Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

Eyni miqdar soyuducu agentin köməyi ilə fasiləsiz soyutmanı həyata keçirmək
üçün soyudulan mühitdən istiliyi udan və bu zaman aqreqat halını dəyişən soyuducu
agent yenidən özünün ilkin vəziyyətinə qayıtmalıdır, yəni bu zaman o dövrü proses
yerinə   yetirməlidir.   Beləliklə,   fasiləsiz   soyutma   üçün   daha   effektli   proses,   qaynama
temperaturunun tənzimlənməsinə imkan verən mayelərin qaynama prosesidir. (1 – a)
şəklində əks etdirilən     p – V     diaqramında  qapalı əyri şəklində tsikl ifadə edilir.
Diaqramdan göründüyü kimi, tsikl saat əqrəbi istiqamətində yönəlmişdir və ona görə də
bu    d ü z   t s i k l    adlanır. Bu halda maddənin (və ya qazın) bir tsikl ərzindəki işi
bütövlükdə müsbət qiymətə malik olacaqdır, belə ki, genişlənmə xətti sıxılma xəttindən
yüksəkdə yerləşir. Əgər tsiklin xətti saat əqrəbinin əksi istiqamətində yönələrsə, (şəkil 1
– b), belə tsikl     ə k s   t s i k l     adlanır. Bu halda maddənin (və ya qazın) bir tsikl
ərzindəki   işi   bütövlükdə   mənfi   qiymətə   malik   olacaqdır,   belə   ki,   genişlənmə   xətti
sıxılma  xəttindən aşağıda  yerləşir. Hər iki halda, qazın bir tsikl ərzində gördüyü iş
tsiklin   trayektoriyası   ilə   əhatə   olunan   sahə   ilə   ölçülür.   İstilik   enerjisini   mexaniki
enerjiyə çevirən buxar mühərrikləri, daxiliyanma mühərrikləri və bu kimi bir sıra digər
mühərriklər   d ü z   t s i k l l ə r   p r i n s i p i   ilə işləyirlər. İstiliyi aşağı temperaturalı
mənbədən   yüksək   temperaturalı   mənbəyə   keçirmək   üçün   nəzərdə   tutulan   soyuducu
maşınlar   (soyuducular)   əks   tsikllər   prinsipi   ilə   işləyirlər.   Belə   tsikllərin   effektlilik
xarakteristikası soyuqluq əmsalı ε – dur. ε – soyuqluq əmsalı aşağıdakı bərabərliklə
təyin edilir:


2
1
2
q
q
q



   .    .    .   . (1)
burada: q
2
 – soyudulan mənbədən ayrılan istilik miqdarı;
             (q
1
 – q
2
) – iş tsiklində sərf edilən istilik miqdarı.
Xladoagentlər və soyuqluq daşıyıcıları
Kompression soyuducu maşınlarda    x l a d o a g e n t    kimi, yəni işçi maddə
kimi, əsasən termodinamiki, fiziki – kimyəvi və fizioloji xassələri ilə üstünlük təşkil
edən ammonyak (R – 717), freon – 12 (R – 12) və freon – 22 – dən (R – 22) istifadə
olunur. 
3


Xladoagentlərin   daha   vacib   termodinamiki   xassələri,   buxarlandırıcıda   və
kondensatordakı   təzyiq   və   onların   həcmcə   və   miqdarca   soyuqluq   yaratmalarıdır.
Buxarlandırıcıda xladoagent buxarının təzyiqi, atmosfer təzyiqindən yüksək olmalıdır
ki, ona maşının normal işini poza biləcək atmosfer havasının daxil olmasının qarşısını
alsın. Bununla əlaqədar olaraq, atmosfer təzyiqində aşağı qaynama temperaturuna malik
olmalıdır.   Bu   temperatur   nə   qədər   aşağı   olarsa,   buxarlandırıcı  da   bir  o   qədər  aşağı
temperaturda işləyəcəkdir. 
Fiziki – kimyəvi göstəricilərinə görə soyuducu agent aşağıdakı tələblərə cavab
verməlidirlər:
– soyuducu agentin aşağı donma temperaturuna malik olması;
–   daha   aşağı   özlülük   və   sıxlığa   malik   olması.   Bu   xassə   soyuducu   agentin
sistemdə hərəkəti zamanı müqavimətin azalmasına səbəb olur;
–     yüksək   istilikvermə   və   istilikkeçirmə   əmsallarına   malik   olması.   Bu
istilikötürmə səthinin azalmasına səbəb olur;
– xladoagentin suda yaxşı həll olması, əks halda soyuducu maşına su buxarları
düşdükdə buz tıxaclarının yaranması, tənzimləyici ventillərinin işini çətinləşdirir.
Soyuducu agentin yağlayıcı yağda həll olması da vacib xassələrdən hesab edilir.
Yağda   yaxşı   həllolma   qabiliyyəti,   kondensatorun   və   buxarlandırıcının   soyuducu
səthinin yağla çirklənməsinin qarşısını alır və onlarda gedən istilik mübadiləsi prosesini
yaxşılaşdırır. Yağda həll olmayan soyuducu agentlərin üstünlükləri aşağıdakılardır:
–   yağda   həll   olan   soyuducu   agentlərin   buxarlanması   zamanı   yaranan,
buxarlandırıcıda köpüyün olmaması;
– daimi buxarlanma temperaturu; yağda həll olan soyuducu agentlər üçün bu
temperatura yağın qatılığından asılı olur;
– soyuducu agentin yağdan asan ayrılması.
Bundan   başqa,   xladoagent   metallara   qarşı   təsirsiz   olmalı,   onlarda   korroziya
yaratmamalı, zəhərli olmamalı, qaynar və partlayıcı olmamalı, maya dəyəri isə aşağı
olmalıdır. 
A m m o n y a k  –  NH
3
 – rəngsiz, kəskin iyli, yuxarı nəfəs yollarını və gözün
mayeli səthini qıcıqlandıran, zəhərli qazdır. Atmosfer təzyiqində qaynama temperaturu
4


mənfi 33,4
o
  S – dir. Soyuducu suyun 25 . . . 28
o
  S temperaturunda kondensatordakı
təzyiqi 0,8 ÷ 1,2 MPa olur.
X l a d o n l a r – metanın (CH
4
) törəməlidir, belə ki, hidrogen atomları xlor və
ftor atomları ilə əvəz edilir. Soyuduculuq texnikasında xladon – 12 və xladon 22 – dən
daha geniş istifadə olunur.
X l a d o n  –  12 – zəif spesifik iyli, ağır, rəngsiz  qazdır. Onun varlığı, həcm
etibarilə havada 20 % – dən çox olduqda hiss olunur. Atmosfer təzyiqində qaynama
temperaturu mənfi 29,8
o
 S – dir. 
X l a d o n   – 22 (CHF
2
Cl) – xladon – 12 – dən daha zəhərli, lakin partlayıcı
olmayan qazdır. Metallara qarşı təsirsizdir (neytraldır), suda zəif həll olur, qaynama
temperaturu mənfi 40,8
o
 S – dir, donma temperaturu mənfi 160
o
 S – dir. Qaynadıqda və
kondensləşdikdə istilikötürmə əmsalı, xladon – 12 – dən 25 – 30 % çoxdur. Xladon – 22
xladon 12 – yə nisbətən 60 % çox soyuqluq verir. Bir qədər baha olmasına baxmayaraq,
soyuduculuq texnikasında daha geniş istifadə olmasına əsas onun partlayıcı olmamağı
və yüksək istilikkeçirmə əmsalına malik olmasıdır. 
48,8 %  xladon – 22 – dən və 51,2 %  xladon – 115 – dən ibarət olan və “xladon –
502”   adlandırılan   qarışıq   soyuducu   maşınlarda   istifadə   edilmək   üçün   tamamilə
perspektivlidir. Bu qarışığın normal təzyiqdə qaynama temperaturu mənfi 45,5
0
 S – dir,
yəni komponentlərinin qaynama temperaturundan aşağıdır, həcmi soyuq məhsuldarlığı
isə daha yüksəkdir. Xladon – 502 zərərsiz və partlayışa təhlükəsizdir. 
Məhsulların,   soyuducu   kameraların   və   sahələrin   süni   surətdə   soyudulması,
soyuducu   qurğunun   buxarlandırıcısı   soyudulan   sahədə   yerləşdirildikdə   sadə   yolla
həyata   keçirilə   bilər.   Əksər   hallarda   soyuducu   qurğu   bir   sıra   soyuqluq   tələblərinə
xidmət göstərir. 
5


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə