Eyni miqdar soyuducu agentin köməyi ilə fasiləsiz soyutmanı həyata keçirmək
üçün soyudulan mühitdən istiliyi udan və bu zaman aqreqat halını dəyişən soyuducu
agent yenidən özünün ilkin vəziyyətinə qayıtmalıdır, yəni bu zaman o dövrü proses
yerinə yetirməlidir. Beləliklə, fasiləsiz soyutma üçün daha effektli proses, qaynama
temperaturunun tənzimlənməsinə imkan verən mayelərin qaynama prosesidir. (1 – a)
şəklində əks etdirilən p – V diaqramında qapalı əyri şəklində tsikl ifadə edilir.
Diaqramdan göründüyü kimi, tsikl saat əqrəbi istiqamətində yönəlmişdir və ona görə də
bu d ü z t s i k l adlanır. Bu halda maddənin (və ya qazın) bir tsikl ərzindəki işi
bütövlükdə müsbət qiymətə malik olacaqdır, belə ki, genişlənmə xətti sıxılma xəttindən
yüksəkdə yerləşir. Əgər tsiklin xətti saat əqrəbinin əksi istiqamətində yönələrsə, (şəkil 1
– b), belə tsikl ə k s t s i k l adlanır. Bu halda maddənin (və ya qazın) bir tsikl
ərzindəki işi bütövlükdə mənfi qiymətə malik olacaqdır, belə ki, genişlənmə xətti
sıxılma xəttindən aşağıda yerləşir. Hər iki halda, qazın bir tsikl ərzində gördüyü iş
tsiklin trayektoriyası ilə əhatə olunan sahə ilə ölçülür. İstilik enerjisini mexaniki
enerjiyə çevirən buxar mühərrikləri, daxiliyanma mühərrikləri və bu kimi bir sıra digər
mühərriklər d ü z t s i k l l ə r p r i n s i p i ilə işləyirlər. İstiliyi aşağı temperaturalı
mənbədən yüksək temperaturalı mənbəyə keçirmək üçün nəzərdə tutulan soyuducu
maşınlar (soyuducular) əks tsikllər prinsipi ilə işləyirlər. Belə tsikllərin effektlilik
xarakteristikası soyuqluq əmsalı ε – dur. ε – soyuqluq əmsalı aşağıdakı bərabərliklə
təyin edilir:
2
1
2
q
q
q
. . . . (1)
burada: q
2
– soyudulan mənbədən ayrılan istilik miqdarı;
(q
1
– q
2
) – iş tsiklində sərf edilən istilik miqdarı.
Xladoagentlər və soyuqluq daşıyıcıları
Kompression soyuducu maşınlarda x l a d o a g e n t kimi, yəni işçi maddə
kimi, əsasən termodinamiki, fiziki – kimyəvi və fizioloji xassələri ilə üstünlük təşkil
edən ammonyak (R – 717), freon – 12 (R – 12) və freon – 22 – dən (R – 22) istifadə
olunur.
3
Xladoagentlərin daha vacib termodinamiki xassələri, buxarlandırıcıda və
kondensatordakı təzyiq və onların həcmcə və miqdarca soyuqluq yaratmalarıdır.
Buxarlandırıcıda xladoagent buxarının təzyiqi, atmosfer təzyiqindən yüksək olmalıdır
ki, ona maşının normal işini poza biləcək atmosfer havasının daxil olmasının qarşısını
alsın. Bununla əlaqədar olaraq, atmosfer təzyiqində aşağı qaynama temperaturuna malik
olmalıdır. Bu temperatur nə qədər aşağı olarsa, buxarlandırıcı da bir o qədər aşağı
temperaturda işləyəcəkdir.
Fiziki – kimyəvi göstəricilərinə görə soyuducu agent aşağıdakı tələblərə cavab
verməlidirlər:
– soyuducu agentin aşağı donma temperaturuna malik olması;
– daha aşağı özlülük və sıxlığa malik olması. Bu xassə soyuducu agentin
sistemdə hərəkəti zamanı müqavimətin azalmasına səbəb olur;
– yüksək istilikvermə və istilikkeçirmə əmsallarına malik olması. Bu
istilikötürmə səthinin azalmasına səbəb olur;
– xladoagentin suda yaxşı həll olması, əks halda soyuducu maşına su buxarları
düşdükdə buz tıxaclarının yaranması, tənzimləyici ventillərinin işini çətinləşdirir.
Soyuducu agentin yağlayıcı yağda həll olması da vacib xassələrdən hesab edilir.
Yağda yaxşı həllolma qabiliyyəti, kondensatorun və buxarlandırıcının soyuducu
səthinin yağla çirklənməsinin qarşısını alır və onlarda gedən istilik mübadiləsi prosesini
yaxşılaşdırır. Yağda həll olmayan soyuducu agentlərin üstünlükləri aşağıdakılardır:
– yağda həll olan soyuducu agentlərin buxarlanması zamanı yaranan,
buxarlandırıcıda köpüyün olmaması;
– daimi buxarlanma temperaturu; yağda həll olan soyuducu agentlər üçün bu
temperatura yağın qatılığından asılı olur;
– soyuducu agentin yağdan asan ayrılması.
Bundan başqa, xladoagent metallara qarşı təsirsiz olmalı, onlarda korroziya
yaratmamalı, zəhərli olmamalı, qaynar və partlayıcı olmamalı, maya dəyəri isə aşağı
olmalıdır.
A m m o n y a k – NH
3
– rəngsiz, kəskin iyli, yuxarı nəfəs yollarını və gözün
mayeli səthini qıcıqlandıran, zəhərli qazdır. Atmosfer təzyiqində qaynama temperaturu
4
mənfi 33,4
o
S – dir. Soyuducu suyun 25 . . . 28
o
S temperaturunda kondensatordakı
təzyiqi 0,8 ÷ 1,2 MPa olur.
X l a d o n l a r – metanın (CH
4
) törəməlidir, belə ki, hidrogen atomları xlor və
ftor atomları ilə əvəz edilir. Soyuduculuq texnikasında xladon – 12 və xladon 22 – dən
daha geniş istifadə olunur.
X l a d o n – 12 – zəif spesifik iyli, ağır, rəngsiz qazdır. Onun varlığı, həcm
etibarilə havada 20 % – dən çox olduqda hiss olunur. Atmosfer təzyiqində qaynama
temperaturu mənfi 29,8
o
S – dir.
X l a d o n – 22 (CHF
2
Cl) – xladon – 12 – dən daha zəhərli, lakin partlayıcı
olmayan qazdır. Metallara qarşı təsirsizdir (neytraldır), suda zəif həll olur, qaynama
temperaturu mənfi 40,8
o
S – dir, donma temperaturu mənfi 160
o
S – dir. Qaynadıqda və
kondensləşdikdə istilikötürmə əmsalı, xladon – 12 – dən 25 – 30 % çoxdur. Xladon – 22
xladon 12 – yə nisbətən 60 % çox soyuqluq verir. Bir qədər baha olmasına baxmayaraq,
soyuduculuq texnikasında daha geniş istifadə olmasına əsas onun partlayıcı olmamağı
və yüksək istilikkeçirmə əmsalına malik olmasıdır.
48,8 % xladon – 22 – dən və 51,2 % xladon – 115 – dən ibarət olan və “xladon –
502” adlandırılan qarışıq soyuducu maşınlarda istifadə edilmək üçün tamamilə
perspektivlidir. Bu qarışığın normal təzyiqdə qaynama temperaturu mənfi 45,5
0
S – dir,
yəni komponentlərinin qaynama temperaturundan aşağıdır, həcmi soyuq məhsuldarlığı
isə daha yüksəkdir. Xladon – 502 zərərsiz və partlayışa təhlükəsizdir.
Məhsulların, soyuducu kameraların və sahələrin süni surətdə soyudulması,
soyuducu qurğunun buxarlandırıcısı soyudulan sahədə yerləşdirildikdə sadə yolla
həyata keçirilə bilər. Əksər hallarda soyuducu qurğu bir sıra soyuqluq tələblərinə
xidmət göstərir.
5
Dostları ilə paylaş: |