Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Паша Йагуб  
                
54 
QƏRĠB YÜZBAġI 
 
adar kəndində  yaĢamıĢ, bölgənin, ümumilikdə 
Azərbaycanın ictimai-siyasi həyatında mühüm 
rol oynamıĢ tarixi Ģəxsiyyətlərdən biri də  Qərib yüz-
baĢıdır.  Bu  kitabı  yazmağa  baĢlayanda  onun  da  haq-
qında  araĢdırma  apardım  və  əlimə  professor  Ədalət 
Tahirzadənin  “525-ci  qəzet”də  çap  olunmuĢ  bir  mə-
qaləsi  düĢdü.  Məqalədə  Qərib  yüzbaĢı  haqqında  çox 
dolğun  informasiya  olduğundan  xırda  ixtisarla  həmin 
məqaləni kitaba daxil edirəm.  
 
QƏRİB  MƏHƏMMƏDKƏRİM  oğlu  (Kərim 
oğlu) 
(1870,  Xaçmaz  k./Oğuz-09.10.1926,  Padar 
k./Oğuz) 
 
1917-ci il fevral inqilabindan sonra Şəki qəzasının 
Vartaşın  nahiyəsində  İcraiyyə  Komitəsinin  sədri, 
1918-1920-ci 
illərdə 
Azərbaycan 
Cümhuriyyəti 
Məclisi-məbusanının  (Parlamanının)  üzvü,  görkəmli 
ictimai xadim, Azərbaycanda Amerika və Avropa kənd 
təsərrüfatı  texnikasını  ilk  tətbiq  edən  sahibkarlrdan 
biri. 
 
Arxiv  sənədindən  öyrəndim  ki,  Qərib  Kərim  oğlu 
ġəki  qəzasının  Padar  kəndindən  məbus  (deputat) 
seçilib.  DəqiqləĢdirdim  ki,  Padar  indiki  Oğuz  rayo-
nundadır, ora yola düĢdüm.  
 



Падар кяндинин енсиклопедийасы 
 
55 
Anket bilgiləri 
 
AR Dövlət Arxivində Qərib Kərim oğlunun məbus 
(deputat)  anketi  qorunub  saxlanır.  Burada  bütün 
deputatlara verilən 5 sual belə cavablandırılıb. 
1.  Ġsmi,  pədərinin  ismi  (atasının  adı)  və  Ģöhrəti 
(soyadı) 
 Kərim  oğlu  Qərib,  Şəki  qəzasından  Padar 
qəryəsində. 
2. Hanki Ģəhər və qəryədə (kənddə) təvəllüd etdiyi 
tarixi. 
Padar  qəryəsində,  Şəki  qəzasından  Padarda, 
təvəllüdü 1870. 
3.  Hanki  məktəbdə  nə  kibi  təhsil  görüb,  hanki 
sinifdən qətaət etdiyi (çıxdığı, bitirdiyi). 
Əski üsulunda mədrəsədə ibtidai təlim görmüş. 
4  Əzalığa  (üzvlüyə)  daxil  olmadan  qabaq 
məĢğuliyyət, məmuriyyət və sənəti. 
İnqilab  dövründə  (1917-nin  fevral  inqilabı  nəzər-
də tutulur - Ə.T) Şəki qəzasında Vartaşın nahiyəsində 
İcraiyyə Komitəsinin sədri olmuş. 
5. Deputatın müxtəsər tərcümeyi-halı 
“Əkinçiliyə  olan  istedad  və  həvəsindən  dolayı, 
Şəki  qəzasında  son  ixtira  olunan  ziraət  makinəsini 
(kənd  təsərrüfatı  texnikasını)  ilk  əvvəl  istemal  edən 
(işlədən)  və  xalqa  lüzumunu  anladan  işbu  zatdır. 
Çalışqanlığı sayəsində  mənsub olduğu camaatın hüs-
nü təvəccöhünü qazanmış olduğundan, bir çox ictimai 
xidmətlərdə  bulunmuş  və  bilaxərən  intixab  olunaraq 
Məclisi-məbusana üzv təyin olunmuşdur”. 


Паша Йагуб  
                
56 
Buradan  aydınlaĢır  ki,  Qərib  Kərim  oğlu  (bəzi 
sənədlərdə onun soyadı “Kərimov” kimi də göstərilib) 
təhsilini  mədrəsədə  alıb.  O,  Azərbaycanda  çarizmin 
yıxıldığı  ən  qarmaqarıĢıq  bir  dönəmdə,  hakimiy-
yətsizlik üzündən anarxiyanın tüğyan etdiyi  bir çağda 
ġəki  qəzasının  VartaĢın  nahiyəsində  Ġcraiyyə  Ko-
mitəsi  kimi  ən  mühüm  hakimiyyət  orqanına  baĢ-
çılıq  edib.  Görünür  ki,  onu  bura  xalq  xahiĢ-minnətlə 
qoyubmuĢ,  çünki  bütün  bölgədə  çox  böyük  nüfuzu 
vardı  və  baĢ  verən  xoĢagəlməz  hadisələrin  qarĢısını 
yalnız  belə  bir  fövqəladə  hörmətli  Ģəxsin  sayəsində 
almaq  mümkündü.  Ancaq  Qərib  Kərim  oğlu  rəsmi 
dövlət  vəzifəsinə  deyil,  kənd  təsərrüfatı  sahəsindəki 
yeniliklərə  can  atdığına  görə  bütün  ömrünü  torpaqla 
bağlayıb,  “dünyanın  o  baĢından”  gətirdiyi  oçağkı  ən 
çağdaĢ texnikayla yaratdığı möcüzələrdən zövq alıb. 
Yeri  gəlmiĢkən,  bütün  Padar  ağsaqqalları  onu 
yalnız  “Qərib  yüzbaĢı”  adlandırır,  bu  faktsa  1917-ci 
ilədək  onun  Padar  kəndinin  böyüyü-yüzbaĢı  oldu-
ğunu  qətiyyətlə  təsdiqləyir.  Arxivlərdə  məqsədyönlü 
araĢdırmalar  aparılsa  Qərib  Kərim  oğlunun  hakimiy-
yət  qurumlarındakı  fəaliyyəti  haqqında  daha  dolğun 
bilgi əldə etmək olar. 
Faktı  dəqiqləĢdirmək  üçün  AR  Tarix  Arxivindən 
Gəncə  quberniyası  ġəki  qəzası  Xaçmaz  və  Padar 
kəndlərinin  əyal  dəftərlərini  (kameral  təsviri)  axtarıb 
tapdım. 
Xaçmaz  kəndinin  1863  tarixli  əyal  dəftərində  bu 
kəndin Otmanlı sahəsində yaĢayan Məhəmmədkərim 
Əhməd  oğlu  878-ci  nömrəylə  qeydə  alınıb.  Burada 


Падар кяндинин енсиклопедийасы 
 
57 
onun özünün 35 yaĢı (deməli, 1828-də doğulub), oğlu 
Lətifinsə 10 yaĢı olduğu (1853-də doğulub) göstərilib. 
Bu  Məhəmmədkərim  Əhməd  oğlu  Qərib  yüzbaĢının 
atası, Lətif isə böyük qardaĢıdır. 
Padar  kəndinin  1886  tarixli  əyal  dəftərinə  Qərib 
yüzbaĢıyla bağlı qeydlər 1912-də əlavə edilib. Burada 
42  yaĢlı  (deməli,  1870-də  doğulub)  Qərib  Məhəm-
mədkərim  oğlu`nun  özü,  arvadları  Salatın  Əhməd 
qızı  (32  yaĢ;  1880),  Züleyxa  Mustafa  qızı  (29  yaĢ; 
1883), oğlu Hümbət (12 yaĢ; 1900), qızı Cəmilə (ona 
“Nazilə”  də  deyiblər;  14  yaĢ;  1902),  qardaĢı  oğlu 
Məhəmməd  Lətif  oğlu  (30  yaĢ;  1882),  onun  arvadı 
Zəliha  Hacı  Məhəmməd  qızı  (22  yaĢ;  1890)  qeydə 
alınıblar. 
Bu  sənəddən  aydınlaĢır  ki,  Qərib  (Məhəmməd) 
Kərim  oğlu  Xaçmazdan  Padara  1912-ildə  köçüb 
gəlib.Yeri  gəlmiĢkən,  bu  gün  Qərib  yüzbaĢının 
varisləri  “Kərimov”,  qardaĢı  Lətifin  oğlu  Məhəm-
mədin  uĢaqlarısa  (Həmid,  Yaqub,  Nəsibə,  Firuzə) 
“Lətifov” soyadı daĢıyır. 
Padar kəndinin mərkəzindəki kiçik qəbiristanlıqda 
olan  Qərib  yüzbaĢının  çay  daĢından  hazırlanmıĢ 
baĢdaĢında  oyma  üsuluyla  ərəbcə  yazıb  ki,  Qərib 
Kərim  oğlu  2  rəbiüs-sani  1345-də  cümə  günü 
(miladi tarixlə 9 oktyabr 1926-da) vəfat edib. 
BaĢdaĢının  ən  alt  hissəsində  türkcə  bu  beyti 
oxuyuruq: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə