Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   2   3   4   5   6   7   8   9   ...   21

Паша Йагуб  
                
10 
PADAR KƏNDĠNĠN TOPONĠMLƏRĠ 
 
oponomika  -  coğrafi  adlari  tədqiq  edən  bir 
elm  sahəsidir.  Topos  yunan  sözü  olub,  “rel-
yef, yer, ərazi, sahə”, onoma isə “ad” mənasını bildirir. 
Coğrafi adların hər biri yerin yaddaĢıdır. Müəyyən 
zaman  müddətində  verilmiĢ  bu  adlar  əsrlər  boyu 
lazımi səviyyədə izah və tədqiq olunmalıdır ki, bu da 
toponimika  elmi  ilə  mümkundür.  Toponimləri  dunən 
ilə  bu  gün,  bu  gün  ilə  sabah  arasinda  salınmıĢ  tarixi 
körpüyə  bənzədirlər.Bunun  üçün  də  onu  qorumaq, 
öyrənmək və gələcək nəsillərə çatdırmaq lazımdır.  
Padar  kəndi  qədim  yaĢayıĢ  məskəni  olduğundan
burada  bir  çox  toponimlər  mövcuddur  ki,  onların  ya-
ranması  və  mənası  barədə  məlumat  verməyi  vacib 
bildim. 
 
HACI MƏMMƏDƏLĠ ARXI 
 
Hacı  Məmmədəli  arxı  öz  mənbəyini  YemiĢənli 
kəndindən  götürməklə,  Padarın  əkin  sahələrinin  çox 
hissəsini  su  ilə  təmin  edir.  XVIII-XIX  əsrlərdə 
yaĢamıĢ  və  çox  böyük  totpaq  sahələrinə  sahib  olan 
Hacı  Məmmədəli  adlı  mülkiyyətçi  tərəfindən,  öz 
torpaqlarını sulamaq üçün çəkildiyindən, arxa sonralar 
onun adını vermiĢlər. 
 
SEYĠD ƏMBƏRCƏSĠ 
 
XIX əsrdə Padarda yaĢayan Seyid  adlı zəngin bir 
Ģəxs kəndin aĢağı hissəsində olan böyük torpaq sahə-



Падар кяндинин енсиклопедийасы 
 
11 
lərini  suvarmaq  üçün,  Hacı  Məmmədəliyə  bir  neçə 
kiloqram  qızıl  verərək,  onun  arxından  su  götürmək 
üçün  icazə  almıĢdır.  Lakin  onun  torpaq  sahəsi  ilə 
kəndin  arasında  böyük  çökəklik  olduğundan,  o,  bu 
çökəklikdən  öz  sahəsinə  qədər  bənd  (əmbərcə)  vur-
durmuĢ,  daha  sonra  bəndin  üstü  ilə  arx  çəkdirmiĢdir. 
Həmin dövrdə texnika olmadığından, bütün bu iĢlər əl 
ilə və çox baha  qiymətə görülmüĢdür. Bu gün həmin 
yer Seyid əmbərcəsi adlanır. 
 
ĠSLAM YERĠ 
 
Ġslam yeri Padar kəndinin yuxarı hissəsində-Ģimal 
tərəfində  yerləĢən,  təxminən  30  hektara  yaxın  torpaq 
sahəsidir.  XX  əsrdə  bura  Ġslam  Kərimova  məxsus 
meĢə sahəsi olduğundan, bu günə qədər “İslam yeri” 
adlanır.  Məlumat  üçün  bildirim  ki,  Ġ.Kərimov  1905-
65-ci  illərdə  Padarda  yaĢamaqla,  bəy  nəslindən  oldu-
ğundan, bu torpaqlar da ona atasından miras qalmıĢdı. 
Kolxoz  yarananda  hamı  kimi  onun  da  torpağını  alıb 
kolxoza  verdilər.  Sovet  dönəmində  buradakı  meĢəni 
qırıb, əkin sahəsi ediblər. Ġslam  uzun  müddət kolxoz 
sədri  iĢləyib,  yeddi  dəfə  evlənməklə  doqquz  oğlu,  bir 
qızı olub. 
 
KAZIM ÖLƏN 
 
Kazım ölən Padarın qərb hissəsində yerləĢən təx-
minən  35  hektar  ərazidir.  Sovetlərdən  qabaq  bu  sahə 
Kazım adlı bir Ģəxsə məxsus olub və o, ömrünü bura-
da baĢa vurub. Odur ki, sahənin adı Kazım ölən qalıb. 


Паша Йагуб  
                
12 
BAZAR YERĠ 
 
 Vaxtilə bölgənin ən böyük bazarı Padarda olmuĢ-
dur.  Bura  nəinki  Azərbaycandan,  hətta  qonĢu  Gür-
güstandan,  Ermənistandan,  Dağıstandan  da  insanlar 
gələrmiĢ.  Həftədə  bir  dəfə  bura  axıĢan  insanların  bir 
qismini  ticarət  mallarını  burada  satmaq  üçün  gələn 
tacirlər,  bir  qismini  isə  öz  ehtiyaclarını  ödəmək  üçün 
alıĢ-veriĢ etməyə gələn sadə insanlar təĢkil edərdilər. 
Bazarın  ətrafinda  isə  dəmirçixanalar,  qalayçılar, 
nalbəndlər, araba təkəri bağlayanlar və digər sənətkar-
lar  fəaliyyət  göstərər,  həmçinin  kababxanalar,  çayxa-
nalar  gəlib-gedənlərə  xidmət  edərdilər.  Onu  da  qeyd 
edim  ki,  çox  qədim  tarixə  malik  olan  Padar  bazarı 
1959-cu ilə qədər fəaliyyət göstərmiĢ, bu tarixdə sovet 
hakimiyyətinin  yerli  məmurları  tərəfindən  bağlanmıĢ-
dır.  Həmin  bazarın  yeri  kəndin  mərkəzində  yerləĢdi-
yindən,  camaatın  əsas  yığınaq  yeridir.  Burada  çoxlu 
mağazalar,  çayxanalar,  yeməkxanalar,  müxtəlif  xid-
mət  köĢkləri,  həmçinin  inzibati  binalar  yerləĢir.  Bu 
əraziyə bazar yeri deyilir. 
 
DAġ ÜZ 
 
DaĢ  üz    sahəsi  təxminən  10  min  hektara  qədər 
ərazi  olub,  bir  hissəsi  ġəki,  bir  hissəsi  Oğuz,  bir 
hissəsi  isə  Qəbələ  rayonlarının  ərazisini  təĢkil  edir. 
Sahənin  təxminən  400  hektarı  da  Padar  kəndinin 
ərazisinə düĢür. Kolxoz vaxtı bu sahədə üzüm əkilib. 
Ġndi camaatın əkin sahələridir. 


Падар кяндинин енсиклопедийасы 
 
13 
AĞ TALA 
 
Kəndin qərb hissəsində yerləĢən, 85 hektardan çox 
sahənin  torpağı ağ gilli olduğu üçün, Ağ tala adlanır. 
Kolxoz  dövründə  burada  qoyun  yataqları  olub,  indi 
Padar sakinlərinin əkin sahələridir. 
 
QARALI TALASI 
 
Qaralı  talası Padarla Kərimli kəndlərinin sərhəd-
dində  yerləĢir.  Təxminən  140  hektar  ərazisi  olan  bu 
sahədə uzun  müddət qarğıdalı əkildiyindən,  Qarğıdalı 
sahəsi  adlanmıĢdır.  Sonralar  bu  söz  təhrif  olunaraq, 
Qaralı sahəsi  formasına düĢmüdür. 
 
SĠLĠKOV SAHƏSĠ 
 
Silikov  sahəsi  Padar  kəndinin    DaĢ  üz    adlanan 
sahəsinin  yaxınlığında  yerləĢməklə,  təxminən  135 
hektara yaxın ərazidir. Sovet dönəmində burada qeyri 
millətlər  yaĢadığından  və  onların  içərisində  Silikov 
soyadlı bir nəfər olduğundan, sahə Silikov  adlanıb. 
 
ATA BAĞI 
 
Ata  bağı    kəndin  qərb  hissəsində  təxminən  20 
hektar  ərazidir.  Vaxtilə  tütün  sahəsi  olub.  Ġndi  həyat-
yanı sahələr və fərdi evlər yerləĢir. Bu yerə el arasında  
Örənə    də  deyirlər.  Örən  termini  “dincə  qoyulmuş 
əkin yeri”,  “xam torpaq” mənasındadır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə