Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   ...   13   14   15   16   17   18   19   20   21

Паша Йагуб  
                
70 
nigahindan  Sabir,  ƏĢrəf,  Tofiq,  Gülqədəm  və  Nigar 
adlı övladları qaldı. 
Süleyman  kiĢinin  oğlu  ƏĢrəf  Həsənov  öz  mənəvi 
zəngiliyinə  və  dürüstlüyünə,  el-obanın  qeyrətini  çək-
diyinə  görə  kənddə  böyük  hörmət  qazanmıĢdı.  Ca-
maatın  xeyir-Ģərində  can  yandırdığına  və  əlindən 
gələn bütün maddi-mənəvi köməyi əsirgəmədiyinə gö-
rə hamı onu sevirdi. 
 Onun  Ballı  xanımla  nigahından  Əbubəkr,  Əjdər, 
Muxtar,  Araz,  RəĢad,  QoĢqar  adında  oğlanları, 
Sevil və Ruhəngiz adında qızları qaldı. 
Həzrət Əli Əleyhissəlam buyurur ki, övladların ən 
xeyirlisi  öz  ata-babasının  yolunu  davam  etdirəndir. 
Gülməmməd kiĢinin də xeyirxah iĢlərini bu gün nəvə-
si  Muxtar  davam  etdirir.  Belə  ki,  Muxtar  Gülməm-
mədov  iĢ  adamı  olaraq,  Bakı  Ģəhərində  yaĢamasına 
baxmayaraq, tez-tez doğulduğu kəndə gedir və burada 
olan  imkansızlara,  xəstələrə  baĢ  çəkərək,  onların 
problemlərini həll edir. Ağsaqalların danıĢdığına görə 
Muxtar  müəllim  hər  il  Qurban  bayramında  bir  neçə 
qurbanlıq  heyvanı kəsdirərək, Padar  və ətraf kəndlə-
rin  əhalisinə  payladır.  Bəlkə  də  etdikləri  bu  yax-
Ģılıqların  əvəzidir  ki,  Allah-təala  ona  yüksək  məqam, 
geniĢ imkanlar bəxĢ edib. Çünki Rəbbim buyurur: 
“Loğman  öz  oğluna  dedi:  “Oğul,  yaxşılıq  etməkdən 
çəkinmə. Çünki, etdiyin yaxşılıq bir xardal dənəsi boyda 
olsa və o, bir qayanın içində və yaxud daşın altında, yerin 
təkində  olsa  belə,  yenə  də  Allah  onu  sənin  qarşına 
çıxarar, əvəzini verər”.Quran, “Logman” surəsi, 16-cı ayə.
 
 
 
 


Падар кяндинин енсиклопедийасы 
 
71 
SABĠR HƏKĠM 
 
z  qayğıkeĢliyi,  mehribanlığı,  xeyirxahlığı  ilə 
Padar  camaatının  xatirəsində  əbədi  yaĢayan 
insanlardan biri də uzun müddət kənddə həkim iĢləmiĢ 
Sabir  həkimdir.  Odur  ki,  onun  da  tərcümeyi  halına 
qısa nəzər salmağı vacib sayıram. 
Mürsəlov  Sabir  ġeyx  Mə-
həmməd  oğlu  1938-ci  ildə  Qax 
rayonunun  Malax  kəndində  do-
ğulub.  10  yaĢı  olanda  anası,  15 
yaĢı  olanda  isə  din  xadimi  olan 
atası  dünyasının  dəyiĢir.  Orta 
məktəbi bitirdikdə pasport almaq 
üçün  Qaxa  gəlir.  Həmin  dövrdə 
pasport  almaq  çox  çətin  oldu-
ğundan  balaca  Sabir  umudini 
üzüb,  bağdakı  oturacaqda  oturaraq,  fikrə  dalmıĢdı. 
Birdən yanında təxminən 10 yaĢlarında uĢağın dayan-
dığını gördü. UĢaq ondan niyə belə qəmgin olduğunu 
soruĢdu  və  səbəbini  bildikdə,  Sabiri  xəstəxanada  hə-
kim iĢləyən anasının yanına apardı; ondan xahiĢ etdiki 
bu  oğlanın  pasport  almasına  kömək  etsin.  Beləliklə 
Sabir  Mürsəlov  sənədlərini  Bakı  Dövlət  Univer-
sitetinin jurnalistika fakültəsinə verir və qəbul olunur. 
III kursdan isə ixtisasını dəyiĢmək qərarına gəlir; uni-
versitetin  kitabxanaçılıq  fakültəsinin  qiyabisinə  keçə-
rək, Azərbaycan Tibb Ġnsititutuna əyani qəbul olunur. 
Yaxınlarının danıĢdığına görə, yetimliklə böyüyən 
Sabir  universitetə  yamaqlı  paltarda  gedirmiĢ.  Qurup 
 
Ö 


Паша Йагуб  
                
72 
yoldaĢlarından  imkanlı  ailədən  olan  bir  qız  ona  təzə 
paltar,  kostyum  alıb  gətirsə  də,  qüruruna  sığıĢdırıb, 
qəbul  etmir.  Özü  gecə  növbəsində  iĢə  düzəlir  və 
dolanıĢığını  təmin  edir.  Beləliklə,  1967-ci  ildə  Tibb 
Ġnsititutunu  bitirən  Sabir  həkim,  VartaĢen  rayonunun 
Padar  kəndinə  təyinat  alır.  Çox  keçmir  ki,  öz  savadı, 
qayğıkeĢliyi,  əməlisalehliyi,  mehribanlığı  ilə  tək 
Padarda  deyil,  ətraf  kəndlərin  əhalisinin  də  sevim-
lisinə çevrilir. 
urada  bir  maraqlı  məqamı  da  qeyd  etmək 
istəyirəm  ki,  əsası  Qərib  YüzbaĢı  tərəfindən 
qoyulan  Padar  kənd  xəstəxanası  bölgədə  ilk  tibb 
müəssisəsi  olmaqla  yanaĢı,  həkim  sarıdan  bəxti 
həmiĢə  gətirmiĢdir.  Belə  ki,  burada  Azərbaycan  Tibb 
institutunun  ilk  məzunlarından  olan  Hümmət  həkim 
xidmət  etmiĢ  və  xalqın 
rəğbətini 
qazanmıĢdır. 
Ondan  sonra  da  bu  xəs-
təxanada  xidmət  edən 
həkimlərin  hamısı  yük-
sək  savada,  peĢəkarlığa 
və  gözəl  insani  keyfiy-
yətlərə  malik  olmuĢlar. 
Sabir  həkimin  simasında  da  bunu  aydın  görmək 
olurdu.   
abir  həkim  Ģair  təbiətli  insan  idi;  gözəl  Ģerlər 
yazırdı.  Müasirlərindən  yazıçı  Gəray  Fəzli, 
Ģair  ġəmĢad  Rza,  Sərdar  Əsədlə  dostluq  edirdi. 
Sağlığında  «Torağay  nəğməsi»  adlı  Ģerlər  kitabı  çap 
olunub. 




Падар кяндинин енсиклопедийасы 
 
73 
Sabir  həkim  öz  qohumu,  Alman  dili  müəlliməsi 
Solmaz  xanımla  ailə  qurub.  Övladları  müxtəlif 
sahələrdə çalıĢırlar. 2007-ci ildə 68 yaĢında dünyasını 
dəyiĢən  Sabir  həkimin  qəbri  Padar  kəndində,  xatirəsi 
insanların qəlbindədir. 
 Oxucuların  marağını  nəzərə  alıb,  onun  «Torağay 
nəğməsi»  kitabından  götürdüyüm  iki  Ģeri  bu  kitaba 
daxil edirəm. 
(bax: kitabın “Padar Ģairləri” fəslinə) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə