Peyğəmbəri  sevmək



Yüklə 5,38 Mb.
səhifə3/3
tarix17.11.2018
ölçüsü5,38 Mb.
#80804
1   2   3

Səhabələrin peyğəmbəri sevmələrinə dair bəzi dəlillər.
- Aişə  demişdir: “Peyğəmbərin səhabələri bir yerə toplandıqda onların sayı otuz səkkiz idi. Bu vaxt Əbu Bəkr çölə çıxaraq dəvət aparmağa israr etdi. Peyğəmbər  dedi: “Ey Əbu Bəkr, bizim sayımız azdır. Əbu Bəkr isə israr etməkdə davam etdi. Sonda peyğəmbər  buna razılıq verdi və səhabələr məscidin ətrafına yayıldılar və öz yaxınlarının yanına getdilər. Əbu Bəkr isə xütbə verdi. Həmin vaxt Rəsulullah  oturmuşdu. Beləcə Əbu Bəkr, Allaha və Onun rəsuluna çağıran ilk xütbəni vermiş oldu. Bu vaxt müşriklər Əbu Bəkrin və digər səhabələrin üzərinə cumaraq onları məscidin kənarında möhkəmcə döyməyə başladılar. Əbu Bəkr də həmin vaxt bərk döyülmüşdü. Fasiq Ütbə ibn Rabiə ona yaxınlaşaraq yamanmış sandalları ilə onun üzünə, təpiklə isə qarnına möhkəm zərbələr endirməyə başladı. Ta o vaxtadək ki, Əbu Bəkrin üzü ilə burnu görünməz hala düşdü. Həmin vaxt Teym oğulları gələrək Əbu Bəkri müşriklərin əlindən alıb evinə apardılar. Sonra onlar məscidə qayıdaraq dedilər ki, vallahi ki, əgər Əbu Bəkrə bir şey olsa Ütbə ibn Rabiəni qanına qəltan edəcəyik. Onlar bunu deyib Əbu Bəkrin yanına döndülər. Orada Əbu Quhafə ilə birlikdə
Əbu Bəkri ayıltmağa səy göstərdilər. Nəhayət günortanın sonu Əbu Bəkr danışmağa başladı. Onun ilk sözü: Peyğəmbər necədir? - oldu. Onlar onu sakitləşdirdilər. Sonra qalxıb anası Ummu Xeyrə dedilər: Gör ona bir şey yedirdib içirdə bilərsənmi? Anası ona yaxınlaşmaq istədikdə Əbu Bəkr yenə dedi: Peyğəmbər necədir? Peyğəmbərə nə olub? O dedi: Vallahi ki, sənin dostundan bixəbərik. Əbu Bəkr dedi: Get Ummu Cəmil bint Xəttabın yanına və ondan bir xəbər öyrən. O da çıxıb Ummu Cəmilin yanına gəlib dedi: Əbu Bəkr Muhəmməd ibn Abdullah haqqında soruşur? O dedi: Nə Əbu Bəkrdən, nə də Muhəmməd ibn Abdullahdan bir xəbərim yoxdur. İstəyirsən səninlə birlikdə oğlunun yanına gedim? O: Bəli - deyə cavab verdi. Ummu Cəmil gəlib Əbu Bəkri ağır vəziyyətdə yerə sərilmiş halda gördükdə fəryad qopararaq dedi: Vallahi ki, sənin başına bunları gətirənlər küfr və üsyan əhlidir. Allahdan sənin intiqamını onlardan almasını diləyirəm. Əbu Bəkr yenə soruşdu: Peyğəmbər necədir? Ummu Cəmil dedi: Anan buradadır, qoy o desin. Əbu Bəkr dedi: Sənin onunla işin yoxdur. Ummu Cəmil dedi: Sağ və salamatdır. Əbu Bəkr yenə soruşdu: O, haradadır? Dedi: İbn əl-Ərqamın evində. Əbu Bəkr dedi: Allaha and olsun ki, peyğəmbərin yanına getməyincə yemək-içməyə dilimi də vurmayacağam. Onlar Əbu Bəkri sakitləşdirməyə başladılar. Sonra onun qollarına girərək peyğəmbərin yanına apardılar. Peyğəmbər  onu gördükdə üstünə atılaraq öpməyə başladı. Müsəlmanlar da onun üstünə atıldılar. Peyğəmbər onun halına çox acıdı. Əbu Bəkr isə belə dedi: Atam-anam sənə fəda olsun, ey Allahın rəsulu, o fasiqin üzümə endirdiyi bu zərbələrdən savayı heç bir üzüntüm yoxdur. Bu anam Burra, bu da onun atasıdır. Şübhəsiz ki sən mübarək bir şəxssən. Alaha dua et, bəlkə Allah sənin sayəndə onu oddan xilas etdi. Peyğəmbər  onun üçün dua etdi, o da İslamı qəbul etdi.”1

- Bir dəfə Ömərin  yanında Əbu Bəkrdən  söhbət düşərkən o, ağlamağa başlayır və deyir: Kaş ki, mənim bu vaxta qədər etdiyim bütün əməllər onun etdiyi bir əmələ, keçirdiyi bir gecəyə bərabər olaydı. Keçirdiyi gecəyə gəlincə peyğəmbərlə  birlikdə mağaraya sığındığı gecədir. Onlar mağaraya çatdıqda Əbu Bəkr belə demişdi: Vallahi ki, məndən qabaq içəri daxil olmağına imkan vermərəm. Qoy orada bir şey varsa birinci mənə xətər yetirsin. Bunu deyib o mağaraya daxil oldu və içərini təmizləməyə başladı. Birdən o, yan tərəfdə dəliklər gördü və libasını cıraraq həmin dəlikləri örtdü. Yalnız iki dəlik qaldı ki, onların da üzərinə ayaqlarını qoydu. Sonra peyğəmbərə  : gəl – dedi. Peyğəmbər  içəri daxil oldu və başını Əbu Bəkrin qucağına qoyaraq yatdı. Birdən həmin dəliklərdən nə isə Əbu Bəkrin ayağını sancdı. O isə peyğəmbəri  narahat etməmək üçün yerindən tərpənmədi. Onun göz yaşları peyğəmbərin üzünə düşdükdə o, dedi: “Sənə nə olub, ey Əbu Bəkr?”


Əbu Bəkr  dedi: Atam-anam sənə qurban, məni nə isə sancdı. Peyğəmbər  həmin yerə tüpürdü və onun ağrıları getdi.”1

- Rəvayət olunur ki, Cabir ibn Abdullah  demişdir: Bir dəfə biz döyüşdə idik. (Hədisin ravilərindən olan Sufyan həmin döyüşün Bəni Mustaliq döyüşü olduğunu bildirmişdir.) Birdən mühacirlərdən biri ənsarlardan birini vurdu. Bundan sonra həmin mühacir: ey mühacirlər, ənsar isə: ey ənsarlar – deyə çağırmağa başladı. Peyğəmbər  bunu eşidərək dedi: “Bu nə cahiliyyət çağırışlarıdır?!” Dedilər ki; Mühacirlərdən bir, bir nəfər ənsarı vurub. Rəsulullah  dedi: “Belə çağırışlar etməyin, bu çox iyrəncdir.” Abdullah ibn Ubey ibn Səlul xəbərdən hali olduqda dedi: Axır ki bunu etdilər, Allaha and olsun ki, Mədinəyə qayıtdıqda aramızda güclü olanlar zəif olanları çıxaracaq. Bunu eşidən Ömər  dedi: Ey Allahın rəsulu, icazə ver bu münafiqin boynunu vurum. Peyğəmbər  dedi: “Dəymə, sonra deyəcəklər ki, Muhəmməd öz səhabələrini öldürür.” Sonra Abdullah ibn Ubeyin oğlu Abdullah atasına belə dedi: Vallahi ki, Rəsulullahın güclü, sənin isə zəlil olacağını görəcəksən. Elə də oldu.2

- Rəvayət edilir ki, Səhl ibn Səd  Peyğəmbərin  Xeybər döyüşündə belə dediyini eşitmişdir: “Mən bu bayrağı elə bir adama verəcəyəm ki, Allah onun əli ilə (müsəlmanlara) qələbə bəxş edəcək.” Əshabələrdən hər biri bayrağın ona veriləcəyinə ümid edərək qalxıb getdi. Səhəri gün (Peyğəmbərin  yanına) gəldikdə onlardan hər biri bayrağın ona veriləcəyinə ümid edirdi. Amma Peyğəmbər : “Əli haradadır?”– deyə soruşdu. Ona dedilər ki, Əlinin gözləri ağrıyır. Onda Peyğəmbər  onun çağırılmasını əmr etdi. Peyğəmbər  Əlinin gözlərinə yüngülcə tüpürdü və onun gözləri sağaldı, elə bil heç ağrımırdı. Sonra Əli dedi: “(Xeybərlilər) bizim kimi (müsəlman) olanadək onlarla vuruşacağıq.” Peyğəmbər  buyurdu: “Onların yurduna gedib çatanadək tələsmə. Sonra onları İslama dəvət et və özlərinə vacib buyrulanı onlara bildir. Vallahi, əgər Allah sənin vasitənlə bir nəfəri doğru yola yönəltsə, bu sənin üçün qırmızı dəvələrdən daha xeyirli olar.”1

- Rəvayət olunur ki, bir dəfə peyğəmbər Əliyə  demişdir: “Mənim yerimə uzan, bu yaşıl bürüncəyimi üstünə örtərək yat. Sənə onlar tərəfindən heç bir xətər gəlməyəcək.”2 İbn Həcər demişdir: “Musa ibn Uqbə İbn Şihabdan rəvayət etmişdir ki; Əli  də peyğəmbərin  yerində yatdı. Qureyşlilər kimin hücum edib peyğəmbəri qətlə yetirməsi barədə mübahisə etdilər. Sonra onlar içəriyə daxil olduqda Əlini gördülər. Ondan peyğəmbəri soruşduqda o, dedi: Mənim xəbərim yoxdur. Onlar bildilər ki, peyğəmbər qaçıb.”3 İbn Abbas  demişdir: “Əli həmin gecə, peyğəmbərin libasını geyinərək onun yerində yatarkən canını fəda etmişdi.4 Yalnız Allahın razılığını və axirət yurdunu əldə etmək naminə iş görən Əli kimi mücahid səhabələr barəsində Uca Allah buyurur: İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.1 2

- Bəni Zuhra qəbiləsinin tərəfdaşlarından olan Yaqub ibn Ütbə ibn əl-Muğira ibn əl-Əxnəs ibn Şəriqdən rəvayət olunur ki; Əbu Cəhl Səfa dağında peyğəmbərə  qarşı çıxaraq ona əziyyət verməyə başladı. O zaman Həmzə  ovla məşğul olurdu. Elə həmin vaxt da ovda idi. Evinə qayıtdıqda xanımı ona olanları danışdı. O, Əbu Cəhlin peyğəmbərə verdiyi əziyyətlərin şahidi olmuşdu. O dedi: Ey Əbu Umarə, kaş ki Əbu Cəhlin sənin qardaşın oğluna nələr etdiyini görəydin. Bunu eşidən Həmzə qəzəblənir. Sanki heç evinə girməmiş kimi yayı boynundan asılı halda Məscidə daxil olub gördü ki, Əbu Cəhl qureyşlilərlə oturub. Həmzə bir söz demədən yaxınlaşıb yayı ilə onun başını qaldırıb ona bir zərbə endirdi. Qureyşlilərdən biri qalxıb Həmzəni sakitləşdirməyə başladı. Bu zaman Həmzə dedi: “ Mənim dinim, Muhəmmədin dinidir, mən şahidlik edirəm ki, o, Allahın rəsuludur. Allaha and olsun ki, bu yolumdan dönəm deyiləm, bacarırsınızsa bunun qarşısını alın. Beləcə Həmzə  İslamı qəbul etdikdən sonra peyğəmbərin  və müsəlmanların mövqeyi gücləndi. Kafirlər də qorxmağa başladılar və anladılar ki, o, peyğəmbəri qoruyacaq.1
- Cabirdən  rəvayət olunur ki; “Uhud döyüşü zamanı insanlar qaçmağa baladıqda peyğəmbər  bir kənarda on iki ənsarla birlikdə idi. Talhə ibn Ubeydullah da onların arasında idi. Müşriklər onlara yaxınlaşdıqda peyğəmbər  geri çevrilərək dedi: “Bunlara qarşı kim müqavimət göstərər?” Talhə dedi: Mən. Peyğəmbər dedi: “Başqa kim?” Ənsarlardan başqa birisi də dedi: Mən. Peyğəmbər  dedi: “Sən.” Həmin ənsar ölənədək vuruşdu. Peyğəmbər  eyni sualı tərar etdi və hər dəfə ənsarlardan biri çıxaraq ölənədək vuruşurdu. Sonda Peyğəmbər  və Talhə ibn Ubeydullah qaldı. Peyğəmbər yenə soruşdu: “Bunlara qarşı kim müqavimət göstərər?” Talhə yenə: Mən – deyə cavab verdi. Talhə də özündən əvvəlki on bir nəfər kimi çıxaraq döyüşdü. Onun qolları yaralandıqda və barmaqları kəsildikdə “Həs” dedi. Rəsulullah dedi: “Əgər “Bismilləh” desəydin, mələklər səni uçurar, insanlar da sənə baxardılar. Sonra Allahın izni ilə müşriklər geri çəkildilər.”1

- Urvadan  rəvayət olunur ki; Zübeyr  İslamı qəbul etdikdə onun səkkiz yaşı var idi. Bir dəfə xəbər yayılır ki, peyğəmbərə Məkkənin yüksək bir yerində əziyyət verilib. Bunu eşidən on iki yaşlı Zubeyr əlinə qılınc alaraq çölə çıxır. Onu görən hər kəs təəccüblənərək: Əlində qılınc tutmuş uşağa baxın – deyir. O peyğəmbərin yanına gəldikdə peyğəmbər  ondan soruşur: “Nə olub ey Zubeyr?” O da cavabında deyir ki; Gəlmişəm sənə əziyyət verəni qılıncımla vurum. Başqa bir rəvayətdə peyğəm-

bər soruşur: “Sənə nə olub ey Zübeyr?” O da deyir ki; eşitmişəm sənə əziyyət veriblər. Peyğəmbər  də bunu eşitdikdə ona və onun qılıncına dua edir.2

- Rəvayət edilir ki, Səhl  demişdir: “(Bir dəfə) bir qadın Peyğəmbərə  haşiyələnmiş parçadan (tikilmiş) bir bürdə gətirdi.”

(Səhl hədisə qulaq asan tabiinlərdən soruşdu:) “Heç bilirsiniz bürdə nədir?” Onlar: “Bürüncəkdir”- deyə cavab verdilər. Səhl: “Bəli”- dedi.

(Bürüncəyi gətirən qadın) dedi: “Mən onu öz əllərimlə toxumuşam və gətirmişəm ki, onu sənə geyindirim.” Peyğəmbər  ehtiyac üzündən bürüncəyi götürdü, sonra da onu geyib bizim yanımıza gəldi. Filankəs onu tərifləyib dedi: “Nə gözəl bürüncəkdir, onu mənə bağışla!” Camaat dedi: “Yaxşı iş görmədin. Axı Peyğəmbər  onu ehtiyac üzündən geyinmişdi. Sən bilə-bilə ki, o (heç kəsi) rədd etmir, bunu ondan istədin.” O dedi: “Vallahi ki, mən bunu ondan geyinmək üçün istəmədim. Mən bu bürüncəyi ondan ona görə istədim ki, o, mənim kəfənim olsun.”

Səhl dedi: “(Axırda) o bürüncək onun kəfəni oldu.”1

- əl-Muhib ət-Təbəri demişdir: Hədisdəki filankəs Abdur Rahman ibn Aufdur.2 İbn Həcər əl-Əsqalani demişdir: “əl-Muhib ət-Təbəri özünün əl-Əhkam əsərində həmin şəxsin Abdur Rahman ibn Auf olduğunu bildirmişdir. O bu sözündə Təbəraniyə isnad etdiyini bildirmişdir . Lakin mən Təbəraninin Mocəmul kəbir əsərində Səhllə Abdurrahmənin müsnədlərində bu barədə heç bir şey tapmadım. Şeyximiz ibn əl-Mülqin də “Umdə” əsərinin şərhində əl-Muhibdən bunu nəql etmişdir. Şeyximiz Hafiz Əbul Həsən əl-Heytəmi də bu rəvayətin əl-Muhibdən gəldiyini bildirmişdir...”1

- Rəvayət edilir ki, Aişə  demişdir: “(Bir dəfə) Peyğəmbər  (səfərdə ikən) səhərə qədər yatmadı. Sonra Mədinəyə gəlib çatdıqda dedi: “Nə olaydı, əshabələrimdən əməlisaleh bir adam bu gecə məni mühafizə edəydi.” Bunu deyən kimi biz silah səsi eşitdik. Peyğəmbər : “Kimdir bu?”– deyə soruşdu. (Gələn adam) dedi: “Mənəm – Səd ibn Əbu Vəqqas! Gəlmişəm səni mühafizə edim.” (Bundan sonra) Peyğəmbər  yatdı.”

Əbu Osman  demişdir: “Peyğəmbərin  döyüşdüyü həmin günlərdə onunla bərabər Talhə ilə Səddən savayı heç kəs qalmamışdı.”2

- Ənəsdən  rəvayət olunur ki, Uhud günü Əbu Talhə peyğəmbərin  yanında ox atır, peyğəmbər  də onun arxasında qorunurdu. O mahir oxçu idi və hər dəfə ox atanda peyğəmbər  başını qaldırıb onun oxunun hara dəydiyinə baxırdı. Əbu Talhə isə sinəsi ilə onu qarşısını kəsərək deyirdi: atam-anam sənə qurbaney Allahın rəsulu, qoy sənə ox dəyməsin, bədənim sənin bədənini qorusun. Bu minvalla o peyğəmbərin  yanında duraraq deyirdi: Mən dözümlüyəm, ey Allahın rəsulu, mənə istədiyin qədər göstərişlər ver.”1

- Müaz ibn Cəbəldən  rəvayət olunur ki, bir gün peyğəmbər  onun əlindən tutaraq dedi: “Ey Müaz, Allaha nad olsun ki, mən səni sevirəm.” Müaz dedi: Atam-anam sənə qurban ey Allahın rəsulu, vallahi ki, mən də səni sevirəm. Peyğəmbər  dedi: “Ey Müaz, tövsiyəm budur ki, hər namazdan sonra bu sözləri deməyi əsla tərk etməyəsən: Allahım Səni zikr etməkdə, Sənə şükür etməkdə və Sənə gözəl bir tərzdə ibadət etməkdə mənə yardım et.” Müaz da öz növbəsində həmin tövsiyəni əs-Sanəbihiyə etmiş, əs-Sanəbihi Əbu Abdur-Rahmana, Əbu Abdur-Rahman isə Uqbə ibn Muslimə etmişdi.1

- Peyğəmbərin  sevimlisi olan Zeyd ibn Harisə  də İslamı ilk qəbul edənlərdən idi. O, Xədiscənin köləsi idi. Xədicə isə onu peyğəmbərə hədiyyə etmişdi. Peyğəmbər  Xədicə ilə ailə həyatı qurduqdan sonra bir dəfə Zeydin atası ilə əmisi onu almaq üçün gəlmişdilər. Onlar peyğəmbərin  harada olduğunu soruşduqda onlara peyğəmbərin  məsciddə olduğunu xəbər verdilər. Onlar peyğəmbərin  yanına gələrək dedilər: ey Abdullahın oğlu, ey ibn Əbdül-Muttalibin oğlu, ey Haşimin oğlu, ey qövmünün ağasının oğlu, sizlər toxunulmaz məkanın əhalisisiniz və Allahın evinin yanında olanlarsınız. Siz insanlara yardım edir, əsirləri yedirdirsiniz. Biz öz oğlumuzu sizin yanınıza gətirmişik. Xahişimiz budur ki, onu bizə fəda edəsən. Biz də sənin bu fədakarlığını yüksək tutarıq. Peyğəmbər  soruşdu: “Kimdir o?” Dedilər: Zeyd ibn Harisə. Rəsulullah  dedi: “Başqa bir təklifə razı olarsınızmı?” Soruşdular; Nə təklifdir o? Dedi: “Qoyun özü seçim etsin, əgər sizi seçmiş olsa o sizin olsun. Yox əgər məni seçsə, vallahi ki, məni seçən birisinin bu ixtiyarına əsla qarşı çıxmaram. Onlar dedilər: Sənin bu təklifin çox təqdirəlayiqdir. Onlar Zeydi çağırdılar və peyğəmbər  ondan soruşdu: “Bunların kim olduğunu bilirsənmi?” Zeyd: Bəli – deyə cavab verdi. Yenə soruşdu: “ onlar kimdir?” Zeyd dedi: Bu mənim atamdır, bu isə əmim. Peyğəmbər  dedi: “Məni də ki, sən yaxşı tanıyırsan, indi mənimlə onların arasında seçim et.” Zeyd dedi: Səndən savayı heç kimi seçmərəm, sən mənə həm ata, həm də ana kimisən. Onlar dedilər: Vay sənin halına, ey Zeyd, köləliyi azadlıqdan, atandan, əmindən və yaxınlarından üstünmü tutursan? Zeyd dedi: Bəli. Mən bu insandan elə bir münasibət görmüşəm ki, ondan savayı heç kimi əsla seçmərəm.Bunu gördükdə peyğəmbər  Zeydi çılə çıxararaq dedi: “Ey məclis iştirakçıları, şahid olun ki, Zeyd mənim oğlum və varisimdir.” Atası və əmisi bunu eşitdikdə xoşlanaraq getdilər. Həmin vaxtdan etibarən onu Zeyd ibn Muhəmməd – deyə çağırmağa başladılar. İslam dini gəldikdən sonra isə Uca Allah aşağıdakı ayəni nazil etdi: (Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın.1 2

- Əbu Əyyub əl-Ənsaridən  rəvayət olunur ki, peyğəmbər  onun evində qalası olur. Peyğəmbər  aşağı mərtəbədə, Əbu Əyyub isə yuxarı mərtəbədə qalır. Gecənin bir aləmində Əbu Əyub fikirləşir ki, biz peyğəmbərin üstündə necə gəzə bilərik? Onlar çəkilib bir kənarda gecələyirlər. Sonra o bunu peyğəmbərə dedikdə o deyir: “Aşağı mərtəbə daha rahatdır.” Əbu Əyyub isə cavabında deyir: altında sən var ikən döşəməyə ayaq basmaram. Beləliklə peyğəmbər yuxarı mərtəbəyə çıxası olur. Əbu Əyyub isə a.ağıda onun üçün yemək hazırlayır. Qabı peyğəmbərin yanından gətirdikdə o peyğəmbərin qabın hansı hissəsini tutduğunu soruşar, sonra da barmaqlarını həmin yerə qoyardı...”3

- İbn Şümasə əl-Məhri  demişdir: “Amr ibn əl-As ölüm ayağında ikən biz ona baş çəkdik. O, bir xeyli ağladıqdan sonra üzünü divara tərəf çevirdi. Onda oğlu Abdullah dedi: “Atacan! Peyğəmbər  səni filan şeylə müjdələməyibmi?! Peyğəmbər  səni filan şeylə müjdələməyibmi?!” Amr üzünü (bizə) tərəf çevirib dedi: “Mənim tədarük gördüyüm ən əfzəl şey Allahdan başqa məbud olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirməyimdir. Mən artıq üç mərhələdən keçmişəm. Vaxt var idi Allahın elçisinə  mənim qədər nifrət edən bir kimsə yox idi. Həmçinin onu yaxalayıb öldürməyim qədər məni sevindirəcək bir şey də yox idi. Əgər bu halda ölsəydim, Cəhənnəm əhlindən olardım.

Allah İslamı qəlbimə yerləşdirdiyi zaman mən Peyğəmbərin  yanına gəlib dedim: “Uzat sağ əlini, sənə beyət edim!” O, sağ əlini (mənə tərəf) uzatdı, lakin mən əlimi geri çəkdim. Peyğəmbər : “Sənə nə olub, ey Amr?”– deyə soruşdu. Dedim: “Şərt kəsmək istəyirəm”. Soruşdu: “Nə şərtdir elə?” Dedim: “Bağışlanmağımı (istəyirəm)”. O buyurdu: “Məgər bilmirsən ki, İslam özündən əvvəlki günahları yox edir?!1 (Bilmirsən) ki, hicrət özündən əvvəlki günahları yox edir?! Bilmirsən ki, həcc ziyarəti özündən əvvəlki günahları yox edir?!” Bundan sonra mənim üçün Peyğəmbərdən  daha əziz və gözümdə ondan daha hörmətli bir kimsə qalmamışdı. Peyğəmbərə  bəslədiyim hörmətdən yana, ona baxmaqla gözlərimi doyura bilmirdim. Əgər məndən onu vəsf etmək tələb olunsaydı, mən onu vəsf edə bilməzdim. Çünki mən ona baxmaqla gözlərimi doyura bilmirdim. Əgər bu halda ölsəydim, Cənnət əhlindən olacağıma (qətiyyətlə) ümid edərdim.

Bundan sonra biz elə işlər gördük ki, mən bunlara görə aqibətimin necə olacağını bilmirəm.

Mən öldükdən sonra (heç kəs) vay-şivən salıb ağlamasın, habelə cənazəmi odla müşayiət etməsin. Məni dəfn etdikdən sonra üzərimə torpaq səpin. Daha sonra qəbrimin yan-yörəsində bir dəvənin kəsilib, ətinin paylanılacağı vaxt qədər dayanın ki, sizin sayənizdə öz yerimə isinişim və Rəbbimin elçilərini necə qarşılayacağıma bir çarə qılım”.1

- Əbu Qatədədən  rəvayət olunur ki; bir dəfə peyğəmbər  bizə xütbə verərək dedi: “Siz bu axşamı və bu gecəni keçirərək sabah inşallah su olan yerə çatacaqsınız.” İnsanlar da bir - birinə baxmadan dağılışdılar. Əbu Qatədə dedi: Peyğəmbər  gecə düşənədək getdi, mən də onun yanında idim. Peyğəmbər yorularaq miniyinin üstündə əyildi. Mən də gəlib onu oyatmadan düzəltdim ki, miniyinin üzərində düz otursun. Gecənin bir aləmində getdikdən sonra peyğəmbər  yenə miniyinin üzərində əyildi. Mən də yenə gəlib onu oyatmadan düzəltdim ki, miniyinin üzərində düz otursun. Səhərə yaxın o yenə əyildi, lakin bu dəfə öncəki iki dəfədən daha çox əyildi və az qaldı ki yıxıla. MƏn yenə gəlib onu düzəltdim və o başını qaldıraraq soruşdu? “Bu kimdir?” Dedim: Əbu Qatədə. O yenə soruşdu: “Nə vaxtdan bəri mənimlə gedirsən?” Dedim: Gecə düşəndən bəri. Peyğəmbər  dedi: “Peyğəmbəri qoruduğun kimi Allah də səni qorusun.”1

- Zuhri Uməra ibn Xüzeymədən  rəvayət etmişdir ki, onun səhabə olan əmisi ona nəql etmişdir ki, bir dəfə peyğəmbər  bir bədəvidən at alır. Onlar atın pulunu almaq üçün yola düşdülər. Peyğəmbər  sürətlə gedir, bədəvi isə onda geri qalırdı. Bir neçə nəfər bədəviyə çataraq onunla atı almaq barəsində danışmağa başladılar. Onlar həmin atın peyğəmbərə satıldığından bixəbər idilər. İş o yerə çatdı ki, onlar həmin atın müqabilində bədəviyə peyğəmbərin alıdığından daha çox pul təklif etdilər. Bu zaman bədəvi arxadan peyğəmbəri  səsləyərək dedi: Atı alırsan al, almırsansa mən onu başqasına satıram. Peyğəmbər bədəvinin səsini eşitdikdə dedi: “Məgər mən onu artıq səndən almamışam?” Bədəvi dedi: Vallahi ki yox, mən onu sənə satmamışam. Peyğəmbər  dedi: “Mən onu səndən alımışam axı.” Beləcə insanlar peyğəmbərlə bədəvinin bir-birinə etikləri etiraza qulaq asdılar. Birdən bədəvi dedi: şahid gətir ki, mən bunu sənə satmışam. Bu zaman insanlar bədəviyə dedilər ki; Vay sənin halına, bu peyğəmbərdir, yalnız haqqı söyləyir. Həmin vaxt Xuzeymə gəlib peyğəmbərlə bədəvinin mübahisəsinə qulaq asırdı. Bədəvi: şahid gətir ki, mən bunu sənə satmışam – dedikdə Xuzeymə ibn Sabit dedi: Mə şahidlik edirəm ki, sən atı ondan almısan. Peyğəmbər  üzünü ona tərəf çevirərək dedi: “Nə ilə şahidlik edirsən?” Dedi: Səni təsdiq etməklə ey Allahın rəsulu. Bundan sonra peyğəmbər Xüzeymənin şahidliyinin iki nəfərin şahidliyinə bərabər olduğunu bildirdi.1

- Musənnə ibn Səid  demişdir: Mə Ənəsin belə dediyini eşitmişəm: “Elə gecə yoxdur ki, mən öz sevimlimi (peyğəmbəri) görməyim.” O bunu deyərək ağlayırdı.

Subhanallah, necə də qəribədir. Bizlər heç olmasa bircə dəfə peyəmbəri yuxumuxda görmək istəyirik. Ənəs isə onu hər gün görürdü.

- Musəvvər ibn Məxramə və Mərvandan rəvayət olunan hədisdə deyilir: “... Urva öz camaatının yanına gəlib dedi: Ay camaat, mən bir çox padşahların, o cümlədən Qeysərin, Xosrovun və Nəcaşinin yanına getmişəm. Ancaq Allaha and olsun ki, səhabələrinin Muhəmmədə göstərdiyi hörməti heç yerdə görməmişəm. Vallahi ki, o tüpürdükdə səhabələri onu əli ilə tutaraq üzünə və dərisinə sürtərdi. Onlara göstəriş verdikdə dərhal onu yerinə yetirməyə tələsərdilər. O, dəstəmaz aldıqda onlar peyğəmbərin istifadə etdiyi su üçün az qala bir-biri ilə dava edərdilər. O, danışdıqda onlar əsla səslərini qaldırmaz, ona hörmət əlaməti olaraq gözlərinin içinə dik baxmazdılar. Şübhəsiz ki, o sizlərə doğru yol göstərib...”1

- Abdullah ibn Muğaffəldən  rəvayət olunur ki, Bir nəfər peyğəmbərin  yanına gəlib dedi: Ey Allahın rəsulu, vallahi ki, mən səni sevirəm. Peyğəmbər  dedi: “Şübhəsiz ki, bəlalar məni sevənlərə sel kimi sürətli gələr.”1

Ənəsdən  gələn rəvayətdə isə deyilir: Bir nəfər peyğəmbərin  yanına gəlib dedi: mən səni sevirəm. Rəsulullah  da cavabında ona belə dedi: “Yoxsulluğa hazır ol.”2

- Abdur-Rahman ibn Əbi Qurad  rəvayət edir ki, bir dəfə peyğəmbər  dəstəmaz aldı və səhabələr onun dəstəmaz suyunu bədənlərinə sürtməyə başladılar. Peyğəmbər ondan soruşdu: “Sizi bunu etməyə vadar edən nədir?” Dedilər: Allah və rəsulunun sevgisi. Peyğəmbər  dedi: “Allah və rəsulunu sevmək və ya Allah və rəsulunun onu sevməsini istəyən kəs, danışanda doğru danışsın, əmanət verildikdə ona xəyanət etməsin və qonşuları ilə yaxşı davransın.”3

- Umeyr ibn İshaq rəvayət edir ki, bir dəfə mən Əlinin  oğlu Həsənlə yol gedərkən Əbu Hureyraya  rast gəldik. Əbu Hureyra Həsənə yaxınlaşıb dedi: “Köynəyini aç Peyğəmbərin  öpdüyü yerdən öpüm”. Həsən köynəyini açdıqda Əbu Hureyra onun göbəyindən öpdü.
Son

Əziz qardaşlar, bu kitabda Peyğəmbəri  sevməyin mahiyyətini açıqlamağa çalışdıq. Allahdan diləyimiz budur ki, kitab bizim Peyğəmbərə qarşı bəslədiyimiz məhəbbəti daha da artırsın, bunun da sayəsində bizi dünyanın müsibətlərindən qorusun, həm dünya, həm də axirətdə bunun faydalarını bizə nəsib etsin.




1 Lisanul ərəb əsəri, Ha bə bə fəsli, 1/289.

1 Mədaricus Səlikin əsəri, 3/9-10.

1 Əş-şifə bitarif huququl Mustafə əsəri, 2/29-30.

1 Mədaricus Səlikin əsəri.

2 Fəthul Bari əsəri, 17/191.

3 əl-Hicr surəsi, 49.

1 ət-Təhrim surəsi, 3.

2 Lisanul ərəb əsəri, 1/162-163.

3 Şərh əqidətut Tahaviyyə əsəri, 1/311-312.

1 Məvsuətu əd-difə ən rasulilləh, 4/278; İğasətul Ləhfan, 2/140-141; Camiul rəsail, 2/202.

1 Ali İmran, 31.

2 əl-Hucurat, 15.

1 əl-Mücadələ, 22.

2 Məcmu əl-fətava, 8/361-366.

3 Səhih Muslim, 67.

1 Səhih Muslim ən-Nəvəvinin şərhi.

2 əl-Qovlul mufid, 2/53-54.

3 Şərh riyadus salihin, 1/432.

4 əl-Bəqərə, 165.

1 əl-Əhzab, 6.

3 əl-Əhzab, 6.

1 ət-Tövbə, 24.

1 əl-Buxari, 15; Muslim, 178.

1 əl-Kövsər, 3.

1 Buxari, 3688; Muslim, 6881.

1 Muslim, 7323.

2 Muslim, 336.

1 ən-Nisa,69.

1 İbn Hişamın sirası 2/192; ibn Kəsirin Bidəyə əsəri 3/268.

2 Heysəminin Məcmə əl-zəvaid əsəri 6/115.


1 əl-Hucurat, 4.

2 əl-Hucurat, 3.

1 əl-Zumər, 9.

2 əl-Mufsil fir-raddi alə şubuhət əda əl-İslam əsəri.

1 əl-Əhzab, 6.

2 ət-Tövbə, 120.

1 əl-Həşr, 7.

2 əl-Əhzab, 56.

1 ən-Nur, 63.

2 əl-Hucurat, 1-3.

1 əl-İsra, 93.

2 əl-Əraf, 188.

1 ən- Nəml, 65.

2 ən-Nur, 63.

3 ən Nisa, 115.

1 Əs-Sarimul Məslul əsəri , 422-ci səh.

1 əl- Qəsəs, 50.

2 əl-Mufassal fir-raddi alə şubuhət əda əl-İslam əsəri.

1 əl-Əhzab, 33.

2 Hədisi İmam Əhməd səhabələin fəzilətində qeyd etmişdir, 2/577-578.

1 Muslim, 6378.

1 Məcmu fətava İbn Teymiyyə, 8/68.

1 Məcmi əl-fətava, 8/309-310.

1 əl-Fəth, 29.

1 əl-Fəth, 18.

2 ət-Tövbə, 100.

3 əl-Ənfal, 74.

1 əl-Beyhəqinin əş-Şuəbul iman əsəri, 1/287.

2 əl-Həşr, 10.

1 əl-Buxari, 2651, Muslim, 6638.

2 əl-Buxari, 2652, Muslim, 6635.

1 əl-Buxari, 3673, Muslim, 6651.

2 əl-Buxari, 3784, Muslim, 244.

1 əl-Kifayə fi ilmir-rivayə, 97 səh.

2 Ali İmran, 110.

3 əl-Bəqərə, 143.

1 əl-Fəth, 18.

2 ət-Tövbə, 100.

3 əl-Vaqiə, 10-12.

1 əl-Ənfal, 64.

2 əl-Həşr, 8-9.

1 əl-Kifayə fi ilmir-rivayə, 93-96-cı səh.

2 əl-İsabə, 1/17.

1 Şərh əqidətut Tahaviyyə, 528-ci səh.

2 Şuəb əl-iman, 297-ci səh.

1 əl-Həşr, 10.

2 əl-Buxari, 3673; Muslim, 6651.

1 əl-Buxari, 3983; Muslim, 6557.

2 Məcmu əl-fətava, 3/152-153; Məvsuatud-difa ən rasulilləh, 4/299-302.

1 əl-Bidayə vən-nihayə əsəri, 3/29-30.

1 Mişkat əl-məsabih əsəri, Əbu Bəkrin fəzilətləri fəsli 2/556.

2 Tirmizi, 3315; Şeyx Albani də bu hədisi səhih hesab etmişdir.

1 Buxari, 4210; Muslim, 6376.

2 İbn Hişamın Sirası, 2/91: Fəthul bari, 7/236.

3 Fəthul bari, 7/237.

4 Fədail əs-sahəbə, 1168, isnadı həsəndir.

1 əl-Bəqərə, 207-ci ayə.

2 Möminlərin əmiri Əli ibn Əbu Talibin həyatı, 37-ci səh.

1 Heysəminin əl-Məcma əsəri, 9/223; Təbərani bu hədisi mursəl olaraq rəvayət etmişdir, hədisin raviləri etibarlı şəxslərdir.

1 Nəsai, 3149; Beyhəqinin Dələil ən-nubuvva əsəri, 3/236-237, Əbu Nueymin “əl-Marifə” əsəri

2 Fədail əs-Sahəbə, 1266.

1 Buxari, 1277.

2 Umdətul Qari, 12/256.

1 Fəthul bari, 4/318.

2 Buxari, 3722-3723.

1 Əhməd, 3/286. Şeyx əl-Arnaut demişdir: İsnadı səhihdir.

1 Səhih tərğib və tərhib əsəri, 1596.

1 əl-Əhzab, 5.

2 Tabəqat əl-kubra, 3/42; Zədul məad, 3/18.

3 Muslim, 5479.

1 Uca Allah buyurur: “Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər” (“əl-Ənfal” surəsi, 38).

1 Muslim, 336.

1 Muslim, 1594.

1 Əhməd, 5/215; Əbu Davud 3607, Şüeyb əl-Arnaut demişdir: Hədisin isnadı səhihdir və raviləri Umaradan savayı Buxari və Muslimin raviləridir. Yalnız Umara sünən əsərlərinin ravilərindəndir və etibarlı şəxsdir.

1 Buxari, 2731-2732.

1 Məvarid əz-Zamən, 2505; Şeyx Albani bu hədisi Səhih hədislər silsiləsi əsərində həsən adlandırmışdır, 1586.

2 Bəzzarın “əl-Müsnəd” əsəri, 4/229-3595; Şeyx Albani bu hədisi Səhih hədislər silsiləsi əsərində səhih adlandırmışdır, 2827.

3 Mişkat əl-məsabih, 4990.


Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə