Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

179
Amerika prezidentləri
1900-cü ildə məktəbi uğurla bitirən Franklin dənizçi ol-
mağa qərar versə də, valideynlərinin sərt təpkisi ilə üzləşir. 
Onların istəyilə  gənc Ruzvelt Harvard Universitetində 
təhsilini davam etdirir.
Elə həmin il ailəyə bədbəxtlik üz verir. Franklinin atası 
vəfat edir.
1904-cü ilə  qədər Harvardda təhsil alan Ruzvelt bu 
ərəfədə prezident T.Ruzveltin uzaq qohumu Eleonora 
Ruzveltlə tanış olmuş və onlar 1905-ci ildə ailə qurmuşlar. 
Onların beş övladı olmuşdur. 
1904-1907-ci illərdə Kolumbiya Universitetinin hüquq 
fakultəsində oxuduqdan sonra, Ruzvelt Nyu-York Vəkillər 
Assosiasiyasına daxil olur. Üç il «Karter, Ledyard və Mil-
bern» vəkillər kontorunda çalışır. Bu nüfuzlu vəkillər 
kontoru «Standart oyl», «Ameriken tobako» kimi nüfuzlu 
şirkətlərə qulluq edirdi.
F.D.Ruzveltin siyasi karyera etməsinə Teodor Ruzveltin 
böyük təsiri olub. Xanımı ilə tez-tez Ağ Evdə ziyafətlərdə 
iştirak edən Ruzvelt prezidentdən dəyərli məsləhətlər alır. 
Onun siyasi fəaliyyət üçün Demokrat partiyasını seçməsi 
atasına olan böyük rəğbətdən irəli gəlirdi. Atası vaxtilə bu 
partiyanın alovlu tərəfdarı olmaqla yanaşı demokrat-prezi-
dent Klivlendlə dostluq əlaqələrinə malik idi.
1910-cu il noyabrda Ruzvelt Nyu-York parlamentinə 
seçilir.  İki il burada fəaliyyət göstərir. Vilson prezi-
dent seçildikdən sonra isə  hərbi-dəniz nazirinin müavi-
ni təyin edilir və yeddi il bu vəzifədə çalışır. 1920-ci il 
prezident seçkilərində demokrat Ceyms Koksla birgə 
vitse-prezidentliyə namizəd göstərilir. Seçkilərdə  ağır 
məğlubiyyətdən sonra, qısa müddətə siyasətdən kənarlaşır 
və Merilend sığorta kompaniyasının Nyu-York şöbəsinə 
başçılıq edir. Tezliklə siyasi fəaliyyətini bərpa edəcəyini 
güman etsə də, bu niyyəti 1928-ci ilədək yubanır.


180
Amerika prezidentləri
1921-ci ilin yayında inzibati qayğılardan azad olan Ruz-
velt Kampobello sahillərində dincələn ailəsinin yanına gedir. 
Bir neçə gün sonra ayaqlarında dəhşətli ağrılar başlayır və 
hərarəti 40 dərəcəyə çatır. Həkimlərin ilkin müayinəsi onun 
uşaq poliomelitinə mübtəla olduğunu göstərir. Nəticədə hər 
iki ayağı ifl ic olan Ruzvelt hərəkət etmək qabiliyyətini iti-
rir. Tam sağalmaq niyyətilə bir müddət böyük siyasətdən 
kənar qalaraq, elmi-ictimai fəaliyyət göstərmiş, ABŞ-in 
xarici siyasət kursunu təkmilləşdirmək üçün Vudro Vilson 
fondunun, Con Hopkins Universiteti nəzdində diplomatlar 
hazırlayacaq Uolter Peyc Məktəbinin yaradıcılarından ol-
muşdur. 
Yenidən siyasi arenaya qayıdan Ruzvelt 1928-ci və 
1930-cu illərdə ardıcıl olaraq Nyu-York ştatının quberna-
toru seçilir. Qubernator olduğu müddətdə dövlət idarəetmə 
sisteminə yaxından bələd olur və 1932-ci il prezident 
seçkilərinə demokrat partiyasından namizəd göstərilir.
Ruzveltin seçkiönü kompaniyasının aparıcı mövzusu 
ölkənin ağır iqtisadi böhrandan çıxarılması idi. Ümum-
milli qurtuluş planı hazırlamaq məqsədilə o, R.Moli, 
S.Rozenman kimi Universitet professorlarına müraciət edir. 
Ağ Evə gedən yolda, ona Cozef Kennedi, H.Morgentau, 
U.Vudin, H.Leman və digər böyük kapital sahibləri maliyyə 
dəstəyi verirlər. 8 noyabr 1932-ci ildə keçirilən seçkilərdə 
F.D.Ruzvelt 57,4 % səs toplayaraq prezident seçilir.
Fəaliyyətə başladığı ilk günlərdən ölkənin iqtisadi ba-
taqlıqdan xilas etmək üçün «Yeni xətt» sosial-iqtisadi isla-
hatlar proqramını həyata keçirir. Ruzvelt hökuməti birinci 
olaraq ölkənin maliyyə sistemini qaydaya salmaq üçün xao-
tik bank əməliyyatlarında radikal islahatlar keçirir. Bununla 
yanaşı təxirəsalınmaz sosial problem – işsizlik probleminin 
həlli gündəmə gətirilir. Əhalinin maddi vəziyyətini yaxşı-
laşdırmaq üçün müvəqqəti vasitələrdən – ayrı-ayrı ştat və 


181
Amerika prezidentləri
icmalara birbaşa yardım etməkdən – istifadə edilir. «Yeni 
xətt» proqramında əsas amil kimi nəzərdə tutulmasına bax-
mayaraq işsizlik problemi yalnız İkinci Dünya Müharibəsi 
başladıqda tam həllini tapmışdır. 
Ruzveltin proqramının başlıca ideyası çox sadə idi: yeni 
iş yerləri açmaqla əmək qabiliyyətli işsizləri küçələrdən yı-
ğışdırmaq, onların öz bacarıqlarına olan inamını özünə qay-
tarmaq. Bu işlərdə Ruzveltin inandığı şəxslərdən olan Harri 
Hopkins böyük işlər gördü. Məhz Hopkinsin rəhbərlik et-
diyi administrasiya 122.000 ictimai bina, 664.000 km yeni 
yollar, 77.000 körpü və 285 aeroport tikdi.
İqtisadiyyatın  ən çox ziyan çəkdiyi kənd təsərrüfatı 
sahəsində də təcili tədbirlər görüldü. Qəbul edilmiş Konq-
res qanunlarına əsaslanaraq istehsala və qiymətlərə dövlət 
nəzarəti gücləndirildi. Əhalinin sosial vəziyyətini yaxşılaş-
dırmaq məqsədilə maksimal iş günü və ən aşağı məvacib 
həddi müəyyənləşdirildi, 16 yaşına çatmamış  uşaqlara 
işləmək qadağan edildi.
Prezidentliyinin ilk illərində Ruzveltin xarici siyasi kur-
su ikili xarakter daşımışdı. «Yeni xətt» iqtisadi proqramı-
nın uğurla həyata keçməsinə çalışaraq, xalqın və Konqresin 
istəyinə uyğun olaraq təcridçilik siyasətinə qarşı çıxmır, la-
kin təcridçiliyi heç də uğurlu hesab etmirdi.
 30-cu illərin sonlarına yaxın «Üçüncü reyx»in yeritdiyi 
təcavüzkar siyasət bütün dünyada sülhə təhlükə yaradırdı. 
T.Cefferson, T.Ruzveltin baxışlarını əsas tutan Ruzvelt Av-
ropada güclərin tarazlığının saxlanmasının ABŞ-ın həyati 
maraqları çərçivəsində olduğunu yaxşı bilirdi. Vilson kimi o 
da «elə bir dünya» arzusunda idi ki, burada sülhün bərqərar 
olması üçün kollektiv təhlükəsizlik prinsipləri  əsas tutul-
sun. Yuxarıda qeyd etdiyimiz amillərlə yanaşı, azad dün-
ya iqtisadiyyatının inkişafi na şərait yaradılması da zərurətə 
çevrilirdi. 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə