Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   2   3   4   5   6   7   8   9   ...   21

Падар кяндинин енсиклопедийасы 
 
25 
ġeyx  Hüseyn  əfəndinin  yeddi  oğlundan  aĢağı-
dakıların  adları  məlumdur:  Lətif,  Yusif,  Ġsa,  Cəlal, 
Abdulla, Kərim. Oğlanlarının hamısı din yolu tutaraq, 
övliyanın  adına  layiq  olasalar  da,  Yusif  Əfəndi 
onlardan  fərqlənirdi:  Ata-babalarında  olan  bəsirət, 
kəramət onda özünü daha qabarıq göstərirdi. Odur ki, 
o,  elmi  biliklərini  daha  da  artırmaq  və  mənəvi 
dünyasını  zənginləĢdirmək  üçün  Padalı  ġeyx  Əhməd 
əfəndinin  yanına  getdi.  Məlumat  üçün  bildirim  ki, 
ġeyx  Əhməd  əfəndi  sufiliyin  NəqĢibəndiyyə  qoluna 
mənsub ġeyx idi və bölgədə bir çox övlayaların kamal 
dərəcəsinə çatmasında  mühüm rol oynamıĢdır. NəqĢi-
bəndiyyə  qolu  barədə  aydın  təsəvvür  yaranması  üçün 
onun  Həzrəti  Peyğəmbərimizdən  baĢlayan  və  Yusif 
əfəndiyə  gəlib  çatan  qızıl  silsiləsini  diqqətinizə 
çatdırıram. 
Ġsmayıl  ġirvani  ardıcıllarından  olan,  NəqĢibən-
diyyə  ġeyxi  Cəmaləddin  əl-Qumuği  "NəqĢibəndliyin 
Qızıl Silsiləsini" belə açıqlayır: 
“...Sizə  mənşəyindən  günümüzə  qədər  gələn  baş-
lıca  şeyxləri  sayaraq,  Nəqşibəndiyyə  təriqətinin  silsi-
ləsini  anladacağam.  (Allah  sənə  bilmədiklərini  öyrət-
sin). 
Mömin  şəxslər  əvvəllər  də  müridlərinə  möminliyi 
öyrətmək üçün şeyxlərinin və onların soyundan gələn-
lərin əxlaqlarını öyrətməyi adət etmişlər. 
Mən  də  Nəqşibəndiyyə  silsiləsini  anladacağam  və 
bu  işə  ruhumu,  məxluqatın  əfəndisi,  peyğəmbərlərin 
qütbü,  dindar  insanların  qəlbi,  bütün  islami  təriqət-
lərin  ustadı,  bu  təriqətləri  Cəbrayıl  vasitəsi  ilə  uca 


Паша Йагуб  
                
26 
Allahdan  alan,  Allahın  bütün  insanların  arasında 
seçdiyi  Həzrəti  Məhəmmədə  (s.a.s.)  yönəldərək 
başlayıram. 
Həzrəti Peyğəmbər (s.a.s.)bu yolu əfəndimiz xəlifə-
lərin ən şərəflisi və möminlikdə birinci durumda olan 
Həzrəti Əbu Bəkirə ötürdü. Həzrəti Əbu Bəkr bu yolu 
Həzrəti  Peyğəmbərin  (s.a.s.)  ailəsinin  bir  üzvü  qəbul 
edilən Əl-Hac Salman Farisiyə ötürdü. 
Salman  Farisi  də  təriqəti,  son  dərəcə  dindar  və 
Allahın  lütflərinə  yetişmiş,  hicrətin  II  əsrində 
Mədinədə  vəfat  edərək  Baqi  qəbirstanlığında  dəfn 
edilən  imam  Qasıma  ötürdü.  Qasım  da  onu  həqiqətə 
görə  hərəkət  edən  imamların  imamı,  Cəfəri-Sadiqə 
ötürdü. 
Cəfər-Sadiq  Həzrət  Əli  əleyhissəlamın  soyundan 
olub,  hicrətin  148-ci  ilində  Mədinədə  vəfat  etmiş  və 
Baqid,  atasının və babasının yanında dəfn edilmişdir. 
Cəfəri-Sadiq  Allahın  gücü  ilə  gücləndirilmiş, 
imam,  allahı  tanıyanların    şahı  Bəyazid  Bistamiyə 
ötürdü. 
Bəyazid Bistami də təriqəti, Allahın dostu və Onu 
diləyənlərin sığınağı Əbül Həsən Harakaniyə ötürdü. 
Əbül  Həsən  də  onu,  qütblərin  qütbü,  imam  Əbu 
Əli Fəramədiyə ötürdü. 
Əbu Əli də Şeyx (Əbu Yaqub Yusif) Həmədaniyə 
ötürdü. 
Yusif  Həmədani  də  xalqın  sığınağı  Əbdülxaliq 
Gücdüvaniyə ötürdü. 


Падар кяндинин енсиклопедийасы 
 
27 
Əbdülxaliq  Gücdüvani  də  onu  insan  sifətindən 
təmizlənmiş,  imam,  övliyaların  qütbü,  şeyx  Arif 
Rivgeriyə ötürdü. 
Arif  Rivgeri  də  dünyəvi  qayələrdən  tamamilə 
sıyrılmış  olan,  şeyxlərin  şeyxi  Mahmud  İncir  əl-
Fağneviyə ötürdü. 
Mahmud  İncir  də  özünü  Allah  eşqinə  həsr  etmiş, 
imam Həzrət Əzizan adı ilə tanınan Əli ər-Ramiteniyə 
ötürdü.  
Əli  də  tamamilə  Allaha  yönəlib,  digər  hər  şeyi 
unudan  imam,  övliyaların  qütbü,  Məhəmməd  Baba  
əs-Səmmasiyə ötürdü. 
Məhəmməd  Baba  da  Allahı  tanıma  qabiliy-
yətlərinin qaynağı, böyük insanların şahı, imam Seyid 
Əmir Külalə ötürdü. 
Seyid  Əmir  də  onu  təriqətin  imamı,  insanların 
sığınağı,  böyük  ilham  sahibi  Şah  Nəqşibənd  adı  ilə 
tanınan Məhəmməd üveys əl-Buxariyə ötürdü. 
Məhəmməd  də  sirlər  xəzinəsinin  sahibi,  qütblərin 
qütbü Əlaəddin Əttar adı ilə tanınan Şeyx Məhəmməd 
əl-Buxariyə ötürdü. 
O  da  əfəndimiz  (mövlanə)  Hisarlı  imam  Yaqub 
Ərhiyə ötürdü. 
O  da  Xacə  Əhrar  adı  ilə  tanınan  Səmərqəndli 
Şeyx Abdullaha ötürdü. O da şeyxlərin şeyxi, mövlanə 
Məhəmməd Zahidə ötürdü. 
O  da  əmisioğlu,  şeyx,  imam,  mövlanə  dərviş 
Məhəmmədə ötürdü. 
O  da  möhtərəm  oğlu  mövlanə  Xacə  əs-Səmər-
qəndi əl-Amlanakiyə ötürdü. 


Паша Йагуб  
                
28 
O  da  ilahi  eşq  qədəhinin  doldurucusu,  güclü 
imam sahibi, qütb şeyx Məhəmməd Baqiyə ötürdü. 
O  da  təriqəti  kəramətlər  sahibi,  sirlərin  qaynağı, 
İmam  Rəbbani  ismi  ilə  tanınan  Şeyx  Əhməd  Faruqi 
Sirhindiyə ötürdü. 
O  da  öz  sirlərini  əlində  saxlayan  oğlu,  şeyxlərin 
şeyxi Məhəmməd Məsuma ötürdü. 
 O da həqiqət dənizində boğulan, oğlu, haqq dost-
larının şahı Şeyx Səfiəddinə ötürdü. 
 O da ilahi müşahidə və haqqı tamaşa sahibi, bö-
yüklərin şahı, imam Bədvanlı Seyid Nur Məhəmmədə 
ötürdü. 
 O  da  böyük  imam,  həqiqət  günəşinin  seçilmişi 
Həbibullah Maravcaniyə ötürdü.  
O  da  qütbül-övliya,  təmizlik  nümunəsi,  zahiri  və 
batini  mükəmməlliyə  sahib  olan  Dehlili  Şeyx 
Abdullaha ötürdü.  
O  da  doğruluğun  qütbü,  Allah  aşiqi,  əfəndimiz, 
imanın nuru Süleymaniyyəli Şeyx Xalidə ötürdü. 
O  da  xalqın  sığınağı  və  həqiqət  xəzinələrinin 
sahibi, böyük imam Kürdəmirli Şeyx İsmayıla ötürdü. 
 Mövlanə  Kürdəmirli  Hacı  Ġsmayıl  əfəndinin 
təlimi, bir neçə xətlə davam etmiĢdir  ki, onlardan da 
biri  Hacı  Yəhya  bəy  əl-QutqaĢini  əl-Məki  -    Hacı 
Yunus Əfəndi  Lələli- Almalı ġeyx Mahmud Əfəndi- 
ġeyx  Əhməd  əfəndi  Talalı  -  Padarlı  ġeyx  Hüseyn 
əfəndi və onun oğlu ġeyx Yusif əfəndi xəttidir. 
ġeyx Yusif əfəndinin Padar kəndindəki məzarının 
baĢdaĢında aĢağıdakı sözlər həkk olunmuĢdur. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə