Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

171
Amerika prezidentləri
Paktı imzalayan dövlətlər müharibədən milli siyasət vasitəsi 
kimi imtina edirdilər. Bu isə öz növbəsində beynəlxalq 
münasibətlərdəki gərginliyi müvəqqəti də olsa zəifl ədirdi.
1928-ci ildə Kulic administrasiyası Çan Kayşinin 
rəhbərlik etdiyi Çin milli hökumətini rəsmən tanıdı. La-
kin Kulic və dövlət departamenti, iki ölkə arasında iqtisadi 
əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsinə baxmaya-
raq, SSRİ-ni tanımaq istəmirdilər.
1927-ci ildə Kulic gözlənilmədən növbəti il keçiriləcək 
prezident seçkilərində iştirak etməyəcəyini bəyan etdi. Bu 
qərara əsas kimi ailə və şəxsi problemlərini göstərən pre-
zident, ticarət naziri Huverə Ağ Evə gedən yolda yaşıl işıq 
yandırmış oldu.
Ağ Evi tərk edən eks-prezident yenidən Northemptona 
qayıdır. Bundan sonra o, avtobioqrafi yasını və bəzi qəzetlər 
üçün məqalələr yazmaqla məşğul olur. Kulic 5 yanvar 
1933-cü ildə 60 yaşında infarktdan vəfat etmişdir. 


172
Amerika prezidentləri
HERBERT KLARK HUVER 
(HERBERT HOOVER)
(1929-1933)
ABŞ-ın 31-ci prezidenti Herbert K.Huver bəzi 
xüsusiyyətlərinə görə bütün sələfl ərindən fərqlənir. Hər 
şeydən  əvvəl o, Missisipi çayından qərbdə doğulmuş ilk 
prezident idi. Digər tərəfdən Ağ Evədək maraqlı  və qey-
ri-adi həyat yolu keçən Huver heç bir seçkili orqan, və ya 
vəzifədə təmsil olunmamışdı.


173
Amerika prezidentləri
Huver 10 avqust 1874-cü ildə Ayova ştatının Uest Branç 
şəhərində dünyaya gəlib. Dini təqiblərdən yaxa qurtarmaq 
istəyilə İsveçrədən qaçmağa məcbur olan əcdadları 1738-
ci ildən Pensilvaniyada məskunlaşmışdılar. Gələcək prezi-
dentin atası Cessi Huver dəmirçixana və  kənd təsərrüfatı 
alətlərinin satışı və təmiri ilə məşğul olan kontorun sahibi 
idi. Altı yaşında atasını, səkkiz yaşında isə anasını itirən 
balaca Herbert iki il Uest Brançdakı, əmisinə məxsus, fer-
mada yaşayır, sonra Oreqona köçür. Burada o, dayısı Henri 
Con Mentornun himayəsi altında yaşamalı idi. Həkim və 
Oreqonda torpaq sahibi olan dayısı ona öz övladı kimi qay-
ğı göstərir. Huver ilk yeniyetməlik çağlarından dayısına 
məxsus kontorda işləməklə yanaşı, yerli biznes məktəbinin 
axşam şöbəsində təhsil alaraq, riyaziyyatı öyrənir.
1891-ci ildə 17 yaşlı Huver yeni yaradılmış Stenford 
Universitetinə daxil olur. Özündə dil öyrənməyə  və digər 
fənlərə bacarıq görməyərək, geologiya və  mədən mühən-
disliyi üzrə ixtisaslaşır. Təhsil aldığı ilk illərdə, qəzet sat-
mış, xırda kontorçu işləmiş, hətta camaşırxanada fəhləlik 
etmişdir. İşgüzar, bacarıqlı gənc olan Huver tezliklə Ameri-
kanın məşhur geoloqlarından biri, professor Brennerin kati-
bi olur. Məhz Brennerin məsləhətilə o, Arkanzas geologiya 
idarəsi ilə əməkdaşlıq etmişdi.
Universitetdə  təhsilini bitirən Huver əvvəl mədəndə 
fəhlə, sonra isə qazma qurğusu maşinistinin köməkçisi kimi 
təcrübə toplayır. Xoş  təsadüf nəticəsində dağ-mədən işləri 
üzrə tanınmış mütəxəssis Luis Caninlə tanış olur və onun 
yanında işləməyə başlayır. Bu tanışlıqdan iki il sonra Avs-
traliyada, böyük mədənçıxarma kompaniyalarından birində, 
yüksək məvacibli iş yerinə yiyələnir. On min dollarlıq illik 
gəlirinin bir hissəsini kompaniyaya məxsus perspektivli qızıl 
mədəninə yatıraraq onun payçısı olur. 1899-cu ildə Pekində 
illik 20 min dollar məvacibi verən və əlavə xidməti xərcləri 
də ödəyən fi rma ilə əlverişli müqavilə bağlayır.


174
Amerika prezidentləri
Elə  həmin il 25 yaşlı Huver vaxtilə Stenford Uni ver-
sitetində bir yerdə oxuduğu Montereyli (Kaliforniya şt.) ban-
kir qızı Lu Henri ilə ailə qurur. Xanım Huver ölkənin birinci 
xanımı olaraq, qadın hüquqlarının dönməz müdafi əçisi kimi 
çıxış etmiş, qadın idmanının inkişafına dəstək vermişdir.
İki il sonra, 1901-ci ildə Huver Londondakı böyük 
«Byuik Morinq ənd K» fi rmasının şəriki olur. Birinci Dün-
ya Müharibəsi ərəfəsində 40 yaşlı Huver artıq multimilli-
oner idi. Huverlərin Kensinqton Qardenzdəki dəbdəbəli 
evlərində tez-tez təşkil olunan ziyafətlərdə ölkənin tanın-
mış siyasətçiləri, maliyyəçi və digər məşhurları iştirak edir-
di. Maddi cəhətdən heç bir problemi olmayan Huver özünü 
bütünlüklə dövlət xidmətinə həsr etməyə qərar verir. 1921-
ci ildə dünyanın böyük mədənçıxarma və metallurgiya 
konsernin sahibləri Hugenhaym qardaşlarının şirkətə şərik 
olması barədə ona etdikləri təklifdən imtina edir. İllik gəliri 
yarım milyon dollar olan sərfəli təklifi  rədd edərək əvəzində 
prezident Hardinqin qurduğu kabinetdə illik məvacibi 15 
min dollar olan ticarət naziri vəzifəsinə razılaşması, onun 
böyük siyasi ambisiyalarından xəbər verirdi. Belçikaya 
yardım komissiyasına sədr təyin olunması, sonralar isə 
Amerika ərzaq administrasiyasına rəhbərlik etməsi Huve-
ri ölkə miqyasında tanıtdı. Müharibədən sonra bəzi Avropa 
dövlətlərinə yardım etməklə məşğul olan müxtəlif təşkilat 
və agentliklərin fəaliyyətinə  rəhbərlik edərək, 1919-cu il 
Paris Sülh Konfransında iştirak edəcək ABŞ nümayəndə 
heyətinə daxil edildi. Əvvəl Hardinq, sonra isə Kulicin 
prezidentliyi dövründə ticarət naziri vəzifəsində çalışaraq 
zəngin inzibatçılıq təcrübəsi topladı.
Prezident Kulic növbəti seçkilərdə iştirak etməyəcəyini 
bəyan etdikdə respublikaçılar bu posta daha şanslı hesab 
etdikləri Huverin namizədliyini irəli sürdülər. Demokrat 
partiyasının namizədi isə Nyu-Yorkun qubernatoru Alf-
red Smit idi. Uğurlu seçkiönü kompaniya keçirən Huver 6 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə