Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

Kondensləşmə   prosesi   su   buxarı   ilə   istilikdəyişdiricinin   səthinin   qızdırılması
zamanı,   həmçinin   soyuducu  rektifikasiya   və  buxarlandırıcı  qurğularda   geniş  istifadə
olunur. Buxarın kondensləşməsi nəticəsində əmələ gələn maye, soyuq səth üzərində ya
damcı,  ya  da  nazik  təbəqə  şəklində  olur.  Bununla  əlaqədar,  kondensləşmə  prosesi
d a m c ı l ı     və ya     t ə b ə q ə l i     kondensləşmə kimi iki yerə bölünür. Damcılı
kondensləşmə daha çox kondensləşmədən əmələ gələn maye ilə pis islanan səthlərdə
baş   verir.   Təbəqəli   kondensləşmə   isə   yaxşı   islanan   səthlər   üzərində   baş   verir.
Kondensləşmə   prosesi   yerinə   yetirilən   aparatlara  kondensatorlar  deyilir.   Soyuducu
agent kimi, kondensatorda adətən su tətbiq edilir, çox təsadüfən hava və digər soyuducu
agentlərdən   istifadə   edilir.   İş   prinsiplərindən   asılı   olaraq,  səthi   kondensatorlar  və
qarışdırma  kondensatorları biri digərindən fərqlənirlər. 
Səthi   kondensatorlarda   kondensləşən   buxarlar   və   ya   qazlar   və   soyuq   su
istilikkeçirici   divarlar   vasitəsi   ilə   ayrılırlar.   Belə   halda   kondensləşmə   prosesi   soyuq
divarın daxili və ya xarici səthində  baş verir. Qarışdırma  kondensatorlarında buxar,
onların soyuq su ilə bilavasitə qarşılaşması nəticəsində kondensləşir. 
Şəkil 2. Səthi kondensator
4


Alınmış kondensatı sonda verilən temperaturadək soyutmaqla qızmış su buxarını
kondensləşdirmək üçün nəzərdə tutulan     s ə t h i     k o n d e n s a t o r u n     iş
prinsipinə   diqqət   yetirək:   Prosesin   temperatur   qrafiki      H   –   t      koordinatında
göstərilmişdir ki, burada da H – kondensatorun işçi hissəsinin hündürlüyü (metrlə), t isə
- suyun və buxarın temperaturudur (
0
 S ilə).
Kondensatorda  baş  verən  proseslərin  xüsusiyyətlərini  nəzərə  alaraq,  onun  işçi
səthini hündürlüyünə görə şərti olaraq üç zonaya bölürlər:  
I   -   zona    qaynar   buxarın  t
b
  temperaturundan    t
d
    doyma   temperaturunadək
soyuma zonası; 
II – zona   prosesin t
b
 = const halında baş verən buxarın kondensləşmə zonası;
III – zona     II zonada alınan kondensatın   t
d
   doyma temperaturundan   onun
verilmiş  t  temperaturunadək soyuma zonası. 
Bu zonalarda baş verən proseslər özlərinin fiziki mahiyyətlərinə görə bir birindən
fərqlənir. Kondensatorun ümumi istilik mübadilə səthini zonalar üçün ayrı – ayrılıqda
hər bir zonaya xarakterik olan Q – istilik yükü, K – istilikötürmə əmsalı və Δt – orta
temperatur fərqi nəzərə alınmaqla hesablayırlar.         
Səthi   kondensatorlar,   təmiz   halda   kondensatın   alınması   vacib   olduqda   və   ya
qiymətli maye buxarlarını (məsələn, benzin, spirt, aseton və s.) kondensləşdirmək lazım
gəldikdə tətbiq edilir. Qarışdırıcı kondensatorlar, istehsalatda istifadə edilməyən kiçik
potensiallı   su   buxarlarının   və   praktiki   olaraq   suda   həll   olmayan   maye   buxarlarının
kondensləşməsi üçün istifadə olunur (Şəkil 3). 
Qarışdırıcı kondensatorlarda su buxarlarının kondensləşməsinə soyuq su sərfi (3)
istilik balansı tənliyindən (4) bərabərliyi şəklində təyin edilir.


son
su
ilk
su
t
c
W
D
t
Wc
Di





     (3)




san
kq
t
t
c
t
i
D
W
ilk
son
su
son
/
,





                                         (4)
D – kondensatora daxil olan buxarın miqdarı, kq / san;
i – kondensləşən buxarın entalpiyası, Coul / kq;
5


t
ilk
 – kondensatora daxil olan suyun temperaturu
o
S;
t
son
 – aparatdan çıxan kondensat və su qarışığının temperaturu, 
o
S;
c
su
 – suyun xüsusi istilik tutumudur.
Şəkil 3. Qarışdırıcı kondensator
6


MÖVZU 17. QİDA  MƏHSULLARININ  QIZDIRILMASI  VƏ
SOYUDULMASI.  PASTERİZƏ  ETMƏ VƏ STERİLLƏŞDİRMƏ – 2 SAAT.
Q ı z d ı r ı l m a.  Qida texnologiyalarında məhsulların qızdırılması, bir çox
hidromexaniki,   istilik   –   və   kütlə   mübadiləsi   proseslərinin   sürətləndirilməsi,
həmçinin bir sıra məhsulların pasterizə edilməsi və sterilləşdirilməsi məqsədi ilə
geniş miqyasda istifadə olunur. Prosesin aparılmasının temperatur rejimi və digər
şərtlərindən asılı olaraq, hər bir proses üçün elə qızdırma metodu seçilməlidir ki,
bu metod texnoloji və iqtisadi cəhətdən özünü doğrultsun.
Qızdırılma proseslərində istilik daşıyıcısı kimi, doymuş su buxarı, qaynar su
və kondensat, qaynar hava, elektrik enerjisi və digər vasitələrdən istifadə olunur.
Məhsulları 120 – 150
o
 S – dək qızdırmaq məqsədi ilə 1,2 MPa – la qədər təzyiqə
malik su buxarı daha tez - tez istifadə edilir. Daha yüksək təzyiqə malik buxardan
istifadə edilməsi, prosesi çətinləşdirir, prosesin maya dəyərini yüksəldir və belə
proses iqtisadi cəhətdən özünü doğrultmur. 
Buxar turbinlərinin işlənmiş buxarından və buxarlandırıcı qurğuların ikinci
buxarından   istifadə   olunması,   qida   məhsullarının   qızdırılması   proseslərində,
xüsusilə mənfəətli nəticələr verir. Digər istilikdaşıyıcıları ilə müqayisədə su buxarı
aşağıdakı üstünlüklərə malikdir:
1. Yüksək istilikvermə əmsalına malik olma;
2. Yüksək xüsusi kondensləşmə istiliyi nəticəsində çox da böyük olmayan
material sərfi;
3.   Boru   kəmərləri   ilə   asan   nəql   edilməsi   və   istənilən   qızdırma
dərəcəsindəki sadə nizamlanma;
4. Məhsulun bərabər qızdırılma imkanı.
Maye məhsulları  açıq və  ya qapalı buxarla qızdırmaq  mümkündür.  Açıq
buxarla qızdırılmada buxar barbatyor vasitəsi ilə birbaşa qızdırılan mühitə daxil
edilir (Şəkil 1, a), bu zaman yaranan buxar kondensatı isə, məhsula qarışır və onun
son temperaturuna malik olur.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə