Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

Падар кяндинин енсиклопедийасы 
 
33 
biliyə  malik  mükəmməl  bir  alim  olduğu  qəbrinin 
üstündəki kitabədən də görünür. Belə ki, onun Padarın 
«Bazar  yeri»  məhəlləsindəki  qəbrinin  baĢ  daĢındakı 
ərəbcə mətnin tərcüməsi belədir (mətn qurannın 29-cu 
surəsinin 57-ci ayəsi ilə baĢlayır): 
«Hər  bir  kəs  ölümü  dadmalıdır.  Sonra  siz  Bizə 
doğru qayıdarsınız.» 
«Bu  qəbir  alim,  fazil,  kamil 
şeyx  əl-Hac  Əbdüssalam  Əfəndi  
ibn molla Əhməd əl-Bəyaninindir. 
Allah  onların  yatdığı  yerlərini 
rahat  etsin  və  qəbirlərini  nurlan-
dırsın.  Peygəmbərin  hicrətindən 
1325-ci (1907/1908) il» 
BaĢdaĢının  arxa  tərəfindəki 
ərəbcə kitabədə isə deyilir: 
 «Ey 
ziyarət 
edənlər,  bilin  ki,  burada  dəfn 
olunan  şəxs  sağlığında  böyük 
alim, müdərris, tədqiqatçı, kamil 
şeyx  idi. Onun mürşüdi, şeyx  və 
ustadı  Talalı  əl-Hac  Əhməd 
Əfəndi  olmuşdur.  Onun  torpağı 
müqəddəs olsun». 
Daha  sonra  bütün  sufilərdə 
olduğu kimi Quranın 55-ci surə-
sinin 26-27-ci ayələri həkk olunub: 
«Onların eşitdikləri söz ancaq «Salam» olacaqdır. 
Sağ tərəf sahibləri ! Kimdir onlar?!» 


Паша Йагуб  
                
34 
itabədəki  yazılardan  da  göründüyü  kimi, 
ġeyx  Əbdüssəlam  Əfəndi  Böyük  alim  və 
tədqiqatçı  olmuĢdur.  Onun  dilçilik  mövzusunda  bir 
neçə  əsəri  olsa  da,  təssüf  ki,  bu  günümüzə  gəlib 
çatmamamıĢdır.  1937-ci  illərin  repressiyası  dövründə 
bu  kitabların  bir  hissəsi  torpağa  basdırılmıĢdır.  Onun 
qalan əsərlərindən və zəngin kitabxanasından bəhrələ-
nərək,  dilçi  alim,  filologiya  elimlər  doktoru,  Akade-
mik Əbdüləziz Dəmirçizadə bir çox əsərlər yazmıĢdır. 
Hacı  Əbdüssəlam  Əfəndi  Gülzar  xanımla  ailə 
qurmuĢ,  Əbdulrəhim,  Əhməd,  Abdulla,  Məhəmməd 
adında oğlanları, Salihə, Malikə, Barikə adında qızları 
olmuĢdur. 
ġeyxin  oğlu  Abdulla  Nübar  xanımla  ailə  qurub, 
Əhməd adlı oğlu, Məriyəm, Məkkə, Firuzə, Zərifə adlı 
qızları  olmuĢdur.  Daha  sonra  Abdulla  1942-ci  ildə 
müharibəyə  getmiĢ,  Mozdokda  58-ci  diviziyada  dö-
yüĢmüĢdür.  1943-cü  ilin  yanvarında  Kuban  çayını 
keçərkən,  əsgərlərdən  çoxu  boğulmuĢdur.  Ondan 
sonra Abdulladan heç bir xəbər olmamıĢ, nə də «qara 
kağız» gəlməmiĢdir. 
Hacı  Salam  Babanın  oçağı  bu  gün  də  xalq  tərə-
findən  sevilə-sevilə  ziyarət  olunur,  kəramətindən 
faydalanılır.  Onun  kəramətlərinə  dair  bir  çox  əhva-
latlar bu gün də maraqla söylənilməkdədir. 
Deyilənə görə Əbdüssəlam Əfəndi səhər namazına 
duranda  görür  ki,  evin  çardağında  bir  nəfər  oturub, 
belində  də  bir  kisə  buğda  var.  ġeyx  onun  kimliyini 
soruĢanda,  məlum  olur  ki,  gecə  oğurluğa  gəlmiĢ  bu 
Ģəxs  bir  kisə  buğda  götürüb,  amma,  yerindən  qalxa 



Падар кяндинин енсиклопедийасы 
 
35 
bilmir,  eləcə  gecədən  donub  qalıb  burada.  Övliyanın 
ona yazığı gəlir və deyir icazə verirəm, buğdanı götür 
get.  Baba  sübh  namazını  qılıb  qurtardıqda,  həyat 
yoldaĢı Gülzar xanım xəbər verir ki, oğru darvazandan 
çıxanda yenidən donub qalıb, yerindən tərpənə bilmir. 
Cavab  verir  ki,  mən  icazə  versəm  də,  ocaq  icazə 
vermir, buğdanı qoysun, getsin. Oğru buğdanı qoyub, 
çıxıb gedir. 
eyxin  nəslindən  olanlar  söhbət  edir  ki,  onun 
həyətində  palıd  ağacının  dibində  bir  ağ  ilan 
yaĢayırdı.  Ġlan  gündə  bir  dəfə  evin  qabağına  gələr, 
Nübar nənə (ġeyxin gəlini) mis camda onun qabağına  
süd qoyardı. Ġlan südü içib, yerinə qayıdardı. Bəzən də 
ilan  südü  içəndən  sonra  dayanıb  gözləyirdi.  Onda 
Nübar nənə çörəyin üstünə yağ yaxıb, ilanın qabağına 
qoyardı. Ġlan çörəyi yedikdən sonra, çəkilib gedərdi. 
Bir gün Nübar nənə baramaqurduna vermək üçün 
həyətdəki  tut  ağacının  budaqlarını  qırırmıĢ.  Birdən 
kəsdiyi  budaqdan  onun  üstünə  qan  sıçrayır.  Ġkinci 
budağı kəsdikdə, yenə eyni hadisə təkrar olunur. Nənə 
əlindəki dəhrəni yerə qoyub, gəlib, eyvanın qırağında 
durur və deyir özümü  pis hiss edirəm,  deyəsən nə isə 
bədbəxt  bir  hadisə  olacaq.  Aradan  15-20  dəqiqə 
keçmiĢ  xəbər  gətirirlər  ki, 
Nübar 
nənənin 
səhhətində 
sağalmaz  xəstəlik  aĢkar  edilən 
qızı  özünü  suya  ataraq,  intihar 
edib. 
acı 
Əbdüssəlam 
əfəndinin 
yaĢadığı  həyətdə  bugünədək 
ġ 

Salam Babanın oğlu 
Əhməd (ayaqüstə) 


Паша Йагуб  
                
36 
musiqili  toy  etmək  mümkün  deyil.  Bir  gün  ġeyxin 
nəvəsi (Abdullanın qızı) Məryəmə toy edirlərmiĢ. Yay 
olduğundan, camaat həyətdə ağacların altında outrub-
larmıĢ.  Günortadan  sonra  musiqi  çalınmağa  baĢla-
yanda, qəflətən hava dəyiĢir və göy gurultusu, ĢimĢək 
çaxması insanlarda vahimə yaradır. Qəfil gələn fırtına 
ağacların  budağını  qoparıb,  adamların  üstünə  atır. 
Vəziyyəti  belə  gördükdə,  toplaĢanlar  hamısı  dağılıb 
gedirlər.  Məclis  əhli  dağılıĢan  kimi  hava  açılır.  Bu 
hadisədən sonra həmin ocaqda musiqi çalınmır.  
 
 
 
 
 
 
 


Падар кяндинин енсиклопедийасы 
 
37 
MOLLA MĠRMƏHƏMMƏD  ƏFƏNDĠ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
«Elmlərdən  bəzi  gizli  olanları  vardır  ki,  onları 
ancaq  «arifi-billah»  olanlar  anlayar.  Bu  elmdən 
bəhs  etdikləri  vaxt  onları  ancaq  məğrur  və  özlərini 
bəyənən  camaat  cahilliklə  suçlayarlar.  Əsla  Haqq-
təalanın  öz  fəzlindən  elm  verdiyi  alimləri  kiçik  gör-
məyin!  Çünki  Haqq-təala  onlara  o  elmi  verərkən 
onları kiçik görmədi». Əbu Hureyrə. 
 
adar  kəndinin  yaxın  keçmiĢində  iz  qoyan 
möminlərdən  biri  də  Molla  Mirməhəmməd 
Hacı Miryunis oğludur. Onun atası AğdaĢ rayonunun 
ġəkili kəndində  yaĢamıĢ, 25 il ali ruhani təhsili almıĢ 
və  yaĢadığı  bölgənin  Ģeyxi  olmuĢdur.  Babası  Molla 
Feyzullah  Əfəndi  də  bölgənin  sayılıb-seçilən  din 
xadimlərindən idi.  
Azərbaycanda  sovet  hökuməti  qurulduqdan  sonra 
bütün  ziyalı,  gözüaçıq  adamları  məhv  etməyə  baĢla-
dılar.  O  cümlədən  bu  repressiya  dalğası  Mirməhəm-
məd  Əfəndinin  ailəsindən  də  yan  keçmədi.  Onun  iki 
qardaĢı və qardaĢı uĢaqları Sibir çöllərinə sürgün olun-
du.  AğdaĢın  hakimi  Molla  Mirməhəmməd  Əfəndiyə 
xəbər  göndərdi  ki,  adı  qara  siyahıya  salınıb,  qaçıb, 
canını qurtarsın. Əfəndi Gürcüstanın Batumi Ģəhərinə 
hicrət etdi. Üç aydan sonra ölüm xəbəri gəldi. Doğul-
duğu kənddə ehsan verildi, yas saxlandı, nəhayət dörd 
aydan sonra özü gəlib çıxdı. Fəqət kənddə yaĢamağın 
təhlükəli olduğunu görüb, Oğuz rayonunun YemiĢənli 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə