Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

145
Amerika prezidentləri
ilə  məşğul olan komissiyada işə  qəbul edilir. 1895-97-ci 
illərdə isə Nyu-York polis komissarı vəzifəsini tutur.
Növbəti seçkilərdə U.Mak-Kinlinin namizədliyini 
müdafi ə edən Ruzvelt, prezidentin administrasiyasında yer 
alacağına ümid bəsləyə bilərdi. Sələfl ərindən fərqli olaraq 
ekspansiya tərəfdarı olan Mak-Kinli kabinetə məhz ABŞ-
ın ümumdünya siyasi məkanına inteqrasiyası tərəfdarlarını 
toplayırdı. Bu sırada artıq özünəməxsus siyasi baxışları ilə 
fərqlənən Ruzvelt diqqətdən yayınmır və o, hərbi-dəniz na-
zirinin müavini təyin edilir.
Nazir müavini olmasına baxmayaraq kabinetin digər 
üzvləri arasındakı nüfuzu, onun dövlətin xarici siyasət kur-
sunun müəyyənləşməsinə  təsir imkanını artırır. Bu haqda 
U.Taft prezident olarkən belə demişdi: «Əgər Ruzvelt ol-
masaydı, çətin ki, İspaniyaya müharibə elan olunardı».
Amerika-İspaniya müharibəsi başlayarkən Ruzvelt tut-
duğu vəzifədən istefa verərək cəbhəyə yollanır. Nyu-York 
milli qvardiyasının kapitanı olan Ruzvelt podpolkovnik 
rütbəsində «Vəhşi atlılar» kavaleriya alayının komandiri 
təyin olunur.
Müharibədə özünü bacarıqlı  hərbçi kimi təsdiq edən 
Ruzvelt şan-şöhrət qazanmaqla yanaşı siyasi karyerasında 
yeni mərhələnin əsasını qoyur. Ordudan tərxis olunduqdan 
sonra 1898-ci ilin sonunda Nyu-York qubernatoru seçilir.
1900-cü il prezident seçkilərndə yenidən Mak-Kinlinin 
namizədliyi irəli sürüldü. Şöhrətpərəst Ruzveltin də nami-
zəd olmaq istəyi vardı. Lakin M.Hann, T.Platt kimi qüdrətli 
partiya bossları buna razlaşmadılar və Ruzveltə növbəti 
seçkilərədək gözləməyi məsləhət bildlilər. Partiyadakı Ruz-
velt tərəfdarlarının tələbi ilə o, vitse-prezidentliyə namizəd 
göstərilir.
Uğurlu keçən seçkilərdən sonra vitse-prezident senat 
qarşısındakı ilk çıxışında öz məramını bu şəkildə açıqla-


146
Amerika prezidentləri
mışdı: «Biz Qərb yarımkürəsində, bütün kontinentdə aparı-
cı dövlətik. Şərq və Qərbdə, iki böyük okeandan o tərəfdə 
daha böyük dünyaların həyatını müşahidə etməkdəyik. 
İstəsək də, istəməsək də biz o həyatda iştirak etməyə borc-
luyuq».
14 sentyabr 1901-ci ildə Mak-Kinli sui-qəsd nəticəsində 
aldığı ölümcül yaralardan vəfat etdi. Elə həmin gün Ruzvel-
tin ABŞ-ın 26-cı prezidenti kimi andiçmə mərasimi keçirildi.
Ruzveltin prezidentliyinin ilk illərində iqtisadiyyatın 
dövlət tərəfi ndən tənzimlənməsi istiqamətində ilk addımlar 
atıldı. Prezidentin təşəbbüsü ilə Konqres «trestlər əleyhinə» 
qanun layihəsini qəbul edir. Bu qanuna əsasən iri trestlər 
və digər inhisarçı qrupların fəaliyyəti dövlət nəzarəti altı-
na keçirdi. Ruzvelt kapitalın həddən artıq mərkəzləşməsini 
«bədbəxtlik» adlandırırdı. Onun fi krincə bu, rəqabəti, fərdi 
sahibkarı, ümumiyyətlə  xırda burjuaziyanı  məhv edir, 
ölkənin sonrakı inkişafına əngəllər törədirdi.
1902-ci ildən başlayaraq Ruzvelt bu istiqamətdə konk-
ret fəaliyyətə keçir. 1890-cı ildə  qəbul edilmiş antitrest 
Şerman qanununa istinad edən baş prokuror Filander Noks 
nüfuzlu dəmiryol şirkəti «Şimal səhmdar kompaniyası»na 
qarşı prosesə başlayır və bu, 1904-cü ildə trestin buraxıl-
ması ilə  nəticələnir. Bunun ardınca trestlərə qraşı növbəti 
proseslərə start verilir.
Bununla yanaşı Ruzvelt fəhlə təşkilatlarının yaranma-
sında da maraqlı idi. 1902-ci ildə prezident Pensilvaniya 
şaxtaçılarının maaşların artırılması və əmək şəraitinin yax-
şılaşdırılması  tələbini dəstəkləyir. Arbitraj məhkəməsinin 
fəhlələrin mənafeyinə uyğun çıxardığı qərarı yerinə yetir-
məkdən imtina edən sahibkarları regiona ordu gön 
dər-
məklə,  şaxtaları milliləşdirməklə  hədələyir və bunun-
la onların məhkəmə  qərarına  əməl etmələrinə nail olur. 
Əmək konfl iktlərinə dövlətin müdaxilə hüququnun etiraf 


147
Amerika prezidentləri
edilməsini Ruzvelt daxili siyasətdə özünün başlıca uğuru 
hesab edirdi. 
Fəaliyyətinin əhali tərəfi ndən dəstəklənməsinə baxma-
yaraq, onun partiyadaxili mövqeyi müdafi əsiz olaraq qa-
lırdı. Lakin 1904-cü ildə əsas rəqibi M.Hannın vəfatından 
sonra Ruzveltin partiyadaxili nüfuzu mübahisəsiz oldu. 
Respublikaçıların növbəti prezident seçkilərinə həsr olun-
muş konventində Ruzveltin namizədliyi irəli sürüldü. 1904-
cü il noyabrın 8-də keçirilən seçkilərdə Demokratların 
namizədi Olton B.Parkerə qalib gələrək prezident seçilən 
Ruzvelt, həmin günün axşamı növbəti seçkilərdə  iştirak 
etməyəcəyini bəyan etdi.
T.Ruzvelt ikinci prezidentlik müddətində  də reformist 
fəaliyyət proqramını  həyata keçirir. Onun prezidentliyi-
nin  əsas xüsusiyyətlərindən biri də ölkənin xarici siya-
si kursunda önəmli dəyişikliklərin olmasıdır. XX əsrin 
əvvəllərinədək ABŞ-ın xarici siyasət kursunun əsasını 
təcridçilik prinsipləri təşkil edirdi. İki başlıca amil: ölkənin 
iqtisadi gücünün sürətli artımı  və  mərkəzi Avropa hesab 
edilən beynəlxalq sistemin tədricən tənəzzül etməsi ABŞ-ın 
ümumdünya siyasət məkanına inteqrasiyasını şərtləndirirdi. 
Buna subyektiv amillər də təsir göstərməmiş deyildi. Belə 
ki, Ruzvelti sələfl ərindən fərqləndirən ən başlıca xüsusiyyəti 
onun Avropa ilə six tellərlə bağlı, bəzi Avropa dövlət və 
mədəniyyət xadimləri ilə dostluq əlaqələrinin olması idi. 
Qeyd edək ki, icraedici hakimiyyətin bir əldə toplanma-
sı, konkret olaraq prezidentlik institutunun tətbiqi, xarici 
və daxili siyasətdə prezidentin şəxsi əlaqələrindən istifadə 
etməsi üçün geniş imkanlar yaradır. Ruzvelt bu əlaqələrdən 
məharətlə istifadə edə bilmişdi.
T.Ruzvelt ABŞ xarici siyasət kursunun ideya əsaslarında 
«sakit inqilab» edib. Ona qədər bu kurs C.Vaşinqtonun vida 
müraciəti ilə müəyyənləşirdi: Avropadan asılı olmamaq və 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə