Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə31/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
75 
Yeni dünya quran bizik
Haqqa qəhmər duran bizik. 
Böyük günlər yarışında  
Ayı, günü yaran bizik [4, s. 29].
 
 
Söz  sənətinin  mahiyyətində  və  sənətkarın  estetik  dünyagörüşündə 
baş  verən  köklü  dəyişikliklər,  təbii  ki,  təkcə  Səməd  Vurğunla,  Azərbay-
can  poeziyası  ilə  məhdudlaşmırdı.  Bu  möhtəşəm  estetik  inqilab  cahanın 
altıdabir hissəsinə hökmranlıq edən nəhəng imperiyanın bütün  sənətində 
və  milli  mədəniyyətlərində  qüdrətli  şəkildə  əks-səda  verirdi.  XX  yüzilin 
böyük sənətkarlarından biri, yeni özbək poeziyasının banilərindən sayılan 
Qafur Qulam 20-ci illərin əvvəllərində yazmışdı. 
 
Gözəllik – 
 
 
güllərdə, 
O qara gözlərdə,  
Ağappaq üzlərdə 
deyənlər yanılır. 
Gözəllik – işləmək, 
Gözəldir – iş, demək!..  [6, s. 22] 
 
Bu Qafur Qulamın yeni estetik manifesti idi. Gənc şairlər zamanın 
təzə  gözəllik  meyarını  tərənnüm  edirdilər.  Yeni  lirik  qəhrəman  inamla 
söyləyirdi: “Mən tüpürdüm hüsnə xal yapışdıran şairlərin yoluna. Durdum 
yeni  şeirin  qaravuluna.  Udaraq  bu  günün  havasını,  könlümdə  böyütdüm 
Şeirin gələcək sevdasını” [4, s. 233].  
Gənc  S.Vurğun  isə  hazırkı  sevginin  məna  və  məzmununun  əvvəl-
kilərə  oxşamadığını,  bugünkü  əhd-peymanın  özgə  olduğunu  başqa  bir 
şeirində hərarətlə vurğulayırdı: 
 
Sən Xumar deyilsən, mən də ki Sənan, 
Bugünkü sevginin başqadır andı. 
Nə Məcnun, nə Leyli, nə də biyaban 
Qalmamış, onların adı yaşandı, 
Bugünkü sevginin başqadır andı [5, s. 145]. 
 
Çünki yeni dünyanı daha tez qurmaq və yaratmaq eşqi ilə döyünən 
bu fədai və təmiz qəlb ictimai “biz”in arzu və duyğuları ilə – böyük Vətən 
eşqi ilə dolu idi. Başqa bir sevgiyə və eşqə bu sadəlövh, romantik ürəkdə 
yer  qalmamışdı:  “Qaranlıq  gecədə,  susanda  göylər,  Almışıq  düşmənlə 
döyüşmə məşqi. Qarşımızda gülür bir qızıl səhər, Qəlbimizdə böyük Və-
tənin  eşqi”  [4,  s.  22].  Lirik  qəhrəmanın  mənəviyyatında  intim  və  ictimai 
duyğuların sərhədləri itmiş, üzvi surətdə bir-birinə qovuşmuşdu. Artıq bu 


______________________________________________________ Poetika.izm 
  
 
76 
həqiqətin özü onu yalnız bir estetik reallıq kimi dəyərləndirməyə və məh-
dudlaşdırmağa icazə vermir. Burada artıq insanın və şəxsiyyətin mahiyyə-
tində, şüurunda və  təfəkküründə  gedən misli-bərabəri olmayan çevrilmə-
dən  söhbət  getməlidir.  Və  bu  prosesin  üstündən  sükutla  keçmək,  ona 
lazımi diqqəti ayırmamaq məsələyə qeyri-peşəkar yanaşma olardı. İnsanın 
yalnız ictimai duyğuların və dünyagörüşünün daşıyıcısına çevrilməsi bə-
şəriyyət  tarixindəki  görünməmiş  mənəvi-əxlaqi  proseslərdən  biri  kimi 
artıq  tarixə  dönmüşdür...  Şair  qəlbinin  bütün  səmimiyyəti  ilə  “biz”  kimi 
düşünür,  “biz”  olaraq  duyur,  yaşayırdı.  Doğma  Vətənini  də  “biz”  kimi 
vəsf  edirdi.  Hamımızın  sevdiyimiz  və  həmişə  sevəcəyimiz  müqəddəs 
“Azərbaycan” şeiri də bax o duyğuların axarında dünyaya gəlmiş və bü-
tün  dünyanı  gəzmişdi.  O vaxt  Vətən mövzusunda  yazılmış və bakirə bir 
gənclik sevgisi ilə yoğrulmuş “Rusiya”, “Ukrayna”, “Gürcüstan”, “Özbə-
kistan”,  “Türkmənistan”,  “Qazaxıstan”  və  başqa  bu  ruhda  olan  böyük 
şeirlər  kimi  “Azrəbaycan”  da  yeni  dünyanın  cazibədar  və  əzəmətli  ob-
razlarından biri idi:  
 
El bilir ki, sən mənimsən,  
Yurdum, yuvam, məskənimsən,  
Anam, doğma Vətənimsən!  
Ayrılarmı könül candan?  
Azərbaycan, Azərbaycan!  
 
Mən bir uşaq, sən bir ana,  
Odur ki, bağlıyam sana:  
Hankı səmtə, hankı yana  
Hey uçsam da yuvam sənsən,  
Elim günüm, obam sənsən.  
 
Fəqət səndən gen düşəndə,  
Ayrılıq məndən düşəndə,  
Saçlarıma dən düşəndə,  
Boğar aylar, illər məni,  
Qınamasın illər məni” [5, s. 176]. 
 
“Azərbaycan”  şeirindən  gətirdiyimiz  bu  üç  bənd  ümumi  mətndən 
ciddi surətdə fərqlənir. Vətən mövzusunda və başqa ictimai-siyasi mövzu-
lardakı  bədii nümunələrdən də  elə bu cəhəti ilə ayrılır;  gətirdiyimiz par-
çada  “biz”  şəklən  iştirak  etmir.  Fikir  verin,  birinci  və  ikinci  bəndin  hər 
birində “mən” və “sən” subyektlərinin adı (mənsubiyyət şəkilçiləri ilə bir-
likdə) on iki dəfə işlənmişdir. Ümumilikdə, on beş misralıq şeir mətnində 
“mən”  və  “sən”  otuz  dəfəyə  yaxın  təkidlənmişdir.  Amma  bütün  bunlar 
“Azərbaycan” şeirinin poetik “biz”in estetik dünyagörüşü və duyğularını 


______________________________________________________ Poetika.izm 
  
 
77 
ifadə  etməsinə  mane  ola  bilməmişdir.  Yeni  zamanın  tərənnümçüsü  olan 
poetik “biz”in qəlbindən çıxmış və dilindən səslənmiş Vətən mədhiyyəsi 
söz  sənətimiz  tarixində əbədiyyən  qalmışdır.  Amma  bu  şeiri  diqqətlə  və 
həssaslıqla gözdən keçirərkən ondakı bir beyt sizi daha çox heyrətləndirir. 
Yeni dövrün estetik dünyagörüşünə və poetik əxlaqına uyğun gəlməyən, 
bu  çərçivələrə  sığmayan  gözlənilməz  və  qəribə  beyt  XX  yüzilin  möhtə-
şəm  lirik-siyasi mədhiyyələrindən birinə necə  yol  tapmışdı. Səməd Vur-
ğunun dünyalara və sərhədlərə sığmayan Məcnun təxəyyülü fövqəladə bir 
cəsarətlə öz zamanından sabahlara boylanmışdı...  
 
Anamın dilbər gəlini,  
Yadlara açma əlini!..  [5, s. 177] 
 
Bu dərdli və emosional xitab poetik “biz”in səsi deyildi.  
Zamanın  baş  subyektinin  –  poetik  “biz”in  güclü  təsiri  altında  olsa 
da, lirik “mən” bəzən bu çərçivələrə sığmır, onun hüdudlarını aşmağa can 
atırdı. Ayaqlarından zəncirlənmiş ilham köhləni  bəzən keçmişini xatırla-
yaraq  üsyan  edir,  donmuş  könülləri  coşdururdu.  Məhz  lirika  köhləninin 
şahə qalxdığı anlarda sıravi və adi proletar sətirləri yox, şahanə misralar 
ağ kağız üzərinə köçürdü: 
 
Şairə ilhamdan maya gərəkdir,  
Anasız cocuğa dayə gərəkdir. 
Şairəm söyləyir yerindən duran 
Adamın üzündə həya gərəkdir. 
 
Bu da lirik “mən”in mənsub olduğu zamana məzəmməti idi. Bəzən 
lirik “mən” poetik “biz” ansamblından qopmaq, ayrılmaq istəyirdi. Ümu-
mi  və  abstrakt  “biz”  xorunda  əriyib  yox  olmaq  istəmirdi.  Xüsusən, 
M.Müşfiqin  lirik  “mən”i  zamanın  poetik  simfoniyasında  daha  çox  lirik 
ricət kimi səslənir və o özü də solo avazları sevirdi: 
 
Oxu tar, oxu tar... [2, s. 121] 
 
Amma  bütün  bunlara  baxmayaraq,  Mikayıl  Müşfiqin,  Səməd  Vur-
ğunun, Rəsul Rzanın və başqa görkəmli sənətkarların lirik “mən”i poetik 
“biz”dən  kənarda  deyildi  və  qala  da  bilməzdi.  Mühitin  təklif  və  təkid 
etdiyi poetik subyekt-obyekt müstəvisindən qırağa çıxmaq – hakim ünsiy-
yət  qaydalarına  üsyan  ölümə  bərabər  idi:  “Mənim  Tanrım  gözəllikdir, 
sevgidir!..”.  Gənc  lirik  “mən”  yaşamaq  və  yaratmaq  istəyirdi,  belə  sərt 
tale  ilə  barışa  bilməzdi.  Yazıb-yaratmaq  üçün  isə  qarşıda  yalnız  bir  yol 
dururdu  –  bu  yol  poetik  “biz”in  yolu  idi.  Lirik  qəhrəman  poetik  “biz”in 
ruhuna  və  ovqatına  uyğunlaşdıqca,  öz  daxilində  və  təbiətində  keçən  zid-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə