Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

153
Amerika prezidentləri
sasının yaradılmasını, uşaq  əməyini məhdudlaşdırmaq 
məqsədilə Ticarət və  Əmək Nazirliyində xüsusi idarənin 
təsis edilməsini yüksək qiymətləndirmək olar. 1910-cu ildə 
Mann Elkins qanununun qəbul edilməsi dəmiryol şirkətləri 
üzərində dövlət nəzarətini gücləndirmişdir. Məhkəmələrdə 
dinlənilən 90 antitrest prosesində o, Ruzveltdən daha kəskin 
mövqe tutmuşdur. Ruzveltin məharətlə yayındığı gömrük 
rüsumları haqqnıda qanun da Taftın prezidentliyi dövründə 
qəbul edilmişdir.
Xarici siyasətdə də Taft öz yolu ilə getmişdir. Preziden-
tin yeritdiyi xarici siyasi xətt bəzən «dollar diplomatiyası» 
adlandırılır. Bu siyasətin mahiyyəti bəzi ölkələrə, xüsusilə 
Çin və Latın Amerikası ölkələrinə yüksək faizlə kreditlər 
vermək və iqtisadiyyata investisiyalar yatırmaqla onları 
təsir dairəsində saxlamaq idi. Hadisələrin gedişi bu kursun 
heç də doğru olmadığını göstərdi.
Ruzvelt və tərəfdarlarının prezidentin yeritdiyi daxili və 
xarici siyasətlə razılaşmaması respublikaçılar partiyasında 
ikitirəliyin yaranması ilə sonuclandı. Ruzveltin növbəti 
prezident seçkilərində partiyanın namizədi olmaq istəyinə 
kəskin reaksiya verən Taft bunu özünə qarşı xəyanət kimi 
dəyərləndirdi. Ruzveltin daha yüksək reytinqə malik ol-
masına baxmayaraq, Tafta bəzi partiya funksionerlərini 
ələ almaq nəsib oldu və o, 1912-ci il 18 iyunda partiya-
nın Çikaqoda keçirilən qurultayında prezidentliyə namizəd 
göstərildi. Bundan dörd gün sonra yeni yaradılmış Tərəqqi 
Partiyası Ruzveltin namizədliyini irəli sürdü. Seçkilərin 
gərgin keçəcəyi əvvəlcədən bəlli idi.
5 noyabr 1912-ci ildə keçirilən seçkilərdə Taft ağır 
məğlubiyyətə  uğradı. O, vur-tut 23,23 % səs toplamışdı. 
Demokratların namizədi V.Vilson 41,9 % səs toplayaraq 
prezident seçildi. Ruzveltin 27,4 % səs alması isə onun 
cəmiyyətdə  hələ  də öz nüfuzunu qoruyub saxladığından 
xəbər verirdi. 


154
Amerika prezidentləri
Seçkiləri uduzan eks-prezident vaxtilə  tələbəsi oldu-
ğu Yel Universitetinə qayıdır və professor kimi elmi-pe-
daqoji fəaliyyət göstərir. Burada o, hakim və prezidentlik 
fəaliyyətini analiz edərək üç kitab yazmışdır. Birinci Dünya 
Müharibəsində Vilsonun bitərəfl ik  siyasətini dəstəkləmiş, 
Sülh Uğrunda Mübarizə Liqasının prezidenti kimi Yeni 
dünya düzəninin formalaşdırılmasına tərəfdar çıxmış-
dır. 1921-ci ildə ABŞ Ali Məhkəməsinin sədri seçilməklə 
ilk gənclik arzusuna çatmış, növbəti il isə ABŞ məhkəmə 
sistemində əsaslı islahatlar keçirmişdir.
Uilyam Taft 8 mart 1930-cu ildə Vaşinqtonda vəfat 
etmişdir. Onun prezidentliyi zəif qiymətləndirilsə  də, Ali 
Məhkəmənin məşhur sədri kimi öz adını Birləşmiş Ştatlar 
tarixinə böyük hərfl ərlə yazmışdır. 


155
Amerika prezidentləri
VUDRO VİLSON
(WOODROW WILSON)
(1913-1921)
Vudro Vilson Z.Teylordan sonra prezident olmuş ilk 
cənublu idi. Bunu yəqin ki, Cənub ştatlarının ölkə tarixində 
oynadığı faciəvi rolla izah etmək olar. ABŞ prezidentləri 


156
Amerika prezidentləri
iyerarxiyasında Vilson Linkoln kimi böyük, eyni zamanda 
faciəvi prezident hesab edilir.
Vudro Vilson 28 dekabr 1856-cı ildə Virciniya ştatının 
Stenton şəhərində anadan olub. Şotland əsilli babası Ceyms 
Vilson 1807-ci ildə  İrlandiyadan köçərək Filadelfi yada 
məskunlaşmışdı. Atası Cozef mükəmməl dini təhsil alsa 
da ailəsini çətinliklə dolandırırdı. Lakin gələcək prezident 
hələ  uşaqkən ailənin maddi durumu, dayısı  vəfat edərkən 
varidatını onlara vəsiyyət etməsi səbəbindən  əhəmiyyətli 
dərəcədə yaxşılaşır.
Valideynləri balaca Vudronun ev şəraitində təhsil alma-
sına üstünlük verirlər. Bu səbəbdən o, yalnız doqquz yaşında 
ikən yazıb-oxumaq öyrənir, 12 yaşında isə məktəbə gedir. 
İki il sonra Vilsonlar Kolumbiyaya (Cənubi Karolina şt.) 
köçür. 1873-cü ildən Vudro təhsilini Devidson kollecində 
davam etdirir. Lakin səhhətində  əmələ  gələn problemlər 
onu təhsilini yarımçıq qoyaraq valideynlərinin yanına qa-
yıtmağa vadar edir.
Buna baxmayaraq o, müstəqil olaraq təhsilini artırır və 
1875-ci ildə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan nü-
fuzlu Prinston Universitetinə qəbul edilir. Təhsilini artırmaqla 
yanaşı yaradıcılıqla da məşğul olması onu digər tələbələrdən 
fərqləndirirdi. Onun ilk tədqiqat obyekti görkəmli siyasi 
xadimlərin həyat və fəaliyyəti olur. 1877-ci ildə yerli jurnal-
da «Knyaz Bismark», bir il sonra isə «Qraf Uilyam Çatam» 
(Pitt-böyük) məqalələri dərc olunur. Prinstonda təhsil aldı-
ğı müddətdə  ən uğurlu işi isə «Birləşmiş  Ştatlarda kabinet 
hökuməti» məqaləsi hesab edilir. Məhz bu məqalə ilə Vilson 
elmi ictimaiyyətin diqqətini özünə cəlb edir.
1879-cu ilin yayında Prinstonda təhsilini bitirən Vil-
son Virciniya Universitetinin hüquq fakültəsində oxuyur. 
Onun xəstələnməsi universiteti tərk etməsilə  nəticələnsə 
də, müstəqil olaraq hüquq, tarix elmlərini dərindən öyrənir.


157
Amerika prezidentləri
1882-ci ildə vəkillik praktikası ilə məşğul olmaq cəhdi baş 
tutmadıqda özünü tamamilə elmə həsr etmək qərarına gəlir.
O zamanlar varlı ailədən çıxmış gənclər təhsillərini ar-
tırmaq niyyətilə Avropaya üz tuturdular. Yaxınları Vudroya 
bunu məsləhət bilsələr də o, alman dilini pis bilməsini səbəb 
göstərərək təklifi  qəbul etmir və Con Hopkins Universiteti-
nin aspiranturasına daxil olur. Burada o, məşhur universitet 
professorları Riçard Eli, Herbert Adamsın rəhbərliyi altın-
da siyasi-iqtisadi hüququ öyrənir. Bununla yanaşı alman və 
fransız dillərini mənimsəyir.
Təhsilinə davam etməklə yanaşı elmi araşdırmalar 
da aparan Vilson «Konqresli idarəetmə» kitabı üzərində 
işləyir. Kitab 1885-ci ilin yanvarında işıq üzü görür. Əsərin 
başlıca qayəsini konqres və prezidentin fəaliyyət və funk-
siyalarının təhlili, ABŞ dövlət hakimiyyətinin iki qolunun 
qarşılıqlı münasibətinin şərhi təşkil edirdi. 
1885-ci ilin yayında Vilson pastor qızı Ellen Eksonla ailə 
həyatı qurmuş, bu nikahdan üç övladı dünyaya gəlmişdir.
Nəşr olunan kitabı onu akademik dairələrdə tanıdır 
və müxtəlif universitetlər Vilsona pedaqoji fəaliyyət üçün 
təklifl ər edirlər. Bu zaman maddi çətinliklə üzləşməsi Brin-
Mor qızlar kollecindən gələn yüksək məvacibli təklifl ə ra-
zılaşmasına səbəb olur. 1886-cı ildə şifahi imtahan verərək 
tarix və siyasiət elmləri üzrə fəlsəfə doktoru adını alır. İki 
il sonra Ueston Universitetində (Konnektikut şt.) professor 
vəzifəsini tutur. Burada o, yeni kitabı üzərində  işləyir və 
1889-cu ildə elmi araşdırmalarının bəhrəsi olan «Dövlət» 
kitabını çap etdirir. 
1889-cu ildə Prinston Universitetinin rektoru F.Petton 
ona professor yeri təklif edir. On bir il ayrılıqdan sonra Vil-
son yenidən doğma universitetə qayıdır. Pedaqoji fəaliyyətlə 
yanaşı elmi araşdırmalarla məşğul olur və 1902-ci ildə beş 
cildlik «Amerika xalqının tarixi» əsərini nəşr etdirir. Elə 
həmin il iyunun 9-da Vilson Universitetin rektoru seçilir.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə