Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

Паша Йагуб  
                
62 
heç  bir  Ģərait  yoxdu.  Atası  dadına  çatmıĢdı  -  Qərib 
yüzbaĢı  öz  xərciylə  kənddə  xəstəxana  binası  tikdir-
miĢdi (indi orada Hümmət Kərimov adına Padar kənd 
xəstəxanası  yerləĢir).  Sonra  Göyçayda  poliklinika 
müdiri iĢləyən Hümmət həkim 1939-da Qəbələyə gön-
dərilmiĢ,  orada  həm  can  həkimi,  həm  də  hərbi  həkim 
kimi düz 10 il insanlara Ģəfa vermiĢdi. Bu gözəl insan 
Qəbələdə  çalıĢarkən  –  1946-da  ağır  xəstələnmiĢ,  hə-
min ilin avqustunda Moskvada dünyasını dəyiĢmiĢdi... 
 
Parlamanın “əhrar”çı üzvü 
 
“Azərbaycan”  adını  daĢıyan  ilk  müstəqil  dövlə-
timiz – Azərbaycan Cümhuriyyəti 1918-də qurularkən 
Qərib  (Məhəmməd)kərim  oğlu  ġəki  qəzasının 
VartaĢın  nahiyəsində  Ġcraiyyə  Komitəsinin  sədiriydi 
(bu  vəzifəyə  1917-ci  il  fevral  inqilabından  sonra 
seçilmiĢdi).  1918-də  yerlərdə  həmin  vəzifəni  daĢıyan 
Ģəxslərin  çoxu  həm  də  yerli  Milli  Komitələrin  sədri 
olaraq  öz  bölgəsində  baĢ  verən  bütün  hadisələrdə  el 
ağsaqqalı  kimi  yaxından  iĢtirak  edib.  Belə  olmasaydı 
erməni-müsəlman  qırğını  zamanı  VartaĢında  da  soy-
daĢlarımızın imdadına yetiĢmiĢ türk əsgərləri 1918-də 
məhz  Padarda  –  Qərib  yüzbaĢının  mülkündə  yerləĢ-
məzdi  (bu  faktısa  bütün  Padar  qocaları  təsdiqləyir). 
Türk paĢası Ģəxsən Qərib yüzbaĢının evində qalırdı. 
Bütün  bu  deyilənlər  Qərib  (Məhəmməd)kərim 
oğlunun  o  çağda  VartaĢında  ən  nüfuzlu  kiĢi  oldu-
ğunu  təsdiqləyir.  1918-in  sonunda  Cümhuriyyətin 
Məclisi-məbusanı (Parlamanı) yarananda bu üzdən də 


Падар кяндинин енсиклопедийасы 
 
63 
VartaĢın  camaatı  oraya  məhz  Qərib  yüzbaĢını  layiq 
gördü. 
Məclisi-məbusanda  Qərib  Kərim  oğlu  “Əhrar” 
partiyasını  təmsil  edirdi.  Abdulla  bəy  Əfəndizadənin 
(sonralar  Aslan  bəy  QurdaĢovun)  baĢçılıq  etdiyi 
“Əhrar” fraksiyasına Hacıhüseyn Əfəndizadə, Muxtar 
Əfəndizadə,  Hacıəli  Qasım  oğlu,  Abdulla  əfəndi  Qa-
bulov (sonralar oğlu Baba əfəndi Qabulov), ƏĢrəf bəy 
Tağıyev,  Bayram  Niyazi  Kiçikxanlı,  MəĢədi  Səməd 
Kərbəlayı Məhəmmədhəsən oğlu  da daxildilər. 
Parlamanın  sənədlərində  onun  ad-soyadı  iki  cür 
göstərilib:  “Qərib  Kərim  oğlu”,  “Qərib  Kərimov”                             
(bəzi  sənədlərdə  yanlıĢ  olaraq  “Qara  Kərim  oğlu”, 
“Qara Kərimov” da yazılıb)
Qərib  yüzbaĢı  Parlamanın  iĢində  müntəzəm 
çalıĢan deputatlardandı. 
Parlamanın 24 aprel 1919 tarixli iclasının stenoq-
ramı  qarĢımızdadır.  Ġclasın  sədri  Həsən  bəy  Ağayev 
bildirir  ki,  torpaq  komissiyası  3  dəfə  yığıĢmadığına 
görə buraxılır və onun yeni heyəti seçilməlidir. Həsən 
bəyin  təklifiylə  partiyalar  bu  komissiyaya  öz 
namizədlərini  verir.  Seçilməküçün  hər  deputat  42 
səsdən  ən  azı  22-sini  yığmalıydı.  KeçirilmiĢ  gizli 
seçkinin  nəticələrini  Abbasqulu  Kazımzadə  açıqlayır: 
26  səs  toplamıĢ  Qərib  ”Kərimov”  ən  çox  səs  yığmıĢ 
Məhəmmədəmin  Rəsulzadə,  Aslan  bəy  Qardaşov, 
Cavad  bəy  Məlikyeqanov,  Əliheydər  Qarayev,  Hey-
bətqulu Məhəmmədbəyov və b. ilə birgə torpaq komis-
siyasına  üzv  seçilib.  Bu  seçkidə  ən  çox  səs  toplayan 
həmin  7  nəfər  Məhəmmədəmin  Rəsulzadənin  təkli-


Паша Йагуб  
                
64 
fiylə  həm  də  fəhlə  komissiyasına  üzv  olur.  Beləliklə, 
Qərib  (Məhəmməd)kərim  oğlu  Parlamanın  iki 
mühüm komissiyasına eyni zamanda üzv seçilib. 
 
Şuralar dönəmində 
 
llahsız kommunistlərin qanlı ağalığı illərində 
Qərib  (Məhəmməd)kərim  oğlu  da  baĢqa 
Parlaman üzvləri kimi təqib olunub və incidilib, ancaq 
onu  həbs  etməyi  hətta  “NKVD”  cəlladları  da 
bacarmayıb! 
Nəvəsi Almaz xanım danıĢır ki, sovet çağında ba-
bamı  tutmaqçün  Padara  adamlar  göndərilib.  Xəbər  il-
dırım sürətiylə bölgəyə  yayılıb. VartaĢının özündə və 
nahiyənin  əksər  kəndlərində  bunu  eĢidən  yüzlərcə  in-
san  pay-piyada,  ayaqyalın-baĢıaçıq  Padara  yol  alıb. 
Özümüzünkülərlə  -  müsəlmanlarla  yanaĢı, baĢqa  mil-
lətlərin nümayəndələri də, xüsusən VartaĢın yəhudiləri 
sinələrini qabağa verərək onu silahlılardan qoruyublar. 
18  kilometr  yolu  piyada  gəlmiĢ  yəhudilər  birağızdan 
deyib ki, aclıq vaxtında bu kiĢi bizi qırılmaqdan qurta-
rıb, indi də biz onu heç kəsin əlinə vermərik! Nahiyə-
dən  gəlmiĢ  bütün  adamlar  Qərib  yüzbaĢının  həyə-
tinin  ətrafına  canlı  çəpər  çəkib  və  silahlıların  içəri 
girməsinə  imkan  verməyib.  Xüsusən  baĢqa  millət-
lərin də bu “müsavatçı”,  “istismarçı”  və “qolçoma-
ğı” belə qətiyyətlə müdafiə etməsi bolĢevikləri əməl-
li-baĢlı çaĢdırıb və onlar əliboĢ geri qayıtmalı olub. 
Qərib  yüzbaĢı  da  hakimiyyətlə  kəllə-kəlləyə  gəl-
məyib.  O,  əmlakını,  Amerika  və  Avropadan  götirdiyi 



Падар кяндинин енсиклопедийасы 
 
65 
bütün  texnikasını  könüllü  yeni  hakimiyyətə  bağıĢ-
layıb.  Xatırladım  ki,  bu  zaman  hələ  kolxozlaĢma 
baĢlanmamıĢdı. 
Hakimiyyətlə  münasibətlər  üz-
dən  nə  qədər  “dəymə  mənə  -  dəy-
məyim sənə” prinsipiylə qurulsa da 
kommunistlər  yerlərdəki  nüfuzlu 
adamlardan, xalqı öz arxasınca apa-
racaq  kiĢilərdən  hədsiz  qorxur, 
onları  açıq  və  gizli  yollarla  məhv 
edirdilər. Görünür, Qərib  yüzbaĢıy-
la da bağlı gizlilik taktikası seçilib-
miĢ.  Doğrudur,  bu  gün  əlimizdə 
onun  məhvinə  çalıĢılmasıyla  bağlı 
heç bir yazılı və Ģifahi tutarqa yox-
dur, ancaq  vur-tut  56  yaĢlı sağlam bir insanın birdən-
birə  və  ürək  tutmasından  vəfat  etməsi  daxili 
sarsıntıların  nəticəsi  deyildimi?!  Beləliklə,  Qərib 
(Məhəmməd)kərim  oğlu  1926-nın  9  oktyabrında 
dünyasını  dəyıĢıb.  Bu  zaman  kənddə  olmayan  oğlu 
Hümmət  həkim  onun  son  nəfəsinə  yetiĢə  bilməyib. 
Atasını  hədsiz  məhəbbətlə  sevən,  onun  adı  çəkiləndə 
həmiĢə ayağa duran oğul üç gün onun məzarı baĢında 
qarovul  çəkib  (komada  ola  biləcəyinə  və  yenidən 
dirilə biləcəyinə umud bəsləyib)... 
 
Ədalət Tahirzadə  
 “525-ci qəzet” 17, 24, 31 may 2008-ci il. 
 N 87, 92, 96. 
 
Qərib yüzbaşı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə