Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

Паша Йагуб  
                
58 
Ey güzər edən bu qəbrə
Bu ölümü sən də qan
Həqq rizasiyçün bənim 
Ruhimə ol “Fatihə” xan. 
 
ncə  Qərib    (Məhəmməd)kərim  oğlunun  nəs-
lini öyrənməyə çalıĢdım.  Törəmələri dedi ki, 
Qərib  yüzbaĢının  atası  (Məhəmmədkərim  Əhməd 
oğlu)  Xaçmaz  kəndindəndir.  Qəriblə  kiçik  qardaĢı 
uĢaqkən atadan  yetim qalıblar. Çox kasıb olduqlarına 
görə  dolanıĢıqları  ağır  keçib.  Hərəsinin  bir  çöycəsi 
(mis  kasası)  varmıĢ.  Dolana  bilmədiklərinə  görə  iki 
qardaĢ Padar kəndinə gəlib. Kiçik qardaĢ subaymıĢ və 
bir  dəfə  qonaqlıqdaykən  ev  yiyəsinə  atılan  güllənin 
qurbanı olub. 
Vur-tut 56 il yaĢamıĢ Qərib yüzbaĢının, sən demə, 
çoxlu  arvadı  olub,  ancaq  onlardan  indi  üçünün  adı 
bəllidir:  Salatın  xanım  (1880-1919),  Zuleyxa  xanım 
(camaat  ona  “Quqqu”  deyirdi)  (1883-?)  və  Telli 
xanım.  Ġlk  ömür-gün  yoldaĢı  Salatın  xanım  ona  oğul 
və  iki  qız  bağıĢlayıb.  Oğlu  Hümmət  (1900-1946) 
bütün  ġəki  qəzasında  ilk  ali  təhsilli  həkimlərdəndi 
(onun  haqqında  ayrıca  danıĢılacaq).  Hümmət  həkim-
dən  4  övlad  qalıb:  Vüslət  (1930),  Rauf  (1933-2000), 
Almaz  (1938),  Fuad  (1941-1992).  Qərib  yüzbaĢının 
Salatından  olan  qızları  Nazilə  və  Fəzilənin  nəsli  indi 
də  Oğuz  rayonunda  yaĢamaqdadır.  Ġkinci  yoldaĢı  Zü-
leyxa  xanımdan bircə  uĢaq olub və  o  qalmayıb. Telli 
xanımdansa iki oğlu olub: Knyaz (1922), Əhmədiyyə 
Ö 


Падар кяндинин енсиклопедийасы 
 
59 
(1922). Onların da çoxlu törəmələri indi əsasən Oğuz 
rayonunda yaĢayır. 
Buraya çatanda Qərib yüzbaĢının özündən sonrakı 
maraqlı  qohumluq  bağlarından  danıĢmasam  olmaz. 
Vaxtilə  Qərib  (Məhəmməd)  Kərim  oğlu  ġəkinin  ən 
varlı  adamlarından  olan  iki  qardaĢla:  MəĢədi  Cabbar 
və  MəĢədi  Xəlil  Həsən  oğlu  Dadanovlarla  çox  yaxın 
dostluq  edib.  Görünür,  bu  dostluğu  əbədiləĢdirməyə 
çalıĢan  oğlu  Hümmət  həkim  atasının  vəfatından  2  il 
sonra  -  1928-də  MəĢədi  Cabbar  Dadanovun  qızı 
Lətafət  xanımla  ailə  qurub.  (MəĢədi  Cabbarı  1930-
dakı ġəki üsyanı zamanı kommunistlər məhv edib).  
 
Padarda 
 
ərib yüzbaĢı coĢqun təbiətli, enerjili və hədsiz 
əməksevər, daim yeniliyə can atan, hamı kimi 
yaĢamağı  xoĢlamayan  adam  olub.  1912-də  Padara 
bircə  çöycəylə  gələn  bu  insan  4-5  ilin  içində  öz 
çalıĢqanlığı,  əlindəki  bir  manatın  harada  və  nə  qədər 
qazanc  gətirəcəyini  düzgün  hesablamağı  bacarması 
sayəsində  təkcə  bu  kənddə  yox,  bütün  VartaĢında 
sözükeçən kiĢilərdən birinə çevrilməklə yanaĢı, özünə 
mal-mülk, var-dövlət də qazandı. Görünür, elə bundan 
sonra dövlət vəzifələrinə irəli çəkildi. Ancaq yuxarıda 
dediyim  kimi,  o,  vəzifəni  yox,  torpağı,  stol  arxasında 
oturmağı  yox,  çöldə  tər  axıtmağı  sevirdi.  Əkinçilik, 
meyvəçilik  və  heyvandarlıq  iĢləri  onun  yaĢamının 
cövhəriydi. 



Паша Йагуб  
                
60 
Padar  torpağının  az  qala  yarısı,  Padarın  aĢağı-
sındakı  DaĢüz  sahəsinin  xeyli  hissəsi  artıq  onundu. 
YemiĢənli kəndində qızıləhmədi alma bağı və fındıq-
lığı  vardı.  Padardakı  bağında  əkdiyi  meyvələri  xaric-
dən gətirmiĢdi. 
Qərib  (Məhəmməd)kərim  oğlu  Azərbaycanda 
Amerika və Avropa kənd təsərrüfatı texnikasını ilk 
tətbiq  edən  sahibkar  olmuĢdur  (sovetlərdən  qa-
baq!). 
Örətdiyi  məhsulu  o,  özünün  kənddə  tikdirdiyi 
dəyirmanda və dingdə emal edirdi. 
Təbiətcə 
çox  əliaçıq  adam  olan  Qərib 
(Məhəmməd)  Kərim  oğlu  həm  də  yoxsulluğun  aman-
sız  üzünü  gördüyündən  yoxsulların  pənahıydı. 
Qapısına borca gələn kimsəni əliboĢ qaytarmazdı. Özü 
də bu zaman o, insanlar arasında millət fərqi qoymaz-
dı;  müsəlmanlarla  yanaĢı,  Oğuzun  yəhudi  camaatını 
da  aclıqdan  qurtarmıĢ,  taxıl  anbarlarının  qapılarını 
onların  da  üzünə  açmıĢdı.  Buna  görə  də  bütün 
VartaĢın camaatı ona hədsiz sayğı bəsləyirdi. Hətta bir 
dəfə  qaçaqlar  onun  faytonunun  qabağını  kəssələr  də 
içindəkinin  Qərib  yüzbaĢı  olduğunu  biləndə  böyük 
hörmətlə yola salmıĢdılar. 
Qərib  yüzbaĢı  yaxĢı  bilirdi  ki,  yeni  texnikanı 
iĢlətmək,  ümumiyyətlə, cəmiyyəti irəli  aparmaq üçün 
savadlı, bacarıqlı insanlar gərəkdir, buna görə də soy-
daĢlarının  savadlanmasına  çalıĢırdı.  Kənddə  məscid 
tikdirmiĢdi və burada ibadətlə yanaĢı, kənd gəncləri-
nin yazıb-oxuma öyrənməsinə də xüsusi önəm verirdi. 


Падар кяндинин енсиклопедийасы 
 
61 
 Burası  da  maraqlıdır  ki,  Qərib  yüzbaĢı  məscidi 
tikdirdikdən  sonra  oğlu  Hümmətin  yanında  deyibmiĢ 
ki,  gərək  məscidi  rənglədəm.  Nə  yazıqlar  ki,  buna 
onun  ömrü  çatmadı.  Atasının  sözlərini  vəsiyyət  kimi 
qəbul edən Hümmət həkim sovet hökumətinin dindar-
lığa  qarĢı  mübarizəsinin  ən  qızğın  çağında-1929-da 
“nə olacaq olsun!” deyərək hətta ölümü də göz önünə 
almıĢ  və  öz  xərcinə  həmin  məscidi  rənglətmiĢdi. 
Allahsız  kommunistlər  bunun  üstündə  onu  həbs 
edərək Bakiya apardılar və 2 il sorğu-sualsız Bayl-
da yatırdılar! Bundan sonra onlar məscidi yandırdılar 
(zirək tərpənərək xalça-palazını qabaqcadan mənimsə-
mıĢdilər). 
 
Hümmət həkim 
 
ərib yüzbaĢı 1900-də doğulmuĢ ilk oğlu Hüm-
məti də savadlı bir insan etmək istəyirdi, buna 
görə də onu Tiflisə apararaq gimnaziyaya qoymuĢdu. 
Buranı uğurla bitirən Hümmət Kərimov Bakı Univer-
sitetinin tibb fakültəsinə girərək 1925-də həmin fakül-
tənin  ilk  buraxılıĢının 
məzunları  arasında  ol-
muĢdu;  baĢqa  sözlə  de-
sək,  o,  Azərabaycanın 
özünün  yetirdiyi  ilk  ali 
təhsilli 
həkimlərimizdəndir. 
Təyinatla 
Padara 
həkim  göndərilsə  də 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə