Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   ...   13   14   15   16   17   18   19   20   21

Падар кяндинин енсиклопедийасы 
 
91 
ABDULLA PADARLI 
 
Bəyənməz 
 
Ay ağalar, bir zəmanə gəlibdir, 
Həmtay olan heç həmtayı bəyənməz. 
Qara qızlar sürmə çəkib gözünə, 
Gözəllikdə Züleyxayı bəyənməz. 
 
Müqəddəm bəylərə verirdi qəlyan, 
Xəlayiqi quduz kimi dalayan, 
Ayaq üstə sini dibi yalayan
Qohum-qarĢad, əmi-dayı bəyənməz. 
 
Namərdlərin dolu olur, torbası, 
Deyir: «Mənəm tacirlərin zorbası», 
Ya bunların artıq düĢüb arpası, 
Düldül kimi badpayı bəyənməz. 
 
Kor bəyənməz mütləq gözü görəni, 
Kar da qulaqları darı dələni, 
Hampalar inçidir çörək verəni, 
Ġt qudurub, qaysavayı bəyənməz. 
 
Yəqin gündüz gəzə bilməz yarasan, 
Gecələr də deyər: «Mənimdir dövran», 
Çip-çip edər alacəhrə, bitdiyan. 
Oxumaqda torağayı bəyənməz. 
    
    
 


Паша Йагуб  
                
92 
DeyiĢmə 
Abdulla Padarlı ilə ġah Səmədin deyiĢməsi 
Abdulla: 
Cıxıbdı əlimiz ata- anadan
Mənim də dərdimə, ay yanan qardaĢ. 
Bu dərd sənin deyil, mənim dərdimdi, 
Bu dərdimə həmdəm, ay olan qardaĢ. 
 
ġah Səməd: 
Səbr elə, qardaĢım, qəza iĢidi, 
Demə bu sözləri, əl-aman, qardaĢ!  
O can sənin deyil, mənim canımdı, 
Ġki təndə varıq bircə can, qardaĢ! 
 
 Abdulla: 
Gecə-gündüz duam budur xudadan, 
Yetirsin mətləbə bizi yaradan. 
Heç kəsin olmasın əzəl binadan, 
Oxu dəyib daĢa bir yanan, qardaĢ! 
 
ġah Səməd: 
Gecə-gündüz dilə həqdən hacatı, 
Mövlam bizə versin bundan nicatı. 
Tanrı baĢadək eyləsin həyatı, 
Yetirək mətləbə havadan, qardaĢ! 
  
 Abdulla: 
Gəlibən düĢdük qərib ellərə, 
Çox yaĢlar axıtdıq biz bu çöllərə. 


Падар кяндинин енсиклопедийасы 
 
93 
Qəlbi sınıq baxdıq daim yollara, 
Zülmün ocağında qıvrılan qardaĢ! 
    
ġah Səməd: 
Gəl ağlama, Abdulla, bir də hərgiz, 
Allahın əmrinə olginən düm-düz, 
Axır ki, mətləbə yetəcəyik biz, 
Sən də fikir çəkmə heç yandan qardaĢ! 
 
Abdulla: 
Çevirib üzünü sən ol dərgaha, 
Gəl düĢmə o qədər fəryada, aha, 
Sidqini bağla bir qadir Allaha
Yan tutma sidqini Xudadan, qardaĢ! 
 
ġah Səməd: 
DüĢüb eĢqə könlüm, gülmədi üzüm, 
Aləmə car oldu mənim bu sözüm, 
Ceyhunu doldurdu yaĢ ilə gözüm, 
AĢıb-daĢıb keçdi dəryadan, qardaĢ! 
 
Abdulla: 
AĢıq olan tökər gözdən yaĢını, 
Yar yolunda qoyar canü baĢını 
Fikir edər özünə həqqin iĢini, 
Kim qaçar, qurtular qəzadan,     
 
 
 
 


Паша Йагуб  
                
94 
QIFILBƏND 
ġıx Səmədin
1
 Abdulla Padarlı ilə deyiĢməsi 
 
ġıx Səməd: 
Səndən xəbər alım, Abdulla qardaĢ, 
Hansı yerin bulaqları yeddidi? 
Hansı Ģair, hansı yeri vəsf edib
Kəlməsi min, varaqları yeddidi? 
 
Abdulla: 
Al cavabın deyim ġıx Səməd qardaĢ, 
O üzdür ki, bulaqları yeddidi.
2
 
Əbu Nəvvas Məkkə Ģəhrin vəsf edib, 
Kəlməsi min, varaqları yeddidi.    
 
ġıx Səməd: 
Nə heyvandır əsil-nəsil yetirməz? 
Nə ağacdır bəhər-meyvə gətirməz? 
Hansı adam yaxĢılığı itirməz, 
Hansı yerin ocaqları yeddidi? 
 
Abdulla: 
O qatırdı-əsil-nəsil yetirməz, 
O söyüddür-bəhər-meyvə gətirməz, 
Əsil adam yaxĢılığı itirməz, 
O KəĢmirdi, ocaqları yeddidir. 
 
                                                 
1
 ġah Səmədin ikinci təxəllüsü 
2
 Ġki qulaq, iki göz, iki burun, bir ağız 


Падар кяндинин енсиклопедийасы 
 
95 
ġıx Səməd: 
O nədir ki, payız olur, yaz olur? 
O nədir ki, orda iĢvə-naz olur? 
O nədir ki, min də olsa az olur? 
O kimdir ki, otaqları yeddidi? 
    
Abdulla: 
Göbələkdi-payız olur, yaz olur, 
EĢq bağında iĢvə, qəmzə, naz olur, 
O ömürdür-min il olsa az olur, 
O Ġmrandı-otaqları yeddidi. 
 
ġıx Səməd: 
O nədir ki, doymaq olmaz buyundan
O nədir ki, çatı olmaz muyundan? 
Nə bulaqdır-içmək olmaz suyundan, 
Nə millətdir daraqları yeddidi? 
 
Abdulla: 
O övladdır-doymaq olmaz buyundan, 
O ceyrandı-çatı olmaz muyundan, 
O gözdür ki, içmək olmaz suyundan 
Taciklərdir daraqları yeddidi. 
 
 
 
 


Паша Йагуб  
                
96 
Bayatılar 
 
Köynəyim dardı mənim, 
ĠĢim ahu-zardı mənim, 
Abudllah yalan deməz: 
Kəbəm Padardı mənim. 
 
Kür üstundə kənd olu
Dörd tərəfi bənd olu, 
Yarın acı sözləri 
Abdullaha qənd olu. 
 
QaranquĢ yuva bağlar, 
Yurd salar, yuva bağlar, 
Abdullah ah çəkmədən 
 Axırda hava bağlar. 
 
Abdullah, apar indi, 
DüĢmanlar tapar indi, 
Sən öldün, mən ölmədim, 
Qiyamət qopar indi. 
 
Abdullah, məzə dərdə, 
Can gərək dözə dərdə. 
Həkim ona deyrəm, 
Dərman görkəzə dərdə. 
 
Bu dağları qarısın, 
El-obaya yarısın, 
Abdullah, yaxĢı dostu, 
Nə ölsün, nə qarısın. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə