Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

Паша Йагуб  
                
38 
kəndinə  (1932-ci  ildə)  köçdü.  Burada  o,  dindar  oldu-
ğunu və Ģeyxin oğlu olduğunu gizlədirdi. Nəhayət bir 
gün bu fakt üzə çıxdıqda, Oğuzun Filfilli kəndinə, bir 
neçə  ildən  sonra  burada  da  onları  tanıyanda,  Oğuzun 
Ərmənət kəndinə, 60-cı ildə isə Padar kəndinə köçdü. 
adarda  onlar  öz  nəsillərini  gizli  saxlamağa 
çalıĢır,  gizli  ibadət  edirdilər.  Nəhayət  bir  gün 
onun Quranı dərindən bilən bir din xadimi olduğu üzə 
çıxdıqda, padar ağsaqqalları onun yanına gələrək, kən-
din  mollası  olmağı  xahiĢ  etdilər  və  onu  repressiya-
lardan qoruyacaqlarına söz verdilər. 
Həmin vaxtdan Molla Mirməhəmməd Əfəndi açıq 
ibadət  etməyə  və  məclislərdə  dini  təbliğ  etməyə  baĢ-
ladı. Onu bir neçə dəfə həbs etmək istəsələr də, ağsaq-
qalların  səyi  nəticəsində,  ələlxüsus  da  Gülməmməd 
kiĢinin fədakarlığı sayəsində bunun qarĢısı alındı. 
Padar  camaatı  Mirməhəmməd  Əfəndinin  xidmət-
lərini  unutmur  və  bu  günə  qədər  onun  kənddəki 
məzarını ehtiramla yad edirlər. 
 
 



Падар кяндинин енсиклопедийасы 
 
39 
HACI ABDULLA  PADARLI 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
adar  kəndində  ziyarət  edilən  qəbirlərdən  biri 
də  Ģair  Abdulla  Padarlının  Ģərif  məzarıdır.  O, 
Padar  kəndində  Çayqıraq  məhəlləsində  doğulub.  Ġlk 
təhsilini  atası  Məhəmməd  Dursun  oğlundan  aldıqdan 
sonra, AğdaĢ mədrəsəsinə daxil olmuĢdur. Daha sonra 
elmi  biliklərini  artırmaq  üçün  DəməĢq  Ģəhərinə  üz 
tutmuĢdur.  Burada  Ali  Ruhani  məktəbini  bitirdikdən 
sonra  Həcc  ziyarətinə  getmiĢdir.  Ərəbistana  səfəri 
vaxtı  Ġranı,  Türkiyəni  və  digər  ölkələri  də  səyahət 
etmiĢdir.  O,  DəməĢqdə  tarix,  fəlsəfə,  məntiq,  tibb, 
poettika  və  nücum  elmlərinə  yiyələnmiĢdir.  Hacı 
Abdulla Padarlı doğma ana dilindən  baĢqa ərəb, fars, 
türk və  avar  dillərini də  bilmiĢdir. Onun Pəri adlı bir 
qızı olmuĢ, sonrakı nəsli də, bu qızın vasitəsilə davam 
etmiĢdir.  ġair  Abdulla  alagöz,  sarıĢın,  uca  boylu 
qıvraq adam olmuĢdur. Gözəl nitq qabiliyyəti varmıĢ,  
adi söhbətlərini də çox zaman qafiyəli nəsirlə edərmiĢ. 
O, ġeyx olaraq, irĢad fəaliyyəti göstərmiĢ və tələbələr 
yetiĢdirmiĢdir. 
Müasirlərindən  Mücrüm  Kərim  Vardani,  ġeyx 
Səməd  (bəzi  mənbələrdə  ġah  Səməd  də  deyirlər), 
Məlikballı  Qurban  və  AğdaĢlı  Molla  ġabanla  ĢerləĢ-
diyi  məlumdur.  Təbiəti  çox  sevirmiĢ.  Təmiz  əxlaqlı, 
gülərüz,  səxavətli,  pak,  vətənsevər  insan  olmuĢ,  baĢ-
qalarını da belə görmək istəmiĢdir. Abdulla Padarlının 
gözəl  sənət  nümunəsi  olan  Ģeirlərindən  bəziləri 
Salman  Müttazın  «El  Ģairləri»  kitabında  çap  olun-



Паша Йагуб  
                
40 
muĢdur.  1979-cu  ildə  isə  Əzizə  Cəfərzadənin 
«Abdulla padarlı» adlı proĢurası çap olunmuĢdur. 
Əzizə  Cəfərzadə  həmin  kitabında  Ģairin  1770-75-
ci  illərdə  doğulduğunu,1885-ci  ildə  isə  vəfat  etdiyini 
qeyd  edir.  Professor  MəĢədixanım  Nemətova  isə 
Padarın Qala yeri qəbiristanlığında ġeyx Hacı Abdul-
lanın  baĢdaĢındakı  ərəbcə  yazının  aĢağıdakı  kimi 
olduğunu öz kitabında qeyd etmiĢdir: 
«Məlumdur  ki,  əgər  dünyada 
bir  adam  qalsa  belə,  o  dövr 
edəcəkdir. Dünyada peyğəmbərlər 
də  bir-birini  əvəz  edərək  gəlib 
gediblər. Dünyada ölüm olmasına 
baxmayraq, biz dünyada çox qala-
cağıq  (yəni  adımız  əbədi  olacaq). 
Şeyx Hacı Abdulla ibu Dursun əl-
Padari  yerini  təzələyərək,  fani 
dünyadan  baği  dünyaya  köçdü  və  22  səfər  1323  ildə 
(28.04.1905) vəfat etdi:» 
Bu  kitabədəki  yazıda  diqqət  çəkən  digər  maraqlı 
məqam  Hacı  Abdullanın  Dursun  Padar  nəslindən 
olmasıdır. Belə ki, ġeyx Dursun Padar məĢhur övliya 
olmaqla  Ağsu  rayonunda  olan  günbəzi  müqəddəs 
ziyarətgahlardandır.  Onun  məzarı  üstündəki  daĢda 


Падар кяндинин енсиклопедийасы 
 
41 
ərəbcə kitabə vardır ki, kitabənin ərəbcə mətnini MEA 
Etnoqrafiya  institunun  əməkdaĢı  professor  MəĢə-
dixanım Nemətova aĢağıdakı kimi tərcümə etmiĢdir: 
«Bu  xoş  rayihəli  müqəddəs(ziyarətgah)  və  işıqlı 
məqbərə,  övliyaların  görkəmlisi  Şeyx  Dursun  ibn 
Əhməd  Padarındır.  Onun  vəfatı  haram  zilhiccə  ayı, 
səkkiz yüz birinci (1399) ildə baş vermişdir» 
ġeyx  Dursun  türbəsi  haqqında  akademik 
B.Dornun  və  tarixçi  C.  Aleksandroviçın  kitablarında 
da  rast  gəlinir.  M.Nemət  Akademik  B.Dornun 
fondunda  ġamaxı  Ģeyxləri  haqqında  yazılmıĢ  maraqlı 
bir  arayıĢa  diqqəti  cəlb  edir.  Dorn  onu  XIX  əsrdə 
ġamaxıda olarkən əldə etmiĢdir. ArayıĢda deyilir: 
«Vaxtilə  Şamaxıda  «Piri-şirvan»  adıyla  şöhrət 
tapmış  bir  məzar  olmuşdur.  Burada  dəfn  olunmuş 
övliyanın  adı  Şeyx  Mikayıl  ibn  Seyid  Cəbrayıl  ibn 
Seyyid  Salahdır.  Ərdəbildə  məzarı  məşhur  olan  Şeyx 
Səfi  həmin  bu  Şeyx  Mikayılın  böyük  qardaşıdır.  Şeyx 
Səfi  qardaşını  Şirvanşahların  dövləti  zamanı  Şirvana 
irşad etməyə  (dini təbliğ etməyə)  göndərmişdir. Necə 
ki,  öz  övladlarından  olan  şeyx  Cüneydi  (Şah  İsmayıl 
Xətainin babası-müəllif) Quba vilayətinə irşad etməyə 
göndərib.  (Hazırda  onun  türbəsi  Qusar  rayonunun 
Həzrə  kəndindədir-müəllif)  Şeyx  Mikayıl  Şirvan  vila-
yətində  çox-çox  irşad  edib  və  «Piri-pirani  Şirvan»- 
«Şirvan  pirlərinin  piri»  adını  alıb.  Həmin  arayışda 
daha  sonra  Şeyx  Dursun  Padar  haqqında  qısa  və 
maraqlı məlumat vardır: «Şeyx  Dursunun  əsli Şirvan 
əhlindəndir.  Xançobanı  mahalından,  Padar  tayfa-
sındandır.  Şeyx  Dursun  qoşun  hissəsindən  Kalaxana 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə