). 
 
Eccrowed Encryption Standart (EES) 
Açarların  deponə  edilməsi ilə  şifrləmə  standartı  –  1994-cü ilin 
fevralında  ABŞ-da  qəbul  edilmişdi.  Standart  Skipjack  alqoritmini 
v
ə  xüsusi  giriş  sahəsinin (Law Enforcement Access Field, LEAF) 
hesablanması metodunu müəyyən edir. LEAF qanunvericiliyə riayət 
edilm
əsinə nəzarət məqsədilə məxfi açarı açmağa imkan verir. 
 
EC-Council  (International Council of Electronic Commerce 
Consultants)  
Elektron  Kommersiya  üzr
ə  Məsləhətçilərin Beynəlxalq  Şurası 
(EK-
Şurası)  –  üzvləri  tərəfindən dəstəklənən təşkilatdır.  EK-
Şurasının baş qərargahı Nyu-Meksiko ştatı, Albukerkede yerləşir. 
 
ECHELON 
Eşelon  –  elektron kəşfiyyatı  üçün  avtomomatlaşdırılmış  sistem. 
ABŞ  və  Böyük Britaniya tərəfindən Kanada, Avstraliya və  Yeni 
Zelandiyanın  dəstəyi ilə  yaradılmışdır.  ABŞ  Milli Təhlükəsizlik 
Agentliyi 
ECHELON 
sisteminin  işini  koordinasiya  edir. 
ECHELON-un konkret v
əzifələri və  texniki  xarakteristikaları 
olduqca m
əxfidir, lakin məlumdur  ki, sistem ümumdünya 
informasiya trafikinin 95%-
ə qədərini avtomatik rejimdə “ələməyə” 
qadirdir (peyk, radio v
ə mikrodalğalı rabitə xətləri üzrə trafik daxil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə