Паша Йагуб
54
QƏRĠB YÜZBAġI
adar kəndində yaĢamıĢ, bölgənin, ümumilikdə
Azərbaycanın ictimai-siyasi həyatında mühüm
rol oynamıĢ tarixi Ģəxsiyyətlərdən biri də Qərib yüz-
baĢıdır. Bu kitabı yazmağa baĢlayanda onun da haq-
qında araĢdırma apardım və əlimə professor Ədalət
Tahirzadənin “525-ci qəzet”də çap olunmuĢ bir mə-
qaləsi düĢdü. Məqalədə Qərib yüzbaĢı haqqında çox
dolğun informasiya olduğundan xırda ixtisarla həmin
məqaləni kitaba daxil edirəm.
QƏRİB MƏHƏMMƏDKƏRİM oğlu (Kərim
oğlu)
(1870, Xaçmaz k./Oğuz-09.10.1926, Padar
k./Oğuz)
1917-ci il fevral inqilabindan sonra Şəki qəzasının
Vartaşın nahiyəsində İcraiyyə Komitəsinin sədri,
1918-1920-ci
illərdə
Azərbaycan
Cümhuriyyəti
Məclisi-məbusanının (Parlamanının) üzvü, görkəmli
ictimai xadim, Azərbaycanda Amerika və Avropa kənd
təsərrüfatı texnikasını ilk tətbiq edən sahibkarlrdan
biri.
Arxiv sənədindən öyrəndim ki, Qərib Kərim oğlu
ġəki qəzasının Padar kəndindən məbus (deputat)
seçilib. DəqiqləĢdirdim ki, Padar indiki Oğuz rayo-
nundadır, ora yola düĢdüm.
P
Падар кяндинин енсиклопедийасы
55
Anket bilgiləri
AR Dövlət Arxivində Qərib Kərim oğlunun məbus
(deputat) anketi qorunub saxlanır. Burada bütün
deputatlara verilən 5 sual belə cavablandırılıb.
1. Ġsmi, pədərinin ismi (atasının adı) və Ģöhrəti
(soyadı)
Kərim oğlu Qərib, Şəki qəzasından Padar
qəryəsində.
2. Hanki Ģəhər və qəryədə (kənddə) təvəllüd etdiyi
tarixi.
Padar qəryəsində, Şəki qəzasından Padarda,
təvəllüdü 1870.
3. Hanki məktəbdə nə kibi təhsil görüb, hanki
sinifdən qətaət etdiyi (çıxdığı, bitirdiyi).
Əski üsulunda mədrəsədə ibtidai təlim görmüş.
4 Əzalığa (üzvlüyə) daxil olmadan qabaq
məĢğuliyyət, məmuriyyət və sənəti.
İnqilab dövründə (1917-nin fevral inqilabı nəzər-
də tutulur - Ə.T) Şəki qəzasında Vartaşın nahiyəsində
İcraiyyə Komitəsinin sədri olmuş.
5. Deputatın müxtəsər tərcümeyi-halı
“Əkinçiliyə olan istedad və həvəsindən dolayı,
Şəki qəzasında son ixtira olunan ziraət makinəsini
(kənd təsərrüfatı texnikasını) ilk əvvəl istemal edən
(işlədən) və xalqa lüzumunu anladan işbu zatdır.
Çalışqanlığı sayəsində mənsub olduğu camaatın hüs-
nü təvəccöhünü qazanmış olduğundan, bir çox ictimai
xidmətlərdə bulunmuş və bilaxərən intixab olunaraq
Məclisi-məbusana üzv təyin olunmuşdur”.
Паша Йагуб
56
Buradan aydınlaĢır ki, Qərib Kərim oğlu (bəzi
sənədlərdə onun soyadı “Kərimov” kimi də göstərilib)
təhsilini mədrəsədə alıb. O, Azərbaycanda çarizmin
yıxıldığı ən qarmaqarıĢıq bir dönəmdə, hakimiy-
yətsizlik üzündən anarxiyanın tüğyan etdiyi bir çağda
ġəki qəzasının VartaĢın nahiyəsində Ġcraiyyə Ko-
mitəsi kimi ən mühüm hakimiyyət orqanına baĢ-
çılıq edib. Görünür ki, onu bura xalq xahiĢ-minnətlə
qoyubmuĢ, çünki bütün bölgədə çox böyük nüfuzu
vardı və baĢ verən xoĢagəlməz hadisələrin qarĢısını
yalnız belə bir fövqəladə hörmətli Ģəxsin sayəsində
almaq mümkündü. Ancaq Qərib Kərim oğlu rəsmi
dövlət vəzifəsinə deyil, kənd təsərrüfatı sahəsindəki
yeniliklərə can atdığına görə bütün ömrünü torpaqla
bağlayıb, “dünyanın o baĢından” gətirdiyi oçağkı ən
çağdaĢ texnikayla yaratdığı möcüzələrdən zövq alıb.
Yeri gəlmiĢkən, bütün Padar ağsaqqalları onu
yalnız “Qərib yüzbaĢı” adlandırır, bu faktsa 1917-ci
ilədək onun Padar kəndinin böyüyü-yüzbaĢı oldu-
ğunu qətiyyətlə təsdiqləyir. Arxivlərdə məqsədyönlü
araĢdırmalar aparılsa Qərib Kərim oğlunun hakimiy-
yət qurumlarındakı fəaliyyəti haqqında daha dolğun
bilgi əldə etmək olar.
Faktı dəqiqləĢdirmək üçün AR Tarix Arxivindən
Gəncə quberniyası ġəki qəzası Xaçmaz və Padar
kəndlərinin əyal dəftərlərini (kameral təsviri) axtarıb
tapdım.
Xaçmaz kəndinin 1863 tarixli əyal dəftərində bu
kəndin Otmanlı sahəsində yaĢayan Məhəmmədkərim
Əhməd oğlu 878-ci nömrəylə qeydə alınıb. Burada
Падар кяндинин енсиклопедийасы
57
onun özünün 35 yaĢı (deməli, 1828-də doğulub), oğlu
Lətifinsə 10 yaĢı olduğu (1853-də doğulub) göstərilib.
Bu Məhəmmədkərim Əhməd oğlu Qərib yüzbaĢının
atası, Lətif isə böyük qardaĢıdır.
Padar kəndinin 1886 tarixli əyal dəftərinə Qərib
yüzbaĢıyla bağlı qeydlər 1912-də əlavə edilib. Burada
42 yaĢlı (deməli, 1870-də doğulub) Qərib Məhəm-
mədkərim oğlu`nun özü, arvadları Salatın Əhməd
qızı (32 yaĢ; 1880), Züleyxa Mustafa qızı (29 yaĢ;
1883), oğlu Hümbət (12 yaĢ; 1900), qızı Cəmilə (ona
“Nazilə” də deyiblər; 14 yaĢ; 1902), qardaĢı oğlu
Məhəmməd Lətif oğlu (30 yaĢ; 1882), onun arvadı
Zəliha Hacı Məhəmməd qızı (22 yaĢ; 1890) qeydə
alınıblar.
Bu sənəddən aydınlaĢır ki, Qərib (Məhəmməd)
Kərim oğlu Xaçmazdan Padara 1912-ildə köçüb
gəlib.Yeri gəlmiĢkən, bu gün Qərib yüzbaĢının
varisləri “Kərimov”, qardaĢı Lətifin oğlu Məhəm-
mədin uĢaqlarısa (Həmid, Yaqub, Nəsibə, Firuzə)
“Lətifov” soyadı daĢıyır.
Padar kəndinin mərkəzindəki kiçik qəbiristanlıqda
olan Qərib yüzbaĢının çay daĢından hazırlanmıĢ
baĢdaĢında oyma üsuluyla ərəbcə yazıb ki, Qərib
Kərim oğlu 2 rəbiüs-sani 1345-də cümə günü
(miladi tarixlə 9 oktyabr 1926-da) vəfat edib.
BaĢdaĢının ən alt hissəsində türkcə bu beyti
oxuyuruq:
Dostları ilə paylaş: |